Dünya
inqilab hərəkatında opportyunizmin və revizionizmin ən təhlükəli
istiqamətlərindən biri trotskizmdir. O bugün dünyada geniş yayılmışdır. Təkcə
bizim ölkəmizdə həmin cərəyanın onlarla sol qrupları vardır, keçmiş SSRİ
ölkələrində, ilk növbədə Ukraynada, də belə qruplar az deyil. Sayları az olsa da,
kommunist və işçi hərəkatına artıq indi hiss olunacaq dərəcədə zərər vururlar.
Trotskizmin
populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə
apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin
genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu
hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat
qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu
məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin
açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı
tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq
şəkildə nümayiş etdirirlər.
Sovet sosializminin məhvindən öz
xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin
təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı –
yeganə düzgün inqilab nəzəriyyəsinə - marksizm-leninizmə inam çox sarsıldı,
kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya
mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik
burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin “inqilabiliyinə” inanaraq
onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə
dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə
təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz
xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Hazırda trotskist hərəkatlar dünyada
burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə
(internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan
ilk üçü “Avropa antikapitalist solu” təşkilatında birlikdə iştirak edir:
Birləşmiş
Dördüncü İnternasional - ən böyük seksiyaları Fransada
(Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada
(“Kritik sol” Assosiasiyası), Danimarkada (Qırmızı-yaşıl koalisiya),
Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası),
Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada (“Sosializm və
azadlıq”) yerləşir. Liderləri – Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan
Tornett, Fransişku Lousa və digərlər.
Beynəlxalq
sosializm tendensiyası – Sovet İttifaqının təbiəti haqda
Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları
Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi
partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri – Aleks
Kallinikos, Kris Xarman və digərləri.
İşçi
internasionalı komiteti - ən böyük seksiyaları Böyük
Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və
Almaniyada (“Sosialist alternativ” təşkilatı). Liderləri - Ted Qrant (1991-ci
ilə kimi), Piter Taaf.
Beynəlxalq
marksist tendensiya (BMT) – Pakistanda Pakistan xalq
partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət
göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya “trotskizm”
mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq
taktikasını istifadə edirlər. Liderləri – Ted Qrant, Alan Vuds.
Trotskistlər
işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı
mənimsəyərək bu təşkilatlara daxil olub və orada möhkəmlənib inqilabi qüvvələrə
möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi
hərəkatı neytrallaşdırmağı bacararlar. Buna görə də, istənilən ölkədəki inqilabi
hərəkat üçün “trotskizmi” tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca
vacibdir.
Bu mübarizə opportyunizmin bu
müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri
olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi
məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki kimi,
trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, çünki, işçilər öz
sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının
çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar, amma trotskiçilər
ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar
tapırlar.
Trotskizm
onlar üçün niyə bu qədər cəlbedicidir?
Birincisi,
trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər,
marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı,
Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması
konsepsiyasının müəllifi, Marksın,Engelsin və Leninin həqiqi ardıcılı və guya
opportyunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar.
Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin,
opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və
barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai
təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin
mahiyyətinin ifadəsi kimi qəbul edirlər.
İkincisi,
trotskiçilər “sol” aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük
hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz
xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin
bütün ölkələrdə “dərhal” devriləcəyini söz verən daha “sol” radikal köklənmiş
inqilabçılar kimi göstərirlər.
Üçüncüsü, trotskizm digər bir çox opportunist
cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı
ki, bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski,
məsələn, həm çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və
Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan
idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun
gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist partiyasının rəhbər
orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini
sarsıdırdı – fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən
asılı olan zaman daim partiya müzakirələrinə səbəb olurdu və s. Möhkəm əqidəli
opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa
bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab
doğurmadığını gördükdə bu qədər qəzəblə onun əlehinə çıxmamışdı. Bu ikili xüsusiyyət
bugün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir – gah
kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və
dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər
yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi
göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli
söyüşlər yağdırılır.
Dördüncüsü,
trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır, və o trotskizm
ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən sovet
tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir.
Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif
kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış
təsəvvürlərin daxil olmasına səbəb olur.
Bolşeviklərin
Oktyabr inqilabına qədər Trotski ilə mübarizəsi
Oktyabr inqilabına qədər rus bə
beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, B.İ.Lenin
trotskizmi bir şəxsin – Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının
kiçik qrupunun ideologiyası sayırdı: “Rusiyada
o – 0”. Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə “yalnız öz şəxsi şübhələrini, başqa heç nə”(3)
ifadə edirdi. Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. Onun heç vaxt heç
bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları,
rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı
var.(4)
Trotski öz bioqrafik əsərlərində
trotskizmin əsasına çevrilən “original” nəzəriyyələrin yaranma tarixini
1905-1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik
partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (XİX
əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi,
anarxistlərin bəzi fikirlərini qəbul edirdi,sonralar öz nəzəri baqajını
Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə
doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın
olan baxışları bölüşürdü. Mühacirətdə olarkən “İskra” ilə əməkdaşlıq edərək
Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq
edirdi. RSDIP –nin (Rusiya Sosial-Demokrat İşçi Partiyası) II qurultayında onlarla birlikdə Leninin və
qatı iskraçıların əlehinə çıxışlar edirdi, bolşeviklərlə mübarizə aparmaq üçün
yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi
menşevik mövqeyində qalmışdı, baxmayaraq ki, tez-tez istisna məsələlərdə özünü
fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi “permanent inqilab
nəzəriyyəsi” oldu, hansını ki, Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi
sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində
də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız
proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş
ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış
ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş “işçi hökumətinin” hədəfi daha
inkişaf etmiş ölkələrdə inqilabı “itələməkdən”, həmçinin də onların daxili
işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. “Rədd olsun sərhədlər”, “Müharibə
inqilabın anasıdır”, “Proletariatın diktaturası - bugün və bütün ölkələrdə” –
trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və
olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların
inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri
kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə
getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli
həll etmək vacibliyindən irəlin gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin
gözündə məhz bu yolla nüfuzdan salırdı. V.İ.Lenin dəfələrlə “permanent inqilab
nəzəriyyəsini” sadəcə geniş xalq kütlələrinin işçi sinfin partiyasından
uzaqlaşdırmağa bacarıqlı avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu
nəzəriyyəni “məntiqsiz-sol” nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini
karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini
proletariatın “özünüməhdudlaşdırma” nəzəriyyəsini inqilaba sırımağa cəhd
etməkdə ittiham edirdi.
Bolşeviklər
Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən trotskizmlə sərt ideoloji-siyasi mübarizə
aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq V.İ.Lenin Trotskini ikiüzlü
İuduşka (Şedrinin qəhrəmanı İuduşka Qolovlev-ə oxşar), öz təfriqəçi
hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar
intriqaçı kimi xarakterizə edirdi. Trotski “xüsusi gurultulu ifadələrlə
gizlənərək menşeviklərin arxasınca sürünür”, - V.İ.Lenin yazırdı. (5)
Menşevizm öz təsirini itirdikdən,
Trotskinin isə özünün opportunist partiyasını yaratmaq cəhdləri iflasa
uğradıqdan sonra o digər bir çox menşevik xadimləri ilə birlikdə bolşevik
bayrağı altında bolşevizmə qarşı mübarizə aparmağa davam etmək üçün
bolşeviklərə qoşulmağa qərar verir. 1917-ci ildə uzun müddət bolşeviklər və
menşeviklər arasında tərəddüd edən
Rayonlararası sosial-demokratiya təşkilatının tərkibində RSDİP-nin VI
qurultayında iştirak etmədən bu qurultay vasitəsilə bolşevik partiyasına qəbul
olunur. Bununla belə, Trotski Leninə qarşı çoxillik mübarizədə öz səhvini
etiraf edəcək hər hansı bəyanat vermir. Düzdür, sonralar o qeyd edirdi ki,
Lenin partiyanın təşkilatı quruluş məsələlərində menşeviklərlə (həmçinin də onunla,Trotski ilə!) mübahisə
etməkdə haqlı idi. Amma trotskizmin – “permanent inqilab nəzəriyyəsini” –
Trotski yenə də marksizm-leninizmə qarşı qoyurdu. Bundan əlavə, o iddia edirdi
ki, 1914-1917-ci illərdə Lenin “fikirlərini dəyişdi”, trotskiçi mövqeyinə keçdi
və bu “nəzəriyyəni” qəbul etdi, hansı ki, guya 1917-ci ildə bolşeviklərin
strategiyasının əsası oldu.
Lenin, partiya Trotskinin bu
uydurmalarının yalançılığını aydın göstərdi. 1917-ci ildə öz məruzələrinin
birində o deyirdi: “Trotskizm – çarsız, hökumət isə işçi hökuməti”. Bu
yanlışdır. Xırda burjuaziya mövcuddur, onu atmaq olmaz. Amma o iki hissədən
ibarətdir. Kasıb hissə işçi siniflə birgə addımlayır” (6). Trotski tez-tez qeyd
edirdi ki, partiya ilə mübarizədə o əsas zərbələri V.İ.Leninə qarşı yönəldir.
“Möhtəşəm döyüş olacaq, - və Lenin bu döyüşdə öləcək”, - Trotski 1910-cu ildə
öz məsləkdaşlarına lovğalıqla yazırdı. O menşevikləri “leninizmin əsaslarını”
məhv etməyə səsləyirdi. O, 1913-cü ildə yazırdı ki, bolşevizm binası “yalan və
böhtan” üzərində qurulub. 1917-ci ilin mayında isə elan etdi: “ Bolşeviklər
azaldılar.. Bizdən bolşevizmi qəbul etməyi tələb etmək olmaz” (7).
Gördüyümüz kimi, bolşevik
partiyasının trotskizmə qarşı mübarizəsi hələ oktyabrdan əvvəlki dövrlərdə də
aktiv idi, Böyük Oktyabr inqilabından sonra isə o daha da gərginləşdi.
Kapitalizmdən sosializmə keçid dövründə bolşeviklərə qarşı çıxış edən bütün
oppotunist cərəyanlardan məhz trotskizm daha təhlükəli idi.
Birincisi,
onun opportunizmi gizli və maskalanmış idi, “sol” ifadəsi isə xırda burjua
“inqilabçılığı” əhval-ruhiyyəsinin təsiri altına düşmüş xadimləri cəlb etmək
bacarığında idi.
İkincisi,
trotskizm uzun müddət təkcə rusiya menşevizminin növ müxtəlifliyi kimi deyil,
həm də daha çox kautskiançılıqla sıx bağlanaraq beynəlxalq oppotunuzmin növ
müxtəlifliyi kimi mövcud oldu. Bu ona qərb burjua dairələrində dəstəyi olan
Qərbi Avropanın sosial-demokrat partiyasının mərkəzi xadimləri simasında xarici
himayədarların köməyinə arxalanmaq imkanı verirdi.
Üçüncüsü,
trotskizm məntiqli antileninizm və antibolşevizm ilə seçilirdi ki, bu da
bolşeviklərin siyasətindən narazı olan və onun dəyişməsini arzulayan insanların
diqqətini cəlb edirdi.
Bolşevik
partiyasının trotskizmə qarşı mübarizəsinin Oktyabr inqilabından sonrakı dövrdə
əsas mərhələləri
1917-ci
il
– partiya Trotskinin silahlı üsyanın müddətini uzatmaq və onu Sovetlərin
qurultayı ilə əvəz etmək cəhdlərini aradan qaldırdı.
1918-ci
il
– V.İ.Leninin ölkənin imperializm müharibəsindən inqilabi çıxışının əksinə olan
N.İ.Buxarinin başçılığı ilə “sol” kommunistlər fraksiyası ilə mübarizəsi. Bu
“ultra-inqilabçılar” fraksiyasının mütəffiqi və ilhamvericisi Trotski idi.
1919-cu
il
– Partiyanın VIII qurultayı hərbi
quruculuqda Trotski tərəfindən tətbiq edilən metodları pislədi.
1920-ci
il
– RKP-nin IX qurultayı Trotskinin əməyin ümumi hərbiləşdirilməsi, ölkədə
“kazarma kommunizminin” tətbiq edilməsi təklifini rədd etdi.
1920-1921-ci
illər
– ümumpartiya müzakirələri zamanı həmkarlar ittifaqları barəsində vətəndaş
müharibəsinin başa çatması şəraitində kütləvi zəhmətkeşlər təşkilatlarının
demokratikləşdirilməsi siyasətinə, V.İ.Lenin tərəfindən irəli sürülmüş və
əsaslandırılmış kommunist partiyasının proletariat diktaturası sistemində və
sosializm quruculuğunda rəhbər rolu haqda tezisə qarşı Trotskinin, onun
mütəffiqi Buxarinin, digər oppotunistlərin hücumları dəf edildi. Trotskinin
aktiv olaraq qarşı çıxdığı partiyanın ideoloji birliyi saxlanıldı.
1922-1923-cü
illər
– partiya trotskiçilərin ayrı-ayrı yerli partiya təşkilatlarında fraksiyaçı
çıxışlarını pisləyir, Trotskinin və onun mütəffiqlərinin bir sıra siyasi və
nəzəri məsələlərdə qaydalarını rədd edir.
1923-cü
il
– RKP MK XII qurultay ərəfəsində Trotskinin kənd təsərrüfatı üzərində “sənaye
diktaturasının” qurulmasına yönəlmiş təklifini pislədi, hansı ki, işçi siniflə
kəndlilərin ittifaqının dağılmasına gətirib-çıxara bilərdi.
1923-1924-cü
illər
– Trotski tərəfindən başladılmış yeni ümmumpartiya müzakirəsi beynəlxalq,
iqtisadi siyasət və partiya quruculuğu məsələləri üzrə trotskiçi mövqeyin
məğlubiyyəti ilə yekunlaşdı. Avropa inqilabının Qızıl Ordunun Polşaya və
Almaniyaya hərbi müdaxiləsi vasitəsilə “hərəkətə gətirilməsi”, kəndçiliyin
sosializm sənayesinin “müstəmləkəsinə”
çevrilməsi, partiya apparatının “çırpılıb təmizlənməsi”- guya termidorçu məsləkdən
dönmə yolunda dayanan lenin qvardiyası nümayəndələrinin
işçilər və tələbələr arasında bolşevizm ənənələri ilə zəif tanış olan daha gənc
kommunistlərlə əvəz edilməsi haqda trotskiçi təkliflər rədd edildi.
1924-cü
il
– Trotskinin “Oktyabr dərsləri” adlı antileninçi məqaləsinin səbəb olduğu müzakirənin
gedişi zamanı partiya trotskizmin ideoloji-nəzəri platformasını, partiya və
Böyük Oktyabr sosialist inqilabı tarixinin trotskiçi saxtalaşdırmasını ifşa
etdi.
1925-ci
il
– Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XIV qurultayı trotskizmə
oxşar mövqedən çıxış edən “yeni opozisiyanı” pislədi.
1926-1927-ci
illər
– partiyanın trotskiçi-zinovyevçi opozisiya blokuna qarşı sərt mübarizəsi.
1927-ci
il
- Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XV qurultayı blok
liderlərini partiyadan çıxardı və partiyaya aid olmaqlarını partiya sıralarında
dayanmaqları ilə bir araya sığmadığını qəbul etdi.
1928-1929-cu
illər
– antisovet mübarizəsi yolunu seçmiş gizli trotskizm qruplarının birdəfəlik
ləğvi. Trotski ölkə xaricinə mühacir edilmişdi və 1932-ci ildə sovet
vətəndaşlığından çıxarılmışdı.
Trotskiçi
oppozisiyanın ideyalarının mahiyyəti nədədir?
1.
Oktyabr inqilabının və onun doğurduğu
proletar diktaturasının məntiqi-sosialist xarakteri inkar edilirdi.
2.
SSRİ daxilində sosializmin qələbəsi üçün
lazımi şəraitin olmaması söylənilirdi, bununla əlaqədar olaraq inqilabın
iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrə “eksportu” haqda avanturist
istiqamət səsləndirilirdi. Digər ölkələrdə inqilabi hərəkatlara dəstək olmaq
üçün öz ölkəsində maksimum mümkün olanı həyata keçirmək haqda Lenin siyasətini
trotskiçilər böhtancasına milli-məhdudlaşdırılmış kimi təsvir edirdilər. Lenin
partiyasının guya Rusiya mütləqiyyətini xarici siyasi kursunun davamı olan
milli-konservativ kursu haqda iftira da məhz trotskiçilərə məxsusdur. Bu yalan hələ
də bütün antikommunistlər tərəfindən geniş istifadə olunur.
3.
Iqtisadiyyatda kapitalizm elementlərinin
rolu və təsiri, xırda burjuaziya təhlükəsi və dünya kapitalizminin SSRİ-yə
təsir dərəcəsi istənilən vasitə ilə artdı. Müasir trotskiçilər həmçinin iddia
edirlər ki, dünya proletar inqilabı qalib gəlmədən dünyanını heç bir yerində
əsl sosialist iqtisadiyyat yaradıla bilməz.
4.
Dünya inqilabının “qələbəsinə” kimi
kapitalizm quruluşunun bərqərar olduğu dövrdə burjuaziyanın tətbiq etdiyi
metodlara uyğun metodlardan istifadə edilməsi təklif edilirdi. Bununla əlaqədar
olaraq partiyann sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni
inqilab, işçi sinfin və kəndlilərin ittifaqının möhkəmləndirilməsi, sovet
xalqlarının dostluğu ilə bağlı məqsədləri rədd edilirdi və ya təhrif edilirdi.
Zorakılıq sosializm quruculuğunun əsas metodu elan olunurdu, amma
istismarçılara qarşı yox, işçilərə, xüsusilə kəndlilərə qarşı zorakılıq.
Burjuaziya propaqandası sovet
quruluşunun demokratikləşdirilməsi təşəbbüsünü trotskiçilərin ayağına yazır. Müasir
trotskiçilər eyni nəzər nöqtəsini öz sələflərinin hərəkətlərində də müdafiə
edirlər. Həqiqətdə isə trotskizm oppozisiyası SSRİ-də demokratikləşdirməni
partiyanı və sovet dövlətini idarə etməkdə işçilərə daha geniş hüquqların
verilməsi mənasında müdafiə etmirdi, əməyin hərbiləşdirilməsi, “qaykaların
bərkidilməsi”, dövlət və partiya apparatının fəaliyyətinə nəzarətdə sovet
xalqının iştirakının məhdudlaşdırılması və s.mənada müdafiə edirdi. Belə
siyasətin nə ilə nəticələndiyini Stalinin ölümündən sonra Sov.İtKP-a rəhbərlik
edən qatı trotskizm tərəfdarı N.S.Xruşovun idarəçiliyi aydın göstərdi.Sovet
İttifaqının iqtisadiyyatında və siyasətində həmin “sağ dönüş”, hansı ki, qanuna
uyğun olaraq SSRİ-də qorbaçovun yenidənqurması zamanı kapitalizmin tam qələbəsi
ilə yekunlaşdı, məhz onun dövründə başladı.
1. Beynəlxalq siyasət sahəsində
trotskiçilər partiyanı təriqətçilik və fırıldaq yoluna itələyirdilər. Onlar
kapitalizmin müharibədən sonrakı stabilliyi faktını inkar edirdilər; digər
ölkələrdə təcili inqilablara səsləyirdilər; vahid cəbhə taktikasını guya
reformist taktika kimi lağa qoyurdular; burjua hərəkatları kimi milli-azadlıq
hərəkatlarının müdafiəsinə və artan hərbi və faşizm təhlükələri ilə mübarizədə
bütün demokratik qüvvələrin birliyinə qarşı çıxırdılar.
2. Trotskiçilər
Leninin partiya haqqında nəzəriyyələrinin üstünə xüsusi qəzəblə düşürdülər. Onlar
partiya apparatını nüfuzdan salmaq, partiyada nizam-intizamı zəiflətmək,onun
birliyini dağıtmaq, fraksiyaların və qruplaşmaların azadlığına nail olmaq istəyirdilər.
Onların ölkənin ən çətın vaxtlarında partiyada yaratdıqları sonsuz müzakirələr
partiya qüvvələrini mühüm dövlət məsələlərinin həllindən yayındırırdı, partiya
sıralarında nizamsızlıq və sarsılmalar yaratmaqla sıravi partiyaçılar
çaşdırırdı.
Partiyada
Trotskinin tərəfdarları çox idi?
Brest sülhü uğrunda mübarizə dövründə
trotskiçilərin və “sol” kommunistlərin xəttini partiyanın təxminən 1/4- 1/3
hissəsi dəstəkləyirdi. Həmkarlar ittifaqları haqqında müzakirələrdə
trotskiçilər və digər opportunistlər öz platformalarına kommunistlərin 20%-ni
tərəfdar tutmağa nail oldular. 1923-cü ildə partiya üzvlərinin təxminən 11%-i
trotskiçilərə səs verdilər.XV qurultay ərəfəsindəki müzakirələrdə - 0,5%-dən
az. XV qurultayın qərarlarına uyğun olaraq müxalifətçi fəaliyyətinə görə kommunistlərin
0,3%-i partiyadan çıxarıldı, onlardan çoxu sonradan öz səhvlərini qəbul etdilər
və yenidən partiyaya bərpa olundular.
Trotski
əhalinin hansı təbəqələrinə arxalanırdı?
Trotskiçilər kommunistlər arasında
deyil, partiyasızlar arasında, hər şeydən əvvəl bürokratlaşmış işçi
nümayəndələri, şəhərin xırda burjuaziyası, burjua ziyalıları, tələbələrin
qeyri-proletar hissəsi, həmçinin aşağı şəhər və kənd təbəqələrinin sinifsizləşmiş
elementləri arasında dayaq axtarırdılar və tapırdılar.
İşçi sinif və zəhmətkeş kəndlilər,
bir qayda olaraq, sözsüz trotskizmi pisləyərək bolşevik-leninçilərin xəttini
dəstəkləyirdilər.
Troskiçilər qardaş kompartiyalar
tərəfindən də sərt tənqid edilirdilər. Onların bütün o vaxtkı görkəmli
xadimləri Trotskini və onun tərəfdarlarını tənqid edirdilər.
30-cu
illərdə
Trotski ölkə xaricində olarkən, beynəlxalq kommunist və işçi hərəkatına nifaq
salaraq öz kapitulyant baxışlarını aktiv təbliğ edir. Dünya burjuaziyasının
xeyrinə SSRİ-nin birinci beşillik planını, sənayeləşmə siyasətini və kənd
təsrrüfatının kollektivləşdirilməsini pisləyərək SSRİ-nin tənqidi ilə çıxış
edir. Öz tərəfdarları ilə birlikdə imperialist işğalçılarla müharibədə SSRİ-nin
məğlubiyyətinin qaçılmaz olduğunu söyləyərək, bununla da faktiki olaraq
faşizmlə birləşərək dünyada geniş antifaşist cəbhəsinin yaradılmasına qarşı
aktiv mübarizə aparırdı.
İspaniyada vətəndaş müharibəsi zamanı
trotskiçilər faşistləri hər vasitə ilə təmizə çıxarırdılar, respublikaçı
hökumətin devrilməsinə çaılışırdılar, Xalq Cəbhəsi hökumətini devirmiş hərbi
qiyamın təşkilində aktiv iştirak etmişdilər. Onlar Sovet İttifaqının
respublikaçılara yoldaşlıq köməyini “Sovetlərin imperialist kimi Pireney
yarımadasında möhkəmlənməyə can atması” kimi təqdim edirdilər. İnqilabın
məğlubiyyətindən sonra ispaniyalı respublikaçılar haqlı olaraq, faşizmin köməkçisi
hesab etdikləri Trotskidən qisas almağa and içmişdilər. Onlardan biri Trotskini
1940-cı ildə Mexiko yaxınlığında öldürdü.
İkinci Dünya müharibəsi illərində,
trotskiçilər antihitler koalisiyasına, Müqavimət hərəkatına qarşı çıxırdılar,
Almaniya ərazisinin mütəffiq qoşunları tərəfindən bombarduman edilməsini
pisləyirdilər. Onlar müharibəni hər iki tərəf üçün imperialist müharibə hesab
edərək Sovet İttifaqını imperialist İngiltərə,Fransa və ABŞ-ı “dəstəkləmək”
mövqeyinə keçməkdə ittiham edirdilər.
Əsas faşist hərbi cinayətkarlar
üzərində Nyurnberq prosesi zamanı onlar Qerinqi,Ribbentropu və digərlərini azad
etməyi və müttəhimlər skamyasında antihitler koalisiyası ölkələrinin
rəhbərlərinin guya ikinci dünya müharibəsinin əsas səbəbkarları kimi
əyləşdirilmələrini tələb edirdilər.
Bugün
liberallardan-qatı antisovetçilərdən eşitdiklərimizi olduqca xatırladır, düz
deyil? Bu heç də təəccüblü deyil. Dünya imperializmi öz məqsədləri üçün çoxdan
solçu ideya və şüarlardan istifadə edir. Bu ideya və şüarlar onun üçün heç bir
təhlükə daşımır, amma dünya inqilab hərəkatına ciddi zərər vurur.
Burjuaziya zəhmətkeşlərə SSRİ-nin məhvini misal göstərməklə və sosializm
ölkələrinin sosializmdən kapitalizmə keçməsinin qaçılmaz olduğunu sübut etməklə
sosializm inqilabı uğrunda mübarizənin tamamilə perspektivsiz olmasını göstərmək üçün trotskiçilərin antikommunist
və antisovet şablonlarını çox götürüb istifadə edir.
Trotskiçilər imperialistləri təkcə “arqumentlərlə”təmin etmirdilər və
etmirlər,həm də burjua təbliğatı üçün kadrlarla təmin edirlər. Hələ keçən əsrin
40-50-ci illərdə burjua “sovetoloqları” arasında trotskizmin tanınmış
ideoloqları S.Xuk,C.Kennon, İ.Doyçer və başqaları xüsusi yer tuturdular. Və
trotskizmin və imperialistlərin belə həmrəyliyi qanunauyğundur, axı onların
sinfi mahiyyəti eynidir. Trotskizmin dayağı - əhalinin xırda burjua
təbəqəsidir,hansılar ki,cəmiyyətdə müəyyən müddətlik tutduqları yerdən və
siyasi kallıqlarının gücündən nəinki solçu mövqedən immunitetə malik deyillər,
həm də sanki ona meyl edirlər. Xırda burjuaziya öz sosial təbiətinə uyğun olaraq təmkinlik,
təşkilatçılıq, nizamlıq, dözümlülük bacarığı göstərə bilmir və o saat
vəziyyətdən uzaq yollarla, “dəli” inqilabçılıqla çıxış axtarır. “... Siz –
öz obyektiv rolunuza görə imperializm provakasiyasının alətisiz. Sizin
subyektiv “psixologiyanız” isə hirslənmiş xırda burjua psixologiyasıdır...”
(8), - Lenin trotskiçi ideologiyasının sinfi köklərini aydın və dəqiq
göstərərək onlara yazırdı.
1924-cü ilin yanvar
ayında baş tutmuş RKP-nin XIII konfransında qeyd olunurdu ki, trotskizm “ təkcə bolşevizmin təftiş edilməsi cəhdi,
təkcə leninizmdən birbaşa kənarlaşmaq deyil, həm də aydın ifadə olunan xırda
burjua meylliyidir. Heç bir şübhə yoxdur ki, bu müxalifət xırda burjuaziyanın proletar
partiyasının mövqeyinə və onun siyasətinə təzyiqini obyektiv ifadə edir.”
(9)
Elə həmin zaman trotskizmin digər
başlıca xüsusiyyəti də ifşa edildi – öz tezislərinin və məqsədlərinin sağ
müxalifətçi məzmununu solçu frazeologiya ilə maskalamaq. “... Hiyləgərlik edir, fırıldaq işlədir, özünü sol kimi
göstərir,sağlara kömək edir, hələlik icazə veririk...” (10) – Lenin Trotskinin
söz ekvilibristikasının mahiyyətini belə qiymətləndirirdi. O dəfələrlə qeyd
edib ki, sağ və “sol” müxalifət arasında birbaşa əlaqə var. “Sol” təmayül işçi
hərəkatında sosial-demokratiyanın uğursuzluğuna reaksiya kimi meydana çıxırdı,
və əksinə, solçu sıçrayışlar həmişə sağ
müxalifətçi baxışlar və sosial-reformist əhval-ruhiyyə bəsləyiblər. “Sağ” və
“sol” təmayüllər bir-birini doğurur. Bu bir medalın iki üzü kimidir. Üzdəki
ziddiyyət arxasında hər iki cərəyanın dərin ümumiliyi gizlənir. Antikommunizm,
antisovetizm və antipartiyaçılıq – müxalifətin hər iki növ müxtəlifliyinin
ideologiyasının və siyasətinin özəyi
budur.
“Ultrasolçuluğa” gənc qruplar -
tələbələr və təhsil alan gənclər xüsusi yüksək həssaslıq nümayiş etdirir.
Müasir kapitalizmin ədalətsizliklərinə sərt reaksiya göstərərək, onlar çox vaxt
anlamırlar ki, ədalətsizliyə yalnız işçi siniflə birgə fəaliyyət yolu ilə son qoymaq olar və dünya imperializmi
kimi belə təcrübəli, mahir və qəddar rəqiblə mübarizə bilik, həmrəylik və
yüksək təşkilatlanma tələb edir.
Trotskiçilər özlərinin müasir inqilab
hərəkatında avanqard rolları haqda fikirləri siyasi düşüncəsi tam inkişaf
etməmiş tələbəçilik təbəqələrinə yeritməklə, məhz tələbə gənclərlə daha aktiv
işləyirlər. Onlar öz mövqelərini guya işçi sinfin dəyişməsi, onun mənəvi
cılızlaşması və ,uyğun olaraq, müasir kapitalizm şəraitində müstəqil mübarizə
aparmaq bacarıqsızlığı ilə sübut edirlər. Bununla da işçi sinfin bəzi
təbəqələrində olan mənfi hallar trotskiçilər tərəfindən qabardılır, müsbət
hallar haqda isə susurlar və ya inkar edirlər.
Bu şəkildə tələbə gəncliyi işçi sinfə
qarşı yönəltməklə trotskiçilər geniş antikapitalist cəbhəsinin yaranmasına mane
olurlar, irtica qüvvələrinin yalnız sosializm uğrunda mübarizədə başda əhalinin
digər istismar olunan təbəqələrinin – kəndlilər,tələbələr, ziyalılar və
digərləri - dəstəyi ilə işçi sinif getdiyi halda geri çəkildiklərin aydın sübut
edən dünya inqilabı təcrübəsini inkar edirlər.
Trotskizmin üçün xarakterik
elementlər siyasi prinsipsizlik, boş, “solçu” sözbazlıq,eklektisizm, bir tərəfdən o biri
tərəfə məfkurəvi sıçrayışlar, məsuliyyətsiz avantürizmdir.
Təxminən yüzillik mövcudluğu ərzində trotskizm az da olsa ardıcıl və düzgün
ideologiya yetişdirməyi bacarmadı. Onun əsasını təşkil edən tezislər tez-tez
biri digərinə zidd olan, orda-burdan götürülmüş utopik və yalançı ideyalardan
parçalardır.
Əgər istənilən trotskist üçün olduqca
xarakterik bir xüsusiyyət - antistalinizm, hansı ki, buna görə keçmiş SSRİ
respublikalarında onu dərhal müəyyən etmək olar, haqda qeyd etməsək, trotskizm
haqda söhbət natamam olar. Bu məsələdə trotskiçilər dünya burjuaziyasının
qabağına hətta doxsan doqquzluq da çıxararlar. Trotskiçilər İ.V.Stalinin adı
ilə bağlı olan hər şeyə - onun özünə,siyasətinə nifrət edirlər, Stalin və ya
onun dövrü haqda yaxşı danışanlar isə onlar üçün 1 nömrəli düşmənə çevrilir.
İ.V.Stalinin özünə trotskiçilər burjua təbliğatçılarından və
ideoloqlarından daha çox qara yaxırlar. SSRİ-də mövcud olmuş bütün mənfi hallar
onun adına yazılır, onu sovet ölkəsində
20-50-ci illərdə yaşanmış bütün pisliklərin və bədbəxtliklərin səbəbkarı
kimi göstərirlər. Stalin dövrünün SSRİ-nin aşkar tarixi uğurlarını inkar etmək
mümkünsüz olduğu halda, trotskiçilər tez-tez öz inadkarlıqlarında axmaqlıq
səviyyəsinə çataraq onun liderinin hər hansı xidmətlərini qəbul etməkdən imtina
edirlər.
Özlərini həqiqi
marksist-leninçi kimi təqdim edən trotskiçilər hakimiyyəti zamanı sovet
sosializminin məhv edildiyi Qorbaçov haqda pis heç nə söyləməzlər, amma kimin
rəhbərliyi altında ki, Sovet İttifaqının dünyada ən böyük derjavaya çevrilərək
bütün insan fəaliyyəti sahələrində nəzərə çarpan nailiyyətlər əldə etmişdi,
həmin şəxs onlarda vəhşi qəzəb tutması
yaradır.Bundan sonra trotskiçiləri kommunist,marksist,leninçi və ümumiyyətlə
- həqiqi sosializm mübarizləri hesab etmək olarmı? Əlbəttə, yox!
Trotskiçilər –dünya
inqilab hərəkatında məqsədləri inqilabi hərəkatı daxildən pozmaqla onu
neytrallaşdırmaq, onun birləşməsinə,təşkilatlanmasına mane olmaq olan, bütün
insanlığı istismardan və zülmdən birdəfəlik azad etmək üçün zəhmətkeşlərin
bütün qüvvələrini bir yumruqda toplamağa imkan verməyən burjuaziyanın seçmə
dəstələridir.
Trotskiçilər
Stalinə və onun siyasətinə niyə nifrət
edirlər? Çünki, stalin siyasəti özünün ən
aydın ifadəsində burjuaziyanın
yaşaya bilməyəcəyi proletariatın diktaturasıdır! Trotskiçilər kimi burjuaziya
əlbirlərinə onun yanında yer yoxdur!
Sosializm və
kommunizm yolunda həqiqi mübariz Stalinə və onun siyasətinə nifrət edə bilməz,
çünki bu məhz kommunizmə aparan yolun keçdiyi siyasətdir. İstənilən həqiqi
kommunist bunu başa düşür. Başa düşmək istəməyən isə təyinatına görə kommunist
deyil.
Trotskizm vaxtilə darmadağın edilmişdi. Bu V.İ.Leninin, İ.V.Stalinin,
bolşeviklər partiyasının və Kominternin kommunist partiyalarının böyük xidməti
idi. İndi, SSRİ-nin və sosializm ölkələrinin
məhvindən sonra, başqa formalarda və başqa variantlarda yenidən meydana gəlmək
üçün trotskizm yenidən başını qaldırıb,
amma onun mahiyyəti dəyişməz olaraq qalır və onun məqsədləri yenə eynidir –
dünya inqilab hərəkatını dağıtmaq, onu tərksilah etmək, sosializm uğrunda yeganə
doğru yoldan döndərmək. Ona görə də hər bir kommunistin və kommunist və ya
işçi partiyasının vəzifəsi mövcud cəmiyyətin inqilabi dəyişməsinə can atan zəhmətkeşlər və zülmə məruz qalanlar qarşısında
trotskizmin alçaq provakator mahiyyətini ifşa etməklə trotskizmlə barışmaz
mübarizə aparmaqdır.
L.Sokolskiy
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий