“Liberalizm”... Bəziləri üçün “bizim hər şeyimiz” və insanlığın
inkişafında çələng, digərləri üçün az qala söyüşdür. Əsası hələ Volterin
povestlərində və publisistikasında qoyulmuş ideologiya. Bundan başqa, müasir dövrdə
vahid liberal ideologiyanın mövcudluğu haqda danışmaq, məsəslən, millətçiliyin
vahid doktrinasının varlığı haqda danışmaq kimi əsassızdır. Millətçilik sözü altında
şərti olaraq müxtəlif şeyləri, nə gəldi başa düşürlər. Liberalizmlə də vəziyyət
eynidir.
Liberalizm siyasi həyatda şəxsiyyətin toxunulmazlığı, onun hüquq və
azadlıqlarının qanunla müdafiəsinin vacibliyi,hakimiyyətin bölünməsi,yerli
birliklərin müstəqilliyi, müstəqil və açıq məhkəmə, dünyəvi dövlət və s.kimi
fundamental prinsiplərə riayət etməyi nəzərdə tutur və həqiqətən siyasi liberal
olmaq onun ruhuna və əlifbasına ciddi əməl etmək deməkdir. Bu dəyərləri
bölüşmək və onlara əməl etmək üçün öz iqtisadi baxışında liberal olmaq vacib
deyil – bu prinsiplər həm sosial-demokratlar,həm xalq sosialistləri, həm də
kommunistlərin bir qismi üçün ümumidir. Millətçilərin də arasında bu əsasları
bölüşənlərə rast gəlinir (hər halda yalnız sözdə). Sosial liberalizm
strukturlaşmış vətəndaş cəmiyyətinə can atır – bəs bu 21-ci əsr xalqçılığı
deyilmi, harda ki, çoxdan yox olmuş kənd icmasını özfəaliyyət strukturlarının
səpintiləri ( qyeri-kommersiya təşkilatları, yerli özünüidarə orqanları,dini
icmalar, etnik diasporlar və s.) əvəz edir.
İqtisadi liberalizm isə, əksinə, cəmiyyəti çoxqatlı,çoxstrukturlu
bütöv kimi deyil, atom insan-hissəciklərin, “iqtisadi insanların” Broun
hərəkəti kimi nəzərdən keçirir. İqtisadi liberalizmin müqəddəs inəyi Bazardır.
Əgər siyasi liberalizm dövlətin funksiyalarını vətəndaş cəmiyyətinin xeyrinə
məhdudlaşdırmağa çalışırsa, iqtisadi liberalizm şəxsi təşəbbüsə mane
olmamaq üçün milli təsərrüfatda dövlətin
rolunu “gecə qarovulu” roluna endirməyə çalışır. Bununla belə, o azad
sahibkarlıqdan ötrü sosial siyasəti minimallaşdırmaq istəyir.
Belə liberalizm demokratiya və siyasi azadlığı mütləq dəyərlər kimi
nəzərdə tutmur. O, azad iqtisadiyyat naminə Ali Şuranı və ya prezident sarayını
güllələyə bilər.Vətəndaşların hüquq və azadlığını məhdudlaşdırmaq və ya hətta
müvəqqəti ləğv etmək; demokratiyanı hansısa “yeddi bankir” oliqarxa, “üç yüz ailəyə” vermək və ya general diktaturası
qurmaq... Seçki hüququnu pul və ya mülkiyyət senzi vasitəsilə məhdudlaşdırmaq.
Xalqları məhv etmək, ehtiyat kimi satmaq və ya liberal sivilizasiya çərçivəsinə
aid olmayan xalqları opiumla zəhərləmək.
Beləliklə, iki konseptual fərqli liberalizmlə qaşılaşırıq. Amma
liberalizmin ayrıca fərdə və ya bütünlükdə cəmiyyətə nəzərən azlıqların
(istənlən azlıqların- təkcə etnik və dini azlıqların deyil) hüquqlarını
mütləqləşdirən üçüncü növü də var. Liberalizmin bu növü “libertarianlıq”
adlandırılır, rus publisistləri onu “liberastlıq” adlandırırlar. Bu növ
liberallar istənilən azlıq üçün xüsusi hüquqlar və hətta üstünlüklər tələb
edirlər. Müasir Avropada liberalizmin məhz bu növü qələbə çalıb. Belə
liberalizm nöqteyi nəzərindən əhalinin istənilən azsaylı qrupun hüququ xüsusi
dəyərə malikdir, bu istər zoofil və ya pedofil olsun,istərsə də, narkoman və
manyaklar. Libertarianizm fəlsəfəsinə əsasən hətta ,məsələn, cinayətkarlar və
terroristlər də əhalinin qanuna riayət edən çoxluğuna nəzərən “müqəddəs”
hüquqlara malikdirlər. Bu koordinat sisteminin azlıqlarına oliqarxlar da aiddir
– azsaylı sosial azlıq kimi ( 1-ci növü – A, 2-ci növü B,3-cü növü – C
adlandıraq).
Avropada isə məhz 3-cü növ liberalism hakim mövqe tutub. Hər iki ideoloqem klassik
liberalizmdən uzaqdır. Ritorik bir sual vermək qalır: əgər Avropa şəhərlərinin
küçələrində heyvan müdafiəçiləri və zoofillər bir-birilə toqquşsalar, yerli
Femida hansı tərəfi tutacaq? Axı, onların hər ikisi əks mövqedə dayanan
azlıqlardır.
Liberal B parlamentli demokratiya tərəfdarı ola bilər, amma müqəddəs
mülkiyyət hüququnun qeyri-liberal metodlarla müdafiəsi üçün general-qorillanı
çağıra bilər.
Liberal C (liberast) də həmçinin onun bütün mümkün azlıqların
müqəddəs hüquqları anlayışını bölüşməyən xalqların başına bomba yağdırmağa
hazırdır. Bu iki liberalizm növü arasındakı fərq Buş və Obamanın ritorikası
arasındakı fərqə bərabərdir.
Beləliklə, qarşımızda çox şeydə liberalizmə zidd olan 3 müxtəlif növ
var: anlayışlar qarışıq düşməsin deyə, Liberalizm A tərəfdarını “liberalist”,
liberalizm B tərəfdarını – sadəcə “liberal”, liberalizm C tərəfdarını –
“libertarian”, sadə dildə “liberast”, onun klassik liberalizmdən fərqlənən inam
simvolunu isə - “liberazm” adlandıraq. Müasir qərb dünyasının tendensiyası olan
B və C liberalizmlər liberalizmə A-ya qarşı birləşirlər. Buna nümunə olaraq,
çoxsaylı qərb və qərbə meyilli KİV-i göstərmək olar. Məlumatsız və qərəzli
insanlar bu 3 liberalizm arasında əsas fərqləri bilmədən onları birləşdirirlər.
Bugün
liberalizmin “liberallardan” və “liberastlardan” müdafiəsinə ideyaca liberalizmdən uzaq olan insanlar –
sosialistlər və kommunistlər,monarxistlər, xalqçılar və digərləri qalxırlar.
Əgər “liberallar” oliqarxların qanunsuz yolla qazandıqları kapitalları,
“liberastlar” pedofillərin müqəddəs hüquqlarını müdafiə etmək üçün jandarmeriya
çağırırsa, liberalistlər “liberal olmayan” çoxluğun tərəfində olur.
Sonda
müasir Avropanın məşhur yazıçısı və mütəffəkiri Mişel Uelbekdən sitat gətirək:
Biz
liberalizm ideologiyasından üz döndəririk, çünki, o bizim həyatımıza məna
qatmaq, individin insan cəmiyyəti adlandırılmağa layiq cəmiyyətdə özü kimiləri
ilə birlikdə dinc yaşaması üçün yol göstərmək bacarığında deyil. Burası da var
ki, o heç belə hədəflər də qoymur – onun hədəfləri tamamilə başqadır.
Liberalizm eres kimi doğuldu, doqmaya çevrildi və yeni doqmalarla
sıxışdırılıb çıxarılmış mövhumat kimi məhv oldu. Onun əsas prinsipləri bir gün
yeni həyat qazancaq.. amma artıq qeyri-liberal əllərdə.
Анатолий Беднов
Tərcümə: Günel Muradova
Комментариев нет:
Отправить комментарий