5 окт. 2016 г.

1993-cü ilin sentyabrın sonu, oktyabrın əvvəlində Moskvada baş vermiş hadisələr haqda nə bilirsiz?
Rusiya gənclərinin çoxu da bilmir, ya da çox az şey bilir. Çünki burjua KİV-ləri bu haqda yazmır, danışmır... Bilənlər də ya özləri araşdırıb öyrəniblər, ya da böyüklərindən eşidiblər.
Qısa desək, Rusiyanın əhalisi amerikançı demokratların iqtidarından cana doymuşdu. Çünki bütün amerikançı demokratlar məzmunca faşist olur. Və o günlər Moskvada bir faşizm havası əsdi. Demokrat Boris Yeltsin əsdirdi. Açıq-aşkar faşistlik etdi, amma təbliğatını qebbelsvari quraraq, parlamentin müdafiəçilərinə "qırmızı-qəhvəyi qüvvələr", yanı kommunistlərlə faşistlərin qarışı dedi, dedizdirdi.
1993-də fəaliyyət göstərən Rusiya parlamenti hələ SSRİ rəsmən buraxılmadan, 1990-da və 1978-ci ilin (Brejnevin) konstitusiyasına əsasən seçilmişdi. Adı: xalq deputatları qurultayı və Ali Sovet. Yanı xalqın özünün nümayəndələrini seçdiyi son parlament idi, deputatlar kapitalistlərin maraqlarını ifadə etmirdilər, kapitalist elitalar və klanlar hələ yaranmamışdı.
Bu parlament Yeltsinə mane olurdu. O vaxtın konstitusiyasına görə prezident Yeltsin parlamenti buraxa bilməzdi. Parlamentin prezident tərəfindən buraxılması dövlət çevrilişi olardı.
Yeltsin hələ 1992-ci ilin yayında ABŞ-a səfərə gedir, oradakı ağalarına öz ölkəsinin parlamentini şikayət edir. ABŞ-da ona dövlət çevrilişində dəstək verməsini söz verirlər. Doğrudan da 1993 sentyabr-oktyabr hadisələrdində Moskvadakı ABŞ səfirliyinin işçiləri, MKİ agentlər hər gün Lubyankaya (Rusiya xüsusi xidmət orqanlarına) gedirdilər, orada məşvərət keçirir, plan cızırdılar...
1993-cü ilin parlamenti neoliberal islahatlara və Qərbin xeyrinə olan vətən xainliyinə qarşı idi. Misal üçün, Yeltsin ABŞ-la "uran müqaviləsi bağlamışdı". Müqaviləyə görə Rusiya ABŞ-a 20-ci əsrdə istehsal edilən bütün uranı, hərbi uranın da 90% verməli idi. Özü də necə! hazır nüvə başlıqları sökülməli idi, uran çıxarılmılı və ABŞ-a qəpik-quruşa satılmalı idi. Burda söhbət uranın ABŞ-a ucuz satılmasında da deyil... Söhbət ondadır ki, bu razılaşmaya görə Rusiya öz hərbi nüvəsinin çox hissəsini məhv edirdi, ABŞ-ın hərbi nüvəsi isə 2-3 qat artırdı, güclənirdi... Parlament bu razılaşmanı ratifikasiya etmirdi.
Misal üçün, parlament Beynəlxalq Valyuta Fondunun 23 tələbini qəbul etmək istəmirdi. Bu tələblərin yerinə yetirilməsi Rusiyanı Qərbin koloniyasına çevirəcəkdi. Azərbaycan hamısını qəbul etdi və koloniyaya çevrildi. Rusiya da sonra, parlamenti dağıdandan sonra etdi. Nəticədə bütün effektivli, rentabelli müəssissələr bağlanıldı, bankrot edildi, qəpik-quruşa özəlləşdirildi, kənd təsərrüfatı çökdürüldü...
Rusiya prezidenti Yeltsin təbii resursların və onlarla bağlı infrastrukturun özəlləşdirməsinə icazə verən qanun qəbul etdirmək istəyirdi. Bu, sovet sosializmdən qalma qanunların, qaydaların ləğvi olacaqdı. Və oldu da, həmin hadisələrdən sonra bütün strateji sovet əmlakı qəpik-quruşa bir qrup oğru tərəfindən mənimsənildi, 75 min zavod-fabrik bağlandı, kolxozlar dağıdıldı... Yanı Rusiyada kapitalizmin bərpası Azərbaycandakı kimi rahat-lukum olmadı, Rusiya xalqı, solçuları əməlli-başlı müqavimət göstərdi. Həmin günlə minlərlə, bəzi məlumatlara görə 15 minə yaxın sovetyanlı vətəndaşın öldürülməsi bunun ən aydın göstəricisidir. Siz də deyirsiz 20 Yanvar belə gəldi, 20 Yanvar belə gedti... Ən şişirdilmiş rəqəmlərlə 147 nəfər həlak oldu 20 Yanvarda. Bu hadisəni tərədənlər hər iki tərəfdən amerikançı olsa da - Qorbaçov və Azərbaycanda sovet hakimiyyətinə qarşı çıxan amerikançı qladyo - hesabı SSRİ-yə, sovet hökumətinə, hətta kommunizmə və ruslara çıxardılar. Və illərdi eyni yalanı təkrarlamaqla onsuz da analiz etməkdə çətinlik çətən, əzbərçi böyüyən nəslin beynini yuyublar...
Amerikançı Yeltsin və digər qərbçilər 15 min vətəndaş öldürdülər bir neçə gündə - bu haqda heç danışan yoxdur. Çünki öldürülənlər sovet tərəfdarı insanlar, öldürən canilər isə Qərb imperializminin maraqlarını ifadə edən bir qrup oğru, bandit, quldur....
Bu sənədli filmdə müəyyən qədər məlumat eşidəcəksiniz. Diqqət edin, Rusiya parlamentini müdafiə edən silahsız 200 min adamı snayperlər, avtomatçılar güllələyir. Haradasa 5-10 qərbçi piketə, mitinqə çıxanda, bütün KİV-lər göstərir, bir sürü "hüquq müdafiəçisi" onların müdafiəsinə qalxır, onları polis maşına soxub aparanda vay-şüvən qopur..... 15 minə yaxın adamı bir neçə gündə öldürdülər - bu haqda danışan yoxdur. Özü də xalqın seçdiyi parlamenti müdafiə etdiyi üçün. 20 Yanvar 1990 ərəfəsində Əbülfəz Əliyevin və İsa Qəmbərin adamları yerlərdə dövlət orqanlarını ələ keçirmişdilər, Bakıda xaos yaratmışdılar, erməni "paqromları" gedirdi, respublika iflic vəziyyətdə idi... Qərbçilər deyir ki, Bakıya qoşun çıxarmaq olmaz... 1993-də Moskvada camaat legitim parlamenti müdafiə edirdi, çünki amerikançı Boris Yeltsin ölkəsini iflic vəziyyətə salmışdı, xalqın seçdiyi parlamenti buraxırdı, nə var nə var - parlament onun istədiyi qanunları qəbul etmirdi.
Bu filmdə o günlər parlamentin sovetyanlı müdafiəçilərinin sıralarında olmuş bir keşiş danışır... Adam baxır, xristianlara qibtə edir.... Hanı ədaləti müdafiə edən bizim molla? Hardadır? Ömür boyu varlının, güclünün süfrəsini yalayıb... Rusiyada isə keşiş zəiflərin sırasında silahlı hərbçilərə qarşı dayanıb...
Amerikançı demokrat Boris Yeltsin əli yalın camaatın üstünə OMON göndərir, adamları döyürlər, havaya atəş açırlar... nə edirlər - faydası olmur, adamlar OMON-a qarşı dirənir... Mənən sındırırlar OMON-u... Bundan sonra OMON-çular, digər hərbi dəstələr dağılışıb gedirlər... Boris Yeltsin onun iqtidarını və neoliberal islahatlarını qoruyacaq silahlı qüvvə tapmır... Və... amerikançı qladyo işə soxulur. Gündüz vaxtı parlamentin müdafişəçiləri İsrail istehsalı olan qısa avtomatlarla silahlanmış, o tərəfə, bu tərəfə gedən adamları görürlər... Gecə isə binalarından damından onlara snayper və avtomat atəşləri başlayır.... Moskvanı qan gölünə bulayırlar.... İrtica əks-inqilabını başa çatdırır...
Boris Yeltsin açıq dövlət çevrilişi etdi, xalqını qanına qaltan elədi.. Ona görə də ağlı başında olan hər bir vicdanlı insan bilir ki, Qərbin "demokrat" dediyi siyasətçi, siyasi qüvvələr məzmunca faşist olur. Onlar elə islamçı terrorçulara, başkəsənlərə "demokrat" deyirdilər.. 1988-lərdən başlayaraq SSRİ məkanındakı milliyətçilərə, faşistlərə "demokrat" deyirdilər... Hamı da inanırdı... İndi isə dünya başqadır... İnsanların müəyyən hissəsi ayılıb... Ona görə də ABŞ Yaxın Şərqdə son vaxtlar hər istədiyini edə bilmir. Çünki bütün dünya Vaşinqtonun hansı qaniçən qüvvələrlə əməkdaşlıq etdiyini gördü, bildi, anladı...
Rusiyanın 1990-cı ildə seçilmiş parlamenti niyə konstitusiyanı pozaraq legitimliyini itirmiş Yeltsinə məğlub oldu?
Eyni, avqust 1991-ci ildə SSRİ-nin xilas etmək istəyənlər uduzduğu səbəblərdən. Çox qətiyyətsizlik etdilər. Lakin 2 il əvvəl baş vermiş avqust hadisələrindən fərqli parlamentin qətiyyətsizliyi daha çox şüurlu passivliklə bağlı idi. Belə ki, parlament xalqa çağırış etmədi, çünki əmin idilər ki, 1991-ci ildən də çox sovet sosializminin bərpasını inid, 1993-də istəyirlər... Çünki keçən bu iki xalqın çox hissəsini ayıltdı. Artıq "azadlıq", "müstəqillik" boşboğazlığına işçilər inanmırdılar... Parlament sovet sosializmini qaytarmaq arzusunda deyildi, bu nöqtədə Yeltsinlə həmfikir idilər. Lakin parlament Yeltsin kimi Rusiyanın Qərbin koloniyası olmasına da razı deyildi. Parlament sadəcə öz mövcudluğunu qorumaq, Qərbin müstəmləkəsi deyil, güclü kapitalist ölkə yaratmaq istəyirdi. Ona görə də xalqa müraciət olmadı, passiv gözləmə, Yeltsinin muzdlu qatillərindən müdafiə mövqeyini tutdu. Məğlub oldu və Rusiya Qərbin müstəmləkəsinə çevrildi... Təkcə Yeltsinin yanında onlarla ABŞ-lı mütəxəssis işlədi, yeni konstitusiyanın, özəlləşdirmə layihəsini və s. taleyüklü məslələrin hamısını onlar həll etdilər... Əlbətdə ki, Qərb kapitalist elitaların xeyrinə... Putin bu işlərə son qoydu. Sırf buna görə ona Qərb "diktator" damğası vurdu. Halbuki Putin liberal-faşist Yeltsindən qat-qat demokratdır...
Həmin bu amerikançı liberal-faşist Yeltsinin vaxtında Azərbaycanda oluqca dağıdıcı siyasi proseslər baş verdi, Yeltsinin Azərbaycandakı ekizləri olan Əbülfəz Əliyevin Xalq Cəbhəsinin zərərli əməllərinin köməyilə Dağlıq Qarabağ və ətrafındakı strateji mövqelər daşnaklar tərəfindən işğal edildi. Yeltsin Putindən fərqli açıq ermənipərəst idi... Ümumiyyətlə, Rusiyanın bütün qərbpərəstləri eyni zamanda ermənipərəstdilər. Ona görə də Rusiyada qərbçilərin iqtidara gəlməsi azərbaycan xalqı üçün bir faciədir.
Amerikançı demokrat Boris Yeltsin konstitusiyanı pozaraq xalqın seçdiyi parlamenti tanklardan vurur... Çünki iclasa yığdığı güc strukturlarının rəhbərləri ona heç bir çıxış yolu təklif edə bilmir. Yeltsin axırda Rusiyanın müxtəlif hərbi bazalarından muzdlu tankçı yığır... Heç bir tank ekipajı parlamenti vurmağa razı olmur, ona görə razılıq verən muzdlu tankçılardan tez-bazar ekipajlar təşkil edib parlamenti vurmağa göndərirlər. Öz xalqının seçdiyi nümayəndələri tankdan vuran, öz xalqının minlərlə övladını öldürtdürən Yeltsindən nə gözləyirsiz? Təbii ki, Rusiyanın Xankəndindəki 366-cı alayın pul müqabilində erməni faşistlərinə Xocalı faciəsini törətməyə yardım etməsi onun vecinə olmayacaq.... Axı o amerikançı demokrat, onu böyüdən partiyanı satmış əxlaqsız, alkaş bir sağçıdır... Yeri gəlmişkən, Yeltsinin valideynləri qolçomaq olub... Yanı adamın mənəviyyatı bu imiş... Genlə keçir... Bunun çarəsi yoxdur... Görün Sovet hökuməti nə qədər kinsiz, ürəyi yumuşaq olub ki, qolçomaq balasının qarşısında bütün qapıları açıq tutub...


Rusiyada 1993-cü ildə sentyabrın sonu, oktyabrın əvvəlində baş vermiş hadisələr şəkillərdə.
Ola bilər, Azərbaycanda bir çoxlarına "sosializm bitdi, heç vaxt qayıtmayacaq" fikri təlqin edildiyi üçün bədbinlik baş alıb gedir... Rusiya başbaşqadır, çünki Rusiya insanı bambaşqadır... Rusiyalıların nə qədər oğrusu, dələduzu varsa, ondan da minlərlə dəfə çox ədalətli, əməksevər, başqasının haqqına göz tikməyən insanı var... Onlar mütləq sosializmi bərpa edəcəklər. Əksini düşünmək mümkün deyil. 1993-cü ildə, antisovetçiliyin tuğyan etdiyi vaxta onlar ayağa qalxıb döyüşdülər, əli yalın çıxdılar tankların, güllənin qabağına... Bu sizə uydurulmuş 20 Yanvar "qəhrəmanlığı" deyil... 20 Yanvarda insanlarımız 100 % inanırdılar ki, ordu atəş açmaz... Çünki ordu sovet ordusu idi, xalqın ordusu idi... Bunu Qorbaçov da bilirdi, Azərbaycandakı amerikançı qladyoçular da bilirdi... Ona görə təxribat lazım idi.. Ona görə Fəhmin Hacıyev və digər cənhəçilər binaların damından sovet ordu hissələrinə atəş açırdılar... Ona görə də Qorbaçov sovet ordusu əvəzinə Bakıya 20 yanvar gecəsi beyinlərinə "azərbaycanlılar erməniləri Bakıda, Sumqayıtda kəsdi, zorladı" yeridilmiş, Stavropol və Krasnodar vilayətlərindən ehtiyyatdakı erməniləri göndərdi... Hər iki amerikançı tərəf - Qorbaçov və cəbhəçilər - 20 yanvar faciəsi törətmək üçün əllərindən gələn təxribatları etdilər. Yanı azərbaycanlılara əvvəlcədən desəydilər ki, ordu atəş aça bilər, küçələr boş olacaqdı. Xalq Cəbhəsinin liderləri, həmçinin Nemət Pənahov camaatı küçələrə tökəndə inandırırdılar ki, ordu atəş açmaz. Heç birinin də - nə özlərinin, nə də qohumlarının - burnu belə qanamadı.
1993-cü ilin oktyabrnda Moskvada baş verən hadisələr başqa idi. Sovet sosializminin bərpasını tələb edən rusiyalılar tanklarla, avtomatlılarla savaşacaqlarını görürdülər, bilirdilər... Və savaşdılar..
1990-nın Yanvarında küçəyə çıxan azərbaycanlıların əksəriyyəti sosializmə qarşı deyil, Qorbaçovun ədalətsizliyinə qarşı çıxmışdılar. 1993-cü ilin oktyabrnda isə rusiyalılar sırf sovet sosializminə qayıtmaq üçün küçələrə çıxmışdılar. Axşam bir az da danışacam o hadisələr haqda.

http://aloban75.livejournal.com/2289934.html