Ernesto Çe Qevara, şübhəsiz, 20-ci əsr
kommunist hərəkatında siyasi şəxsiyyətdir. Geniş spektrdə siyasi baxışlı
insanların qəlbini fəth edən şəxsiyyət. Boliviyada qorxaqcasına qisas
alınmasından sonrakı bir neçə il ərzində Çe müxtəlif marksist, sol və proqressiv
partiya və təşkilatlar – trotskiçilərdən tutmuş qatı leninçilərə və
sosial-demokratlardan tutmuş anarxo-libertarianlara kimi - üçün inqilab simvolu
oldu. Bu argentinalı inqilabçıya heyran olanların böyük əksəriyyəti “Stalin
dövrünün cinayətləri” kimi adlandırılanların
davamı olaraq Stalinə nifrət edərək və lənət oxuyaraq özünü “anti-stalinçi”
sayır. Ki, bu da tarixi mövqedən ziddiyyətli və ironikdir, çünki Qevara özü
Stalinin pərəstişkarı olub.
Gəlin
böyük sovet başçısının ölümünün 63-cü il dönümü münasibətilə Çe Qevaranın öz məktubları və qeydlərini nəzərə
almaqla onun Stalin haqda nə düşündüklərini xatırlayaq. 1953-cü ildə
Qvatemalada olarkən 25 yaşlı Çe öz məktubunda xalası Beatrizə yazır:
“Yeri gəlmişkən, United Fruit-in
torpaqlarını gəzmək imkanım oldu, bu nəhəng kapitalist səkkizayaqlı ilbizlərin
nə qədər qəddar olduqlarına növbəti dəfə əmin oldum. Qoca və yası tutulan
yoldaş Stalinin foto şəkli qarşısında and içdim ki, bu sprut məhv olunmayınca
rahatlıq tapmayacam ”.
Qvatemala
məktubundan bir neçə il sonra, Kubada inqilabi prosesslərin qızğın vaxtları Qevara
Stalinə münasibətində öz mövqeyini yenidən təsdiqləyir:
“Stalinin səhvləri deyilən şeylərdə inqilabi mövqe ilə təftişçilik mövqeyi
arasında olan fərqlər gizlənir. Stalinə hərəkət etdiyi tarixi kontekstdə baxmaq
lazımdır, ona hansısa bir kobud kimi deyil, konkret tarixi kontekstdə baxmaq
lazımdır. Mən Stalin dayının sayəsində kommunizmə gəldim və heç kim mənə deyə bilməz ki, mən
onu oxumamalıyam. Mən onu hələ o vaxtlar oxuyurdun ki, o zamanlar onu oxumaq
pis iş hesab edilirdi. Bu başqa dövr idi. Və madam ki, mən parlaq sima deyiləm
və yekəbaşam, mən onu oxumağa davam edirəm. Xüsusilə indiki,onu oxumağın daha
pis iş hesab olunduğu yeni dövrdə. Həm o vaxtlar, həm də indi mən oxuyuram və
çox yaxşı şeylər tapıram” .
Stalin
siyasətini bəyənməklə yanaşı Çe həmişə Trotskini “gizli motivlərinə” və “əsas səhvlərinə”
görə pisləyərək onun əks-inqilabi roluna işarə edirdi. Öz qeydlərinin birində o
qeyd edir:
“Mən hesab edirəm ki, Trotskinin əsaslandığı
fundamental şeylər səhv idi, onun sonrakı addımları düzgün deyildi, son illəri
isə tamamilə qaranlıq idi. Trotskiçilər inqilabi hərəkata heç bir töhvə vermədilər,
onların ən çox uğur qazandıqları yer Peru olmuşdu, amma orada da son nəticədə
müvəffəqiyyətsizliyə uğradılar, çünki onların metodlar pis idi”.
Marksizm fəlsəfəsinin əsaslarını yaxşı bilən,
hərtərəfli oxucu olan Ernesto Qevara stalin məqalələrini marksizm-leninizm klassikasına aid edirdi. Kuba İnqilabının
görkəmli xadimi və trotskiçi Armando Xart Davalosa məktubunda o bunları
yazırdı:
“Əgər düşünməyə mane olmaqla narahatlıq yaradan sovet kərpiclərini nəzərə almasaq, Kubada heç nə nəşr olunmur. Partiya sənin üçün etdi, sən isə bunu həzm elə. Marksın, Engelsin,
Leninin, Stalinin və digər böyük marksistlərin tam əsərlərinin küliyyatını kaş
ki, nəşr etməyi lazım bilsəydik. Bu zaman iş digərlərindən daha dərin, yaxşı
analiz olunmuş tanınmış revizionistlərə (istəsən Xruşovu da bura daxil edə bilərsən)
də gəlib çatardı, həmçinin də, sənin mövcud olmuş və görünür nəsə yazmış dostun
Trotskiyə”.
Sov.İKP-nin
20-ci qurultayından sonra Sovet rəhbərliyinin seçdiyi təftişçilik yolu Çenin
ciddi narahatlığına səbəb oldu. 1956-cı ildən sonra Xruşov tərəfindən anons
edilən “stalinsizləşdirmə” siyasəti və sosializm quruculuğu prosesinə dair
yanlış və opportunist baxışlar Çe
Qevaranın inqilab və sosializm görüşlərinə öz kritik təsiri vardı. Çe Qevaranın
bioqraflarından biri, meksikalı siyasətçi Jorj Kastaneda kommunizm əlehinə yalanlar
əlavə etməklə yazırdı:
“Qevara
o zaman stalinist oldu ki, minlərlə insan rəsmən “kommunizmdən” ümidini
üzmüşdü. O Xruşovun Stalinin cinayətlərini “imperialzm təbliğatı” kimi tənqid
edən 1956-ci il nitqini rədd edirdi və elə həmin ildə rusların işçilərin
üsyanını yatırmaq üçün Belçikaya soxulmasını müdafiə edirdi”.
Xruşov “destalinizasiyasının” başlanmasından
dörd il sonra, 1960-cı ilin noyabrında Ernesto Çe Qevara Kuba hökumətinin rəsmi
nümayəndəsi qismində Moskvaya səfər edir. Kuba səfirliyinin bu kimi hərəkətlərdən
kənar olmaq üçün verdiyi məsləhətlərə baxmayaraq, Çe Kreml nekropolunda hörmət əlaməti
olaraq əklil qoymaq üçün Stalinin məzarına baş çəkməkdə israr edir.

Çe
rəhbər və sosializm quruculuğunda töhvələrinə görə İosif Stalinə dərin rəğbət bəsləyirdi.
Ona görə idi ki, onun özünün də söylədiyi kimi “Stalinə onun hərəkər etdiyi
tarixi kontekstdən baxmaq lazımdır (....) həmin konkret tarixi kontekstdən”.
Stalinin Sovet İttifaqına rəhbərlik etdiyi bu tarixi kontekst və ətrafdakı olduqca
düşmən və çətin sosial, iqtisadi və siyasi vəziyyət antistalinizm tərəfdarları
tərəfindən qəsdən kölgədə saxlanılır. Onlar bu fakt haqda susurlar və qəsdən
etinasızlıq göstərirlər ki, Sovet İttifaqında sosializm quruculuğu prosesi şiddətli
sinfi mübarizə, çoxsaylı daxili və xarici (imperialistlərin əhatəsində) təhlükələr çərçivəsində baş verirdi, o vaxt
ki, kütləvi sənayeləşmə cəhdləri müqavimətlə və geniş sabotajla qarşılaşırdı (
kollektivləşdirmə prosesi, misal üçün, qolçomaqların düşmənşilik mövqeyi ilə
toqquşmuşdu).
İosif
Stalin - həm şəxsiyyət, həm də başçı kimi – xüsusi tarixi kontekst çərçivəsində
kütlələrin fəaliyyətinin məhsuludur. Və Stalin əzmkar ideoloji leninizm irsinə əsaslanaraq
bolşevik partiyasına və Sovet insanlarına düz otuz il rəhbərlik etmiş şəxsdir.
Həqiqi kommunist və əsl inqilabçı kimi, - nəzəriyyəçi və təcrübəçi – Ernesto Çe
Qevara bu tarixi reallığı mütləq qəbul etməli və layiqincə qiymətləndirməli
idi.
Nikos
Motas
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur