26 мая 2017 г.



1871-ci il 28 mayda tarixdə ilk işçi sinfin hökuməti olan Paris Kommunası süquta uğradı.
1871-ci ilin 21-27 may qanlı həftəsində Paris Kommunasının minlərlə silahlı müdafiəçisi versal orduları tərəfindən Parisin iri hissəsindən şimal-şərq məhəllələrinə sıxışdırıldı. İlk proletar inqilabının qəhrəman döyüşçüləri hər bir məhəlləni, hər bir küçəni qoruyaraq son damla qanlarına kimi döyüşdülər. Qadınlar kişilərdən geri qalmırdılar, uşaqlar böyükləri təqlid edirdilər.
Sonuncu Ramponno küçəsindəki barrikada məğlub oldu. Kommunanın son müdafiəçiləri 29 mayda Per-Laşez qəbiristanlığında güllənəndilər. Döyüşlər və edamlar zamanı 25 min kommunar öldürüldü, təxminən 40 min insan həbsə atıldı və ya katorqa işləri üçün Yeni Kaledoniyaya və Əlcəzairə sürgün edildi.
Kommunadan qisas alındıqdan sonra burjua irticaçısı və cəlladı Tyer inamlı şəkildə bəyan etdi: “Daha sosializm haqda söhbətlər eşidilmir, lap gözəl! İndi biz sosializmdən qurtulduq”. Amma eyni vaxtda da vəhşiləşmiş versal döyüşçülərindən gizlənən Kommuna şairi Ejen Potye çox doğru proletar  himni yaradaraq sanki Tyer və onun əlaltılarına cavab verirdi: “Biz öz dünyamızı, biz yeni dünya quracıq. Heç kim olan hər şey olacaq”. Bir neçə gün əvvəl isə İnternasionalın Baş Şurasının toplantısında çıxış edən K.Marks bəyan etmişdi ki, “Kommunanın süqutu yalnız mübarizənin davamını təxirə salacaq. Kommunanın prinsipləri daimidir və məhv edilə bilməz: işçi sinif azadlığa nail olmayınca, onlar hər dəfə özünü yenidən biruzə verəcək”.
Paris Kommunası cəmi 72 gün dayana bildi, ondan 57 günü kommunarlar Paris küçələrində amansız döyüşlər keçirdilər. Kommuna sübut etdi ki, işçi sinif sadəcə hazır burjua maşınına sahib olmamalı və onu öz məqsədləri üçün işə salmamalıdır, o onu sındırmalı, məhv etməlidir. “Amma iki səhv gözəl qələbənin bəhrəsini məhv etdi, - Lenin yazırdı.- Proletariat yolun yarısında dayandı:  “ekspropriatorların ekspropriasiya edilməsinə (red-qəsbkarların mülkiyyətdən məhrum edilməsi);” başlamaq əvəzinə, o ölkədə ümummilli məsələlərlə, misal üçün, bank kimi müəssisələr ələ keçirilməmişdi, prudonistlərin “ədalətli mübadilə” barəsində nəzəriyyələri və bunun kimi sair şeylər hələ də sosialistlər arasında hakim idi, birlikdə ali ədalətin bərqərar edilməsi arzuları ilə məftun oldu. İkinci səhv – proletariatın həddindən artıq alicənablığı: düşmənlərini qırmaq lazım idi, o isə onlara əxlaqi cəhətdən təsir etməyə çalışırdı, o vətəndaş müharibəsi zamanı hərbi əməliyyatların əhəmiyyətinə məhəl qoymadı və Versal üzərinə əzmli hücum etməklə Parisdə öz qələbəsini başa çatdırmaq əvəzinə, ləngidi və versal hökumətinə qara qüvvlər toplamaq və qanlı may həftəsinə hazırlaşmaq üçün vaxt qazandırdı”.
Kommunanın işi başqa şəraitdə, başqa şərtlər daxilində 1905 və 1917-ci illərdə rus inqilabçıları tərəfindən davam etdirildi.
 Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий