Kapitalın
böhranı, “Occupy” hərəkatının baş qaldırması, Cənubi Avropa kollapsı – bütün bu
faktorlar son onillik ərzində ona gətirib çıxardı ki, gəlir bərabərsizliyi
problemi qərb ölkələrinin əhalisini ən çox narahat edən problemələrdən birinə
çevrildi. Bugün faktiki olaraq hər kəs 1% ən zəngin insanların ölkəsinin varının qeyri-bərabər şəkildə ən böyük hissəsini
ələ keçirməsindən danışır. Və bu mövzu keçən ay internet vasitəsilə ABŞ-da bərabərsizlik
səviyyəsini illustrasiya edən videonun yayılmasından sonra daha aktiv
müzakirə olunmağa başladı. Əgər infoqrafika on milyonlarla internet istifadəçisinin
diqqətini cəlb edirsə, deməli həqiqətən insanların zəif damarını tutub.
Amma
videoda qlobal miqyasda bərabərsizlik səviyyəsi haqda praktik olaraq heç bir
şey deyilmir, ona görə də biz, The Rules proyektinin iştirakçıları, diqqəti bərabərsizlik
probleminə qlobal miqyasda çəkən analoji video hazırlamağa qərar verdik.
Burada qeyd olunan
informasiya yeni olmasa da, yenə də insanı heyrətə gətirir. Biz, 300 ən varlı
insanın dünyada 3 milyard insanın (bu təxminən planetin yarısı deməkdir) sahib
olduğundan çox var-dövlətə sahib olması haqda söhbət açırıq. Bununla belə məhz
bu rəqəmləri misal gətiririk ki, onları müqayisə etmək və yadda saxlamaq daha
asan olsun. Amma daha dəqiq olsaq, bərabərsizliklə vəziyyət daha pisdir – 200
ən varlı insan 2,7 trilyon dollara sahibdir, bu isə cəmi 2,2 trilyon dollara
malik 3,5 milyard insanın sahib olduğunun cəmindən çoxdur. Gəlirlər arasındakı
bu qədər böyük fərqi təsəvvür etmək belə çətindir. Bununla belə, biz təkcə
mövcud bərabərsizliyi göstərmək istəmirdik, həm də onun hazırda necə böyüdüyünü
göstərmək istəyirdik. Oxfam-ın sonuncu məruzəsində qeyd edilir ki, “1% təşkil edən ən zənginlər son 20 ildə öz gəlirlərini
60% artırıblar, hazırkı maliyyə böhranı isə bu prosesi nəinki yavaşlatmayıb,
hətta daha da sürətləndirib”. Ən yuxarı təbəqəyə daxil olanların gəliri isə, bu
dövr ərzində daha böyük templə artıb.
Video həm də nəyin
müxtəlif dövlətlər arasında bərabərsiziliyi artırdığını nümayiş etdirir. Müstəmləkə
dövrü ərzində zəngin və yoxsul ölkələr arasındakı uçurum 3:1 nisbətindən 35:1
nisbətinə böyümüşdür. Bu qismən avropa dövlətlərinin “Qlobal Cənub”
ölkələrindən təbii və əmək ehtiyatlarını çıxarması ilə əlaqədardır. Amma o
vaxtdan fərq 80:1 nisbətinə çataraq,
ancaq böyümüşdür. Bu necə ola bilərdi?
Kapital kasıblardan
varlılara axır
Bərabərsizlik qismən
son onilliklər inkişaf etmiş dövlətlər tərəfindən sırınanbeynəlxalq
institutların (Dünya Bankı, BVF və ÜTT kimi) neoliberal iqtisadi siyasəti
sayəsində böyüyür. Bu siyasət ilk növbədə ona görə yaradılmışdır ki, ölkələri
bazarları liberallaşdırmağa vadar etsin və multi-milli korporasiyaların ucuz
ərazilərlə,ucuz təbii və əmək ehtiyatlarına çıxışını təmin etmək məqsədilə
onları açıq saxlasın.
Yoxsul dövlətlər belə iqtisadi siyasətə görə həm də onunla cavab verirlər ki,
illik ÜDM-dən təxminən 500 milyard dollar itirirlər- Massaçuset universitetinin
iqtisadçısı Robert Pollin qeyd edir.
Nəticədə zənginliyin
yoxsul rayonlardan varlı rayonlara necə axdığını görürük. Biz bu videonu xüsusi
olaraq özümüz montaj etdik ki, bu maliyyə axınını əyani şəkildə təsvir edək və
zənginliyin “qlobal cənub”dan necə sorulduğunu və “qlobal şimala” ötürüldüyünü
göstərək. Zənginliyin daim bu şəkildə ötürüldüyünü az adam bilir. Və bunun
səbəblərindən biri humanitar yardıma şişirdilmiş məna verməkdir. Sadəcə “Cefri Saks”, proyekt “Minilliyin İnkişaf
Hədəfləri”, Bono, Bob Qeldof və ya hətta “Save The Children” kimi nəhəng
xeyriyyə təşkilatlarının xeyriyyə aksiyalarına nə qədər diqqət ayrıldığını
yadınıza salın.
Zəngin dövlətlərin
hökumətləri yorulmadan və təntənəli surətdə inkişaf edən ölkələrə nə qədər
xərclədiklərini təkrar edirlər, multi-milli korporasiyalar isə hər dəfə illik
hesabatlarında bir neçə dəfə öz yardımlarını, “ korporativ sosial məsuliyyət”
prinsiplərinə sədaqətlərini xatırladırlar.
Biz bu rolikdə
göstəririk ki, xeyriyyə yardımlarına çəkilən bütün xərclər əks istiqamətdə axan
kapital axınının yanında heç nədir.
Təkcə vergidən yayınmaq praktikası ildə 900 milyard dollar həcmindən çox
ümumi gəlir gətirir – bu korporasiyaların inkişaf edən ölkələrdən oğurladıqları
pullardır, sonra isə bu pulları mərkəzi Londonun Sitisi olan “vergi
havannalarında” gizlədirlər. İnkişaf edən ölkələr təkcə xarici borclara xidmətə
görə hər il 600 milyard dollar ödəyirlər, özü də bu ödənişlərin əksəriyyəti
vaxtilə devrilmiş diktatorların yığdıqları qanunsuz borcların silinməsi
hesabına aparılır.Bütün bu kapital axınını pulların birbaşa kasıblardan varlılara
ötürülməsi kimi də izah etmək olar.
Bu videorolike
salınacaq çox sayda digər müxtəlif aspektlər də mövcuddur. Məsələn, torpağın
tutulması. Fred Pirs özünün yeni “Torpaq istilaçıları” kitabında yazır ki, son
10 ildə zəngin dövlətlərin korporasiyaları inkişaf edən ölkələrdə o qədər
torpaq sahəsi tutublar ki, onun ümumi sahəsi bütün Qərbi Avropanın sahəsindən
böyükdür. Əgər bu zəbt edilmiş torpaq sahəsinin təxmini qiymətini hesablasaq,
videoda qeyd olunan nəhəng məbləğ ( yoxsullardan zənginlərə axan 2 trilyon
dollardan çox) reallıqda daha çox alınacaq.
Və ya gəlin iqlim
dəyişiklikləri problemini nəzərdən keçirək. Axı temperaturun 2 dərəcə artması
Afrika və cənubi Asiya ölkələrinin ÜDM-nun 5%-nin itirilməsinə gətirib
çıxaracaq, bununla belə, temperaturun artmasına daha çox zəngin ölkələrin səbəb
olduğuna baxmayaraq, bu onlara az təsir edəcək. Bütün bu itkilərin fonunda
yoxsul ölkələrə olan xeyriyyə yardımı cüzi olacaq. Ümumilikdə, yoxsulluğun və
bərabərsizliyin səbəbləri budur. Bizim həll etməli olduğumuz problemlər
bunlardır.
Demokratiya defisiti
Bunu da qeyd etmək
lazımdır ki, “qlobal şimal” və “qlobal cənub” coğrafi bölgüsü (sxematik olaraq
videorolikde qeyd olunmuş) hazırda əvvəlki dək əyani təsvir edilməyib. Biz
göstərmək istəyirdik ki, belə bölgü Çin və Rusiya kimi ölkələrin daxilində de
yer alıb. Məlum vəziyyətdə kiçik bir fiziki şəxs və insan qruplarının münaqişəsini
təsvir etmək daha düzgün olardı, bir tərəfdən korporasiya rəhbərlərini və digər
tərəfdən planetin əhalisinin çoxunu. İndi artıq söhbət Qərb və digər dünya
bölgüsündən getmir, bütün dünya ölkələrində mövcud olan sinfi bölgüdən gedir.
Bununla belə, qəbul etmək lazımdır ki, qlobal iqtisadiyyatın nəzarət
institutları (Dünya Bankı, BVF, ÜTT, həmçinin azad ticarət haqda müxtəlif
razılaşmaların həyata keçirilməsində məsuliyyətli olan digər institutlar) Qərb
dövlətlərinin inhisarındadır. Amma bu fakt heç bir şəkildə o demək deyil ki,
onlar qərb ölkələrinin seçicilərinin maraqlarını təmsil edirlər, çünki, bu
institutlara rəhbərlik edənlər (bankirlər, ticarət nümayəndələri və onların
maraqlarının təbliğatçıları) demokratik proseslər nəticəsində seçilmirlər.
Belə ki, Dünya Bankı
və BVF inkişaf edən dövlətlərə hər hansı bir iqtisadi siyasəti sırıya bilərlər,
hətta bu ölkələrin seçiciləri və onların seçdikləri hakimiyyət nümayəndələri
yekdilliklə onu rədd etsələr belə. Bundan əlavə, bu institutlar “suveren
immunitet”ə sahibdirlər, hansı ki, onların borc qarşılığında sırıdıqları
iqtisadi siyasət iqtisadi böhrana və əhalinin kütləvi yoxsullaşmasına səbəb
olaraq, müvəffəqiyyətsiz olduqda onları məhkəmə təqibindən qoruyur. Başqa
sözlə, bu institutların nəinki özləri demokratik deyillər, həm də yerli
demokratiyalara nəzarət edirlər və ona görə də müstəqil ölkələrin seçiciləri
üzərində ixtiyara sahibdirlər. Bununla belə, bu institutların sırıdıqları
siyasətdən zərər çəkmiş insanlar heç ədalətə də arxalana bilmirlər. Belə
demokratiya defisitini biz korporasiyaların özlərində də müşahidə edirik. Bugün
dünyada ən böyük idarə edici subyektlərin əksəriyyəti – korporasiyalardır,
dövlətlər deyil. Bu korporasiyaların rəhbərləri demokratik yolla seçilmir və
vətəndaşlar qarşısında hesabat verməli olan şəxslər deyillər. Onlar yalnız
onlardan insan həyatı və ya planetin məhvi bahasına olsa belə gəliri artırmağı tələb edən səhmdarları qarşısında məsuliyyətlidirlər. Bu
korporasiyalar fəaliyyətdə olduqları ölkələrin hökumətlərinin malik olduğundan
çox səlahiyyətə sahibdirlər. Və bunun səbəblərindən biri də ÜTT və azad ticarət
haqqında müxtəlif “investorlar və dövlər arasında mübahisələrin həlli haqqında
razılaşma” müqavilələri tərəfindən sırınan, korporasiyalara yerli hökumətlərdən
onların gəlir qazanmasını təhlükə altına salan qanunları ləğv etmək imkanı
verən – məsələn, mimimal əmək haqqı və ya ətraf mühitin müdafiəsi qanunları
kimi – müqavilələrdir.
Qaydaları dəyişmək
lazımdır
Bütün məsələ bundadır
ki, korporasiyanın səlahiyyəti milli suverenlikdən üstün olur. Buna görə də,
qəbul etməliyik ki, XX əsr boyunca qüvvətləndirməyə çalışdığımız demokratik
institutlar, artıq “yeni gözəl dünyada” bizi müdafiə etmək bacarığında deyil.
Oyunun qaydalarını
biz özümüz dəyişməliyik, özü də bunu mümkün qədər tez etməliyik. Hazırda real
hakimiyyətin tədricən beynəlxalq səviyyəli institutlara verilməsi faktını
nəzərə alaraq, biz də uyğun olaraq korporasiyalın nəfsinin və onların gəlir
arxasınca düşməsinin qarşısını alan qlobal demokratik sistem qurmalıyıq. Bunun
üçün, saxta razılaşma qiymətlərinin göstərilməsinə və “vergi havannalarına”
görə korporasiyalara qlobal səviyyədə
minimal vergi qoymaq lazım olacaq. Bəlkə də, qlobal səviyyədə minimum əmək
haqqını da daxil etmək lazımdır, hansı ki, əməyin dəyərinin “azaldılması
yarışında” ən aşağı həddi təyin edəcək. Və əlbəttə ki, qanunların təyin
edilməsi və beynəlxalq ticarət üzərində nəzarəti BVF bankirlərinin və ÜTT
texnokratlarının əlindən almaq lazım olacaq. İnstitutların özünü isə şəffaflıq
və demokratiya prinsipləri əsasında işləyən yeni institutlara tabe etmək gərək
olacaq.
Bir halda ki, bizim
iqtisadiyyatımız qloballaşır, deməli olun üzərində qlobal demokratik nəzarət
lazımdır. Biz buna nail ola biləcikmi? Bəli. İstənilən halda bizim başqa
yolumuz yoxdur. Bütün bəşəriyyətin və planetin gələcəyi bizdən asılıdır. Kimsə
deyə bilər ki, əgər bu qədər dəyişiklik istəyiriksə, xəyalpərəstik. Amma əsl xəyalpərəstlər o
kəslərdir ki, düşünürlər ki, biz hadisələrin indiki vəziyyətini sonra da sabit
şəkildə saxlaya biləcik.
Ceyson Xikel
Tərcümə Günel
Muradova