1871-ci il 28 mayda tarixdə ilk işçi sinfin hökuməti
olan Paris Kommunası süquta uğradı.
1871-ci ilin 21-27 may qanlı həftəsində Paris
Kommunasının minlərlə silahlı müdafiəçisi versal orduları tərəfindən Parisin
iri hissəsindən şimal-şərq məhəllələrinə sıxışdırıldı. İlk proletar inqilabının
qəhrəman döyüşçüləri hər bir məhəlləni, hər bir küçəni qoruyaraq son damla qanlarına
kimi döyüşdülər. Qadınlar kişilərdən geri qalmırdılar, uşaqlar böyükləri təqlid
edirdilər.
Sonuncu Ramponno küçəsindəki barrikada məğlub oldu.
Kommunanın son müdafiəçiləri 29 mayda Per-Laşez qəbiristanlığında güllənəndilər.
Döyüşlər və edamlar zamanı 25 min kommunar öldürüldü, təxminən 40 min insan
həbsə atıldı və ya katorqa işləri üçün Yeni Kaledoniyaya və Əlcəzairə sürgün
edildi.
Kommunadan qisas alındıqdan sonra burjua irticaçısı və
cəlladı Tyer inamlı şəkildə bəyan etdi: “Daha sosializm haqda söhbətlər
eşidilmir, lap gözəl! İndi biz sosializmdən qurtulduq”. Amma eyni vaxtda da vəhşiləşmiş
versal döyüşçülərindən gizlənən Kommuna şairi Ejen Potye çox doğru proletar himni yaradaraq sanki Tyer və onun
əlaltılarına cavab verirdi: “Biz öz dünyamızı, biz yeni dünya quracıq. Heç kim
olan hər şey olacaq”. Bir neçə gün əvvəl isə İnternasionalın Baş Şurasının
toplantısında çıxış edən K.Marks bəyan etmişdi ki, “Kommunanın süqutu yalnız
mübarizənin davamını təxirə salacaq. Kommunanın prinsipləri daimidir və məhv
edilə bilməz: işçi sinif azadlığa nail olmayınca, onlar hər dəfə özünü yenidən
biruzə verəcək”.
Paris Kommunası cəmi 72 gün dayana bildi, ondan 57
günü kommunarlar Paris küçələrində amansız döyüşlər keçirdilər. Kommuna sübut
etdi ki, işçi sinif sadəcə hazır burjua maşınına sahib olmamalı və onu öz
məqsədləri üçün işə salmamalıdır, o onu sındırmalı, məhv etməlidir. “Amma iki səhv
gözəl qələbənin bəhrəsini məhv etdi, - Lenin yazırdı.- Proletariat yolun
yarısında dayandı: “ekspropriatorların
ekspropriasiya edilməsinə (red-qəsbkarların mülkiyyətdən məhrum edilməsi);” başlamaq
əvəzinə, o ölkədə ümummilli məsələlərlə, misal üçün, bank kimi müəssisələr ələ
keçirilməmişdi, prudonistlərin “ədalətli mübadilə” barəsində nəzəriyyələri və
bunun kimi sair şeylər hələ də sosialistlər arasında hakim idi, birlikdə ali
ədalətin bərqərar edilməsi arzuları ilə məftun oldu. İkinci səhv –
proletariatın həddindən artıq alicənablığı: düşmənlərini qırmaq lazım idi, o
isə onlara əxlaqi cəhətdən təsir etməyə çalışırdı, o vətəndaş müharibəsi zamanı
hərbi əməliyyatların əhəmiyyətinə məhəl qoymadı və Versal üzərinə əzmli hücum
etməklə Parisdə öz qələbəsini başa çatdırmaq əvəzinə, ləngidi və versal hökumətinə
qara qüvvlər toplamaq və qanlı may həftəsinə hazırlaşmaq üçün vaxt qazandırdı”.
Kommunanın işi başqa şəraitdə, başqa şərtlər daxilində
1905 və 1917-ci illərdə rus inqilabçıları tərəfindən davam etdirildi.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий