19 июл. 2013 г.

Sosializmin son günü


Qorbaçov 25 il əvvəl XİX partiya konfransında kapitalizm kursunu elan etdi

25 il əvvəl, 1988-ci ilin 29 iyununda Baş Katib Qorbaçovun məruzə ilə çıxış etdiyi  Sov.İKP-nin XİX konfransı başladı. O, bir tərəfdən ölkədə hər şeyin hər şeyin yaxşı olduğunu söyləyirdi, digər tərəfdən isə sistemdə ciddi problemlərin olduğunu qeyd edirdi.
“11-ci beşilliklə müqayisədə illik mənzil təminatı 15 milyon kvadrat metr artmışdır, - Qorbaçov tribunadan oxuyur və dərhal məzil probleminin dərinliyini qeyd edirdi, - insanlar illərlə mənzil gözləyirlər”. 2000-ci ilə mənzil problemini həll etmək təklif olunurdu, bunun üçün 35 milyon mənzil və ev, və ya 1,5 milyard kv.metr tikmək lazım idi.
Qorbaçov yaşayış üçün ən vacib olan çörək barəsində də eyni cür danışırdı. “Qida məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox satılmışdır, - məmuniyyətlə təsdiq edirdi və burda da düzəliş edirdi ki, ərzaq proqramı – “cəmiyyətin həyatında ən ağrılı nöqtədir,ən dərin problemdir”. Başqa sözlə - “bizə ərzaq ehtiyatlarının yetişdirilməsinin başqa,daha yüksək templəri lazımdır”.
Eyni zamanda da Qorbaçov plan göstəricilərinin təsirini azaltmağı təklif edirdi, yəni planın mütləq yerinə yetirilməsinə can atmamağı. “Bizdə əlahəzrət “vala” sədaqətlə xidmət edən nə qədər çox adam var, - o səslənirdi. – İndi belə  bir fikir eşidirik ki, əgər müəssisəyə planla “təzyiq etməsək”, guya o iqtisadi göstəriciləri yaxşılaşdırmağa can atmayacaq”.
O öz doğruluğuna sübut kimi növbəti rəqəmləri gətirdi. 1987-ci ildə, təsərrüfat hesabına keçmiş müəssisələrdən qanunun sərt qaydalarına uyğun olaraq plan tələb etməyi dayandırdıqda, müəssisələrin gəlirinin ümumi həcmi kontrol rəqəmlərindən 4,5 milyard rubl aşağı düşmüşdü. Eyni zamanda da 1988-ci ilin yarımili ərzində elə həmin müəssisələr 2,5 milyard rubl gəlir artımına müvəffəq olmuşdular və onlardan 2,6%-i köhnə qaydada işləyən müəssisələrlə müqayisədə bu göstərici üzrə daha yüksək göstəricilər göstərmişdilər.
Bununla belə, bu uğurun sirri növbəti “hiyləgər” sənəddə gizlənirdi, daha dəqiq desək normativdə, hansı ki, gəlirin bir hissəsini iqtisadi stimullaşdırma fondlarına – İSF yönləndirməyə icazə verirdi. Və bu fondlar  müəssisələrin texniki inkişafı və modernizasiyası üçün nəzərdə tutulsa da, belə bir qayda da vardı ki, vəsaitlər mükafat və bonusların verilməsi üçün də yönləndirilə bilər. Müəssisə rəhbərləri dərhal anladılar ki, özlərinə istənilən məbləğdə əmək haqqı təyin edə və bununla belə planı yerinə yetirməyə bilərlər. Nəticədə 1988-ci ildə gəlirin İSF-ə yönləndirilən hissəsi həmin dövrə qədər icazə verilmiş 16%-dən yeni normativ üzrə 41%-ə kimi qalxdı. Aydındır ki, həmin şəraitdə gəliri hesablamaq çətin deyildi, xüsusilə,əgər planın yerinə yetirilməsi tələb olunmurdusa.
Məsələ burasındadır ki, mahiyyətinə görə əmək haqqı ödənişinin bazar mexanizmini tətbiq etməklə, “reformator” Qorbaçov planlı təsərrüfat üçün uyğunlaşdırılmış əvvəlki sovet mühasibat uçotunu saxladı. Əgər Qərbdə gəliri, “ilkini”sıravi menecerlərə həvalə etməklə,  pul axınından hesablayırdılarsa, SSRİ-də hesablama üçün məhz ilkin sənədlər əsas götürülürdü.
O zamana kimi saat kimi dəqiq işləyən sovet maliyyə uçotu sistemi dərhal kənarlaşmalara yol verdi, çünki, buna görə “qazanmaq” imkanı yarandı. Başqa sözlə, əgər 1988-ci ilə kimi əsas sənədlər yalnız Dövlət Planlaşdırması və statistika orqanları üçün maraqlı idisə, artıq indi onları real rubla konversiya etmək olardı,məsələn, müxtəlif hesablar qoymaqla – mal göndərən müəssisəyə bir rəqəmlərlə, alıcı müəssisəyə - başqa rəqəmlərlə. Mürəkkəb çoxgedişli əlaqələri olan nəhəng iqtisadi təsərrüfat bunu problemsiz etməyə imkan verirdi.
Bu şəkildə əmtəə istehsalı və pul kütləsi arasındakı birbaşa əlaqə dağıdıldı. Bundan başqa işbazların psixologiyasının təməli qoyuldu, hansı ki, istənilən yolla varlanma onlar üçün həyat normasına çevrildi.
Beləliklə, Qorbaçov eyni bir məruzədə özü öz ediklərini inkar edirdi. O, inkişafın sürətləndirilməsini tələb edirdi və ölkənin iqtisadi inkişaf tempinə nəzarət etməkdən imtina edirdi. O, büdcə kəsrindən şikayət edirdi, amma faktiki olaraq sıravi direktorlara pul emissiyası hüququ  verdi. O hamıya mənzil söz verdi və sosial bərabərsizliyi stimullaşdırdı.
Bu məruzədə eyni zamanda kooperativ fəaliyyətə də böyük əhəmiyyət verilirdi, xüsusilə, Qorbaçov hətta bununla əlaqədar olaraq Lenini də xatırladı. Xalq tərəfindən istehlak olunan əmtəə defisiti problemini həll etməli olan təriflənən “kooperativlər” haqda layihə reallıqda müvəffəqiyyətsizliyə uğradı, və bu çıxış zamanı artıq məlum idi.
Yenə də bazar mexanizmlərinə zidd olan vergi və mühasibat uçotu sistemi buna gətirib çıxardı ki, kooperatorlar qarşıda qoyulmuş hec bir məsələni həll etmədən sürətlə varlandılar. Nəticədə, 1988-ci ildə pul emissiyasının artımı 100%, 1989-cu ildə isə - 55,1 % təşkil edirdi, əmtəə defisiti isə, əksinə, yüksəlmişdi.
Məruzənin beynəlxalq münasibətlərə həsr olunmuş hissəsi xüsusi maraq doğurur. Və yenə də dünyadakı vəziyyətin ikili şərh edilməsi. Bir tərəfdən – “...hərbi təhlükə bizim üçün daimi simaya çevrilmişdir. Hələ də aradan qaldırılmayıb”. Digər tərəfdən – “... biz öz tərəfimizdən bizi əhatə edən aləmi daha yaxşı görmək və anlamaq imkanı aldıq... Bu əks əlaqənin köməkliyi ilə qarşılıqlı anlaşma və azadlıq, demokratiya kimi dəyərlərin mənasını  tapmaq asan oldu”.
Burada isə gələcək planlar haqda danışılır –  “nüvə silahının 2000-ci ilə kimi mərhələli likvidasiya proqramı, ümumi təhlükəsizlik sistemi,seçim azadlığı, maraqlar balansı, ümumavropa evi”.
Başqa sözlə, Qorbaçov SSRİ-nin yerini Avropada,ən uğulu iqtisadiyyata sahib ölkələr ailəsində və layiqli həyat şəraitində görürdü. Onun çıxış tonu buna sübutdur: “avropalılar kimi yaşamaq istəyirsizsə, dəyişin”. Bununla belə kapitalizm dünyasının reallıqları tamamilə nəzərə alınmırdı.
Həmin vaxt bu reallıqlar açıq şəkildə yırtıcı idi. BMT-də daxilində fəaliyyət göstərən Ümumdünya iqtisadi tədqiqatlar institutunun (World Institute for Development Economics Research) məlumatlarına görə 1980-ci illərdə 20% ən yoxsul xalqların gəlirinin 20% ən varlı millətlərin gəlirinə olan nisbəti 1/60-a bərabər idi.
Buna ilk növbədə başqalarının resurslarının, həm maddi, həm də əmək, sorulması hesabına nail olunmuşdu. Misal üçün, 80-ci illərdə Latın Amerikası ölkələrindən ABŞ-a gedən vəsait axını ildə 100 milyard dollara bərabər idi. Pullar korporasiyalar vasitəsilə gəlir kimi, həm də qeyri-qanuni yollarla çıxarılırdı. Bununla belə, həmin ölkələrin ÜDM—da heç bir artım müşahidə olunmurdu ki, bu da sadə insanların həyat şəraitinin ağırlığını göstərirdi. Əlavə olaraq latın-amerikalılar ABŞ-a xarici borc faizləri üzrə ildə 20 milyard dollar ödəyirdilər.
Bununla belə, SSRİ-nin neft və neft məhsullarından mədaxili ildə 20 milyard dolları, təxminən ABŞ-ın təkcə Latın Amerikasından aldığı faizin miqdarı qədər, aşmırdı. Başqa sözlə,  beynəlxalq fəaliyyətdən qazanılan gəlirlər üzrə paritetə, özü də vəsaitlərin “sorulması” sahəsində,  nail olmaq üçün SSRİ baş qərargahları ABŞ-da və Qərbi Avropada yerləşən transmilli korporasiyaları özünə yaxınlaşdırmalı olardı. Əks halda, yenidənqurma prosesində planlaşdırıldığı kimi həyat səviyyəsini bərabərləşdirmək mümkün olmayacaqdı. “Qızıl milyardda” sovet insanları üçün artıq yer yox idi.
Digər tərəfdən, SSRİ-də artıq özünün güclü resurs bazası yaradılmışdı, hansı ki, onun haqda məruzədə kədərlə qeyd edilmişdi. “Xammal və yanacaq-energetika sahələri məhsullarının artırılmasının nə xeyri var? – Qorbaçov soruşurdu, - Bizə təkcə milyonllarla ton polad, milyonlarla ton sement, milyonlarla ton kömür lazım deyil, konkret yekun nəticələr lazımdır”. Hadisələrin sonrakı inkişafı göstərdi ki,bizim ölkə bugün bu “lazımsız” resursların sayəsində yaşayır.
Bu fonda Yeltsin və Liqaçev arasında olan konflikt nümunə idi - əslində, yenidənqurma tərəfdarları ilə bunda ölkə üçün ölüm təhlükəsi görənlər arasında. Birincilər qərb ölkələrini təqlid üçün ideal görürdülər – yüksək həyat şəraiti, gözəl vitrinlər, demokratiya və azadlıq. İkincilər hesab edirdilər ki, insanları layiqli həyat şəraiti ilə təmin etmək üçün sosializmin bütün vacib resursları var, və iqtisadi reform lazım deyil, təsərrüfatı səmərəli idarə edə bilməyən direktorları süzgəcdən keçirmək üçün kadr reformu  lazımdır. Yəni, dövlətə səmərəli idarəedənlər lazımdır, Yeqor Liqaçov kimi.
 “Mənim yoldaşlarla işlədiyim ərazi (Tomsk ərazisi-red.) özünü öz istehsalı olan qida məhsulları ilə tamamilə təmin edir, özü də, yaxşı miqdarda, - Liqaçev Yeltsinin qeyri-demokratikliklə bağlı məzəmmətinə cavab verərək bəyan etdi. – Sən isə,Boris, vilayət komitəsinin (Sverdlovsk ərazisinin-red.) katibi işləyirdin və ərazini möhkəm sürətdə və uzun müddətə talona otuzdurdun”.
Ancaq, Qorbaçov başqa reformlara səslənişləri eşitmirdi. Onun sosializm və burjua dəyərlərini birləşdirmək cəhdlərinin heç bir praktik əsası yox idi və tamamilə fərqli paradiqmanın qərb-avropa reallıqları üzərində qurulurdu. Ölkədə bazar iqtisadiyyatının normal işini təmin edə biləcək dövlət institutları yox idi, həmçinin həmin iqtisadi münasibətlər üçün hüquqi müstəvi mövcud deyildi.
Nəticədə total banditizm formalaşmağa başladı, hansı ki, həqiqətdə SSRİ-də real ağaya çevrildi. Ölkəni gələcəkdə nə gözləməsi haqda jurnalist Şeqoçixin və XİN işçisi Qurovun Ədəbiyyat Qəzetində nəşr olunan  “Aslan böyük tullanışa hazırlaşır” adli geniş məqalədə danışıldı. Cinayətkar residivistlər, kölgədə qalmış sex sahibləri, keçmiş idmançılar və restoran ofisiantları öz yazılmamış və qanlı qanunlarını təyin etməyə başladılar.
Narkomaniya,prostitutsiya, ailə institutunun dağılması, sahibsiz uşaqlar, reket, sosial ədalətsizlik, pullu tibb və təhsil – nəticədə sosializmin mübarizə apardığı hər şey bir anda həyat normasına çevrildi. Sov.İKP-nin XIX konfransı faktiki olaraq, qayıtmazlıq nöqtəsi oldu, hansı ki, ondan sonrq “sosializm” sözü bizim ölkənin siyasi liderlərinin leksikonundan çıxdı.

Aleksandr Sitnikov

Tərcümə Günel Muradova

17 июл. 2013 г.

Katın haqda həqiqət və yalan

Tarixi fakt:
1939-cu ilin sentyabr-oktyabr aylarında Qərbi Belorusiyanın və Qərbi Ukraynanın SSRİ-yə birləşdirilməsindən sonra tərksilah edilmiş, sonralar isə  hərbi əsir kimi polşa ordusunun təxminən 10 min zabiti və eyni miqdarda da polis və digər “qüvvə”ləri vardı.
1940-cı ildə onları 3 kateqoriyaya ayırdılar:
1)   Xüsusi təhlükəli cinayətkarlar, qatillər, diversantlar və şpionlar. Onların bir hissəsi güllələnməyə məhkum edilmişdi (min nəfər insan).
2)   Faşist işğalçıları ilə mübarizə aparmaq məqsədilə SSRİ ərazisində general Andersin polşa ordusunu  formalaşdırmaq üçün azad edilmiş polşa zabitləri.
3)   Azad edilməsi mümkün olmayan potensial təhlükəli şəxslər. Onlar Smolenskdən qərbdə islah-əmək düşərgələrinə salınmışdılar. Müharibənin başlanğıcında onları köçürə bilmədilər, onlar isə piyada SSRİ-nin daxilinə doğru getməkdən imtina etdilər.
Bu şəkildə onlar almanların əlinə keçdilər, hansılar ki, Hitlerin “polşa probleminin” aradan qaldırılması ilə bağlı göstərişinə uyğun olaraq, 1941-ci ilin payızında onları  güllələdilər: “Polyakların yalnız bir ağası olmalıdır – alman. Eyni zamanda iki ağa ola bilməz və olmamalıdır, ona görə polşa ziyalılarının bütün nümayəndələri məhv edilməlidir. Bizim üçün vacib olan ərazini yalnız bu yolla əldə edə bilərik”.
Sübutlar:
a)    edam olunanların qəbirlərindən tapılmış güllələr və gilizlər Almaniyada istehsal olunublar;
b)     Meyitlərin bir hissəsinin əlləri kağız iplə sarınmışdı, hansı ki, belə  iplər müharibədən qabaq  SSRİ-də istehsal edilmirdi;
c)    Öldürülənlərin torpaqda il yarımdan az qalması haqda məhkəmə-tibb ekspertlərinin,1943-cü ildə meyitlərin eksqumasiyası üzrə komissiya üzvləri də daxil olmaqla, nəticələri;
d)    Akademik N.Burdenkonun rəhbərliyi ilə xüsusi sovet komissiyasının Orlda və Voronejdə sovet vətəndaşlarının öldürülməsinin polşa zabitlərinin öldürülməsi metodlarına uyğun gəlməsi haqda nəticələri;
e)    Əgər Katında müharibəyə qədər pioner düşərgəsi fəaliyyət göstərirdisə, “qaniçən bolşeviklər” orada gizli şəkildə 12 min insanı necə öldürə bilərdilər? Əgər belə olsaydı, şübhəsiz ki daha münasib yer tapardılar;
f)      Dəfnlərin faşistlər tərəfindən bütün İkinci Dünya müharibəsində dönüş nöqtəsi olan Stalinqrad yaxınlığındakı darmadağından sonra “tapılması”. Almaniya “qeyri-insani bolşevik rejimi” qurbanlarının belə açıq-aşkar nümayişi ilə mütəffiqlərin koalisiyasını (SSRİ, ABŞ, Böyük Britaniya) zəiflətmək və Avropa ölkələrini sovet qoşunlarının tezliklə gəlişi ilə qorxutmaq istəyirdi;
g)    Və nəhayət, yalançı və saxta sənədlərin bolluğu. Bu haqda təfərrüatı ilə qeyd edəcik.
Bəs görəsən Sov.İKP-nin MK-nin Siyasi Bürosunun Xüsusi qovluq adlandırılan 1N-li qovluğu nələri gizlədir? Tarixçilərin ətraflı araşdırmaları və ekspert-kriminalistlər tərəfindən aparılmış ekspertiza zamanı L.Beriyanın Siyasi Büroya 25 min polyakın öldürülməsi təklifi ilə göndərdiyi məktub, həmçinin MK Siyasi Büronun bu məsələ haqda müsbət qərarı barəsində məlum olur ki, bu “qərarın” originalı mövcud deyil, Beriyanın məktubu isə saxtadır! Bu məktubun birinci,ikinci və üçüncü səhifələri eyni yazı maşınında yazılıb, dördüncü səhifə isə başqa çap maşınında.

2010-cu ilin mayında bu saxta sənədin əsas hazırlayanlarından biri RF-nın Dövlət Dumasının deputatı V.İlyuxinə müraciət etmişdir. Onun verdiyi məlumatlardan aydın olur ki, keçən əsrin 90-ci illərinin əvvəllərində sovet dövrünə aid vacib arxiv sənədlərinin saxtalaşdırılması üçün yüksək dərəcəli mütəxəssislərdən ibarət qrup yaradılmışdır. Bu qrup Rusiya prezidenti B.Yeltsinin Təhlükəsizlik Xidmətinin strukturunda fəaliyyət göstərirdi. O, xəbər verir ki, Beriyanın yuxarıda adı çəkilən 1940-cı ilin martından məktubu onlar tərəfindən hazırlanmışdır. RF Silahlı Qüvvələrinin Baş Qərargahının 6-cı institutunun əməkdaşları da arxiv sənədləri ilə eyni qaydada işləyirdilər. O, iddia edir ki, bu dövr ərzində rusiya arxivlərinə yüzlərlə saxta tarixi sənəd atılmışdır və bir o qədər də sənəd saxtalaşdırılmışdır.
“Katın məsələsi” ilə bağlı işin qaldırılması İ.V. Stalinin və bütövlükdə bolşevik partiyasının növbəti dəfə nüfuzdan salmaq məqsədilə əlaqədardır. Kim ki keçmişə silahdan atəş açır, tüfəngdən açılan atəşi gözləsin!

                                                            Korobov.V
Tərcümə Günel Muradova