8 дек. 2012 г.

Yoxsulluğun və səfalətin kodeksi


Yoxsulluğun və səfalətin  kodeksi
MARKO ÇERVETTİ
yazıçı (İtaliya)

Varlı onun sərvətinin necə çoxaldığını görmək istəyir, bunu seyr etməkdən  həzz alır. Kasıb bu vəziyyətin  əsl həddini təsəvvür edə  bilmir  və onda paxıllıq yaranır. Amma müasir cəmiyyətdə varlı virtual sərvətlər toplayır, onun yeganə əlaməti isə – miqdarıdır. Yığılmış uğur meyvələrini öz gözləri ilə görə bilməmək xəsisliyə və daha çox sərvət toplamaq arzusuna gətirir. Belə cəmiyyət tarazlığını  itirir: bir tərəfdən, aclıq və paxıllıq, digər tərəfdən  - tamahkarlıq və tanrılıq iddiası. Mülkədar sakit yata bilmir,  bankda  mötəbər hesab  sahibi özünü qorunmuş  hiss etmir. Buna görə də  yaşayış keyfiyyəti həmişə sərvətlə bağlı deyil.

Yoxsulluq və  səfalət eyni şəraitdə  doğulur, amma müxtəlif təbiətə malikdir. Yoxsulluq – maddi nemətlərin  yoxluğundan yaranmış vəziyyətdir, səfalət  – ağıl vəziyyətidir,  hətta rifahın  gəlişiylə o yox olmur. Yoxsulluqda doğulmuş  insan öz vəziyyətindən istifadə edə bilir, səfalət içərisində  doğulmuş çətin ki, dilənçi olmağı dayandıracaq. Fərqləndirici amil – ləyaqətdir: yoxsul ləyaqətlə, amma qənaətlə yaşayır, dilənçi ləyaqət nə olduğunu bilmir, dilənçilikdən başqa heç bir başqa həyat haqqında  düşünmür. Ləyaqət –  insanın  təbiətlə və öz bədəni ilə dialoq apardığı dildir. Əgər bu dialoq uzun müddət  davam edirsə, insan özünü dərk etməyi dayandırır. Əgər dialoq kəsilirsə, onda təbiət üstün gəlir. Bu səbəbdən ləyaqət  əxlaqlı insana məxsusdur və ona nə vəzifələrə ,nə rütbələrə , nə də həyat şərtlərinə diqqət yetirməməyə kömək edir.

Müasir insan cəhalət içərisində yaşayır, böyük miqdarda informasiya çoxluğuna görə  o reallığa kritik yanaşma  bacarığını  itirir, müxtəlifliyə  görə  şeylərin mahiyyətinə varmağı dayandırır, köhnə  fikirlilik  onu düşünməyə  qabiliyyətsiz  edir. Bu vəziyyət onu ideal manipulyasiya  obyektinə çevirir: hər şey  onu gözləyir – ağır həyat, çarəsizlik. Pulsuz 70 yaşa kimi  yaşayacaqsan, hətta  daha az. Pulla 80 yaşa  qədər. Müdrikliklə – 90 il. Pulsuz sən bədbəxtliklər qarşısında silahsızsan. Pulla sən sağlamlığın sərvətlərinə sahib ola bilərsən. Müdriklik bədbəxtliklərdən qaçmağa, sağlamlıq əldə etməyə, israfçılıqdan  özünü saxlamağa və yeniliklərə uyğunlaşmağı öyrənməyə kömək edir. Kim dərmanlara həddindən artıq ümid edir, zəifləyir  və vaxtından əvvəl ölür. Kim müalicə olunmur, özünə ağır qocalıq qazanır. Yeməyi  və içkiləri dəqiq  seçmək lazımdır: seçim instinktə və ya mədəniyyətə əsaslanaraq olur. Kimdə həm instinkt, həm də mədəniyyət inkişaf edib, o, düzgün qidalanmağı bilir və qocalana kimi xəstəlik bilmədən yaşayır. Kim ki, yalnız instinktə etibar edir, qidalanmanın bütün incəliyini anlamır və öz şəxsi avamlığının qurbanı olur. Kim yalnız mədəniyyətə etibar edir, öz ehtiyaclarını doqmalara dəyişir və ənənələrin əsiri olur. Kim özündə nə mədəniyyəti, nə də instinkti inkişaf etdirmir,  cəmiyyətin görünməyən gürzünün altında olur  və daha az və pis yaşayır. Buna görə dünyanı dərk etmək və öz bədən  dilini anlamaq bacarığı, birlikdə, yaxşı və müdrik qidalanmağın, və nəticədə uzun həyat yaşamağın yeganə üsuludur.

Ənənəvi cəmiyyətdə varlılar kök idilər, kasıblararıq. Bu gün şəhərlərdə normal məhsullar almaq və  sağlam qida qəbulu üçün vasitələr olmadığından  xeyli kökəlmiş  kasıb yaşayır. Varlılar isə əks səbəbdən arıqdır. Buna görə birincilər az yaşayırlar və xəstəliklərdən əziyyət  çəkirlər. İkincilər isə  daha uzun yaşamağa müvəffəq olur.

Gənclər üçün perspektivlər və müstəqillik  lazımdır, onlar ünsiyyətdən və seksdən həzz almalıdırlar. Amma perspektivlərdə onların reallaşdırılması üçün imkanlar  olmalıdır. Perspektivlərsiz həyat səhv istiqamətdə hərəkət edir. Perspektivləri  reallaşdırmaq  imkanı olmadan bütün  həyat məyusluq içərisində  keçir. Ancaq perspektivlər və ambisiyalar insanın qabiliyyətlərinə əsaslanmalıdır. Buna görə onların reallaşdırmasına gedən yolda ilk addım  özünün və qabiliyyətlərinin sərhədlərini tanimaq  olmalıdır. Bundan başqa, cəmiyyət istənilən üsulla gənclərin ambisiyalarını dəstəkləməlidir,  əgər gənclər özünə iş tapmaq imkanına malik deyillərsə, onlar bu cəmiyyətdə öz yerini necə tapacaq? Cavanlar işə sərf edilmiş səylərə uyğun olaraq  kompensasiya olunmadan necə  sağ qala bilərlər? Əgər iş üçün tələb olunan bilik səviyyəsi gəncin bilik səviyyəsindən çox aşağıdırsa, o özünü necə təsdiq edə bilər? Perspektivlərsiz yoxsulluq  insanı  öz qucağına alır, və səfalət artıq qapıya döyür. Gənclərə özünü təsdiq etmək haqqı verməyən cəmiyyət, – xəstə cəmiyyətdir, ona rəhbərlik edən isə – fərasətsiz və öz yerinə layiq olmayan  rüşvətxordur.
Valideyn evindən azad olmaq arzusu – labüddür, və ona mane olmaq lazım deyil. İstənilən canlı varlıq valideynlərindən azad olmaq və yeni ailə  yaratmaq üçün doğulmuşdur.  Bunu etmək üçün  ilk addım – öz evinə sahib olmaqdır. Ev cavan insana  yetkinləşməyi  və sərbəst olmağı öyrədir. Evsiz  cavan insan solmağa başlayır, özünü şəxsiyyət kimi,cəmiyyətin üzvü  kimi reallaşdırmadan tez qocalmağa başlayır. Sağlam cəmiyyət gənclərə əlçatan mənzil tapmağa kömək edir. Deqradasiyaya gedən  cəmiyyət mənzil qiymətlərini  qaldırır, maaşları azaldır və heç bir kömək etmir. Belə cəmiyyətin siyasətçiləri xəsisdir və yalnız şəxsi xeyiri  haqqında düşünürlər. Əgər ev yoxdursa, perspektiv də yoxdur. Əgər perspektiv yoxdursa, nə sərvət olacaq, nə də çiçəklənmə, yalnız yoxsulluq və səfalət. Bu cəmiyyətin laxlamış, etibarsız vəziyyətidir.

Cəmiyyətin gənc  üzvü onun digər  üzvləri ilə münasibətləri  inkişaf etdirməlidir. Kim ünsiyyət saxlamır – oxumur. Kim oxumur – tərəqqi etmir. Kim tərəqqi etmir – məyus olur. Kim məyus olur – səfalətə düçar olur. Vicdana malik cəmiyyət ünsiyyət üçün şərait və imkan yaratmağın qayğısına qalır. Tamam çürümüş cəmiyyət əlaqəni pozmaq  üçün mümkün olan hər şey edir. Pozulmuş əlaqə  cəmiyyətin boşluqlarının yaranmasına gətirir. Boşluqlar  izolyasiya yaradır. İzolyasiya– dövlətin cəmiyyəti tabelikdə saxladığı zəncirlərdən biridir.
İnsan inkişaf etməlidir. Ədalət prinsiplərinə əsaslanan cəmiyyət təcrübə toplamağa imkan yaradır. Təcrübə – biliyin doğulduğu materialdır.  Bilik cəhaləti müəyyən etməyə  xidmət edir. Cəhaləti tanıyan  insan dünyasını dərk edir. Kim cəhalət qandallarını  atır və onun mahiyyəti dərk edir, o  təbiəti dərk edir. Gizlədiləcək şeyləri olan cəmiyyət  təhrif edilmiş təcrübə qoyur. Təhrif edilmiş təcrübə yanlış təcrübə yığımını bildirir. Yanlış təcrübə – xarab  hakimiyyətə cəmiyyət üzərində nəzarət  aləti kimi xidmət edir.
Televiziya – cəhalətin  mövcud olmasına icazə verməyən yanlış təcrübənin simvoludur.
 Cəhalət – televiziyaya mane olmağın yeganə üsuludur. Həqiqi təcrübə predmetin  müxtəlif nəzər nöqtələrindən  öyrənilməsini nəzərdə tutur,  təhrif edilmiş təcrübə isə  predmetə uzun müddət və fasiləsiz baxmaqdan yaranır.Televiziya şöhrətin və uğurun kriteriyalarını calayır. Amma burada hər şey  baş-ayaqdır: müvəffəqiyyət haqqında bütün yerdə qalan digər şeylərin müvəffəqiyyətsizliyini vurğulamaq üçün,şöhrət haqqında bütün digər şeylərin cüzi olduğunu vurğulamaq üçün danışırlar .Kim ki, müvəffəqiyyətə  cinayətkar metodlarla çatır, hər kəs tərəfindən  heyranlıq  obyektinə çevrilir, yalanın köməyi ilə məşhurlaşan biri  hamı üçün nümunə  göstərilir.

Kim televiziyaya inanır, onun yalanının surroqatı olur. Kim teledebatları izləyir, reallıqdan uzaqlaşır. Deyirlər ki, televiziya tamaşaçının görmək istədiklərini göstərir. Əslində televiziya daha da aşağı səviyyəli   həqiqətləri insanlara sırıyır, o ən aşağı instinktlərlə  oynayaraq şəxsiyyətin inkişafını tormozlamağa çalışır. Televiziya – ən böyük qəddarlıq  və nəzarət vasitələrindəndir.

Mədəniyyət – bir neçə  yaradan və xeyli istifadəçidir. Azsaylı yaradıcılar  məhsulları yaradırlar. İstifadəçilər məhsulları müzakirə edirlər və nəticə çıxarırlar. Mədəniyyətin biokütləsi məhsullarla və onların müxtəlifliyi ilə qidalanır. Cəmiyyətin strukturu bu rolların bölgüsüylə ayrılmaz surətdə bağlıdır.  Yaradanların sayı getdikcə artır, istifadəçilər – azalır: əmək – çoxluq tərəfindən yaradılan məhsuldur; virtual sərvət isə  azlıqlar  tərəfindən yaradılır. Azlıqlar  məhsullardan virtual sərvəti yaradır və onu çoxluğun  əməyinin nəticələrinə dəyişir. Bu halda azlıq  tamamən real şəkildə  varlanır və zəngin adlanır, çoxluq isə həmin vaxt virtual olaraq varlanır və  kasıb adlanır.

İqtisadi böhran – real sərvətlərin virtual sərvətlərə mübadiləsi  prosesidir, o qaçılmaz  və, sözsüz ki, planlaşdırılmışdır. Böhran – bu məzhəkənin kulminasiya anıdır: çiçəklənmə vaxtı mənimsənmiş virtual sərvətlər real sərvətlər şəklində azlığın əllərinə qayıdır. Kasıblar çiçəklənmə haqqında  xəyallarının gerçək olması üçün  işləyirdilər, amma böhran onları bu imkandan məhrum etdi.
Millətlərin ÜDM-u – varlıların  gəlirlərinin səviyyəsidir. Kim kimin idarəsi altında olduğunu bilmirsə, o aldadılır  və özbaşınalıq içərisində  yaşayır. Dövlətin inkişafı prinsipləri kimə  yaxından tanışdırsa, onlardan istifadə edir və onlar tərəfindən istifadə edilir. Kim ki sistemi rədd edir, onun çıxışı olmadığını anlayır. Kim anlayır, obrazlarla izah edir. Kim anlamır, hər şeyə  inanır.
Sistem itilənmişdir, insanların seçimi onu dəyişmək bacarığında  deyil. Və baş verənlər  artıq təsadüf kimi görünmür: kim ki xoşbəxt qurtuluşa inanır, məyus halda  öləcək, kim uyğunlaşa bilir, bütün həyatı boyu özünü aldadacaq.
Qoy kim ki, hələ ölməyib,sağ qalsın.


Tərcümə etdi Günel Muradova