26 дек. 2012 г.

Stalin dövlət haqqında




Yadda saxlamaq lazımdır ki, proletariatın diktatura olduğu dövlət- kapitalizmin burjuaziya əsasında inkişafı, kütlənin kiçik burjua psixologiyası və elmi-planlı təsərrüfatın təşkilindəki çətinliklər əsasında öz haqları uğrunda burjuaziyanın qeyri-mütəşəkkil qüvvələrini yatırmaq üçün kütlənin əlində olan alət-dövlətdir. Proletariatın diktaturası- sinfi dövlətin müqaviməti və geriliyi dəf etmək üçün vacib olan funksiyaları cəmidir. Bu funksiyalar öz fəaliyyət sahələrində sinfi mübarizənin kəskinləşməsi ilə proporsional olaraq güclənir. Bu vəziyyətə təbii və düzgün reaksiyadır. Burjuaziya nə qədər zəif olarsa, o qədər tez təslim olar, kütlənin qavraması və sosializmin inkişafı üçün şərait nə qədər yüksək olarsa, proletariatın dövlət diktatorluğunun güclənməsi vacibliyi bir o qədər az olar.

Hansı əsas funksiyalardan söhbət açmaq olar? İnqilabi qələbənin ilk mərhələsində 3 əsas funksiya var. Yenidən Stalinə müraciət edək:

“Birinci funksiya- ölkə daxilində məğlub edilmiş sinifləri özünə tabe etmək. Bununla bizim dövlət xaricdən funksiyası itaət etməyənləri əzən əvvəlki dövlətləri xatırladırdı, bu prinsipial fərqlə ki, əvvəlki dövlətlər istismarçı azlığın maraqlarına görə istismar olunan çoxluğu əzdiyi halda, bizim dövlət çalışan çoxluğun maraqlarına xidmət edərək istismarçı azlığı əzirdi. İkinci funksiya- dövlətin xarici hücüumlardan müdafiəsi. Burada da o daha xarici görünüşünə görə öz dövlətinin hərbi müdafiəsi ilə məşğul olan əvvəlki dövlətləri xatırladırdı, amma bu prinsipial fərqlə ki, əvvəlki dövlətlər belə vəziyyətlərdə var-dövləti və istismarçı azlığın üstünlüyünü qoruduğu halda, bizim dövlət işləyən çoxluğu qoruyurdu. Burda üçüncü funksiya da vardı- bizim dövlət orqanlarının hədəfi yeni, sosializm təsərrüfatının inkişafının genişləndirilməsi və insanların sosializm ruhunda tərbiyəsi olan təşkilati-təsərrüfat və mədəni-tərbiyəvi işləri. Amma bu yeni funksiya bu dövr ərzində ciddi inkişaf almamışdır.”


Daha sonralar, sinfi düzənin və təsərrüfat vəziyyətinin dəyişməsi ilə funksiyalar dəyişir:

“İkinci faza- şəhər və kəndin kapitalizm elementlərinin ləğvindən sosialist təsərrüfat sisteminin tam qələbəsinə və yeni Konstitusiyanın qəbul olunmasına qədər olan dövr. Bu dövr üçün əsas məsələ- bütün ölkə ərazisində sosializm təsərrüfatının təşkili və sonuncu kapitalizm elementlərinin tamamilə ləğvi, mədəni inqilabın təşkili, ölkənin müdafiəsi üçün müasir ordunun təşkilidir.

Uyğun olaraq bununla sosialist dövlətin funksiyaları dəyişdi. Ölkə daxilində tətbiq olunan hərbi güc ləğv olundu, çünki istismar ləğv olunub, artıq istismarçılar yoxdur və istismar etmək üçün heç kim yoxdur. Əzici funksiyanın ləğvi ilə birlikdə dövlətdə sosial mülkiyyəti oğrulardan və xalq malını talayanlardan qoruyan müdafiə funksiyası yarandı. Ölkəni xarici hücumlardan qoruyan müdafiə funksiyası olduğu kimi saxlandı, deməli, xarici kəşfiyyat tərəfindən ölkəmizə göndərilmiş şpionların,qatillərin, ziyan vuranların tutulması və cəzalandırılması üçün vacib olan cəzaverici orqanlar və kəşfiyyat kimi Qirmizi Ordu, Hərbi Dəniz Qüvvələri də olduğu kimi saxlanıldı. Dövlət orqanlarının təsərrüfat-təşkilat və mədəni-tərbiyəvi işlər üzrə funksiyaları da saxlanıldı və tamamilə inkişaf etdirildi. İndi ölkə daxilində dövlət üçün əsas məsələ dinc təsərrüfat-təşkilat və mədəni-tərbiyəvi işlərindən ibarətdir. Ordumuza, cəzalandııcı orqanlar və kəşfiyyata gəldikdə isə, onlar sərt şəkildə ölkə daxilinə deyil, ölkənin xaricinə, xarici düşmənlərə qarşı yönəlmişdir.


Gördüyünüz kimi, biz bügun tamamilə yeni, tarixdə indiyə kimi görünməmiş və öz forma və funksiyalarına görə birinci dövrdə sahib olduğumuz sosialist dövlətindən əhəmiyyətli dərəcədə fərqlənən sosialist dövlətə sahibik.
Amma inkişaf bununla dayanmamalıdır. Biz irəli,kommunizmə doğru gedirik. Kommunizm dövründə dövlət olduğu kimi qalacaqmı?

Əgər kapitalist mühit ləğv olunmasa, xarici hərbi hücum təhlükəsi ləğv olunmasa, məlumdur ki, bizim dövlətin forması xarici və daxili şəraitdən asılı olaraq yenidən dəyişəcək, bəli, qalacaq.

Əgər kapitalist mühit ləğv olacaqsa, əgər o sosialist mühitlə əvəz olacaqsa, xeyr, saxlanmayacaq və məhv olacaq.”

Комментариев нет:

Отправить комментарий