Yoxsulluq olmadan guya nə bolşevizim
işlərinin, nə sosializmin mümkün olmamasına gəldikdə, bu elə bir ağılsızlıqdır
ki, onun haqda danışmaq belə çətindir. Leninçilər o zaman yoxsulluğa istinad
edirlər ki, kapitalizm elementləri və kapitalistlərin istismar etdiyi yoxsulluq
mövcuddur.
Amma kapitalizmin elementləri aradan
qaldırıldıqdan, yoxsulluq isə istismardan azad olunduqdan sonra leninçilərin
işi ilkin mövcudluq şərtləri artıq məhv edilmiş yoxsulluq və kasıbçılığı möhkəmləndirmək
və qoruyub saxlamaqdan ibarət deyil, ondan ibarətdir ki, yoxsulluğu aradan
qaldırsın və kasıbçılığı varlı həyat səviyyəsinə qaldırsın. Sosializmin
yoxsulluq və ehtiyac təməli, şəxsi istehlakın azaldılması və insanların həyat
şəraitinin yoxsul həyat şəraiti, hansı ki, daha yoxsul kimi qalmaq istəmir və varlı
həyata doğru yuxarı qalxır, səviyyəsinə endiriliməsi təməli üzərində qurula
biləcəyini düşünmək axmaqlıq olardı. Kimə belə, icazə versəniz, sosializm
lazımdır? Bu sosializm olmazdı, sosializmin karikaturası olardı. Sosializm
yalnız cəmiyyətin istehsal qüvvələrinin güclü inkişafı əsasında, əmtəə və
məhsulların bolluğu əsasında, zəhmətkeşlərin varlı həyatı əsasında, mədəniliyin
coşğun inkişafı əsasında qurula bilər. Çünki, sosializm, marksist sosializm
şəxsi istehlakın azaldılması demək deyil, onların hər cür genişləndirilməsi və
inkişafı, bu tələbatların ödənilməsinin ixtisarı və ya onlardan imtina edilməsi
yox, mədəni zəhmətkeş insanların bütün tələbatlarının hər cür və tamamilə
ödənilməsi deməkdir.
Şübhəsiz ki, ayrı-ayrı partiya
üzvlərinin yoxsulluq və varlılıq barəsindəki baxışlarında olan bu qarışıqlıq yoxsulluğu
bütün və hər bir şərtlərlə bolşevizmin əzəli dayağı kimi ideallaşdıran və
kolxozlara qızğın sinfi mübarizə meydanı kimi baxan solçu qanmazlarımızın baxışlarının
əksidir.
Gördüyünüz kimi, bu məsələdə də, parçalanmış
partiya əlehinə olan qrupların ideologiyasının qalıqları hələ də yaşamaq
qabilliyətini itirmir.
Aydındır ki, əgər bizim partiyada oxşar
qanmaz baxışlar qələbə çalsaydı kolxozlar son iki ildə əldə etdikləri uğurları
qazana bilməzdilər və qısa müddətdə dağılardılar.
И.В. Сталин. Отчетный доклад XVII съезду партии о работе ЦК
ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13. Государственное
издательство политической литературы. Москва, 1951. С. 359-360.
Комментариев нет:
Отправить комментарий