Artıq
20 ildir bizə söyləyirlər ki, kapitalizm ideal olmasa da, mümkün iqtisadi
sistemlərdən ən yaxşısıdır, hansı ki, insanı azad edir, özünü göstərmək
və həyatda uğura sahib olmaq üçün hər kəsə bərabər imkanlar verir. Bundan
əlavə,bizə deyirlər ki, 2008-ci ildən bütün dünyada inkişaf edən böhran –
sistemin özünün problemi deyil. Böhran ona görə baş verir ki, hazırda bizdə
mövcud olan kapitalizm deyil, digərlərindən fərqlənən yarımfabrikatdır. Guya
biz “təmiz” kapitalizmə keçəcik və bizim bütün iqtisadi bəlalarımız öz-özünə
sona çatacaqdır. Amma hamı belə düşünmür. Məsələn, müasir kapitalizmin bütün
“gözəlliklərini” öz üzərində sınaqdan keçirmiş ölkədən, Portuqaliyadan olan
iqtisadçı Qilyermo Alves Koelyo tamamilə fərqli düşünür. O əmindir: “ bir
sistem kimi kapitalizm qeyri-effektivdir və tükənmişdir, Köhnə Dünyada isə
“ərəb baharına” oxşar kabus dolaşır. Beləliklə, gəlin portuqaliyalı
iqtisadçının “kapitalizm haqda 12 mif” məqaləsində izah etdiyi baxışları ilə
daha yaxından tanış olaq.
Belə
bir məşhur ifadə var ki, hər bir xalq layiq olduğu hökumətə sahibdir. Bu doğru
deyil. İnsanlar düşüncə obrazını formalaşdıran təcavüzkar propaqanda vasitəsilə
aldadıla, sonra isə asanlıqla manipulyasiya edilə bilən insana çevrilə bilərlər.
Yalan və manipulyasiya xalqların kütləvi təzyiqə məruz qalmasının və zülmünün
müasir silahıdır. O hətta müharibə aparmağın ənənəvi vasitələrindən daha
effektivdir. Əksər hallarda onlar bir-birini tamamlayırlar. Hər iki metod
seçkilərdə qələbə qazanılmasında və itaət etməyən ölkələrin məhv edilməsində
istifadə olunur, Qilyermo Alves Koelyo yazır. İctimai təfəkkürə təsir etməyin
müxtəlif üsulları var, hansında ki, kapitalizm ideologiyası əsaslandırılmışdır
və müzakirə edilməyən doqma səviyyəsinə çatdırılmışdır. Bu nəsillər boyunca
milyon dəfələrlə təkrarlanan yalançı həqiqətlərin ahəngidir və buna görə də çoxları
üçün şübhəsizdir. Onlar kütlələrin dəstəyini və etiqadını qazanmaqdan ötrü
kapitalizmi etibarlı bir sistem kimi göstərmək üçün işlənib hazırlanıblar. Bu
miflərin yayılmasına KİV,təhsil müəssisələri, ailə ənənələri, dini münasibətlər
və s. Imkan yaratdılar. Bu miflərdən ən çox yayılmışları bunlardır.
Mif 1. Kapitalizmdə kim çox işləyir,
o zəngin ola bilər.
Guya
kapitalizm sistemi zəhmətkeş insanların varlanmasını avtomatik təmin edir. Bu
mənada adi zəhmətkeşləri aldadıcı ümidlər formalaşdırır, və onların planları
həyata keçmədikdə onlar bunda yalnız özlərini günahlandırırlar.
Əslində
isə, kapitalizmdə nə qədər işləməyinizdən asılı olmayaraq, uğurun ehtimalı
təxminən lotereyada olduğu kimidir. Var-dövlət, çox nadir istisnalarla, ağır
işlə yaradılmır, böyük təsirə və hakimiyyətə malik insanların fırıldaqlarının
nəticəsidir və onlarda əxlaq prinsiplərin olmamasıdır. Bu mifdir ki, uğur
müvəffəqiyyət və yaxşı optimizm dozasının birləşməsi ilə ağır işin nəticəsidir
və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bacarığından və rəqabət
səviyyəsindən asılıdır. Bu mifi sistemi dəstəkləyən ardıcılları yaradır. Din də
həmçinin bu mifi dəstəkləmək üçün çalışır.
Mif 2. Kapitalizm hamı üçün zənginlik
və çiçəklənmə yaradır
Azlığın
əlində cəmlənmiş var-dövlət guya tez və ya gec hamı arasında bölüşdürüləcək.
Məqsəd iş verənin zənginləşməsini əlavə suallar olmadan təmin etməkdən
ibarətdir. Eyni zamanda da hamıya buna inanmaq təklif olunur ki, gec ya tez
işçilər öz işlərinə və işə sadiqliklərinə görə layiqli mükafat alacaqlar.
Əslində
isə, hələ Karl Marks bu nəticəyə gəlmişdi ki, kapitalizmin son hədəfi
var-dövlətin ədalətli bölünməsi yox, onun daimi toplanması və bir əldə
cəmlənməsidir. Son onilliklər, xüsusilə neoliberalizmin qlobal ağalığı bərqərar
olduqdan sonra varlılar və yoxsullar arasında böyüyən uçurum – həm ayrı-ayrı
insanlar, həm də ölkələr arasında, marksizmin doğruluğunu sübut etdi. Qeyd
etdiyimiz mif kapitalizmin sosiallaşdırılması adlandırılan mərhələsində ən
geniş yayılmış mif idi və onun əsas məqsədi sosializm ölkələrinin məhvi idi.
Mif 3. Biz hamımız bir qayıqdayıq
Kapitalizm
cəmiyyətində guya siniflər yoxdur, ona görə də uğursuzluqlara və böhranlara
görə məsuliyyət hamının üzərinə düşür, və hamı hər şeyə görə ödəməli olur.
Məqsəd adi işçilərdə günah kompleksi yaratmaqdır ki, bu da kapitalistə
itkiləırinin bir hissəsini adi insanların çiyninə qoymaqla öz gəlirini artırmaq
imkanı verir.
Əslində,
bütün məsuliyyət dövlətin müdafiə etdiyi, milyarderlərdən ibarət elitanın
üzərinə düşür, elita isə öz növbəsində
dövləti müdafiə edir. Onlar vergilərdə,tenderlərdə, maliyyə spekulyasiyasında
və s. həmişə daha çox güzəştlərdən
istifadə ediblər. İnsanların bədbəxt vəziyyətinə görə məsuliyyətdən qaçmaq və
onları elitanın səhvlərinə görə ödəməyə məcbur etmək üçün bu mif eliitaya
implantasiya olunur.
Mif 4. Kapitalizm – azadlıqdır
Guya
həqiqi azadlığa kapitalizmdə yalnız “bazarın özünə nəzarəti” sayəsində nail
olmaq olar. Məqsəd bundan ibarətdir ki, hər şeyin olduğu kimi qəbul edildiyi
kapitalizmin dininə bənzər bir şey yaradılsın, həmçinin insanların
makroiqtisadi qərarların qəbul edilməsində iştirak hüququ əllərindən alınsın.
Əslində,
qərarların qəbul edilməsində azadlıq azadlığın sonuncu formasıdır, amma o yalnız nüfuzlu şəxslərin dar dairəsinin
imtiyazıdır, adi insanların və ya hətta dövlət müəssisələrinin deyil. Bütün
mümkün sammit və forumlar zamanı nəhəng kompaniya, bank və transmilli korporasiya rəhbərləri bağlı qapılar arxasında dar
çevrədə strateji xarakterdə böyük maliyyə qərarları və iqtisadi qərarlar qəbul
edirlər. Beləliklə, bazarlar özü-özünə nəzarət etmir, hazırki zamanda iri
sahibkarlar onları manipulyasiya edir. Qeyri-kapitalist ölkələrdə guya
demokratiyanın əsası olan bazar azadlığının olmaması doqmasına əsaslanan bu mif
həmin ölkələrin daxili işlərinə qarışılmasına bəraət qazandırmaq üçün istifadə
olunmuşdur.
Mif 5. Kapitalizm demokratiyadır
İddia
olunur ki, demokratiya yalnız kapitalizmdə mövcud ola bilər. Sərbəst şəkildə
bundan əvvəlki mifdən süzülən bu mif
başdan ictimai quruluşun istənilən başqa modellərinin müzakirəsinin qarşısını
almaq üçün yaradılmışdır. O iddia edir ki, bütün digər modellər
diktaturadırlar. Kapitaizm azadlıq və demokratiya kimi anlayışlara qəsb edir,
onların mənası isə təhrif olunur.
Əslində,
kapitalizm cəmiyyəti elitar azlıq olan varlıların bütün həyat sahələrində yerdə
qalan digərləri üzərində hakimlik etdiyi siniflərə bölünmüşdür. Belə kapitalist
“demokratiya” gizli diktaturadan başqa bir şey deyil, “demokratik islahatlar”
isə inkişafa əks proseslərdir. Bundan əvvəl qeyd etdiyimiz mif kimi,
demokratiya haqqında mif də qeyri-kapitalist ölkələrə qarşı olan tənqidlərə və
hücumlara bəhanədir.
Mif 6. Seçkilər demokratiyanın
sinonimidir
Seçkilər
demokratiyanın sinonimi və ali ifadəsidir. Bu mifin məqsədi digər siyasi
sistemləri qaralamaqdan və ya iblisləşdirməkdən və liderləri burjua
kriteriyaları ilə təyin olunmayan, alternativ imkanları olan cəmiyyətdə
müzakirələrin qarşısını almaqdan ibarətdir.
Həqiqətdə,
kapitalizmdə seçkilər mütləq ikiüzlülük və fırıldaq zirvəsidir. Harada ki,
səsvermə sadəcə şərti ritual, seçkilər isə formal aktdır. Seçkilərdə həmişə
burjua azlığının nümayəndələrinin qalib gəlməsi faktı onların aşkar
qeyri-obyektivliyini göstərir. Burjua seçkilərinin demokratiyanın mövcudluğuna
zəmanət verməsi mifi ən çox möhkəmlənmiş miflərdəndir, və hətta bəzi sol
partiyalar bu yalana aldanıblar.
Mif 7. Hakimiyyətdə bir-birini əvəz
edən partiyalar demokratik seçkilərin mövcudluğuna sübutdur.
Əslində
bu tamamilə cəfəngiyyatdır. Tipik nümunə - daim bir-birini əvəz edən,praktiki
olaraq heç nə ilə fərqlənməyən və eyni bir siyasəti ən xırda detallarına qədər
yürüdən iki əsas burjua partiyasının mövcud olduğu ABŞ-ın ikipartiyalı
sistemidir. Seçim çoxluğu haqda mifin məqsədi kapitalizm sistemini və guya
vətəndaşların azad iradəsi nəticəsində hakimiyyətə gələn hakim sinfi əbədiləşdirməkdən bundan ibarətdir.
Əslində
həm ikipartiyalı,həm də çoxpartiyalı parlament sistemi mahiyyətcə birpartiyalı
sistemdir. Bu eyni siyasi qüvvənin iki və ya çox fraksiyası alternativ
siyasətli partiyaları yamsılamaqla bir-birini əvəz edirlər. İnsanlar həmişə ən
yaxşı seçim etdiklərinə əmin olaraq, sistemin agentlərini seçirlər.Həqiqətdə
isə, heç bir seçimə sahib deyillər. Burjua partiyalarının müxtəlif
platformalara sahib olması və hətta müxalifətdə olması haqda mif ən vacib
miflərdəndir, o hakimiyyətin kapitslist sistemini leqitim etməkdən ötrü daim
təzyiq edir.
Mif 8. Seçilmiş siyasətçi xalqı
təmsil edir və ona görə də onun əvəzinə qərar verə bilər
Siyasətçi xalqdan hakimiyyət aldı, və ONU
istədiyi kimi idarə edə bilər. Mifin məqsədi insanları boş andlarla doyuzdurmaq
və praktikada reallaşacaq real tədbirləri gizlətməkdir.
Əslində,
seçilmiş lider bu andları yerinə yetirməyəcək, ya da, daha pis, tez-tez hətta
konstitusiyaya belə zidd olan bəyan edilməmiş tədbirləri həyata keçirəcək. Belə
siyasətçilər adətən aktiv azlıq tərəfindən seçilir və öz müddətinin ortalarında
minimal populyarlıq qazanırlar. Amma belə hallarda da xalq etimadının
itirilməsi siyasətin konstitusiya yolu ilə dəyişməsinə gətirmir, lakin, əksinə,
kapitalizm demokratiyasının real və ya gizli diktatura şəklində yaranmasına
gətirir. Kapitalizmdə demokratiyanın saxtalaşdırılmasının sistematik praktikası
seçkilərə qatılmayan insanların sayının artmasının əsas səbəblərindən biridir.
Mif 9. Kapitalizmin alternativi
yoxdur
Kapitalizm
nə mükəmməl, nə də yeganə mümkün ictimai quruluş deyil, o sadəcə bugünkü hakim
iqtisadi və siyasi elita üçün daha münasibdir. Mifin məqsədi hətta potensial
konkurensiyanı digər sistemlərin öyrənilməsi və inkişaf imkanlarının məhv
edilməsi yolu ilə,bunun üçün zorakılıq da daxil olmaqla bütün mümkün
vasitələrdən istifadə etməklə, aradan qaldırmaqdan ibarətdir.
Əslində
digər siyasi və iqtisadi sistemlər də var, onlardan ən məşhuru isə elmi
sosializmdir. Bu mif kapitalizmin digər alternativlərini müzakirəsinin
qarşısını almaq və cəmiyyətin itaətkar şəkildə yekdilliyni təmin etməkdən ötrü
insanları qorxutmaq üçün yaradılmışdır.
Mif 10. İqtisadiyyat var-dövlət
yaradır
Guya
iqtisadi böhrana səbəb işçilərə ifrat güzəştlərin olunmasıdır. Əgər onlar
aradan qaldırılsa, dövlət qənaət edər və ölkə böhranın öhdəsindən gələr. Məqsəd
– kapitalistlərin borclarının ödənilməsinə görə məsuliyyəti dövlət sektorunun,
həmçinin,təqaüdçülərin üzərinə atmaqdır. Böhranın müvəqqəti olduğuna
inandırmaqla insanları yoxsulluqla razılaşmağa məcbur etməkdir. Mif həmçinin
dövlət sektorunun özəlləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Xalqı
inandırırlar ki, “sağ qalmaq” üçün qənaət edirlər, bununla belə onun gələcək
gəlirləri itiriləcək daha gəlirli sahələrin özəlləşdirilməsi haqda heç bir söz
demirlər. Bu siyasət dövlətin gəlirlərinin azalmasına və güzəşt,təqaüd və
müavinətlərin ixtisarına gətirib çıxarır. Bugün sosial imtiyazların kütləvi
ixtisarının baş verdiyi, yüz milyardlarla avronun isə aparıcı bankların
xilasına yönəldiyi Avropa Birliyi ölkələri – kapitalizm iqtisadiyyatının çirkin
reallığının əyani illustrasiyasıdır.
Mif 11. Dövlətin rolu nə qədər az olsa, o
qədər yaxşıdır
Guya
ki, özəl sektor iqtisaddiyyatı dövlət sektorundan daha yaxşı idarə edir. Bu mif
öncəkini tamamlayır. Əslində, bir qayda olaraq, özəlləşdirmədən sonrakı
bölüşdürmə həmişə işçilər üçün mənfidir, çünki, vergiödəyicisinə təzyiq artır,
müavinətlər və təqaüdlər isə azalır. Kapitalist nöqteyi nəzərindən ictimai
sektorun idarə edilməsi sadəcə biznes üçün imkandır. Kapitalizm üçün sosial
ədalət heç nədir. Bu mif neoliberal kapitalizmin ən “ideoloji” miflərindəndir.
Ölkəni özəl sektor idarə etməlidir, dövlət isə sadəcə onu dəstəkləməlidir.
Mif 12. Kapitalizmin bugünkü böhranı
qısamüddətlidir və xalqın xeyrinə həll olunacaq
Hazırki
maliyyə-iqtisadi böhran guya kapitalizmin adi tsiklik böhranıdır, sistemin
böhranı deyil və onun məhvinə gətirməyəcək. Mif hər şeydən əvvəl maliyyə
kapitalı üçün daldalanacaqdır, hansı ki, mümkün olduğu qədər dövləti qarət və
insanları istismar etməkdə maraqlıdır. Bu həm də hakimiyyətdə qalamaq üçün vasitədir.
Bununla belə, mahiyyətcə və Marksa görə, bugün baş verənlər kapitalizm
sisteminin sistem böhranıdır,yəni, istehsalın ictimai xarakteri və gəlir
qazanmağın özəl xarakteri arasındakı ziddiyyət artımı mövcud sistem
çərçivəsində prinsipial olaraq həll olunmazdır. Bəzi kapitalist
nəzəriyyəçilər,həmçinin, “sosialistlər” və sosial-demokratlar iddia edirlər:
kapitalizm dəyişsə, xilas olmağı bacarar.
Onlar
iddia edirlər ki, böhran siyasətçilərin, acgöz bankirlərin və spekulyantların ayrı-ayrı
səhvləri ilə və ya liderlərin yeni ideyalarının və münaqişələrin həlli
mexanizmlərinin olmaması ilə izah olunur. Amma ki, bugün bizim şahidi
olduqlarımız, - yaxşılaşmağa heç bir ümid olmadan, insanların həyat
səviyyəsinin daim pisləşməsidir. Kapitalizm məhv olur, amma bu xalqlar üçün
böyük itkilərlə baş verəcək yavaş prosesdir. Portuqaliyalı alim hesab edir ki,
bizim işimiz onun tezliklə yox olmasına şərait yaratmaqdır.
Beləliklə, bizim tədqiqatçı
neoliberal kapitalizmin bügün dünyada mövcud olan universal modelini tənqid
etdi. Bununla belə, bir çox yerli mütəxəssislər qeyd edirlər ki, dünya
kapitalizmində olan ümumi çatışmamazlıqlardan başqa bu iqtisadi formasiya
xüsusilə bizə - postsovet məkanı ölkələrinə yaraşmır. Hər şeydən əvvəl ona görə
ki, birgə iş həyatımızın çox əsrlik ənənələri,böyük ərazi və daim xarici
düşmənlərdən müdafiə olunmağın vacibliyi, bizim xalqlarda anadangəlmə
kollektivizm hissi yaradıb.
Kapitalizmin qurulmasında yerli
təcrübə göstərir ki, Qərbdən fərqli olaraq, harda ki, müəyyən şəraitlərdə bir müddət
az-çox müsbət rol oynamağı bacarmışdı, kapitalizm bir sistem kimi keçmiş SSRİ-i
ölkələrinə yaramır.
Albina Moldavanenko
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий