17 мая 2013 г.

SSRİ Qələbədən sonra necə möhkəmləndi


1945-ci ilin qələbə mayı SSRİ üçün təkcə müharibənin triumfal sonu deyildi. Ölkənin yarısı xarabalığa çevrilmişdi, insanların həyat səviyyəsi müharibəyə qədərki səviyyədən çox geri düşmüşdü, astanada isə yeni qarşıdurmanın kölgəsi  görünürdü. Təəccüblüdür, zəifləmiş İttifaq cəmi 5 il ərzində nəinki dirçəldi, həm də iqtisadi gücünə görə ikinci dünya derjavasına çevrildi.
Sovet xalqı faşizm üzərində qələbəyə çətinliklə nail oldu.  Quru statistika “liberal” adlandırılanların xoşladıqları “SSRİ məğlub olmuşlar sırasında olsaydı necə olardı“ sualına aydın cavab verir. Axı, Çexiya,Belçika, Fransa və digərləri də işğal altında olmuşdular, amma bu heç bir xüsusi nəticələrə gətirib çıxarmamışdı. Bəlkə,  İttifaqın avropa hissəsində (çünki, faşistlər çətin ki, Urala üz tutardılar) həyat reyxin kölgəsində çiçəklənərdi və xeyirxah bürgerlər yüksək texnologiyalı folksvagen və optika istehsalı işindən sonra bavariya pivəsi içərdilər, sahələrdə isə ağ evlərin kirəmit damları altında sovetinkindən fərqli kök inək sürüsü bəslənərdi?

Olduqca şübhəli təklifdir. Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna,Belorusiya,Pribaltikanın qərb zonalarının azad edilməsindən sonra dəhşətli rəqəmləri üzə çıxaran inventarizasiya aparıldı: müharibəyə qədərki işçi sayının 15-17%-dən az işçi qalmışdı.Sənaye müəssisələrinin 13%-ə qədəri salamat qalmışdı. Kənd təsərrüfatında müharibəyə qədər olan traktor və kombayn parkının yarısından azı qalmışdı, həm də maşınların çoxunun əsaslı təmirə ehtiyacı vardı. İşğal olunmuş rayonlarda mal-qaranın sayı müharibəyə qədərki dövrlə müqayisədə 20-25% at, 40% iribuynuzlu heyvan səviyyəsinə enmişdi, donuzların 10%-i qalmışdı.

Müharibə zamanı 1710 şəhər və şəhər tipli qəsəbə dağıdılmışdı, 70 min kənd məhv edilmişdi, 65 min km dəmiryol yolu partladılmışdı və sıradan çıxarılmışdı. İqtisadçıların hesablamasına görə, ölkə milli sərvətlərinin təqribən 1/3-ni itirmişdi. Nəticədə vətəndaşları yeni həyata uyğunlaşan və müharibənin sonuna kimi alman reyxi uğrunda çalışan işğal edilmiş avropa ölkələrindən fərqli olaraq, SSRİ ərazisində müharibə hər şeyin və hər kəsin tamamilə məhvi üzərində aparılırdı.

Rəqəmlər amansız şəkildə sübut edir: belə planların yerinə tamamilə yerinə yetirilməsi üçün az vaxt qalmışdı. Bizim bu müharibədə qazanılmış qələbənin həm cəbhədə, həm də cəbhə arxasında bizim xalqın böyük gərgin gücü hesabına qazanıldığını söyləməyimiz  böyütmə və sadəcə gözəl metafora deyil. Həqiqətən də, müharibənin sonuna xalq artıq gücdən düşmüşdü və zəifləmişdi, həyat səviyyəsi katastrofik şəkildə aşağı düşmüşdü. Buna görə sovet ali rəhbərliyində dağıdılmış sahələrin  yenidənqurulması üçün tələsməmək təklif olunurdu, “sovet xalqına istirahət üçün şərait yaratmaq”. Belə qərar daha məntiqli görünürdü, çünki, 1946-cı ildə görünməməş quraqlıq nəticəsində ölkədə aclıq yaşanırdı, yenidənqurma vaxtı idi?
Bununla belə müharibənin sonuna kimi aydın oldu: anti-hitler koalisiyası mütəffiqləri Almaniya üzərində qələbədən sonra mehriban əlaqələrini davam etdirmək istəmirlər. İndi bizə məlumdur ki, qərb ordusunun qərargahlarında diqqəti Qərbi Avropaya yönəlmiş orduların Şərqə, onların düşündüyü kimi, zəifləmiş Qırmızı Orduya qarşı irəliləməsi planları hazırlanırmış. Enerji bərpası tərəfdarlarının göstərdiyi kimi, “soyuq müharibə” fazasına keçmiş  kapitalizm və sosializm düşərgələrinin qarşıdurması, ABŞ –ın nüvə silahına malik olmasını da nəzərə almaqla,  istənilən an gərginləşə bilərdi.
Belə baxışın kvintessensiyası Stalinin 1946-cı ilin fevralında söylədiyi nitq oldu, harada ki, o elan etdi: “Biz çalışmalıyıq ki, bizim sənayemiz ildə 50 milyon tona kimi çuqun, 60 milyon tona kimi polad,500 milyon ton kömür, 60 milyon tona qədər neft istehsal etsin. Ancaq bu şəraitdə hesab etmək olar ki, bizim Vətənimiz bütün təsadüflərdən sığortalanmışdır. Buna, çox güman ki, ən azı üç yeni beşillik lazım olacaq”.
Tarix göstərdi ki, İosif Vissarionoviç səhv etmişdi. Ölkənin bərpa tempi keçmiş mütəffiqlərini heyrətləndirərək  və dərin fikrə apararaq əslində daha yüksək oldu.  Aparıcı dünya ekspertlərinin xarabalıqlarının bərpası mümkünsüz olan müharibə dəhşətlərinin böyük muzeyi kimi qanuniləşdirməyi təklif etdikləri Stalinqradı yada salmaq kifayətdir. Amma tələsməyək. Həqiqətdə, iqtisadiyyatın bərpası işğaldan azad edilmiş ərazilər üzrə artıq müharibə gedən zaman başlamışdı.

Müharibənin əvvəlində alman-faşist qoşunları tərəfindən tamamilə işğal edilmiş Moskva yaxınlığındakı kömür hövzəsinin tarixi buna parlaq nümunə ola bilər. Azad olunduqdan dərhal sonra 1942-ci ildə şaxta və qəsəbələr bərpa olunmuşdu, və artıq 1943-cü ildə kömür hasilatı müharibəyəqədərki səviyyəni 45 % ötmüşdü. Döyüşən ölkə təkcə qərb regionlarından evakusiya olunmuş istehsalın işlədiyi arxa cəbhədə deyil, yeni işğaldan azad edilmiş ərazilərdə də sənayenin inkişafı üçün böyük vəsait xərcləmişdi. Təkcə 1943 və 1944-cü illərdə bu məqsədlə  17 milyard rubla yaxın vəsait xərclənmişdi. Nəzərə alaq ki, 1929-1933-cü illərin ilk mühüm beşilliyində, gənc SSRİ öz sənayesini yaratdığında kapital qoyuluşu ildə təqribən 10 milyard rubl təşkil edirdi. Sovet insanları, sovet rəhbərliyi nə qədər öz gücünə və yenilməz  ordusuna inanmalı idi ki, düşmən hələ məğlub edilməmiş belə xərclərə və cəhdlərə getsin!

Sovet İttifaqının iqtisadiyyatının inkişafı qısa şəkildə “beşilliklər” adlandırılan beşillik planlara əsaslanırdı. Müharibəyə qədər 3 beşillik plan qəbul edilmişdi, amma 3-cünün icrası faşist Almaniyasının hücumuna görə baş tutmadı. 4-cü, müharibədən sonrakı, beşillik ölkənin yenidən qurulması və qüdrətinin möhkəmlənməsi yolunda birinci olmalı idi. Buna görə planda olduqca ambisiyalı məsələlər qoyulmuşdu: nəinki müharibəyə qədərki istehsal səviyyəsini geri qaytarmaq, həm də bu səviyyəni ötmək. Xüsusilə, 51% daha çox kömür və 14% daha artıq neft hasilatı nəzərdə tutulurdu. Amma nəticədə bu hədəflər də ötüb keçildi: kömür hasilatı 57,4% -ə kimi, neft isə müharibəyə qədərki hasilatla müqayisədə 21,7%-ə kimi artdı. Beşilliyin sonuna maşınqayırma məhsullarının istehsal həcmi müharibədən əvvəlkini 2,3 dəfə qabaqlayırdı. 4-cü beşillik illərində Zaqafqaziya metallugiya zavodu, Kamenoqorskiy qurğuşun-sink kombinatı, Ryazanskiy dəzgahqayırma zavodu kimi böyük və texnolji cəhətdən mürəkkəb 6500 müəssisə işə salınmışdır.

Sovet xalqının həyat səviyyəsinin yüksəldilməsində pul islahatı önəmli addım oldu. Bugün liberal tarixçilər arasında belə hesab edirlər ki, bu islahat müsadirə xarakteri daşıyırdı və əhalinin, ilk növbədə fəhlələrin və kəndlilərin, əmanətlərini əllərindən almaq məqsədilə aparılmışdı. Elə həmin tarixçi-liberalların bizə “stalin QULAQ-da” fəhlə və kəndlilərin nə dərəcədə yoxsul və hüquqsuz olmaları haqda dayanmadan söylədiklərini də nəzərə alsaq, bu nöqteyi-nəzər olduqca gülməlidir. İndi isə məlum olur ki, onlar əmanətlərə sahib idilər, özü də az yox.
Amma islahat həqiqətən də müsadirə xarakteri daşıyırdı: 3000 rubla kimi əmanətlər başabaş dəyişdirilirdi, 3 mindən 10 minə kimi – 2/3-i, 10 min və ondan çox – 1/3-i. Pullarını corabında və döşəyində gizlədənlər isə “qanlı” onluq əvəzinə rubl aldılar. Ancaq repressiyalardan əsas zərər çəkənlər müasir liberalların mənəvi dədə-babaları – müharibədə varlanmış spekulyantlar  oldular. Əksər hallarda bu kapitalların kriminal mənşəli olması haqda danışmağa ehtiyac varmı, və onları heç cürə doğru yolla qazanıldığını demək olmaz. Bununla belə, fəhlələrin maaşları və kəndlilərin gəlirləri əvvəlki dərəcələrlə hesablanırdı və eyni dəyərdə yeni pullarla ödənilirdi.
Bununla belə, sosial ədalətin bərpası islahatın hədəflərindən sadəcə biri idi, özü də ən əsası deyildi. Məsələ bundadır ki, müharibənin sonuna ölkədə inanılmaz nəğd pul kütləsi toplanmışdı – mütəxəssislərin qiymətləndirməsinə görə, 43 milyard yarımdan 74 milyard rubla qədər. Aydındır ki, bütün bu pul kütləsi iqtisadiyyata təzyiq edirdi. Müharibə dövründə müxtəlif məhsullara ( ərzaq , kommersiya və bazar )görə üç səviyyəliqiymətlər sisteminin yarandığını xatırlamaq kifayətdir. Bu uyğunsuzluğu hər hansı yolla vahid məxrəcə gətirmək lazım idi. Bundan başqa: sovet rublu işğal edilmiş ərazilərdə dövr etməsini  dayandırmadığından, iqtisadiyyata böyük həcmdə saxta pul nişanları atan faşistlər bundan istifadə edirdilər. Yüksək səviyyədə hazırlanmış bu saxta pul nişanlarını dövriyyədən çıxarmaq tələb olunurdu.
İldırımsürətli islahat nəticəsində (bir həftə ərzində əsas SSRİ ərazisində və iki həftəyə - ölkənin kənar və çətin əl çatılan rayonlarında )  nağd pulların böyük hissəsini kənarlaşdırmaq mümkün oldu. İslahatın sonuna onun iqtisadiyyatdakı həcmi təxminən 14 milyard rubl təşkil edirdi, hansı ki, bunlardan 4 milyardı əhalinin əlində cəmlənmişdi. Bununla bərabər qiymətlərin aşağı salınması istiqamətində qiymətlərin müəyyənləşdirilməsi islahatı da baş verdi və dövlət ehtiyatında olan əmtəələr dövriyyəyə çıxarıldı, bu da yeni pulların əmtəə dəyərini gücləndirməyə kömək etdi. Nəticədə rublun alıcılıq qabiliyyəti möhkəmləndi, bu həmin fəhlə və işçilərin həyat səviyyəsinin yüksəldilməsinə səbəb oldu.
Amma müharibədən sonrakı ilk beşillik illərində yalnız müharibənin korladığı iqtisadiyyatın düzəldilməsi aparılmırdı: sovet rəhbərliyinin planları uzaq gələcəyi də əhatə edirdi. 1946-cı ilin aclığı həyat səviyyəsinin təbiətin kaprizlərindən asılığını azaltmaq barədə düşünməyə vadar etdi. Nəticədə meşə salma və suvarma sistemlərinin inkişafı üzrə böyük tədbirlər kompleksini nəzərdə tutan  Stalin planı adlandırılan təbiətin dəyişdirilməsi meydana gəldi. Bu planın icrası sayəsində artıq 1951-ci ildə ət və yağ istehsalı 1948-ci il səviyyəsinin əksinə olaraq  1,8 dəfə, süd – 1,65, yumurta – 3,4 , yun – 1,5 dəfə artdı. Təəssüf ki, Xruşşovun rəhbərliyi dövründə bu qlobal təbiəti mühafizə planı praktiki olaraq ləğv edildi ki, bu da nəticədə kənd təsərrüfatı istehsalının katastrofik aşağı düşməsinə gətirib çıxardı.
Müharibədən sonrakı ilk beşilliyin nəticələri ən cürətli gözləntiləri belə ötdü. SSRİ-nin dünya iqtisadiyyatında müharibədən zərər çəkməyən ABŞ-dan sonra liderliyinin əsası məhz bu illər qoyulmuşdur. Artıq 1950-ci ilin 1 martında sovet hökuməti rublun dollara bağlantısından imtina etdi və 0,222168 q təmiz qızıla uyğun gələn rublun qızıl standartı müəyyən  edildi. Bununla bərabər, SSRİ təkcə özü əvvəlki vəziyyətinə qayıtmağa çalışmırdı, həm də müharibədən sonra yaranmış sosialist blok ölkələrinə də böyük kömək göstərirdi.

Arxaya boylanarkən,  ağır üzücü müharibədən sonra  praktiki olaraq tamamilə məhv edilmiş təsərrüfatı  cəmi 5 il ərzində nəinki bərpa etmək, həm də həmin dövrün ölkələrinin çoxunun iqtisadiyyatını arxada qoymağa imkan verən  misli görünməmiş sıçrayış atmaq üçün  görülməmiş gərginlik göstərməyə özündə gec tapan atalarımızın və babalarımızın mənəvi ruhuna  və iradə gücünə haqq qazandırmamaq mümkün deyil. Və heç cürə bu sualdan yayınmaq olmaz:  axı niyə biz özümüz tamamilə sülh şəraitində, “qeyri-effektiv sovet iqtisadiyyatından”  imtina etməyimizdən demək olar ki, ¼ əsr sonra  belə nəticələrə yaxın sıçrayış göstərə bilmirik?

İlya Nikonov

Tərcümə Günel Muradova


Комментариев нет:

Отправить комментарий