21 дек. 2013 г.

Rusiyanın "Arqumentı i faktı" qəzetindən Sovet hökumətinin Brejnev zamanından və Brejnev haqqında gözlənilməz nisbətən ədalətli yazı.
Oxuyun, məsləhətdir.
Yeri düşmüşkən, Brejnev haqda "qorxunc, totalitar, nəfəs almağı belə qadağan edilmiş SSRİ-də" hər yerdə, məclisdə anekdotlar danışılardı. Biri də Brejnevə müraciətdə həmişə "əziz Leonid İliç" istifadə edilməsi ilə bağlı idi. Anekdotun məzmunu belə idi: Brejnevə o qədər "əziz Leonid İliç" deyə müraciət olunur ki, bir dəfə Brejnev özü telefona cavab verərkən çaşıb "Əziz Leonid İliç sizi dinləyir" deyir....
Bu anekdotu bu günlərdə xatırlamağa səbəb olan hadisələr baş verir. Fəthullah Gülən öz gücü ilə göndəmdədir. Onun haqda danışanda tərəfdarları, nurçular, gücündən qorxub ona yaltaqlıq edənlər "möhtərəm hocaəfəndi" deyirlər... Fikir verirmisiniz? Möhtərəm. Hocaəfəndi. Bir tərəfdə Leonid İliç Brejnev, zəhmətkeş bir insan, adi traktorçuluqdan başlayaraq, əziyyətlə, əməklə, xalqa xidmət etməklə irəli getmiş, böyük bir ölkənin rəhbəri vəzifəsinə qədər pillə-pillə qalxmış, Böyük Vətən müharibəsində iştirak etmiş, tarixin ən qorxunc müharibəsində nasist işğalçılara qarşı qəhrəmancasına savaşmış, adam kimi adam, ürəyi yuxa bir kommunist, planetin iki qeopolit gücündən birinin başında durmuş dahi bir şəxsiyyət...Ona layiq olduğu halda "əziz Leonid İliç" deyilməsini ələ salan bizlər, nankor insanlar... O biri tərəfdə ömründə alın təri ilə çörək yeməyən, milyardlarla sərmayəyə sərəncam verən, sıradan bir molla, moşennik, vətən xaini, ABŞ-ın qucağında oturub Anadolunun, Yaxın Şərqin, hətta artıq Azərbaycanın taleyinə mənfi, imperialist qüvvələrin marağı çərçivəsində təsir edən yobaz, cahil, hal hazırda on minlərlə atatürkçünün taleyini şikəst edən, on milyonlarla insanın həyatını dolayı yolla şikəst edən aferist... Və ona "möhtərəm hocaefendi" deyirlər... Bizlər, cahil insanlar... Bu cahillik, ədalətsizlik, haqsızlıq planetdə nə vaxt qurtaracaq? Ancaq və ancaq qlobal sosializm/ekososializm qalib gələndə.
Ekososializm yoxsa barbarlıq.

http://www.aif.ru/society/history/1068346

Комментариев нет:

Отправить комментарий