2 авг. 2013 г.

Şəxsi əmanətlər

1943-cü ilin əvvəlində 237-ci hücum avia-alayına yeni İl-2 təyyarəsi gətirildi. Bu təyyarə digər hücum təyyarələrindən üzərindəki qeyri-adi yazı ilə fərqlənirdi – “Lenoçkadan, atama görə”.
Bu təyyarənin Stalinə məktubdan başlayan hekayəsi vardı. “Əziz İosif Vissarionoviç. Mənim atam Azarenkov Anatoliy Vasileviç, hücum aviasiyası eskadrilyasının komandiri mənim çox sevdiyim Vətənimizi qoruyaraq cəbhədə həlak olmuşdur. Mənim anam Kiyevdə həlak olub,mən nənəmlə yaşayıram. O, təqaüdçüdür, 2-ci qrup əlildir. Təqaüd alanda o mənə oyuncaq hədiyyə edir. Mən yolka üçün pul toplamışam və 110 rubl yığmışam, hansı ki, bu pulu hücum təyyarəsinin hazırlanması üçün qəbul etməyinizi və mənim atamın xidmət etdiyi  237 -ci alaya verməyinizi xahiş edirəm ki, mənim atamın yoldaşları atamın ölümünə görə, nənəmə görə murdar almanlardan qisas alsınlar, nənəm mənə görə çox ağlayır”.
Müraciətin müəllifi Moskva şəhərinin 612 N-li məktəbinin 1-B sinfinin şagirdi Lena Azarenkova idi. Məktub 1943-cü ildə “Огонек” jurnalının 4N-li buraxılışında nəşr olundu və  ölkənin bütün uşaqları özlərinin “yolka” və “konfet” pullarını təyyarənin hazırlanmasına verməyə başladılar. Onların kiçik əmanətləri birlikdə böyük məbləğə çevrildi. İvanov ərazisi məktəblilərindən – milyon rubl, Stavropol sahəsinin məktəblilərindən – 100 min rubl..
Lenanın arzusu həyata keçdi. Uşaqların yığdıqları pullara alınmış təyyarəni qəbul edən 237 saylı hücum aviapolkunun təyyarəçiləri qiza yazdılar: “Əziz Lenoçka! Biz sənin təşəbbüsünlə toplanmış pula hazırlanmış təyyarəni döyüş cərgəsinə qəbul etdik. Səni inandırırıq ki, biz, sənin atanın döyüş dostları onun ölümünə görə alman quldurlarından qisas alacıq. Döyüş təyyarəsində - hücumçuda sənin adını yazdıq və onu sənin atanın ən yaxın yoldaşına təqdim etdik”.



Çuvaş Muxtar Sovet Sosialist Respublikasından olan İlya və Mariya Şirmanovlar bütün var-dövlətlərini orduda xidmət edən yeganə oğlanları üçün tank hazırlanmasına vermişdilər. Üzərində “Oğluma hədiyyə” yazılmış tank 1943-cü ilin iyun ayının əvvəlində Ural zavodunda hazırlanmışdır. Maşının təqdim edilməsi mitinqində döyüşçünün valideynləri də iştirak edib birlikdə həmin bu şəkli çəkdiriblər. Amma təəssüf ki, baş serjant olan Andrey Şirmanov bu tankla cəmi 1 il döyüşə bilmişdi və döyüşlərin birində ekipajla birlikdə qəhrəmancasına həlak olmuşdu.

Комментариев нет:

Отправить комментарий