Bu hadisə haqda “Trud” qəzetini iyun nömrəsinin sonuncu zolağında həmin
vaxt dəyərləndirilməmiş, amma onillər sonra faktiki olaraq bütün dünyanın
kulinariya məişətini alt-üst edən kiçik xəbər yerləşdirilmişdi.
Söhbət SSRİ alimləri
tərəfindən ixtira olunan mikrodalğalı soba nümunəsindən gedirdi. Tarixi bilən
oxucu məlumatın yanlış olduğunu və öz ixtirasını 1945-ci il oktyabrın 8-də
patentləşdirmiş Massaçusets ştatından Persi Spenser tərəfindən yaradıldğını
iddia edə bilər. Doğrudan da, belə bir rəvayət gəzir ki, mikro dalğalı soba
yaratmaq fikri maqnetorn yanında dayanarkən cibindəki şokoladın əridiyini
müşahidə edən amerikalının ağlına gəlib. Digər bir versiyaya görə, Persi
Spenser diqqət edib ki, qoşulmuş maqnetorn üzərinə qoyduğu buterbrodu qızıb. Həqiqətən
maraqlıdır. İndi isə emosiyalardan faktlara keçək, daha doğrusu 1941-ci ildə
“Trud” qəzetinin yazdığına baxaq.
Ət məhsullarını hazırlamaq
üçün ultrayüksək tezlik cərəyanınından istifadəyə imkan verən ilk xüsusi qurğu ət
sənayesinin Ümumittifaq elmi-tədqiqat institutunun maqnit dalğaları
laboratoriyasında hazırlanmışdır, və jurnalistin də yazdığı kimi, bu aqreqatda
yağı əritmək, kolbasa məhsullarını qaynatmaq, əti isitmək olurdu. Budun
hazırlanması isə mövcud texnologiya üçün lazım olan 5-7 saat əvəzinə cəmi 15-20
dəqiqə vaxt aparırdı. Vaxtdan başqa iqtisadi səmərə də qeyd olunur – istehsal xərclərinin
iki dəfəyə qədər azalması və məhsulun keyfiyyətinin yaxşılaşması.
Bəs görəsən amerika
analoqunu bir neçə il qabaqlaya biləcək bu möcüzəvi-qurğu niyə kütləvi
istehsala buraxılmamışdı? Bunun bir çox səbəbləri ola bilər, amma görünür ən əsas
səbəb 8 gün sonra ölkənin qarşılaşdığı müharibə oldu. Qurğunun işlənib-hazırlanması
ilə mşğul olan insanların bu müharibədə sağ qalıb-qalmaması haqda da tarix
susur. Bununla belə, artıq bu vacib deyil.
Комментариев нет:
Отправить комментарий