3 авг. 2013 г.

Bir şəxsin hədiyyəsi: hər şey belə başladı...

Bu hekayə müharibə zamanı bütün pullarını təyyarə hazırlanmasına hədiyyə etmiş ilk insan haqqındadır. Ferapont Qolovatıy vətənpərvərliyin başlanğıcının ilk təşəbbüskarıdır.
15 dekabr 1942-ci ildə Saratov ərzisinin Novo-Pokrov rayonunun Staxanovecartelinin kolxozçusu Ferapont Petroviç Qolovatı bütün əmanətini – 100 min rubl Qırmızı Ordu üçün təyyarə əldə edilməsinə vermişdi və təyyarəni Stalinqrad cəbhəsinin təyyarəçisinə təqdim edilməsini istəmişdi. Ali baş komandana məktubunda yazmışdı ki, iki oğlunu cəbhəyə yola salıb, o da qələbəyə öz payını vermək istəyir.
Stalin cavab Verdi: “Qırmızı Ordunun və onun Hava Qüvvələrinin qayğısına qaldığınız üçün Sizə təşəkkür edirəm,  Ferapont Petroviç. Qırmızı Ordu sizin bütün vəsaitinizi döyüş təyyarəsinin hazırlanmasına bağışlamağınızı unutmayacaq. Təbrikimi qəbul edin”. Təşəbbüsə böyük diqqət yetirdilər. Həmin təyyarənini məhz kimə təqdim edilməsinə Stalinqrad cəbhəsinin Hərbi soveti qərar verdi. Hərbi maşını ən yaxşılardan birinə - 31-ci qırıcı qvardiya aviapolkunun mayoru komandir Boris Nikolayeviç Eremiyə təqdim etdilər. Burada Eremin və Qolovatının yerli olması öz rolunu oynadı.
Aydındır ki, təyyarənin alınması qərarını vermək kolxozçu üçün asan deyildi. Oğullar cəbhədə, Ferapont Petroviç ailədə yeganə kişi idi, çiyinlərində 9 nəvənin qayğısına qalmaq yükü vardı. Sadə kolxozçuda bu qədər pul hardan idi? Qolovatının şəxsi təsərrüfatında 22 arı pətəyi vardı. Bal satışından gələn vəsait təyyarə üçün pulun böyük hissəsini təşkil edirdi, yerdə qalan hissəsini buğda və tərəvəz satmaqla yığmışdı.

Yak-1 təyyarəsinin füzelyajının  yan tərəfində yazı vardı: “ “Staxanovec” kolxozunun kolxozçusu Qolovatıdan Stalinqrad cəbhəsi qvardiyasının mayoru təyyarəçi  Ereminə “. Yeni boyadan parıldayan maşına baxaraq mayor Eremin düşünürdü, qırıcı üçün vəsait toplamaqdan ötrü böyük kəndli ailəsinə neçə il zəhmət çəkmək lazım olmuşdu. O başa düşürdü ki, belə maşında düşməni daha yaxşı vurmaq lazım idi. Mayor Eremin Ferapont Qolovatının təyyarəsində Stalinqraddan Krıma kimi döyüşmüşdü, və vurulmamışdı.

Amma hücum maşını bütün resurslarını sərf etdi,onda uçmaq təhlükəli oldu. Təyyarə 1944-cü ilin mayında texniki ekspertizanın aktı tərtib edildikdən sonra Saratova göndərildi, tamaşa üçün onu mərkəzi meydanda yerləşdirdilər,sonra isə ərazidəki muzeyə verdilər.
Amma Ferapont Qolovatı təyyarənin artıq döyüşə bilməməsi ilə barışan insan deyildi. 1944-cü ilin 25 mayında “Pravda” qazeti xəbər verdi ki, kolxozçu onun vəsaitinə yeni konstruksiyalı təyyarə alınması və yenidən mayor Ereminə verilməsi üçün Ali baş komandana müraciət edib. Amma bu dəfə onun ailəsinin vəsaiti kifayət etməyib və o qohumlara müraciət edib. Qohumlar, xüsusilə qardaşı İvan, onu dəstəkləmişdilər və tezliklə mayor Eremin yeni Yak-3 almışdı. Bu dəfə təyyarənin bortunda yazılmışdı: “ Ferapont Petroviç Qolovatıydan ikinci təyyarə. Düşmənin tamamilə darmadağın edilməsi üçün”.

Tərcümə Azərbaycan Ekososialistləri

Комментариев нет:

Отправить комментарий