4 дек. 2012 г.

"DÜŞÜNDÜRƏN KOMMUNİZM"


Sinfi cəmiyyətin yaranmasından başlayaraq, insanlar hakimiyyəti tənqid edirlər və ədalətli cəmiyyətin necə olması haqda düşünürlər.
GERMAN KLENNER
Alman filosofu
Qezin Lyotsş (qeyd: Almaniya Sol partiyasının keçmiş sədri): "Kommunizm - ədalətli cəmiyyətə can atmağı ifadə edən qədim ideyadır" və Qreqor Qyuzi (qeyd: Bundestaqda Sol fraksiyanın rəhbəri): "Nə vaxt ki, insanlar kommunistləri hər kəsin azadlığı azadlığın əsas şərti olan sinifsiz cəmiyyətin qurulmasına cəhd edən insan kimi qəbul edir, bu halda mən asanlıqla özümü kommunistlərə aid edə bilərəm"kimi aydın və ağıllı fikirləri, fanatik antikommunistlərdə onların məhdud üfiqünə uyğun rezonans doğurdu. Gələcəyə murder baxışlar buraxmamaq üçün, keçmişə nəzər salmaq lazımdır. Kommunizm həmçinin fikirlər dünyasıdır. Həm də bu qədim dünya daim yeni fikirlərlə yenilənir. Və tarix göstərdiyi kimi onu məhv etmək heç də asan deyil. Bu onu bildirir ki, kommunist ideyalar insanların baza ehtiyacına uyğundur: insan varlığına. Bu fikirlərin bütün müəllifləri özünü kommunistlərə daxil etmirdilər, amma onlardan əksəriyyət yaşadıqları zamanda özünü cəmiyyətin müsadirə edici, zülmkar və kütləşdirici şəraitinə rəqib hesab edirdilər. Onlardan bəziləri öz inamlarına görə həyatlarını ödəməli oldular.
Platon (e.ə. 347 ): Zənginlik və yoxsulluq mövcud olmayan cəmiyyətdə ən gözəl əxlaq yaranır. Əxlaqlı insan çox zəngin ola bilməz, çünki ədalətsiz gəlir ədalətli gəlirdən iki dəfə çox olur.
Tomas Mor (1516): Xüsusi mülkiyyət olan hər yerdə pul hər şey üçün ölçüdür, ədalət mövcud deyil – əgər canilərin digərlərindən həmişə yaxşı yaşamasını ədalətli hesab etməsək.
Hans Xerqot (1527): Dünyada cəmi üç masa mövcuddur. Birinci masada həddən artıq hər şey olur, ikincidə orta miqdarda, üçüncü tamamilə kasıb. Və biriləri birinci masadan gəlib ən kasıb masadan çörəyi götürməyə qərar verirlər. Buradan da mübarizə yaranır, tanrı zəngin və kasıb masanı çevirəcək və orta masanı tutacaq.
Tomaso Kampanella (1602): Elmlər, hörmətli sahələr və həyat sevincləri (günəş dövlətində) bir növ ümumidir, ona görə heç kim nəyisə başqasından mənimsəyə bilmir.… Müasir cəmiyyətdə hamı eyni zamanda kasıbdır və zəngindir; zəngindir, ona görə ki, hamıda ona lazım olan hər şey var və kasıbdır, ona görə ki, heç kim mülkiyyət kimi nəyəsə malik deyil.
Cerard Uinstenli (1649): Xüsusi mülkiyyət bütün müharibələrin, bütün qan tökmələrin, bütün oğurluqların və bütün qul qanunlarının səbəbidir. Nə qədər ki, ölkəni idarə edənlər öz mülkiyyətlərini təyin edirlər və xüsusi mülkiyyəti ucaldırlar, sadə xalq heç vaxt azad olmayacaq.
Morelli (1755): Mülkiyyət olmayan yerdə idarə etmək kimin ağlına gələr, kim başqalarını qula çevirmək istəyəcək? Nüfuz özünü ən çətin öhdəliklərlə və qayğılarla yükləmək hesab olunan, hamı üçün əlçatan olan həyat nemətlərinə can atan cəmiyyətdə zülm mövcud ola bilməz.
Jan - Jak Russo (1762): Ölkənin heç bir vətəndaşı digərlərini satın ala biləcək qədər zəngin və digərinə satılacaq dərəcədə kasıb olmamalıdır.
Jan P. Marat (1790): Əgər zadəgan aristokratiyasının aradan qaldırılması ilə onun yerinə pul aristokratiyası gələcəksə, nəyə nail olmaq olar? Dambanı dağıdan kimi, dəniz suyu hər tərəfdə suyun səviyyəsi bərabərləşənə kimi dayanmadan axmağa davam edəcək. Yəni hüquq bərabərliyi nəticədə,ağıla düşünsək, mülkiyyət bərabərliyidir.
Meri Uolstonkraf (1790): Azadlıq bizim gözəl planetimizn müxtəlif hökumətlərində bir dəfə də olsun öz obrazını almayan gözəl ideyadır; mülkiyyət İblisi müqəddəs insan hüquqlarını aradan götürmək və ədalətə qarşı müharibə cığırında dayanan qanunları yaratmaq üçün əvvəlcədən vurnuxurdu.
Villiam Qodvin (1793): Varlılar birbaşa və ya dolayısı ilə dövlətin qanunvericiləridir; və bunun nəticəsində də onlar sistemə daim zülm gətirirlər.… Məhz mülkiyyət insanlardan ümumi kütlə yaradır və cansız maşın kimi onunla manipulyasiya edir.
Jak Ru (1793): Nə qədər ki, bir insan sinfi digərini cəzasız gəmirə bilir azadlıq boş ağılsızlıqdır. Bərabərlik boş ağılsızlıqdır, nə qədər ki, inhisara malik olan varlı öz həmvətənlərinin ölümü və həyatı haqda qərar verir.
Qrakx Babyof (1795): Bundan sonra heç bir hökmdar, heç bir zülmkar və heç bir məzlum.… Gələcək hökumət bütün sərhəd şlaqbaumların, hasarların, qalaların, mübahisələrin, proseslərin, oğurluqların, qətllərin, sözün qısası, bütün cinayətlərin kökünü kəsəcək.
Qrakx Babyof (1796): Təbiət bütün şeylərdən həzz almaq üçün hamıya eyni hüquq verdi. Əsl cəmiyyətdə zənginlər və ya kasıblar olmamalıdır. Bərabərsizlik və zülm eynidir. Bədbəxtlik və köləlik bərabərsizlikdən doğur, o isə öz növbəsində mülkiyyətdən. Deməli, mülkiyyət cəmiyyətin əsas bədbəxtliyidir, hamıya qarşı cinayətdir. İnqilab bitmədi, çünki zənginlər hər şeyi mənimsədilər və kasıbların qul kimi işədiyi və dövlət üçün heç bir məna kəsb etmədiyi zamanda yalnız bununla da məşğuldurlar.
Robert Ouen (1826): Dünyada insanın təbiətinə uyğun olaraq daim xoşbəxtlik hiss etməsi üçün yalnız bir yol var: birləşmək və hər kəsin ayrı-ayrılıqda xeyiri üçün birlikdə çalışmaq.
Şarl Furye (1829): Hər bir istehsalçı əhaliylə müharibə vəziyyətindədir və şəxsi maraqları üzündən xalqa qarşı düşmən mövqe tutur.... Cəmiyyətdə yoxsulluq artıqdan yaranır.
Doktrin de San-Simon (1829): İnsanlar tərəfindən insanlara edilən zülm şübhəsiz ki,sosial şərtlərlə izah olunur; Amma son səbəb mülkiyyətin statusundan ibarətdir… Cənab və qul, patrisi və plebey, mülkədar və təhkimçi, bekar və işçi –düşmənçiliyin canlı ifadəsi insanlar tərəfindən insanlara edilən zülmdür.
Edvard Hans (1836): Ağa və qul,daha sonra patrisi və plebey, sonra feodal və vassal münasibətləri artıq istehsalçı və işçi münasibətlərinə çevrildi. İnsanın heyvan kimi istismar edilməsi köləlik deyilmi? Və buna üstün gələcək vasitə yoxdur? Var. Bu azad birgə işdir, bu kollektivləşdirmədir.
Etyen Kabe (1839): Cəmiyyət nədir? Bu insanların müxtəliftərəfliliyidir və o azad iradəyə əsaslanır. Buna görə cəmiyyətdə cənablar və xidmətçilər, soyğunçular və soyulmuşlar, yalançılar və aldadılmışlar, əzab verənlər və məzlumlar ola bilməz. Başqa sözlə: cəmiyyətin əsası nədədir? Bütün birləşdirilmiş və əlaqələndirilmiş insanların ümumi maraqlarında.
Pyer Jozef Prudon (1840): Mülkiyyət soyğundur.… Kommunizm bərabərsizlik, amma əks mənada. Mülkiyyət güclünün zəifə zülmüdür; Kommunizm zəifin güclüyə zülmü.
Eten Kabe (1840): Kommunistlərin meydana çıxmasından sonra dərhal susurlar, etibardan salırlar və təqib edirlər. Nə baş verir! Öz inamı üçün cəsarət lazımdır; kim olduğunu demək lazım. Mən kommunistəm.
Vilhelm Vaytlinq (1842): Hər kəsin varlığı və əmin-amanlığı digərlərinin qəsd etmələrindən qorunmalıdır. Bu yalnız məhsulların və əməyin, həyat üçün vacib və faydalı olan hər şeyin birləşməsi zamanı mümkündür..… Köhnə nizamın dəyişdirilməsi inqilabdır; Beləliklə, inkişaf yalnız inqilabın köməyi ilə mümkündür.
Teodor Dezami (1842): İcma mülkiyyəti birliyin ən təbii, sadə və mükəmməl forması, ictimai prinsiplər yolunda dayanan ziddiyyətlərdən qurtulacaq tək doğru üsuldur. İcma mülkiyyət bizim inqilabçı şüarlarımızda tələb etdiklərimizin təyinidir: azadlıq, bərabərlik, qardaşlıq.

Karl Marks (1842): Biz əminik ki, təhlükə praktiki cəhdlərimizdə deyil, kommunizm ideyalarının nəzəri reallaşdırılmasındadır, çünki praktik cəhdlərə təhlükə olan kimi toplarla cavab vermək olar, bizim ziyalılarımıza qalib gələn,ağlımız tərəfindən vicdanımıza döyülərək inamımıza çevrilən ideyalar isə ürəyimizi parçalamadan qoparılması mümkün olmayan zəncilərdir , insanların onlara tabe olaraq qalib gələ biləcəyi iblislərdir.
Fridrix Engels (1843): Həqiqi azadlıq və həqiqi bərabərlik, kommunizm bax budur.… Ya almanların fəlsəfə sahəsində bütün səyləri hədər olacaq, ya da bu səylər kommunizmlə bitməlidir.
Henrix Oppenqeym (1847): "Hər kəsə qabiliyyətinə görə, hər bacarığa görə nailiyyət!"demək heç də asan deyil. Belə daha düzgündür: "hər kəsə ehtiyacları üzrə!", bu halda unutmamaq ki, hər kəs görülən işə münasibətindən asılı olaraq öz ehtiyacı üzrə əldə etməyə layiq olmalıdır.
Rozal Lüksemburq (1918): Burjuaziya sinfi hökmranlığı öz yaşamaq hüququndan istifadə etdi. Kömək olmayacaq, çıxış yolu, sosializmdən başqa heç bir qurtuluş yoxdur. Təkcə proletariatın dünya inqilabı bu xaosa nizam gətirə bilər.Muzdlu əməyin və sinfi hökmranlığın yerinə yoldaşlıq əməyi gələcək. Əmək vasitələri bir sinifin inhisarında olmağı dayandırmalıdır, onlar hamı üçün ümumi olmalıdır. İstehsalın nəzarəti və əmtəə bölgüsü cəmiyyətin marağındadır. Sosializm ya barbarlıq.
F.Engels: Bütün insanlar bərabər səviyyədə təhsil hüququna malik olmalıdır və elmin nailiyyətlərindən istifadə etməlidir.
K.Marks:İnsanlığın təbiəti özünə tabe etmə ölçüsündən asılı olaraq, insan başqa insanların qulu olur və ya öz şəxsi alçaqlığının quluna çevrilir.
Roza Lüksemburq: Ən düşünülməmiş inqilabçı qətiyyət və ən comərd insanlıq —sosializmin həqiqi nəfəsi yalnız onlardadır. Dünya dəyişilməlidir, amma hər tökülmüş göz yaşı, hansını ki, qurutmaq olar, — ittihamdır və vacib işə görə tələsərək sadəcə kobud diqqətsizlikdən qurdu əzən hər bir insan cinayət törədir.

 Tərcümə: Günel Muradova

Комментариев нет:

Отправить комментарий