Viktor Mixayloviç Qluşkov sovet
riyaziyyatçısı,kibernetikidir. Onun rəhbərliyi altında 1966-cı ildə ilk
personal EHM “Mir-1” işlənib hazırlanmışdır. İnternet şəbəkəsini ilk proyekti də
Qluşkova məxsusdur. Amma o vaxt ABŞ və İsraillə əlaqəsi olan bəzi alim və
iqtisadçılar bu layihəni reallaşdırmaqda Qluşkova mane olmuşdular. Çünki, layihəni
reallaşdırmaqla SSRİ dünyada ilk internet şəbəkəsinin yaradıcısı olacaqdı və bu
yenilik onsuz da öndə olan sovet iqtisadiyyatını və elmini daha qabağa
aparacaqdı. Bu haqda alimin öz sözləri ilə tanış olaq
Sovet
internetinin üstündən çəkilmiş xətt
XX əsr tarixində ən dahi riyaziyyatçı
və kompyuterçilərdən biri olan akademik Viktor Qluşkovun xatirəsi:
“İqtisadiyyatın idarəedilməsi üzrə avtomatlaşdırılmış ümumdövlət sisteminin
(OQAS) hazırlanması vəzifəsi mənə A.N.Kosıqin tərəfindən 1962-ci ilin
noyabrında tapşırılmışdı. Bu vaxta qədər ölkədə artıq iqtisadi informasiyanın
işlənməsi üçün hesablama mərkəzlərinin vahid sistemi mövcud idi. Biz özündə
geniş zolaqlı rabitə kanalları ilə birləşdirilmiş iri sənaye şəhərlərində və iqtisadi rayon
mərkəzlərində 100-ə yaxın mərkəzi birləşdirən Vahid dövlət şəbəkəsinin ilk
eskiz proyektini hazırladıq.
1964-cü ildən başlayaraq (mənim
proyektimin yarandığı tarixdən) alim-iqtisadçılar mənə qarşı açıq-aşkar
çıxışlar etməyə başladılar, hansı ki, onlardan şoxu sonradan ABŞ-a və İsrailə
getdilər. Kosıqin proyektin dəyəri ilə maraqlandı. O təxminən 20 milyard rubl
məbləğində qiymətləndirilirdi. Biz xərclərin özünü doğrultmasını nəzərdən
keçirdik. Üç beşillik ərzində proqramın reallaşdırılması büdcəyə 100 milardan
çox pul gətirəcəkdi. Amma bizim başabəla iqtisadçılarımız Kosıqini
çaşdırdılar... Bizi bir tərəfə qoydular, ehtiyyatla yanaşmağa başladılar.
60-cı illərin sonlarında Sov.İKP-nin
Mərkəzi Komitəsində və Nazirlər Şurasında informasiya yayıldı ki, amerikalılar
hələ 1966-cı ildə informasiya şəbəkəsinin eskiz proyektini hazırlayıblar, yəni,
2 il bizdən sonra. Amma bizdən fərqli olaraq, onlar mübahisə etmirdilər,
hazırlayırdılar.
Onda bizdə də narahat olmağa
başladılar. Mən Kirilenkonun (Sov.İKP MK-nin katibi) yanına getdim və məktub
verdim ki, mənim proyektimin ideyalarına qayıtmaq lazımdır. Komissiya
yaradıldı. Ən yaxşısı heç yaradılmayaydı... Bu zaman qərb mətbuatında
vakxanaliyaya başlamışdılar. İlk amerikalılar narahat olmağa başladılar...
Əlbəttə ki, bizim iqtisadiyyatın istənilən möhkəmlənməsi onlar üçün ən qorxulu
şey idi. Buna görə də dərhal bütün kolibrlərdən mənə atəş açmağa başladılar.
“Vaşinqton Post”da SSRİ rəhbərliyi haqda “Perfokarta Kremli idarə edir” adlı
məqalə çıxdı. İngilis “Qardian”nında nəşr edilmiş məqalə sovet ziyalıları haqda
idi. Guya akademin Qluşkov Qərbdəkindən daha qabaqcıl hesablama mərkəzləri
şəbəkəsini yaratmağı təklif edir. Əslində, sovet vətəndaşlarının fikirlərini
məlumatlar bankında gizlətmək və hər bir insanı izləmək KQB-nin tapşırığı idi. Bu
məqaləni SSRİ-yə və sosialist ölkələri düşərgəsinə bir 15 dəfə müxtəlif
dillərdə verdilər.
Sonra bu həcvlərin digər aparıcı kapitalist qazetlərində nəşrləri yayıldı, yeni məqalələr seriyası. Bu zaman
maraqlı şeylər baş verməyə başladı. Mən 1970-ci ildə Monrealdan Moskvaya
uçurdum. Təcrübəli təyyarəçin artıq Atlantik okeanı üzərində nəsə əngəl hiss
etdi və geri döndü. Məlum oldu ki, yanacağa nəsə qatıbmışlar. Tanrıya şükürlər
olsun ki, hər şey geridə qaldı, amma bunun kimin və nə üçün etməsi sual olaraq qaldı. Bir qədər sonra Yuqoslaviyada isə
maşın az qala yük maşını ilə toqquşacaqdı – sürücü möcüzə sayəsində özünü
kənara çəkdi.
Bütün bizim müxalifət, xüsusilə iqtisadçılar,
mənə qarşı çıxdılar. 1972-ci ilin əvvəlində “İzvestiya” qəzeti “Elektron bum
dərsləri” adlı məqalə dərc etdi. Müəllif məqalədə sübut etməyə çalışırdı ki,
ABŞ-da hesablama maşınlarına olan tələb aşağı düşüb. ABŞ-da olmuş
iqtisadçıların Sov.İKP MK-nə göndərdiyi bir sıra məlumat məktublarında iqtisadiyyatın
idarə edilməsi üçün hesablama texnikasından istifadə abstrakt rəssamlıq dəbi ilə bərabər tutulurdu.
Guya, kapitalistlər maşınları ona görə alırlar ki, bu dəbdir, qeyri-müasir
görünməsinlər. Bütün bunlar bizim rəhbərliyi azdırırdı”.
Akademikin xatirələrinə görə, bir çox
başqa fitnələr,intriqalar,onu SSRİ rəhbərləri ilə aralarını vurmaq cəhdləri də
vardı. 1981-ci ilin payızında Viktor Mixayloviç xəstələndi. Uzun müddət Kiyevdə
müalicə aldı, oradan Moskvaya köçürüldü. 30 yanvar 1982-ci ildə vəfat etdi.
Böyük riyaziyyatçı, kibernetikin cəmi 58 yaşı vardı. Qluşkovun danışdıqlarından
başqa, o vaxt SSRİ-də rəqabət qabiliyyətli serverlər,personal kompyuterlər
hazırlanmışdı. İnformasiya ötürülməsi üçün protokollar, hətta bugün nə qədər
təəccüblü görünsə də, interfeyslər mövcud idi. Onlar proqramlaşdırmanı bilməyən
adi sovet idarəedənlərinə,konstruktorlara,alimlərə EHM-lə işləməyə kömək edə
bilərdi. Yeri gəlmişkən, alim M.M.Subbotin internetin əsasını təşkil edən
ssılka sistemini ilk dəfə elə həmin
Sovet İttifaqında yaratmışdı.
tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий