1 авг. 2013 г.

“ƏSL” KAPITALIZM-ƏSL FANTAZIYADIR

Həqiqi kapitalizmin hansısa qızıl əsrinin qayıtması haqda fantaziyaların və arzuların köməkliyi ilə iqtisadi böhranın öhdəsindən gəlmək mümkün deyil. Biz irəli getməliyik və kapitalizmdən daha yaxşı bir şey qurmalıyıq.

Qlobal iqtisadi böhran artıq 6 ildir ki, davam edir, və biz tez-tez müxtəlif tərəflərdən- eyni zamanda da sağ libertarianlardan – müasir böhranın səbəblərinin özlərinəməxsus izahını  eşidirik. Hələ 2007-ci ildən bizə təsdiq etməyə çalışırlar ki, müasir böhran guya kapitalizmin günahı və onun işində hər hansı qüsur deyil.

Guya bütün bunlar bizim sistemin kapitalizm sistemi olmamasına görə baş verir, bizim dünyanın qarşılaşdığı problemlər isə sistem xarakteri daşımır. Və əgər biz “geriyə”, “əsl” kapitalizmə bənzər bir dövrə qayıda bilsəydik, bizim bütün çətinliklərimiz və problemlərimiz dərhal həll olardı.
Böhranın belə izahı müəyyən siyasi reseptlər də nəzərdə tutur, hansı ki, bu reseptə əsasən biz hazırki pis iqtisadi sistemə son qoymalıyıq.

 “Daydaylı”, “bandit”, “qumarbaz”, “inhisarçı” – bunlar adətən hazırki (“korlanmış”) kapitalizmi ifadə edən anlayışlardan bəziləridir. Belə kapitalizm, - bizə söyləyirlər – həqiqi kapitalizmdən fərqli olaraq, inkişaf və çiçəklənməni təmin edə bilməz. Bu şəkildə düşünənlər daha sonra, bir qayda olaraq, bu və ya digər iblisi mühakimə etməyə başlayırlar, hansı ki, onların fikrinə görə əsl kapitalizmi “korlayır”. Və bu iblislər həmişə əsl kapitalizmə nəzərən xarici qüvvələrdir – sanki, onun antitezisidir: bu gah bədnam “güclü dövlətdir”, gah inhisarlardır, gah Federal Ehtiyat Sistemidir (FES), gah sosial təminat sistemidir, gah vergilərdir, gah həmkarlar ittifaqlarıdır – və s.
Məhz onların əsl kapitalizmin işinə müdaxiləsi, guya, lap başdan kapitalizmə xas olan effektivliyi bloka salır. Bütün bu iblislər iqtisadi ədalətin həyata keçirilməsinə - həqiqi kapitalizmin ideyaya görə gəlirləri hər bir insanın və hər bir müəssisənin ümumi iqtisadiyyatı necə zənginləşdirməsindən asılı olaraq bölüşdürməsinə mane olurlar. Kapitalizmə nəzərən yad olan bütün bu iblislər iqtisadi nemətlərin bölünməsi prinsipini özlərinin “xüsusi maraqları” xeyrinə korlayırlar. Guya bizim iqtisadiyyatımız və ümumilikdə cəmiyyətimiz də məhz buna görə əziyyət çəkir.

Əsl kapitalizmin belə müdafiəsi sayəsində iqtisadi böhranı elə tənqid etmək olar ki, bu tənqiddə antikapitalist heç bir şey səslənməsin. “Əsl” kapitalizm tərəfdarları bu şəkildə kapitalizmə loyallıqlarını saxlayırlar – amma abstrakt kapitalizmə, eyni zamanda da burda və indi mövcud olan,konkret kapitalizmi tənqid etməklə. Bütün hiyləgərlik bundan ibarətdir ki, getdikcə daha dərin böhran vəziyyətinə girən hazırki sistemi kapitalizmdən başqa istənilən şeylə təqdim etmək.
Bütün bunlar sadəcə fantaziyadır – kapitalizm həmişə “çirkli” olub. Heç olmasa bu faktı götürək ki, kapitalizm və hakimiyyət strukturları həmişə mövcud olublar. Hökumət ,bir qayda olaraq,  kapitalistlər sinfinə digər sinifləri məğlub etməkdə və məhv etməkdə kömək edərək onların maraqlarına xidmət edib.
Fransa İnqilabı zamanı güclənən ticarətçilər,bankirlər və xırda kapitalistlər sinfi fransız feodalizminin kökünü kəsmək üçün dövlət hakimiyyətini ələ keçirdilər. Amerika inqilabçıları ABŞ-da kapitalizmin inkişafını sürətləndirməkdən ötrü dövlət hakimiyyətinə səlahiyyəti Britaniyadan aldılar. Bu məqsədlə yerli əhaliyə qarşı müharibələr aparıldı,onların torpaqlarının işğalı törədildi; baza infrastrukturların (kanalların,dəmir yollarının,şose və aeroportların) tikintisi getdi. ABŞ-da Vətəndaş müharibəsi və onun nəticələri; poçt sisteminin, məhkəmə sisteminin (mübahisələrin həlli üçün polis və məhkəmələrin) inkişafı; yeni təhsil sistemi və s. Bütün hər şey kapitalizmin inkişafı üçün. Hakimiyyətsiz kapitalizm sadəcə fantaziyadır.

Eyni şəkildə inhisarlar da həmişə kapitalizmdə mövcud olub. Hər bir kommersiya müəssisəsi  daim monopoliyanın yaranmasından qorxur və bazarlıq etdiyi sənaye sahəsində monopoliyanın yaranmasının qarşısını almağa çalışır. Və eyni şəkildə, hər bir müəssisə bazarda öz monooliyasını təşkil etmək üçün istənilən imkandan istifadə edir. Hər iki halda biz gəlir arxasınca qaçışla rastlaşırıq. Beləliklə, rəqabət monopoliyaya səbəb olur – və əksinə. Kapitalizmdə həmişə monopoliyalar yaradılır(rəqabəti aradan qaldıran) və dağıdılır (rəqabətin yüksəlişi). Monopoliyasız əsl kapitalizm də fantaziyadır.

FES alternativ maliyyə strukturları kapitalistlər üçün əlverməz olduqda onları dəyişdi. Pul və kredit sistemi,həmçinin onun kapitalizmdə rolu nəzarət və idarəetmə institutlarının inkişafı ilə paralel olaraq inkişaf edirdi. Hər bir müasir kapitalist iqtisadiyyat funksiyaları ABŞ-ın FES-nin funksiyalarına uyğun olan mərkəzi banka sahibdir. Və bütün mərkəzi banklar kapitalist iqtisadiyyatın maraqlarına xidmət edir və ondan asılıdır. Mərkəzi maliyyə idarəsi olmayan inkişaf etmiş (və ya müasir) kapitalizm də fantaziyadır.
Gəlir arxasınca qaçmağa susamış əməyin kapitalist avtomatlaşdırılması,həmçinin artım və azalmanın təkrarlanan iqtisadi tsiklı ona gətirib çıxarır ki, işçilərin sayı iş yerlərinin sayından çox olur. Və əgər kütləvi işsizlik uzun müddət davam edirsə, nəticədə insanların dərdi onlarda əvvəlcə qəzəb, daha sonda isə üsyan doğurur. Kapitalizmdə əməyin avtomatlaşdırılması və kapitalizm iqtisadiyyatının qeyri-stabilliyi həmişə kapitalizmin öz mövcudluğuna təhlükə olublar. Mövcudluğuna olan belə bir təhlükənin dərəcəsini azaltmaq üçün kapitalizm insanların əzablarını xeyriyyəçilik və işsizlik üzrə müavinətlərin köməkliyi ilə az da olsa yüngülləşdirməyin müxtəlif üsullarını işləyib hazırlamışdır.
Sosial müavinət sistemi kapitalizmə hər hansı xarici qüvvə tərəfindən sırınmayıb, kapitalizmin öz daxilində formalaşan özünümüdafiə sisteminin inkişafının nəticəsidir. Kapitalizmdə tam məşğulluğa çox az təsadüf olunur,işsizlik isə əksinə, həmişə olub və norma olaraq da qalır. Kapitalizmdə həmişə sosial təminat sistemi vasitəsilə işsizlərə kömək üçün nə qədər vəsait yönləndirmək üstündə qəzəbli mübahisələr olur. Ona görə də bu və ya digər sosial təminat sistemi olmadan əsl kapitalizm haqda arzular sadəcə illuziyadır.

Və, nəhayət, kapitalizmə xas olan gəlirlərin və var-dövlətin bölüşdürülməsində bərabərsizliyin artması tendensiyası həmişə və hər yerdə maddi nemətlərin yenidən bölüşdürülməsinin sosial mexanizmlərinin inkişafına səbəb olmuşdur. Belə mexanizmlərdən biri vergidir – axı verginin funksiyası heç vaxt hökumətin özünün fəaliyyətinin təminatı üçün yalnız pul toplamaq olmamışdır. Proqressiv vergiqoymadan reqressiv vergiqoymaya keçid və əksinə gəlirlərin və/və ya varın özünün yenidənbölüşdürülməsi prinsiplərinin dəyişməsini də nəzərdə tutur ki, bu da sosial şəraitin və siyasi konfliktlərin gərginlik dərəcəsinin dəyişməsinin müəyyənləşdirilməsi deməkdir. Gəlirlər və var-dövlət ya kapitalistlərin öz arasında, ya da kapitalistlər və əhalinin bütün yerdə qalan hissəsi arasında bölüşdürülür. Gəlirlərin və var-dövlətin bölüşdürülməsinin hər hansı vergi sistemi olmadan əsl kapitalizm sadəcə fantaziyadır.

Həmkarlar ittifaqları da kapitalizmin məhsuludur. Kapitalizm iqtisadiyyatında işçilərin yaşadıqları problemlər onların praktiki olaraq hər yerdə həmkarlar ittifaqı yaratmağa can atmalarına səbəb olmuşdur. Və həmkarlar ittifaqları əsl kapitalizmə hardansa xaricdən sırınmış hansısa təşkilat deyil. Kapitalistlər həmkarlar ittifaqlarının məhv olması və zəifləməsi üçün həmişə mübarizə aparıblar, ya da onların yaradılmasına mane olmağa çalışıblar. Onlar heç vaxt tamamilə öz məqsədlərinə çatmağa nail olmayıblar. Əsl kapitalizm həmkarlar ittifaqı olmadan - əsl arzu olunanı həqiqət qəbul etməkdir.
Amma bütün bu fantaziyalar,illuziyalar və uydurulan ssenarilər ideologiyanın alətləridir. “Əsl kapitalizmə dönüşün” mümkünlüyünə inam və arzu insanları kapitalizmin sərhədlərini keçən inkişaf ssenarilərini nəzərdən keçirməkdən uzaqlaşdırır və ya ciddi sosial dəyişikliklərə can atan hərəkatları dəstəkləməkdən yayındırır. Bunun əvəzində insanlar dövlətin rolunun azalmasına və ya hökuməti dəyişməyə can atmaqla məşğuldurlar. Onlar monopoliyalara, FES-ə, vergi sisteminə, sosial təminat sisteminə və ya həmkarlar ittifaqlarına qarşı mübarizə aparırlar.

Amma hətta libertarianlar (və digərləri) qismən öz istədiklərinə nail olmağı bacarsalar belə, bununla kapitalizmin problemləri heç bir şəkildə həll olunmur. Bütün bu institutları və təşkilatları yaradan kapitalizm onların natamam məhvinə cavab olaraq həmişə elə həmin institutları və ya onların variantlarını yenidən yaradıb.
Həqiqi kapitalizmin hansısa qızıl əsrinin qayıtması haqda fantaziyaların və arzuların köməkliyi ilə iqtisadi böhranın öhdəsindən gəlmək mümkün deyil. Biz irəli getməliyik və kapitalizmdən daha yaxşı bir şey qurmalıyıq. İndi –uzun müddətdən sonra – bizimlə eyni nəticəyə gəlməkdə artan insan kütləsi ilə birlikdə birləşə bilərik.

Riçard Volff


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий