Kapital –ölü əməkdir, hansı ki, vampir
kimi canlı əməyin sorulması hesabına yaşayır və canlı əməyi nə qədər çox
sorursa, o qədər daha yaxşı yaşayır.
Karl
Marks
Biz
və işlə məşğul olan vaxtımız bizə aid
deyil, bizim sahibimizə - bizdən istifadə edən işə götürənə aiddir. Biz öz iş qüvvəmizi sataraq yaşam vasitələri
alırıq.
Sizin sahibiniz - mütləq qanunvericidir.
O ağlına gələn
qaydalar çıxarır, öz kodeksini beyninə necə düşdü elə
dəyişdirir və əlavələr
edir. Hərçənd ki, o bu kodeksə tamamilə cəfəngiyat daxil etmişdir. Məhkəmələr
işçiyə deyir: "Siz özünüz -özünüzün sahibisiniz, əgər bu sizin xoşunuza gəlmirdisə
müqavilə bağlamazdız. İndi, bir halda ki, siz müqaviləni könüllü bağlamısız, onu yerinə yetirməyə məcbursuz".
Əgər Roma qulu zəncirlərlə qandallanmışdısa, müasir muzdlu işçi muzdlu köləlik
münasibətlərinin görünməyən bağları ilə
qandallanmışdır.
Yeganə
qazanc mənbəyini iş qüvvəsinin satışı təşkil
edən işçi onun alıcılarının bütün sinfini
tərk edə bilmir, yəni kapitalistlər sinfini, amma özünü aclıqdan ölümə məhkum
edir. O bu və ya digər kapitalistə aid
deyil, bütövlükdə kapitalistlər sinfinə aiddir; və özünə sahib tapmaq,yəni
kapitalistlər arasında alıcı axtarmaq
–onun öz işidir.
Harada
ki, işçi və kapitalistə zərər dəyir, işçinin varlığı zərər çəkir,
kapitalistin isə yalnız ölü ehtirasının mənfəəti.
Bizim əməyimiz
- bütün cəmiyyətin mövcudluğunun əsasıdır. Amma öz əlləriylə bütün sərvətləri
yaradan muzdlu işçi muzdlu qul olaraq qalır.
Kapitalist
istehsal üsulu yaşamaq üçün daim işçini öz iş qüvvəsini satmağa məcbur edir və daim kapitalistə onu alıb zənginləşdirmək imkanı verir.
Pul
formasında kapitalist sinfi işçilər tərəfindən istehsal olunan və kapitalist tərəfindən
mənimsənilmiş məhsulun bir hissəsini almaq üçün işçi sinfinə çek verir.
Əmək məhsulunun
artığının əməyin saxlanması xərclərini üstələməsi, bu artıqdan ictimai
istehsalın və ehtiyat fondunun
formalaşması və yığılması - bunlar istənilən ictimai,siyasi və əqli
inkişafın əsası olub və olaraq da qalır. Bu fond imtiyazlı sinifin mülkiyyətini
təşkil edir, hansına ki, bu mülkiyyətlə birlikdə həmçinin siyasi hakimiyyət və
mənəvi rəhbərlik də aid olur.
Kapitalistlər
biz qazandığımız pulları öz işlərinin genişləndirilməsinə yatırırlar. Onlar şəxsi
sərvətlərini zənginləşdirmək məqsədilə bizim əməyimizin nəticələrini satırlar.
Onlar bizim
əməyimizin istismarını gücləndirmək üçün
yeni üsullar, istismar məhsulları üçün yeni bazarlar tapır, öz əməyini və
şəxsi vaxtını kapitalistə satmaqla yaşayan daha çox insanlardan istifadə edirlər.
Müasir
kapitalizm daha çox sərf etməyə çalışan, zövqləri tarazlaşdırılmış, təsirlərə
asan təslim olan və asan dəyişən
insanlara ehtiyac duyur; o insanlara ki, özünü azad və müstəqil, hər
hansı bir hakimiyyətə tabe olmayan hesab edir, eyni zamanda da göstərişlər
almaq istəyir, ondan gözlənilən şeyləri yerinə yetirir.
Kapitalistlər
birbaşa və ya qismən dövləti və bütün
onun institutlarını idarə edirlər. Kütləvi informasiya vasitələrlərində hər yerdə dünyamız haqda onların nöqteyi-nəzəridir.
Təhsil dövlət tərəfindən elə qurulub ki, öz məhdudlaşdırılmış dünya görüşünə görə
muzdlu işçilər nəinki iş itirmək
qorxularından öz haqlarını müdafiə etməyə qorxurlar, həm də onlardan istifadə
etməklə digərlərinin necə varlandıqlarını
anlamaq bacarığında deyillər. Və
nə vaxt ki, yalanın üstü açılır güc metodları işə düşür: ordu, polis, xüsusi
xidmət orqanları.
Maddi nemətlərin bilavasitə istehsalçısı olan işçi sinfin yalnız özünə ümid etməli olduğunu anlamaq üçün əksər müasir təhsilli insanların dövlətdən,sonra ümumiqtisadi,məişət və hakim burjuaziyadan asılılığı barədə bir qədər dərindən düşünmək kifayətdir. Bütün müasir cəmiyyət tərəfindən qaranlığa,avamlığa və ziyana məhkum edilmiş çoxmilyonlu xalq kütlələri bu qaranlıqdan istənilən müharibənin birbaşa inkarı ilə çıxa bilər, sinfi müharibədən başqa,bu müharibədə birlik və birləşmə yolu ilə.
"Müasir
demokratiya" (hansı ki, onun qarşısında bütün parlament "partiyalarını"
düşüncəsiz şəkildə alın döyürlər) burjuaziya üçün təbliği sərfəli olan azadlığı
təbliğ edir, burjuaziya üçün isə ən irticaçı ideyaların,dinin, cəhalətin,
nasizmin , istismarçıların müdafiəsinin təbliği sərf edir.
İnsan
münasibətləri əslində, bir-birinə
yadlaşmış, kütlədən seçilməməklə hər biri öz təhlükəsizliyini təmin edən,
fikirləri,hissləri,hərəkətləri başqalarından
fərqlənməyən avtomatların münasibətlərinə çevrilir. Kasıb insanlar ordu
sıralarına qəbul olunurlar. İnkişaf etmiş kapitalist ölkələrin peşəkar ordusu - kapitalistlərin maraqları üçün öz həyatını və
sağlamlığını satan insan ordusudur, hansı ki, onları dövlət vasitəsi ilə muzdlu
işə götürürlər və döyüşə yollayırlar. Bir halda ki, kapital mövcuddur, bütün cəmiyyət
üzərində hökmranlıq edir, deməli heç bir demokratik respublika, heç bir seçki
hüququ işin mahiyyətini dəyişmir.
Dövlət -
cəmiyyətin üzərində dayanan orqandır, orqan deyil, bu cəmiyyətə tamamilə tabe
olandır. İctimai siyasət – varlı sinfin nümayəndələrinin hakimiyyət uğrunda yalanlarla və uydurmalarla dolu mübarizə teatrıdır.
Kimin
idarə etməsindən asılı olmayaraq, işçi sinfi uduzur, çünki muzdlu əməyin
istismarını kapitalist sistemi dəyişmir. Cəmiyyət siniflərə bölünmüşdür –
biri digərinin əməyini mənimsəyən insan
qruplarına.
Bütün
işçilər kapitalizmin muzdlu köləliyi haqda qəzəbi bölmürlər: bəziləri öz
taleyinə itaətkarlıqla tabe olur, dürüst sakinlər kimi yaşayır, axınla üzür,
dünyada baş verənlərlə maraqlanmır, burjuaziyanın zəncirdə olan işçiləri daha
da qandallamasına kömək edirlər; mənəvi cəhətdən onlar ölüdür, necə ki, sənaye
dövründən əvvəl də ölü idilər; digərləri taleyin oyuncağına çevrilirlər, xarici
davamlılıqlarını itirdikləri kimi daxili davamlılığı da itirirlər, bugünkü günlə
yaşayırlar, araq içirlər və ucuz fahişə arxasınca qaçırlar – onlar heyvan
kimidirlər.
İşçi qarşısında alternativ dayanır: vəziyyətə tabe olmaq, "yaxşı" olmaq, burjuanın
maraqlarına "doğru" riayət etmək –o zaman insan mütləq mənasız heyvana çevrilir
- və ya müqavimət göstərmək,
öz insan ləyaqətini var
gücü ilə müdafiə etmək, bunu isə o yalnız burjuaziyaya qarşı mübarizədə edə bilər.
İşçi burjuaziyanın hüquqi və faktiki quludur; o elə bir quldur ki, əmtəə kimi satılır,
əmtəə kimi qiyməti yüksəlir və qiymətdən düşür.
Əgər işçilərə tələbat artırsa, onların qiyməti
yüksəlir, əgər tələbat düşürsə , qiymət enir.
Müasir aşkar köləlik
və köhnə köləlik arasında bütün fərq yalnız ondan ibarətdir ki, müasir işçi daha azad
görünür, çünki o birdəfəlik satılmır, hissə-hissə,
günlük, həftəlik, illik satılır və buna görə də, heç bir sahibkar onu başqasına satmır, beləliklə o özü -özünü satmalı olur, çünki o bir insanın qulu deyil,
bütün varlı sinfin
quludur.
Tərcümə Azərbaycan Ekososialistləri
Комментариев нет:
Отправить комментарий