13 мар. 2013 г.

Vətəndaşları xoşbəxt etmək üçün sosializm qurmaq və SSRİ-dən öyrənmək lazımdır


Cənubi Kaliforniya universitetindən Riçard İsterlin hesab edir ki, əgər hökumət vətəndaşlarının rifah halının yüksəldilməsi üçün çalışırsa, iqtisadi artımın yüksəldilməsinə can atmamalıdır. ÜDM hökumətlərə çox baha başa gəlir, bununla belə ölkə vətəndaşlarının rifah halını yüksəltmir. Buna görə də keçmiş SSRİ və digər sosialist ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. İnsanların həyat səviyyələrindən razı qalmaları üçün iqtisadi artımı deyil, məşğulluğu stimullaşdırmaq lazımdır və elə sosial təminat sistemi yaratmaq lazımdır ki, insanlar özlərini müdafiə olunmuş hiss etsinlər. Belə bir sistem isə sosialist modelini xatırladır.

Tədqiqatlara görə ən xoşbəxt insanlar sosial sistemi inkişaf etmiş ölkələrdə - İsveçdə,Danimarkada və Finlandiyada yaşayırlar. Bu insanların rifah halı haqqında bütün sorğuların nəticələri bu məlumatı təsdiqləyir. Bu ölkələrdən nümunə götürməyə dəyər,həmçininin də keçmiş SSRİ və digər Varşava müqaviləsi ölkələrindən. Keçmiş sovet ölkələrinin əhalisi iş,pensiya və ya tibbi xidmətlərə görə narahat olmurdular. Çünki, dövlət əhalinin qayğısına qalırdı. Bazar sisteminə keçdikdən sonra isə bütün keçmiş Sovet respublikalarında,Şərqi Almaniyada və hətta Çində vəziyyət tamamilə dəyişdi.

Ənənəvi iqtisadçılar düşünürlər ki, ÜDM-in ikiqat artması əhalinin həyat səviyyəsinin də ikiqat yaxşılaşmasına səbəb olur. İsterlin isə əmindir ki, bu heç də belə deyil. O, uzun müddət( 12 ildən çox) ərzində bir çox ölkələrin ÜDM üzrə göstəricilərini və vətəndaşların həyat səviyyəsini tədqiq etdi.

21-34 il ərzində müşahidələr aparılmış 17 inkişaf etmiş ölkədə (14 Avropa ölkəsi,həmçinin ABŞ,Kanada və Avstraliya) ÜDM –in adambaşına düşən artımı ilə həyat səviyyəsinin təmin olunması arasında heç bir əlaqə tapılmamışdır. İnkişaf etmiş ölkələrdə ÜDM-un artması həyat səviyyəsinin təmin edilməsinə heç bir təsir göstərmir.

Bu inkişaf etməkdə olan 9 ölkəyə də aiddir - Asiya,Latın Amerikası və Afrika ölkələri əhalisi. ÜDM-in artması inkişaf edən ölkələrin əhlisinin həyat səviyyəsinin yaşılaşmasına demək olar ki, təsir etmir.

İqtisadiyyatı keçid vəziyyətində olan ölkələrdə - bu qrupa Rusiya və daha 10 dövlət daxildir- də ÜDM-un daha sürətlə artımı əhalinin həyat səviyyəsinə təsir göstərməyib.

Beləliklə, İsterlin və onun kolleqaları iqtisadiyyatın artım səviyyəsi ilə əhalinin rifah səviyyəsi arasında heç bir əlaqə tapmayıblar. Hətta ən kasıb ölkələrdə belə heç bir nəticə olmayıb. Məsələn, Çinin sürətli inkiaşfı çin xalqının rifah halını yüksəltməyib.

İsterlin ənəvi iqtsadçıların səhv etmələrini bununla izah edir ki, əslində iki növ xoçbəxlik var –uzunmüddətli və qısamüddətli. Qısamüddətli xoşbəxtlik insanların konkret hadisələrə reaksiyasını bildirir, məsələn, iqtisadiyyatda vəziyyətin yaxşılaşması və ya pisləşməsi, amma bu effekt tezliklə yox olur. Məsələn, keçmiş sovat ölkələrində olduğu kimi, resessiya insanların rifah halını aşağı salır, iqtisadiyyatın yenidən qurulması isə yenidən onun artmasına gətirir, amma uzunmüddətli perspektivdə bu artım əslində sıfra bərabərdir. Keçmiş sovet ölkələrində də bu şey baş verdi.

Bazar iqtisadiyyatına keçid zamanı dövlət müəsissələri və bununla da işçilərin sosial müdafiə sistemi məhv edildi, işsizlik artdı. Sosializm ölkələrinin əhalisi üçün yeni qayğılar yarandı: insanlara iş axtarmaq və yaşayış vasitələri tapmaq lazım idi, tibbi xidmətləri haradan ala biləcəklərini, uşaqlarını və ya qoca yaxınlarını kimin himayəsində qoyacaqlarını bilmirdilər.

Odur ki, ən kasıb ölkələr belə vətəndaşlarının sosial təminatını ödəyə bilər, rifah halını yaxşılaşdıra bilər.

Tərcümə etdi: Günel Muradova (c) mətnin orijinal variantına burdan baxa bilərsiz
http://finmarket.ru/z/nws/hotnews.asp?id=3252698

Комментариев нет:

Отправить комментарий