B.Q.Solovyevin və V.V.Suxodeyevin “Sərkərdə Stalin”
kitabından bir parça
“Təəccüblüdür, amma biz bəzən fərqində belə deyilik
ki, adətən Rusiyaya və onun xalqına yaxşılıq arzulamayan kəslərin bizə sırıdığı
leksikadan istifadə edirik. Öz daxili düşmənləri, ona və xalqına pislik
arzulayanlarla mübarizə aparan ölkə başçısının hərəkətlərinə həqiqətən də ləkə yaxmaq kimə sərfəlidir?Qabağa getmək üçün həqiqətən də repressiyalar həyata
keçirmiş Xruşova. Buna görə də Stalin ona yazmışdı “qurtar, axmaq”. Xruşova,
ondan ötrü ki öz günahını həyatdan köçmüş SSRİ rəhbərinin üzərinə qoysun.
“Repressiyalar”
sözünün geniş yayılmasında ən çox
canfəşanlıq edənlər isə Soljenitsin kimi sovet (red) əlehdarı olan yazıçılar
olub. Onlardan əlavə istisnasız olaraq bütün qərb sosioloqları və tarixçiləri.Elə bizdə də indiyə kimi nədənsə yaranmış “Stalin repressiyaları” mem-indən istifadə
edirlər. Onda niyə “cadugər ovu”
dövründə amerika repressiyalarından danışılmır? Elə həmin amerikalılar heç bir
araşdırma aparmadan yapon əsilli şəxsləri tərksilah edib nəzarət altında
saxlayanda bəs? Məhkəməsiz və istintaqsız, sadəcə yapon qanına aid olmalarına
yönələrək? Axı məhz bu repressiyadır!Elə ingilis dar ağaclarını, fransız gelyatinlərini, müharibəyə qədər alman konslagerlərini,
yəhudi terrorunu da yada salmaq olar... Hələ britaniyalıların onlara tabe olan
müstəmləkə ərazilərində apardıqları repressiyalar zamanı milyonlarla günahsız
qurbanlardan danışmırıq...Amma yox, bu kimi faktları qərb liberalları nədənsə
yada salmırlar, bu haqda danışdıqda isə onlardan “repressiya” sözünü duymazsan.Heç bir “Stalin repressiyaları”
olmayıb. Sovet düşmənləri – sionistlərlə, trotskiçilərlə və
hər cür liberallarla ağır mübarizə olmuşdur. Və məhz görülmüş təhlükəsizlik
tədbirləri sayəsində biz həmin sioistlər, trotskiçilər və liberalların bizə
sırıdığı amansız müharibəni uda bildik.
“Repressiyalar”
haqqında mifin başdan ayağa uydurma olmasını dəqiq təsvir edən gözəl bir meyar
var. Bu İ.V.Stalinin ölüm xəbərinin elan edilməsi zamanı insanların kütləvi
şəkildə qəlbdən keçirdikləri hüzn hissidir.Bütün tarixi təcrübə göstərir ki, sinfi mübarizə,
xüsusilə inkişafın dönüş hüdudlarında, qəddar və amansızdır. Onun dəyirman
daşına təkcə düşmənlər deyil, həm də günahsız insanlar düşür.Son illər ölkəmizdə bir qrup insanın misli görünməmiş,
sürətli şəkildə varlanması xalqın genosidinə, olduqca böyük miqyasda – ildə
milyon yarıma qədər - onun məhvinə, bir çox sovet insanlarının əslinin əməyinin
bəhrəsinin qarət edilməsinə əsaslanır.Sinfi mübarizə müasir dövrdə özünü bunda büruzə verir.
Bunu görməmək kor olmaq deməkdir. “Demokratik”
propaqanda əlindən gələni edir ki, bu faktları pərdələsin, onları xalqdan
gizlətsin. O, məkrli inadkarlıqla həm də 30-cu illərin “repressiyalarının”
tarixi şərtlərini, sinfi mahiyyətini gizlətməyə çalışır.“Repressiyalar” haqqında məsələni dərindən araşdırmaq
üçün bu problemin, heç olmasa üç ən vacib aspektini gözdən keçirmək gərəkdir.Birincisi, dəqiqliklə müəyyənləşdirmək lazımdır ki, “repressiyalar”
əsaslandırılmışdırmı, ağır dövlət cinayətləri törətmiş şəxslərə qarşımı
yönəlmişdi, bu şəxslər layiq olduqları cəzanı çəkmişdilərmi. Yoxsa “repressiyalar”
günahsız insanlara üz vermişdi və onların qurbanları fəhlə və kəndli socialist
dövlətinin tərəfdarları olmuşdu.Bu prinsipial məsələdir və onun cavabı “repressiyaların” özünün qanuni yoxsa cinayət tərkibli olması haqda
mülahizələr üçün müəyyən məna kəsb edir.
Xruşov, onun ardıcılları, müasir “demokratlar” tərəfindən o son dərəcə
təhrif edilmiş və dolaşıq salınmışdır. Bu məsələdə həqiqəti bərpa etmək üçün əlindən
gələni etmək lazımdır. Ölkənin keçmiş tarixində çox şey onunla bağlıdır, eləcə
də bugün onun həlli mübağiləsiz bizim cəmiyyətin ideoloji və mənəvi həyatının və
inkişaf perspektivlərinin əsasları üçün tale əhəmiyyətli məna kəsb edir. sakitcə
üstündən keçilirlidir.“Repressiyalar” probleminin ikinci vacib tərəfi onların miqyasıdır.
Bura rəqəmlər vakxanaliyası və dəhşətli uydurmalarla doludur. Elementar sağlam
məntiqə sığmayan, inanılmaz ölçülərə qədər şişirdilmiş rəqəmlər göstərilir. Və
bunlarla bərabər tamamilə etinasizlıq göstərilir, qəsdən, demək olar ki, bu
haqda əldə olan, rəsmi və olduqca həqiqi məlumatlar total şəkildə gizlədilir. “Demokratlar” tərəfindən belə
bir mülahizə geniş tirajlanıb ki, əslində 30-cu illərdə sosilaizm işindən bu qədər
hədsiz dönüklük ola bilməzdi və həmçinin partiya və dövlət hakimiyyətinin
yuxarı eşelonlarında köhnə bolşeviklər tərəfindən belə satqınlıq mümkün
olmazdı. Amma sonrakı illərin təcrübəsi bu mülahizələrin əsaslılığını tamamilə
inkar edir.Partiyaya rəhbərlik edən nüvənin - baş katib Qorbaçov, Siyasi Büronun
üzvləri Yakovlev, Şevarnadze, Siya Büroya kandidat Yeltsin və digərlərinin –
sosialzim işinin satqınları, böyük ölkənin dağıdıcıları kimi göstərdikdən sonra
bizim yaxın keçmişdəki tragik yenidənquruculuq və reform təcrübəsini, hesaba
almamaq olmaz. Unutmaq olmaz ki, partiyanın və dövlətin rəhbər kadrlarının əksəriyyəti
onların cinayətkar yolu ilə getdilər.Bu hadisələr və onların ölkənin və xalqın taleyi üçün ağır nəticələri bizim
gözlərimizin qarşısında baş verdi. Bəs nəyə görə bugün sovet hökumətinin
tarixinin ilk mərhələlərində ayrı-ayrı xadimlər tərəfindən belə satqınlıqların
doğruluğunu aprior şəkildə istisna etməliyik? Və “demokratların” ardınca həmin
30-cu illərdə aparılmış “repressiyaların”, hansı ki, qanuni şəkildə dövlət əlehinə,
Sovetlər əlehinə fəaliyyətlərin qabağını almağa yönlənmişdi, vacibliyini və
qaçılmaz olduğunu inkar etməliyik. Bu tarix dərslərinin nəzərə alınması “repressiyalar”
probleminin araşdırılmasında iştirak etməlidir.
İndi heç olmasa ümumi oxşarlıqlar, repressiyalar probleminin üçüncü tərəfi
- cəzaların ağırlığı əsas məqsədin nailiyyətlərinə, ildırım kimi yaxınlaşan
qırıcı müharibə təhlükəsi şəraitində ölkənin xilas olunmasına uyğun idimi? - üzərində
dayanaq. Həyata keçirilmiş repressiyaların ağır tədbirlər özünü doğrultdumu və
onlar vacib idimi? Hər şeydən əvvəl, müəyyənləşdirmək lazımdır ki, onlar hansı
cinayətlərə qarşı tətbiq olunmuşdu. Cəzanın ağırlığı uyğun olmalıdır, cinayətin
ağırlığından irəli gəlməlidir.Nə Xruşov, nə də onun ardıcılları həm 30-cu, həm də ondan sonrakı illərdə
bizim ölkədə şaxtalar partladılmasını, buğda anbarlarının yandırılmasını, sərnişin
və yük qatarlarının yoldan çıxarılmasını, polislərin və cəza verənlərin alman
işğalçılarına xidmət etməyə yollandıqlarını və onların sovet insanlarını
satdıqlarını və öldürdüklərini sübut edən danılmaz faktları inkar edə bilmədilər.
Axı bütün bunlar konkret insanlar tərəfindən törədilirdi. Bunların tək-tük
hadisələr olmasını iddia etmək gülməlidir. On minlərlə fakt sübut edir ki, bu
sinfi mübarizənin təzahürüdür.Dövlətin maraqlarını və bütövlüyünü, xalqın və yaxınlaşmaqda olan,
sonralar isə davam edən müharibə şəraitində sosializmin maraqlarını qoruyan
hakimiyyət buna necə cavab verməli idi?
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur