29 дек. 2012 г.

Qadınlara qarşı zorakılıqlar artır


SSRİ bu planetdə bir nur saçan məkan idi - hər sahədə. SSRİ dağıdıldıqdan, Sosialist Cümhuriyyətlər kapitalizmə keçdikdən sonra planetdə din mərkəzli irticanın qarşısını alan qüvvə olmadı. Dünyada çox üzücü proseslər gedir, qadınlara, qızlara qarşı təcavüz xəbərləri bizi üzür. Onsuz da özümüzün şəxsi problemlərimiz başımızdan aşır. Bilirsiniz, bu yaxınlarda Hindistanda avtobusda bır tələbə qıza təcavüz etmişdilər. Sərnişşin kişilər. Avtobus sürücüsünün də iştirakı ilə. Üstəlik döyüb, şilküt edib avtobus hərəkətdə olarkən küçəyə atmışdılar. O xanım bir neçə gün reanimasiyada qaldıqdan sonra vəfat etdi. Hindistanda başqa bir 16 yaşlı qıza iki kişi təcavüz etmişdi. O qızcığaz qorxusundan heç kimə heç nə deməmişdi. Sonra qanaxmasından qorxub məcburən anasına demişdi, polisə şikayət etmişdilər. Amma problem elə bundadır ki, polisdə işləyənlər də cəmiyyətin böyütdüyü evladlardı, cəmiyyətdə hakim olan dünya görüşünün daşıyıcılarıdırlar. Polis kömək etmək əvəzinə bir ay bu qızcığaza psixoloji təzyiq edib. Üstəlik həmkəndliləri də qızı ələ salırlarmış, sanki təqsir təcavüzə uğramış uşaqdadır. Bu qız da depressiyaya düşüb damarlarını doğradı, öldü. Eyni Hindistanda bir kapitalist öz müəssissəsində çalışan bir qıza təcavüz etdi. Amma Hindistanda sağlam düşüncəli insanlar da var. Onlar günlərdi ki, qadınlara qarşı edilən zorakılığa qarşı mitinqlər keçirdirdilər. O kapitalisti də villası qarışıq yandırdılar. Təbii, bu da vəhşilikdir, amma əgər ölkədə ədaləti təmin edən dövlət orqanları yoxdursa, məhkəmələri çalışdıran siyasi iradə susursa, bezən və ümidini itirən insanlar linçə əl atmalıdır.

Qadınlara qarşı ən dözülməz vəziyyət müsəlman coğrafiyasındadır. Təcavüzə uğramış qadınları hələ bir günahkar çıxaran şərəfsiz patriarxal qaydalarla yaşayırlar. İki gün əvvəl islamlaşmış və artıq şəriətləşməyə doğru gedən Türkiyədə növbəti vəhşilik baş verdi. Batmanda iki gənc oz kuzeni olan on beş yaşlı qıza təcavüz ediblərmiş Qız qorxusundan susubmuş. Sonra hamilə olduğu üzə çıxıb. Və.... atasının başçılığı ilə keçirilən ailə-nəsil yığıncağı bu qıza ölüm hökmü çıxardır, öz əmiləri (atasının qardaşları) qızı öldürüb kəfənsiz, mundar bir şey kimi basdırıblar iki gün əvvəl. Türkiyədə bu cür hadisələr tez-tez olur. Biz də get -gedə sosialist dövründən əvvəlki vəziyyətimizə qayıdırıq. Bizim bu irticaya qarşı mübarizə aparmağımız vacibdir. Qadın təcavüzə uğrayıbsa , qətiyyən qorxmamalıdır. TAm əksinə, o şərəfsizin adını dərhal açıqlamalıdır. Bunun üçün qadın əmin olmalıdır ki, cəmiyyət onu yox, təcavüzkarı qınayacaq. Bax bu müsəlman paradiqmasına əsaslanan düşüncə tərzinə qarşı mübarizə aparmalıyıq. Yoxsa Hindistanda və Türkiyədə tez-tez baş verən hadisələr Azərbaycanda da adi hala çevriləcək. Ondan sonra da bizi Afqanistan, Pakistan, Ərəbistan həyat obrazı gözləyir. Ayıq olun, aktiv olun, biganə olmayın.

Комментариев нет:

Отправить комментарий