22 мая 2013 г.

Avropada Böyük Depressiyanın başlamasının 20 əlaməti


Yeni Böyük Depressiya artıq başlayıb – sadəcə o hələlik ABŞ-a yetişməyib. Avropada vəziyyət gündən-günə ağırlaşır, amerikalıların əksəriyyəti isə hələ heç bir ağırlaşma hiss etməyib. Hər dəfə insanlar məndən “iqtisadi kollapsın” nə vaxt başlayacağını soruşurlar. Mən əvvəllər də çox illər boyunca sübut etməyə çalışırdım ki, iqtisadi böhranın növbəti güclü dalğası Avropadan başlayacaq – hal-hazırda məhz bu da baş verir. Axı, əslində, Yunanıstanda və İspaniyada işsizlik səviyyəsi artıq ABŞ-da 1930-cu illərdə Böyük Depressiya dövründə olan səviyyədən yüksəkdir. Bugün Avropada baş verənlərə diqqətlə baxın, çünki, bunlar bizi də gözləyir. Məsələ bundadır ki, Avropa bir çox şeydə ABŞ –a bənzəyir. Avropa da bizim kimi bugün misligörünməmiş həcmə çatmış borc girdabında batır. Həm onlarda, həm də bizdə bank sistemi o qədər böyük məbləğli kreditlərdə ilişib ki, bugün kartdan hazırlanmış evciyi xatırladır. Avropada baş verənlər niyə hələ ABŞ-da müşahidə olunmur? Sadəcə biz bütün xəbərdarlıqları rədd edirik və özümüzü olduqca laqeyd aparırıq. Federal Ehtiyyatlar dollarları çap etməyə elə davam edir ki, sanki, sabah heç vaxt gəlməyəcək. Bu şəkildə, biz övladlarımızın və nəvələrimizn gələcəyini vəhşicəsinə məhv edirik. Biz onlardan təxminən hər saat və hər gün 100 milyon dollardan çox pul oğurlayırıq. Biz eyni iqtisadi siyasəti aparmağa davam edirik, baxmayaraq ki, bu Amerikanın gələcəyinin faktiki məhvinin şərtidir.Amma hazırki vəziyyətin istənilən alternativi bizim siyasi xadimlərimizi qorxudur. Yunanıstan,İspaniya,Portuqaliya və İtaliya kimi ölkələr borc artımı templərini azaltmağa çalışdığı halda, onlar üçün nəticələr acınacaqlı olur. Artıq cənubi Avropa üzərində getdikcə şimali avropa ölkələrinə də yayılan iqtisadi depressiya küləyi əsir. Sonunda o bütün dünyaya yayılacaq.

Yeni Böyük Depressiyanın həqiqətən Avropada başlamasının 20 əlaməti bunlardır:

 Fransada işsizlik səviyyəsi 10,6%-ə çatıb, işsizlikyə görə müavinətlərin alınması üçün təqdim olunan ərizələrin sayı isə bütün əvvəlki rekordları üstələyib.

 Bütövlükdə Avropa Birliyi ölkələrində misli görünməmiş işsizlik səviyyəsi müşahidə olunur – 12%.

 İki il əvvəl Portuqaliyada işsizlik səviyyəsi 12% idi. İndi 17%-dir.

 İspaniyada da işsizlik səviyyəsi bütün əvvəlki rekord göstəriciləri üstələyib.Bugün İspaniyada işsizlər 27% təşkil edir. Hətta Böyük Depressiya zamanı ABŞ-da belə işsizlik səviyyəsi olmayıb.

  25 yaşına qədər ispaniyalı gənclər arasındakı işsizlik səviyyəsi sadəcə heyrətləndirir – 57,2%.

 Yunanıstanda da işsizlik səviyyəsi əvvəllər görünməmiş səviyyəyə - 27,2% -ə çatıb ki, Böyük Depressiya zamanı ABŞ-da belə işsizlik səviyyəsi müşahidə olunmayıb.

 25 yaşınadək yunan gəncləri arasındakı işsizlik səviyyəsi çox yüksək səviyyəyə çatıb – 59,3%.

 Bu ilin martında Fransada avtomobil satışı göstəricisi keçən illə müqayisədə 16% aşağı olub.

   Bu il Almaniyada avtomobil satışı göstəricisi 17% düşüb.

 Niderlandda istehlak krediti üzrə borclar təmizin gəlirin 250%-nə çatıb.

 Son beş ildə İtaliyada sənaye istehsalı tam 25% azalıb.

 Son il ərzində özünü müflis elan edən ispan şirkətlərinin sayı 45% çoxalıb.

 2007-ci ildən Avropa ölkələrində vaxtı keçmiş kreditlərin ümumu miqdarı 150% artıb.

 Bu ilin martında Kiprdə bank hesablarından elə həmin ilin fevral ayındakı ilə müqayisədə 2 dəfə çox məbləğdə vəsait çıxarılmışdır, baxmayaraq ki, mart ayının yarısına kimi banklar ümumiyyətlə bağlı idi.

 Əmlak bazarının iflası səbəbindən hazırda İspaniyada 3 milyona yaxın mənzil boş qalıb.

 İspaniyada vəziyyət o hala çatıb ki, artıq çoxmərtəbəli mənzillər tamamilə skvoterlər tərəfindən tutulur (Squatter (ing)- boş ərazilərdə,mənzillərdə qanunsuz şəkildə məskən salan insan).
 “Parla-da (Madriddən 0,5 saatlıq məsafə uzaqlıqda) 285 mənzillik yaşayış kompleksi İspaniyada ucuz əmlak axtaran investorlar üçün ideal obyekt ola bilərdi. Təəssüf ki, binanın 2/3-i skvoterrlər tərəfindən tutulduğundan heç bir gəlir gətirmir. “ Və eyni vəziyyət bütün ölkədə baş verir”- şəhərin meri Xose Maria Frayle deyir. Onun qiymətləndirmələrinə görə, bu bələdiyyə yaşayış kompleksində yalnız 100 mənzilin sakini kirayə müqaviləsi bağlamışdır, amma həqiqətdə hətta onlardan da çox azı kirayə üçün pul ödəyir. “İnsanlar işsizdirlər, onlar ipoteka və ya arenda ödəyə bilmirlər – buna görə, onlar evlərini itiriblər və indi bizdə xeyli skvotter var”.

 Artıq qeyd etdiyim kimi, Yunanıstanda uşaqlar o qədər aclıq çəkirlər ki, yunan müəllimlərinin söylədiklərinə görə, sinif yoldaşlarından yemək istəməyə başlayıblar.

 İtaliyada borcun miqdarının ÜDM səviyyəsinə uyğunluğu 136%-ə çatıb.

 Britaniyada bütün bank aktivlərinin 25%-i borc götürülmüş vəsaitlərinin miqdarı onların kapitallarından 40 dəfə çox olan banklardadır.

 Almaniyanın ÜDM səviyyəsi keçən il üçün cəmi hardasa 2,7 trilyon avro təşkil etdiyi halda, bank sisteminin alman nəhəngi Deutsche Bank ümumi məbləği 55 trilyon avro-dan ( 72 trilyon dollardan çox) çox olan derivativlər buraxır.

Bəli, bu il Amerikanın fond bazarında hələlik hər şey, deyəsən qaydasındadır, amma iş burasındadır ki, amerikan fond bazarı tamamilə iqtisadi reallıqda uzaqdır. Nə vaxt ki, o özünü iqtisadiyyatın baza prinsiplərinə uyğun aparmağa çalışacaq, o zaman biz çox güman ki, 2008-ci ildə baş verənləri yenidən görməli olacıq.
Bizim siyasi xadimlər əbləttə ki, istədikləri qədər eyni tərzdə hərəkət edə bilərlər, amma bir gün bütün axmaq qərarlarımıza görə cavab verməli olacıq. Bu yaxınlarda yaxınlaşan böhran haqqında Piter Şiff (amerikalı iqtisadçı, Euro Pacific Capital İnc.broker şirkətinin prezidenti) belə dedi: “Böhran qaçılmazdır. Məncə, o Obamanın ikinci müddətinin sonuna kimi baş verəcək, belə bir zamanda isə görünür fond bazarlarının investorları buna heç fikir vermirlər”. “Biz müflisik – Şiff elan etdi – Bizim trilyonlarla borcumuz var. Büdcə kəsirimizin səviyyəsinə baxın. ÜDM səviyyəsinə nəzərən borc koeffisentinə, ödənilə bilməyən maliyyə öhdəliklərinə baxın. Əgər biz avro zonada olsaydıq, bizi ordan çoxdan qovmuşdular”. Bununla belə, Şiff qeyd edir edir ki, bazarların mənfəət göstəriciləri və Dou-Cons indeksinin ill dəfə olaraq (2007-ci ildən), rekord göstəricini 14000 punkt ötməsi faktı investorlara yalançı təhlükəsizlik qarantiyası verir.

“Bu o demək deyil ki, qiymətli kağızların qiyməti qalxır, o deməkdir ki, bizim pullarımız qiymətdən düşür. Əgər sizin pullarınız təminatsızdırsa... devalvasiya edilmişdirsə, onda tamamilə hər şeyin qiyməti qalxır, həmçinin də qiymətli kağızların”. “Federal Ehtiyyatlar çox yaxşı bilir ki, amerika iqtisadiyyatı qətiyyən düzəlmir – süni şəkildə faiz dərəcələrini azaltmaqla və monetar siyasət vasitəsilə “miqdar yüngülləşdirməklə” onu sadəcə böhran vəziyyətinə yüklənməkdən saxlayırlar.Amma belə davam etsə, iqtisadiyyat sadəcə partlayacaq”.
Ona görə düşünməyin ki, bizdə, ABŞ-dakı  iqtisadi vəziyyət Avropadakından fərqlənir. Əgər ABŞ hökuməti bütün əldə edilmiş məbləğləri xərcləsəydi, biz özümüz elə sabah depressiyaya yuvarlanardıq. Beləliklə, ətrafımızda müşahidə etdiyimiz iqtisadi fantaziyada sağ qalmaq üçün yeganə üsul – vəsaitləri övladlarımızın və nəvələrimizin əlindən almaqdır. ABŞ iqtisadiyyatı bədbəxt narkomanı xatırlatmağa başlayıb – o tamamilə və qəti şəkildə ona “oturub” ki, düşünmədən pul çap etsin və böyük borc məbləği toplasın. Əgər biz misli görünməmiş böyük borc pul məbləği toplamaqla, pul çap etməyi dayandırsaq sonumuz çatacaq.
Əgər biz misli görünməmiş böyük borc pul məbləği toplamaqla, pul çap etməyə davam etsək, yenə sonumuz çatacaq.

Başqa sözlə- ya elə, ya da belə- amma hər şey çox çox acınacaqlı qurtaracaq.

 Maykl Snayder

Mənbə: The Economic Collapse

Tərcümə Günel Muradova                                                                                                                          

Комментариев нет:

Отправить комментарий