3 авг. 2013 г.

SSRİ-nin dağıdılması haqda

Azərbaycan kommunistləri, təəssüf ki, SSRİ-nin dağıdılmasına və kapitalizmin bərpasına müqavimət göstərmədilər. Ya da yetərincə müqavimət göstərmədilər. Ayaz Mütəllibov QKÇP-ni (Qorbaçovu vəzifəsindən kənarlaşdırmış yüksək rütbəli partiya və hökumət üzvlərindən ibarət kollegial orqan) tanıdı tanımasına, yanı SSRİ-nin dağılmasını istəmirdi, amma sonra Əbülfəzçi və Heydərçi qaraguruhun təzyiqinə dözməyib geri çəkildi. Çəkilməsəydi də heç nə dəyişməyəcəkdi. SSRİ-ni Qorbi və Yeltsin Moskvadan dağıdırdılar. Yeltsin (eks)müttəfiq respublikalara “nə qədər bacarırısınız azadlıq götürün” təbliğ edirdi. Faktiki olaraq ABŞ-ın planını həyata keçirirdi.
Rusiya kommunistləri və prosesin gedişini anlayan işçilər müqavimət göstərirdilər. ABŞ və “beynəlxalq aləm” deyilən qlobal maliyyə elita Yeltsinə hər cür dəstək verməsəydi, həqiqi kommunistlər və sovet dəyərlərinə inanan işçilər nə SSRİ-ni dağılmağa, nə də kapitalizmin bərpasına izn verməyəcəkdi.
Sovet tərəfdarları ilə kapitalizm tərəfdarları arasında son döyüş 1993-cü ildə sentyabr-oktyabr aylarında baş verdi. Boris Yeltsinin vətən xaini olduğu aşkar bəlliydi, Rusiya kommunistləri sonuna qədər mübarizə aparıb, kapitalizmin restavrasiyasına mane olmağa çalışırdılar. Rusiya parlamenti Boris Yeltsinə qarşı impiçment mexanizmini işə salmışdı. Cavab olaraq demokrat Yeltsin (“demokrat” amerikançılara deyilir – bunu birdəfəlik bilin, Yeltsinin diktator və fırıldaqçı olduğu sirr deyil.) parlamentin üstünə ordu yeritdi, parlamentin binasını tank atəşinə tutdu. Baxmayaraq ki, binanın içində 5 (!) minə yaxın insan vardı, aralarında qadınlar uşaqlar, xalqın seçdiyi “millət vəkilləri”. Təbii ki, sovet mənəviyyatı ilə yaşamaq istəyənlər parlamentin müdafiəsinə qalxdılar. Və onlara da atəş açıldı. “20 Yanvar, 20 Yanvar” deyib tutdurublar, halbuki o faciəni elə SSRİ-ni dağıtmaq üçün Qorbaçov Əbülfəzçilərin və Heydərçilərin köməyi ilə törətmişdi. Təkcə o günlər Rusiya parlamentinin qarşısında ....1500 yaxın sosializm tərəfdarları öldürüldü. Ən dəhşətlisi isə bu qanlı hadisələrdə bilavasitə ABŞ-ın barmağının olması idi. Belə ki, ABŞ səfirliyindən snayperlər Yeltsinin tərəfində olan desant hissələrinə atəş açılmışdı, bu haqda hələ o illər prokuraturada izahat verən Hava-desant qoşunlarının komandir müavini Viktor Sorokin demişdi: “hardasa səhər 8 radələrində desant hissələri Ağ ev tərəfə hərəkət etdi. Hərəkət vaxtı 5 desantçı öldürüldü, 18 yaralandı. Arxadan atırdılar. Mən özün bunu müşahidə edirdim. Amerikan səfirliyindən atəş açırdılar. Bütün həlak olanlar və yaralananlar arxadan açılan atəş nəticəsində olmuşdu.
Təbii ki, ABŞ snayperləri bunu Yeltsinin razılığı olmadan etməzdilər, edə bilməzdilər. Məqsədləri desantçıları qızışdırmaq idi, onlara atəşin sovet tərəfdarları tərəfindən açıldığını deyirdilər. Desantçıların xalqa qarşı getməyəcəklərindən qorxan Yeltsin və onun ABŞ ağaları bunu etmişdilər ki, desantçılar qəzəblənsin, qisas almaq istəsin.
Bu linklərə baxmağınız məsləhətdir. Tarixi bilməsək, düzgün qiymətləndirməsək, heç vaxt doğru yol seçə bilmərik, doğru yolla gedə bilmərik, faydalı xalqçı liderlərə yox, populist və özünü düşünən fırıldaqçılara üstünlük verərik. 


Комментариев нет:

Отправить комментарий