Burdan bir neçə mil uzaqda baş verən dəhşətli faciələrin
və ,bəlkə də, yaxın gələcəkdə qarşılaşacağımız ən qorxulu fəlakətlərin fonunda özünün
bütüb abstraktlığı və qeyri-müəyyənliyi ilə dünyanın tezliklə yaxşılaşmağına
xidmət edə biləcək prespektivlərdən danışmaq səhv və hətta ağır olardı.
Mən bir neçə dəfə Livanda olmuşam və Livan xalqının
təsirli hazırlığı ilə yüngülləşən böyük ümidlər anı kimi, böyük ümisdizlik anının
da çətinliklərə sinə gəlmək və yenidən yoluna davam etmək olduğunu görmüşəm.
Mənim ilk səfərim,əgər bunu belə adlandırmaq
mümkünsə, düz 60 il əvvəl olub- təxminən düz vaxtında. Bir dəfə gecə biz həyat
yoldaşımla İsrailə məxsus Qalileyin şimal hissəsində gəzirdik, onda bizə bir
cip yaxınlaşdı və bizə geri qayıtmaq əmr olundu. Sən demə biz sərhədi təsadüfən
keçməklə başqa ölkəyə gəlib çıxmışıq. O zaman sərhəd qeyd olunmamışdı, indi isə,
çox güman ki, silahla işarələnmişdir.
Bu kiçik hadisə idi,
amma o mənə aydın şəkildə göstərdi ki, sərhədlərin (ümumiyyətlə elə dövlətlərin
də) leqimitimliyi, ən yaxşı halda, şərti və müvəqqəti bir şeydir.
Praktiki olaraq, bütün
sərhədlər zorakılıq vasitəsilə müəyyən olunur və müdafiə edilir,özü də əsassız
olaraq. Livan-İsrail sərhədi 100 il əvvəl Osmanlı İmperiyasını imperialist
Britaniya və Fransanın maraqlarına əsasən bölən Sayks-Piko müqaviləsi ilə müəyyən
olunmuşdur. Amma nə bu torpaqlarda yaşayan insanlar, nə də onun landşaftı heç kəsi
maraqlandırmırdı. Bu sərhəd tamamilə mənasızdır və məhz buna görə də bu haqda
bilmədən onu belə asanlıqla keçmək mümkün idi.
Əgər bütün dünyanı
bürüyən dəhşətli konfliktlərə nəzər salsaq aydın olacaq ki, onların demək olar
ki, hamısı imperialist cinayətlərin mirasıdır və böyük derjavaların öz
maraqları üçün həyata keçirdikləri sərhədlər tərəfindən doğurulublar.
Deyək ki, puştunlar
Britaniyanın Pakistanı Əfqanıstandan ayırdığı Düran Xəttini heç vaxt qəbul etməyiblər,
bundan əlavə, onu heç bir əfqan hökuməti də qəbul etməyib. Amma müasir
imperialist derjavalar üçün bu sərhədi keçən puştunları “terrorist” adlandırmaq
və onların evlərini amerika pilotsuz təyyarələri və xüsusi təyinatlı qüvvələri
üçün hədəfə çevirmək sərfəlidir.
Dünyada Meksika və
Birləşmiş ştatlar – iki dost ölkə arasında olan sərhəd kimi ən müasir
texnologiyalarla qorunan və ehtiraslı ritorikaya xidmət edən sərhədlər azdır.
Bu sərhəd XİX əsrdə ABŞ-ın işğalçılığı nəticəsində müəyyən edilmişdir. Amma
prezident Bill Klinton onu hərbiləşdirən “Gatekeeper” əməliyyatını başlayana,
1994-cü ilə kimi sərhəd tamamilə açıq idi. Ona qədər insanlar öz yaxınları və
doğmaları ilə görüşmək üçün sərhədi rahat şəkildə keçirdilər. Çox güman ki, “Gatekeeper” əməliyyatı
həmin il baş vermiş daha bir hadisə ilə də bağlıdır, daha dəqiq desək, azad
ticarət haqda Şimali Amerika müqaviləsinin həyata keçirilməsi ilə. Qeyd etmək
lazımdır ki, “azad icarət” ifadəsi bu sənədin mahiyyətini düzgün ifadə etmir.
Klinton administrasiyası,şübhəsiz, başa düşürdü
ki, meksikalı fermerlər nə qədər effektiv təsərrüfat yürütsələr də, ABŞ-ın
aktiv şəkildə subsiydiyalarla təmin edilən
aqrosənayesi ilə rəqabət apara bilməzlər və Meksika biznesi Meksikada xüsusi səlahiyyət
qazanmış müqavilə şərtlərinə əsasən Amerikanın transmilli korporasiyaları ilə rəqabət
aparmağı bacarmaz. Bu dəyişikliklər labüddən immiqrantları kütləvi şəkildə sərhədi
keçməyə məcbur etməli idi.
Bəzi sərhədlər onların təmsil etdiyi və dəstəklədiyi
kin və münaqişələrin zəifləməsinə paralel olaraq dağılır. Buna ən xarakterik
nümunə - Avropadır. O, dünyada yüzilliklər ərzində iyrənc və qanlı müharibələrlə
əhatə olunmuş ən qəddar region olub. Məhz bu münaqişlər zamanı hazırlanmış
texnologiya və müharibə mədəniyyəti Avropanın sülh qazanmasına imkan verdi.
Bununla belə, təsvir edilməz barbarlığın- İkinci Dünya müharibəsinin - sonuncu
qığılcımından sonra avropalılar bir-birini məhv etməyi dayandırdılar.
Alimlər bunu demokratiyanın sülh bərqarər etmək
ideyası ilə əlaqələndirilər,hansı ki, demokratik ölkələrin bir-birilə müharibə etməyi sevmədiyini nəzərdə tutur. Amma, bəlkə avropalılar sadəcə anlayıblar:
onların əlində elə bir dağıdıcı güc var ki, növbəti dəfə sevimli oyunlarını
oynamaq onlar üçün son ola bilər.
Avropa ölkələri arasındakı sıx inteqrasiya ciddi
problemlərsiz ötüşmür, amma əvvəl olanlarla müqayisədə, bu irəli atılmış böyük
addımdır.
Son zamanlara qədər sərhədlərin faktiki olaraq
olmadığı Yaxın Şərqdəki hadisələrin analoji inkişafını presedentsiz adlandırmaq
çətin olardı. Yaxın Şərq sərhədləri də dağılır, amma dəhşətli metodlarla.
Görünür, Suriyanın intihara doğru qarşısıalınmaz sürünməsi ölkəninin süqutu deməkdir. Hazırda The Independent –də çalışan, Yaxın Şərq üzrə təcrübəli müxbir Patrik Kokbern proqnoz verir ki, Suriya hadisələri və onun regional nəticələri Sayks-Piko rejiminin sonuna gətirib çıxara bilər. Suriyadakı Vətəndaş müharibəsi 10 il əvvəl başlanmış amerikan-britaniya qoşununun İraqa soxulmasının ən qorxulu nəticələrindən biri olan sünnilər və şiələr arasında konfliktin yenidən qızışmasına səbəb oldu. İraqın və Suriyanın kürd regionları muxtariyyətə doğru irəliləyir və qarşılıqlı əlaqələri möhkəmləndirirlər. Bir çox analitiklər hesab edirlər ki, kürd dövləti fələstin dövlətindən qabaq yarana bilər.
Əgər
Fələstin nə vaxtsa hakim beynəlxalq konsensusa yaxın bir əsasda müstəqillik
qazansa, onun İsraillə sərhədləri,çox güman ki, normal kommersiya və mədəniyyət
mübadiləsi vasitəsilə yuyulacaq, necə ki, keçmişdə dinclik vaxtında bu baş
verirdi.
Bu
daha sıx regional inteqrasiyaya və - bəlkə də - Qalileyi İsrail və Livan
arasında bölən süni cizginin yox olmasına doğru atılmış addım olardı. O zaman
insanlar mənim həyat yoldaşımla 60 il əvvəl keçdiyim sərhədi yenidən sərbəst
keçərdilər.
Sərhədlərin
yuyulması və dövlətlərin leqitimliyi ilk planda Yer Kürəsinin kimə məxsus
olması haqda ciddi məsələləri ortaya çıxarır. Deyək ki, parnik qazları ilə
çirkləndirilən, hansı ki, may ayında miqdarı haqda xüsusilə təhlükəli həddi keçdiyimizi öyrəndik, dünya atmosferi
kimə məxsusdur?
Yer
Kürəsinin yaxınlaşan ekoloji fəlakətdən müdafiəyə ehtiyacı olması faktı istənilən
ağıllı və savadlı insana aydındır. Bu böhrana olan reaksiyalar arasındakı fərq
– müasir tarixin ən maraqlı simalarındandır.
Təbiətin
müdafiəsi üçün mübarizədə ön yerlərdə tez-tez “primitiv” adlandırılan insanlar –
yerli və qəbilə birliklərinin üzvləri, imperiyaların hücumlarına məruz qalmış
xalqların qalıqları dayanır. Təbiətə olan hücumlara isə özlərini inkişaf etmiş
və mədəni adlandıran-ən zəngin və güclü dövlətlər başçılıq edir.
Ümumi
dəyərlər uğrunda mübarizə müxtəlif formalar alır. Bu mübarizə kiçik formada Türkiyə meydanı Taksimdə aparılır,
harda ki, cəsur kişi və qadınlar İstambulda ümumi sərvətin son parçalarından
birini bu qədim xəzinələri məhv edən həm kommersiyalaşdırma buldozerindən, həm
avtokratik idarəetmədən qoruyurlar.
Taksim
meydanının müdafiəçiləri – bizim ümumi sərvətlərimizin bu buldozerdən müdafiəsinin dünyəvi mübarizəsinin avanqardıdır. Əgər sərhədsiz dünyadakı insanlığın ləyaqətli
yaşaması üçün bizə ümid lazımdırsa, biz
hamımız bu mübarizədə qətiyyətlə və cəsarətlə iştirak etməliyik. Biz bütün
insanlara məxsus olanları qorumalıyıq, yoxsa onlar məhv olacaq.
Məqalə Noam Xomskinin 14 iyun 2013-cü ildə Beyrutun Amerika Universitetində söylədiyi
nitqin redaktə olunmuş formasıdır.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий