Qorbaçov 25 il əvvəl XİX partiya konfransında
kapitalizm kursunu elan etdi
25 il əvvəl,
1988-ci ilin 29 iyununda Baş Katib Qorbaçovun məruzə ilə çıxış etdiyi Sov.İKP-nin XİX konfransı başladı. O, bir
tərəfdən ölkədə hər şeyin hər şeyin yaxşı olduğunu söyləyirdi, digər tərəfdən
isə sistemdə ciddi problemlərin olduğunu qeyd edirdi.
“11-ci
beşilliklə müqayisədə illik mənzil təminatı 15 milyon kvadrat metr artmışdır, -
Qorbaçov tribunadan oxuyur və dərhal məzil probleminin dərinliyini qeyd edirdi,
- insanlar illərlə mənzil gözləyirlər”. 2000-ci ilə mənzil problemini həll
etmək təklif olunurdu, bunun üçün 35 milyon mənzil və ev, və ya 1,5 milyard
kv.metr tikmək lazım idi.
Qorbaçov
yaşayış üçün ən vacib olan çörək barəsində də eyni cür danışırdı. “Qida
məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox satılmışdır, -
məmuniyyətlə təsdiq edirdi və burda da düzəliş edirdi ki, ərzaq proqramı –
“cəmiyyətin həyatında ən ağrılı nöqtədir,ən dərin problemdir”. Başqa sözlə -
“bizə ərzaq ehtiyatlarının yetişdirilməsinin başqa,daha yüksək templəri
lazımdır”.
Eyni zamanda da
Qorbaçov plan göstəricilərinin təsirini azaltmağı təklif edirdi, yəni planın
mütləq yerinə yetirilməsinə can atmamağı. “Bizdə əlahəzrət “vala” sədaqətlə
xidmət edən nə qədər çox adam var, - o səslənirdi. – İndi belə bir fikir eşidirik ki, əgər müəssisəyə planla
“təzyiq etməsək”, guya o iqtisadi göstəriciləri yaxşılaşdırmağa can atmayacaq”.
O öz
doğruluğuna sübut kimi növbəti rəqəmləri gətirdi. 1987-ci ildə, təsərrüfat
hesabına keçmiş müəssisələrdən qanunun sərt qaydalarına uyğun olaraq plan tələb
etməyi dayandırdıqda, müəssisələrin gəlirinin ümumi həcmi kontrol rəqəmlərindən
4,5 milyard rubl aşağı düşmüşdü. Eyni zamanda da 1988-ci ilin yarımili ərzində
elə həmin müəssisələr 2,5 milyard rubl gəlir artımına müvəffəq olmuşdular və onlardan
2,6%-i köhnə qaydada işləyən müəssisələrlə müqayisədə bu göstərici üzrə daha
yüksək göstəricilər göstərmişdilər.
Bununla belə,
bu uğurun sirri növbəti “hiyləgər” sənəddə gizlənirdi, daha dəqiq desək
normativdə, hansı ki, gəlirin bir hissəsini iqtisadi stimullaşdırma fondlarına
– İSF yönləndirməyə icazə verirdi. Və bu fondlar müəssisələrin texniki inkişafı və
modernizasiyası üçün nəzərdə tutulsa da, belə bir qayda da vardı ki, vəsaitlər
mükafat və bonusların verilməsi üçün də yönləndirilə bilər. Müəssisə rəhbərləri
dərhal anladılar ki, özlərinə istənilən məbləğdə əmək haqqı təyin edə və
bununla belə planı yerinə yetirməyə bilərlər. Nəticədə 1988-ci ildə gəlirin
İSF-ə yönləndirilən hissəsi həmin dövrə qədər icazə verilmiş 16%-dən yeni
normativ üzrə 41%-ə kimi qalxdı. Aydındır ki, həmin şəraitdə gəliri hesablamaq
çətin deyildi, xüsusilə,əgər planın yerinə yetirilməsi tələb olunmurdusa.
Məsələ
burasındadır ki, mahiyyətinə görə əmək haqqı ödənişinin bazar mexanizmini
tətbiq etməklə, “reformator” Qorbaçov planlı təsərrüfat üçün uyğunlaşdırılmış
əvvəlki sovet mühasibat uçotunu saxladı. Əgər Qərbdə gəliri, “ilkini”sıravi
menecerlərə həvalə etməklə, pul
axınından hesablayırdılarsa, SSRİ-də hesablama üçün məhz ilkin sənədlər əsas
götürülürdü.
O zamana kimi
saat kimi dəqiq işləyən sovet maliyyə uçotu sistemi dərhal kənarlaşmalara yol
verdi, çünki, buna görə “qazanmaq” imkanı yarandı. Başqa sözlə, əgər 1988-ci
ilə kimi əsas sənədlər yalnız Dövlət Planlaşdırması və statistika orqanları
üçün maraqlı idisə, artıq indi onları real rubla konversiya etmək
olardı,məsələn, müxtəlif hesablar qoymaqla – mal göndərən müəssisəyə bir
rəqəmlərlə, alıcı müəssisəyə - başqa rəqəmlərlə. Mürəkkəb çoxgedişli əlaqələri
olan nəhəng iqtisadi təsərrüfat bunu problemsiz etməyə imkan verirdi.
Bu şəkildə
əmtəə istehsalı və pul kütləsi arasındakı birbaşa əlaqə dağıdıldı. Bundan başqa
işbazların psixologiyasının təməli qoyuldu, hansı ki, istənilən yolla varlanma
onlar üçün həyat normasına çevrildi.
Beləliklə,
Qorbaçov eyni bir məruzədə özü öz ediklərini inkar edirdi. O, inkişafın
sürətləndirilməsini tələb edirdi və ölkənin iqtisadi inkişaf tempinə nəzarət
etməkdən imtina edirdi. O, büdcə kəsrindən şikayət edirdi, amma faktiki olaraq
sıravi direktorlara pul emissiyası hüququ
verdi. O hamıya mənzil söz verdi və sosial bərabərsizliyi stimullaşdırdı.
Bu məruzədə
eyni zamanda kooperativ fəaliyyətə də böyük əhəmiyyət verilirdi, xüsusilə,
Qorbaçov hətta bununla əlaqədar olaraq Lenini də xatırladı. Xalq tərəfindən
istehlak olunan əmtəə defisiti problemini həll etməli olan təriflənən
“kooperativlər” haqda layihə reallıqda müvəffəqiyyətsizliyə uğradı, və bu çıxış
zamanı artıq məlum idi.
Yenə də bazar
mexanizmlərinə zidd olan vergi və mühasibat uçotu sistemi buna gətirib çıxardı
ki, kooperatorlar qarşıda qoyulmuş hec bir məsələni həll etmədən sürətlə
varlandılar. Nəticədə, 1988-ci ildə pul emissiyasının artımı 100%, 1989-cu ildə
isə - 55,1 % təşkil edirdi, əmtəə defisiti isə, əksinə, yüksəlmişdi.
Məruzənin
beynəlxalq münasibətlərə həsr olunmuş hissəsi xüsusi maraq doğurur. Və yenə də
dünyadakı vəziyyətin ikili şərh edilməsi. Bir tərəfdən – “...hərbi təhlükə
bizim üçün daimi simaya çevrilmişdir. Hələ də aradan qaldırılmayıb”. Digər
tərəfdən – “... biz öz tərəfimizdən bizi əhatə edən aləmi daha yaxşı görmək və
anlamaq imkanı aldıq... Bu əks əlaqənin köməkliyi ilə qarşılıqlı anlaşma və
azadlıq, demokratiya kimi dəyərlərin mənasını
tapmaq asan oldu”.
Burada isə
gələcək planlar haqda danışılır – “nüvə
silahının 2000-ci ilə kimi mərhələli likvidasiya proqramı, ümumi təhlükəsizlik
sistemi,seçim azadlığı, maraqlar balansı, ümumavropa evi”.
Başqa sözlə, Qorbaçov SSRİ-nin yerini Avropada,ən
uğulu iqtisadiyyata sahib ölkələr ailəsində və layiqli həyat şəraitində
görürdü. Onun çıxış tonu buna sübutdur: “avropalılar kimi yaşamaq istəyirsizsə,
dəyişin”. Bununla belə kapitalizm dünyasının reallıqları tamamilə nəzərə
alınmırdı.
Həmin vaxt bu reallıqlar açıq şəkildə yırtıcı idi. BMT-də
daxilində fəaliyyət göstərən Ümumdünya iqtisadi tədqiqatlar institutunun (World
Institute for Development Economics Research) məlumatlarına görə 1980-ci
illərdə 20% ən yoxsul xalqların gəlirinin 20% ən varlı millətlərin gəlirinə
olan nisbəti 1/60-a bərabər idi.
Buna ilk növbədə başqalarının resurslarının, həm
maddi, həm də əmək, sorulması hesabına nail olunmuşdu. Misal üçün, 80-ci
illərdə Latın Amerikası ölkələrindən ABŞ-a gedən vəsait axını ildə 100 milyard
dollara bərabər idi. Pullar korporasiyalar vasitəsilə gəlir kimi, həm də
qeyri-qanuni yollarla çıxarılırdı. Bununla belə, həmin ölkələrin ÜDM—da heç bir
artım müşahidə olunmurdu ki, bu da sadə insanların həyat şəraitinin ağırlığını
göstərirdi. Əlavə olaraq latın-amerikalılar ABŞ-a xarici borc faizləri üzrə
ildə 20 milyard dollar ödəyirdilər.
Bununla belə, SSRİ-nin
neft və neft məhsullarından mədaxili ildə 20 milyard dolları, təxminən ABŞ-ın
təkcə Latın Amerikasından aldığı faizin miqdarı qədər, aşmırdı. Başqa
sözlə, beynəlxalq fəaliyyətdən qazanılan
gəlirlər üzrə paritetə, özü də vəsaitlərin “sorulması” sahəsində, nail olmaq üçün SSRİ baş qərargahları ABŞ-da
və Qərbi Avropada yerləşən transmilli korporasiyaları özünə yaxınlaşdırmalı
olardı. Əks halda, yenidənqurma prosesində planlaşdırıldığı kimi həyat
səviyyəsini bərabərləşdirmək mümkün olmayacaqdı. “Qızıl milyardda” sovet
insanları üçün artıq yer yox idi.
Digər tərəfdən,
SSRİ-də artıq özünün güclü resurs bazası yaradılmışdı, hansı ki, onun haqda
məruzədə kədərlə qeyd edilmişdi. “Xammal və yanacaq-energetika sahələri
məhsullarının artırılmasının nə xeyri var? – Qorbaçov soruşurdu, - Bizə təkcə
milyonllarla ton polad, milyonlarla ton sement, milyonlarla ton kömür lazım
deyil, konkret yekun nəticələr lazımdır”. Hadisələrin sonrakı inkişafı göstərdi
ki,bizim ölkə bugün bu “lazımsız” resursların sayəsində yaşayır.
Bu fonda
Yeltsin və Liqaçev arasında olan konflikt nümunə idi - əslində, yenidənqurma
tərəfdarları ilə bunda ölkə üçün ölüm təhlükəsi görənlər arasında. Birincilər
qərb ölkələrini təqlid üçün ideal görürdülər – yüksək həyat şəraiti, gözəl
vitrinlər, demokratiya və azadlıq. İkincilər hesab edirdilər ki, insanları
layiqli həyat şəraiti ilə təmin etmək üçün sosializmin bütün vacib resursları
var, və iqtisadi reform lazım deyil, təsərrüfatı səmərəli idarə edə bilməyən
direktorları süzgəcdən keçirmək üçün kadr reformu lazımdır. Yəni, dövlətə səmərəli idarəedənlər
lazımdır, Yeqor Liqaçov kimi.
“Mənim yoldaşlarla işlədiyim ərazi (Tomsk ərazisi-red.)
özünü öz istehsalı olan qida məhsulları ilə tamamilə təmin edir, özü də, yaxşı
miqdarda, - Liqaçev Yeltsinin qeyri-demokratikliklə bağlı məzəmmətinə cavab
verərək bəyan etdi. – Sən isə,Boris, vilayət komitəsinin (Sverdlovsk ərazisinin-red.)
katibi işləyirdin və ərazini möhkəm sürətdə və uzun müddətə talona otuzdurdun”.
Ancaq, Qorbaçov
başqa reformlara səslənişləri eşitmirdi. Onun sosializm və burjua dəyərlərini
birləşdirmək cəhdlərinin heç bir praktik əsası yox idi və tamamilə fərqli
paradiqmanın qərb-avropa reallıqları üzərində qurulurdu. Ölkədə bazar
iqtisadiyyatının normal işini təmin edə biləcək dövlət institutları yox idi,
həmçinin həmin iqtisadi münasibətlər üçün hüquqi müstəvi mövcud deyildi.
Nəticədə total
banditizm formalaşmağa başladı, hansı ki, həqiqətdə SSRİ-də real ağaya
çevrildi. Ölkəni gələcəkdə nə gözləməsi haqda jurnalist Şeqoçixin və XİN işçisi
Qurovun Ədəbiyyat Qəzetində nəşr olunan “Aslan
böyük tullanışa hazırlaşır” adli geniş məqalədə danışıldı. Cinayətkar
residivistlər, kölgədə qalmış sex sahibləri, keçmiş idmançılar və restoran
ofisiantları öz yazılmamış və qanlı qanunlarını təyin etməyə başladılar.
Narkomaniya,prostitutsiya,
ailə institutunun dağılması, sahibsiz uşaqlar, reket, sosial ədalətsizlik,
pullu tibb və təhsil – nəticədə sosializmin mübarizə apardığı hər şey bir anda
həyat normasına çevrildi. Sov.İKP-nin XIX konfransı faktiki olaraq, qayıtmazlıq
nöqtəsi oldu, hansı ki, ondan sonrq “sosializm” sözü bizim ölkənin siyasi
liderlərinin leksikonundan çıxdı.
Aleksandr
Sitnikov
Tərcümə Günel
Muradova
Комментариев нет:
Отправить комментарий