Tanınmış Çili jurnalisti,Latın Amerikası ərazisində
intelektuallar arasında marksist nəzəriyyəçi kimi tanınan Marta Xarneker Madriddə oldu, orada “Dünya
qurmaq” adlı yeni kitabını təqdim etdi.
Onun siyasi meylləri fransız mütəfəkkiri,
neomarksizmin istiqamətlərindən biri olan strukturalistik marksizm məktəbinin
banisi Lui Altüsserin ideyaları üzərində formalaşıb. Çilidə hərbi çevrilişdən
sonra, Auqusto Pinoçet hakimiyyətə gəldikdə, Marta Xarneker Kubaya gedir, orada
Kuba kəşfiyyatının əsasını qoyan Manuel Pineyroya ərə gedir. Uzun illər
Venesuelada Uqo Çavesin məsləhətçisi kimi çalışmışdır. İki il əvvəl Kanadaya
köçmüş və kanadalı marksist,Simon Frezer Universitetinin iqtisadiyyat üzrə
professoru Maykl Leboviclə ailə qurmuşdur. Marta Xarneker lütfkarlıqla El Pais
ispan qazetinin suallarına cavab verdi.
-Sizin fikrinizcə hansı marksist fikirlər
bugün də aktual olaraq qalır, və bugün dünyadakı proseslərin dərk edilməsində
onlara nə qədər ehtiyac var?
-Karl
Marks tərəfindən kapitalizm haqda söylənilmiş fikirlər, məsələn,istismar,tsiklik,böhranlar,təkrar
istehsal haqqında söylənilmiş fikirlər,bugün də aktualdır. Zaman keçdikcə Marks
tərəfindən yürüdülmüş qlobal mülahizələr
ədalətli oldular. İndi dünyada baş verən hadisələr yeni suallar ortaya qoyur,
hansıları ki, Marks qabaqcadan nəzərə almamışdı və onlara cavab vermək
lazımdır.
-Sizin İdeoloji baxışlarınız necə
formalaşmışdır?
-Mənim
müəllimim Altüsser olub. Marksizmi anlamaq üçün kritik oxuma metodunu ondan öyrənmişəm.
Fransız mütəfəkkirinin nəzəriyyələri məni belə bir fikrə gətirib çıxardı ki,
marksizm ona görə tupikə girdi ki, Sovet İttifaqında və sosializm düşərgəsi ölkələrində
marksizmin qəbul edilməsinə doqmatik yanaşma tərzi vardı.
-İndi işçi sinfi haqqında əsas hərəkətverici
inqilabi güc kimi danışmaq olarmı?
-Solların Latın Amerikasında əsas səhvlərindən biri bundan ibarət idi ki,
onlar işçi sinfin aparıcı rolunun Sovet
İttifaqında təbliğ olunan mövqeyini mexaniki olaraq latin-amerikan regionuna
aparmaq istəyirdilər. 1985-ci ildə başa düşdüm ki, inqilabı yalnız məzlum və
alçaldılmış işçi sinfi etmir. İnqilabi güclərin sosial tərkibi daha genişdir.
-Bugün inqilabi proseslərdə
hansı yeni güclər iştirak edə bilər?
-Tarix
göstərdiyi kimi, bu kəndlilər,hindular,xristianlar,tələbələrdir. Bir sözlə,
aparılan neoliberal siyasətdən narazı olan və onun bütün “gözəlliklərini” öz üzərində
hiss edən hər kəs. Çilidəki hərbi çevriliş neoliberal siyasətə qarşı çıxan
sosial hərəkatları boğmağa çalışırdı. Amma bu baş vermədi, və biz indi bu Cənubi
Amerika ölkəsində böyüyən etirazçı hərəkatların şahidiyik.
-Fikrinizcə,cəmiyyətin neokonservativ
inkişaf variantı Latın Amerikası üçün nə
dərəcədə xeyirli və ya ziyanlı idi?
-Cəmiyyətin neokonservativ inkişaf modeli
ilk mərhələdə dünyaya yayılmaq ənənəsinə malik idi ki, bu da Frensis Fukuyamaya
“tarixin sonu” haqda fikirlər söyləməyə əsas vermişdi. Bununla belə, cəmiyyətin
neokonservativ inkişaf modeli 80-ci illərdə ilk əvvəl Latın Amerikası ölkələrində
məhv olmağa başladı. Səbəb cəmiyyətdəki iqtisadi və sosial bərabərsizlik,
sabahkı günə inamsızlıq oldu. Neoliberalizm cəmiyyətin neokonservativ inkişaf
modelinin qəbirqazanları olan yeni sosial hərəkatların meydana gəlməsinə təkan
verdi.
-Qərbdə belə bir fikir mövcuddur ki,
siyasət pul dünyasına avtonomdur. Siz belə fikirlə razısızmı?
- Mən heç bir avtonomiya görmürəm. Qərar verənlər korporasiyalar və banklardır, siyasətçilər isə yalnız onların istəklərini həyata keçirirlər və onların maraqlarını müdafiə edirlər.
-Necə düşünürsüz, müasir dünyada böhranlardan çıxışın hərbi həlli ola bilərmi?
-Qlobal miqyasda hərbi
konfliktin yaranmasını təsəvvür etmək çətindir, çünki bu nüvə fəlakətinə gətirib
çıxaracaq. Amma lokal müharibələr mümkündür, amma onları dünyadakı hegemonluq və
hakim mövqe ilə qarışdırmaq lazım deyil. Dünyada hegemonluq inandırmaq və
ustalıq yolu ilə sübut olunur. Hegemonluq nə qədər azdırsa, dominantlıq o qədər
çoxdur. Siz hegemonluğu itirəndə güc tədbirlərini istifadə etməyə başlayırsız.
-Belə bir
fikirlə razısızmı ki, hazırda kapitalizm sisteminin özünü qoruması üçün şərait
yaradılır?
-Düşünmürəm. Kapitalizmin böhranı
mexaniki,öz-özünə, siyasi alternativsiz yaxınlaşmır.
-Bu hansı alternativdir?
-Bu neoliberalizm tərəfindən doğurulmuş
çoxsaylı sosial-siyasi problemlərin həlli ilə məşğul olacaq geniş sosial
platformanın yaradılmasıdır. Ən aşağı səviyyədə sosial bərabərsizlik yaradan səbələri
müzakirə etmək lazımdır, Venesuelada sovetlərdə və Kommunalarda edildiyi kimi.
-Necə hesab edirsiz,İspaniyadakı “15 may Hərəkatı”
və ya ABŞ-dakı “Uoll-Striti işğal et” kimi hərəkatlar bu problemi həll edə bilərmi?
-Şübhəsiz.
Problemlər Latın Amerikasında məhz bu şəkildə
həll olunmağa başladı.
Bolivarian
adlandırılan inqilabın gələcəyini necə
görürsüz?
-Qeyd etmək istəyirəm ki, bu dünyada
kifayət qədər maliyyə vəsaitləri vasitəsilə baş tutan ilk inqilab idi. Buna görə
onu digər inqilabi proseslərlə qarışdırmaq lazım deyil. Əsas olan budur ki, Uqo
Çaves oyun qaydalarının dəyişilməsinin vacibliyini başa düşdü və Kommunal
Şuralar və Kommunalar vasitəsilə sonradan dövlət tərəfindən maliyyələşdirilən bu
və ya digər layihələr irəli sürən xalq kütlələrini ön plana çəkdi. Beləliklə,
Çaves dəyişiklik arzulayan milyonlarla sadə venesuelalılara öz tərəfinə çəkməyi
bacardı.
-Bolivarian inqilabını zəif yeri varmı?
-Yəqin
ki, iqtisadi aspektləri unudaraq sosial layihələrə investisiya yatırılmasına
meyl.
-Məsələn, Braziliya kimi yeni derjavaların
meydana gəlməsinə necə baxırsız?
-Braziliya
Cənubi Amerika və ABŞ arasında güc nisbətinin dəyişməsində həlledici rol
oynadı. Latın Amerikasında Millətlərin Cənubi Amerika İttifaqı (UNASUR) kimi yeni beynəlxalq təşkilatlar
yarandı, Vaşinqton bu təşkilatda təmsil edilmir və indi öz istəyini Latın
Amerikası ölkələrinə sırıya bilmir.
-Sizcə, SSRİ-nin süqutuna nə səbəb oldu?
-Bilirsiz,
mən bu məsələdə həyat yoldaşın Maykl Leboviclə razıyam, o hesab edir ki, sovet
hakimiyyəti paternalistik şəkildə ölkə əhalisi
ilə müəyyən sosial razılaşmalar qoydu. Onlar növbəti şeylərdən ibarət idi:
biz sizin əsas ehtiyaclarınızın ödənməsinə
zəmanət veririk, əvəzində - siz siyasətdə iştirak etməkdən imtina edirsiz. Zəhmətkeşlərin
siyasi həyatdan kənarlaşdırılması, ölkənin siyasi rəhbərliyi və xalq arasında
sıx əlaqənin olmaması Sovet İttifaqının süqutuna gətirib çıxardı.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий