6 июл. 2019 г.

Sosializmdə yoxsulluq anlayışı haqqında


Yoxsulluq olmadan guya nə bolşevizim işlərinin, nə sosializmin mümkün olmamasına gəldikdə, bu elə bir ağılsızlıqdır ki, onun haqda danışmaq belə çətindir. Leninçilər o zaman yoxsulluğa istinad edirlər ki, kapitalizm elementləri və kapitalistlərin istismar etdiyi yoxsulluq mövcuddur.

Amma kapitalizmin elementləri aradan qaldırıldıqdan, yoxsulluq isə istismardan azad olunduqdan sonra leninçilərin işi ilkin mövcudluq şərtləri artıq məhv edilmiş yoxsulluq və kasıbçılığı möhkəmləndirmək və qoruyub saxlamaqdan ibarət deyil, ondan ibarətdir ki, yoxsulluğu aradan qaldırsın və kasıbçılığı varlı həyat səviyyəsinə qaldırsın. Sosializmin yoxsulluq və ehtiyac təməli, şəxsi istehlakın azaldılması və insanların həyat şəraitinin yoxsul həyat şəraiti, hansı ki, daha yoxsul kimi qalmaq istəmir və varlı həyata doğru yuxarı qalxır, səviyyəsinə endiriliməsi təməli üzərində qurula biləcəyini düşünmək axmaqlıq olardı. Kimə belə, icazə versəniz, sosializm lazımdır? Bu sosializm olmazdı, sosializmin karikaturası olardı. Sosializm yalnız cəmiyyətin istehsal qüvvələrinin güclü inkişafı əsasında, əmtəə və məhsulların bolluğu əsasında, zəhmətkeşlərin varlı həyatı əsasında, mədəniliyin coşğun inkişafı əsasında qurula bilər. Çünki, sosializm, marksist sosializm şəxsi istehlakın azaldılması demək deyil, onların hər cür genişləndirilməsi və inkişafı, bu tələbatların ödənilməsinin ixtisarı və ya onlardan imtina edilməsi yox, mədəni zəhmətkeş insanların bütün tələbatlarının hər cür və tamamilə ödənilməsi deməkdir.

Şübhəsiz ki, ayrı-ayrı partiya üzvlərinin yoxsulluq və varlılıq barəsindəki baxışlarında olan bu qarışıqlıq yoxsulluğu bütün və hər bir şərtlərlə bolşevizmin əzəli dayağı kimi ideallaşdıran və kolxozlara qızğın sinfi mübarizə meydanı kimi baxan solçu qanmazlarımızın baxışlarının əksidir.

Gördüyünüz kimi, bu məsələdə də, parçalanmış partiya əlehinə olan qrupların ideologiyasının qalıqları hələ də yaşamaq qabilliyətini itirmir.

Aydındır ki, əgər bizim partiyada oxşar qanmaz baxışlar qələbə çalsaydı kolxozlar son iki ildə əldə etdikləri uğurları qazana bilməzdilər və qısa müddətdə dağılardılar.



И.В. Сталин. Отчетный доклад XVII съезду партии о работе ЦК ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13. Государственное издательство политической литературы. Москва, 1951. С. 359-360.

1 июл. 2019 г.

Sosializmdə bərabərlik anlayışı haqqında


Görünür bu insanlar düşünürlər ki, sosializm cəmiyyət üzvlərinin tələbatlarının və şəxsi güzəranının bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb edir. Belə fərziyyənin marksizmlə, leninizmlə heç bir əlaqəsi olmadığını söyləməyə ehtiyac yoxdur.
Bərabərlik adı altında marksizm şəxsi istehlak və güzəran sahəsindəki bərabərliyi başa düşmür, siniflərin məhvini, bununla da a) kapitalistlər devrildikdən və mülkiyyətdən məhrum edildikdən sonra bütün zəhmətkeşlərin istismardan bərabər azad olmalarını, b) cəmiyyətin mülkiyyətinə verildikdən sonra bütün istehsal vasitələri üzərində xüsusi mülkiyyətin bərabər ləğvini, v) hər kəsin öz bacarığına görə işləmək tələbinin və bütün zəhmətkeşlərin öz əməyinə görə mükafatlandırılmaq hüqununun bərabərliyini (sosializm cəmiyyəti), q) hər kəsin öz bacarığına görə bərabər işləmək vəzifəsini və bütün zəhmətkeşlərin öz tələbatlarına görə bərabər mükafalandırılmaq hüququnu (kommunizm cəmiyyəti) başa düşür. Əlavə olaraq marksizm buna əsaslanır ki, insanların zövqü və tələbatları nə sosializm dövründə, nə də kommunizm dövründə keyfiyyətcə və ya kəmiyyətcə eyni olmur və eyni ola da bilməz.
Bu da sizə marksizmdə bərabərlik anlayışı.
Hər hansı başqa  bərabərliyi marksizm tanımayıb və tanımır.
Buradan sosializmin cəmiyyət üzvlərinin tələbatlarının, onların zövqlərinin və şəxsi güzəranının bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb etməsi, marksistlərin planına görə hamı eyni kostyumda gəzməlidir və eyni miqdarda, eyni yemək yeməlidir nəticəsinə gəlmək boş-boş danışmaq və marksizmə böhtan atmaq deməkdir.
Anlamaq lazımdır ki, marksizm belə bərabərçiliyin düşmənidir. Hələ Kommunist Partiyasının Manifestində Marks və Engels primitiv utopik sosializmi “ümumi asketizm və kobud bərabərlik” haqda moizələrinə görə mürtəce adlandıraraq onu tənqid edirdilər. Engels özünün Anti Dürinq-də Dürinqin marksist sosializmə qarşı zidd olaraq irəli sürdüyü “radikal bərabərlikçi sosializm”in tənqidinə tam bir fəsil həsr etmişdi.
Proletar bərabərlik tələbinin əsl məzmunu,- Engels deyirdi,-siniflərin məhv edilməsi tələbinə aparıb çıxarır. Bundan o yana istənilən bərabərlik tələbi mütləq cəfəngiyyata aparır.”
Lenin də eyni şeyi deyirdi:
 “Siniflərin məhvindən başqa bərabərlik anlayışı ən axmaq və mənasız zehniyyətdir – yazarkən Engels min dəfə haqlı idi. Burjua professorları bərabərlik anlayışına görə bizi bunda ifşa etməyə çalışırdılar ki, guya biz bir insanı digəri ilə bərabər etmək istəyirik. Onlar özlərinin fikirləşdikləri bu  cəfəngiyyatda sosialistləri ittiham etməyə çalışırdılar.Amma onlar cahilliklərindən bilmirdilər ki, sosialistlər – məhz  müasir, elmi sosializmin baniləri Marks və Engels – deyirdilər: bərabərlik adı altında siniflərin məhvi anlaşılmırsa, bərabərlik boş sözdür. Biz sinifləri məhv etmək istəyirik, bu cəhətdən biz bərabərlik tərəfdarıyıq. Amma bütün insanları bir-birinə bərabər etmək iddiasında olmaq ən mənasız cümlə və inteliqensiyanın axmaq uydumasıdır”  (Leninin “Xalqın azadlıq və bərabərlik şüarları ilə aldadılması haqda” nitqindən) .
Məncə aydındır.
Burjua yazıçıları marksizm sosializmini həvəslə köhnə çar kazarması kimi təsvir edirlər, harada ki, hər şey bərabərçilik prinsipinə tabedir. Amma marksistlər burjua yazıçılarının cahilliyinə və kütlüynə cavabdeh ola bilməzlər.
Marksizm sosializmi və kənd təsərrüfatı kommunalarının bərbərlik tendensiyalarına olan maraqları barəsində partiyanın ayrı-ayrı üzvlərinin baxışlarında olan bu dolaşıqlıq şübhəsiz ki, bizim solçu yekəbaşların – o kəslər ki, bir vaxtlar kənd təsərrüfatı kommunalarının ideallaşdırılmasında ora qədər gedib çıxmışdılar ki, onlar kommunaları hətta zavod və fabriklərdə də tətbiq etməyə çalışırdılar, öz peşəsi üzrə çalışan ixtisaslı və istisassız işçilər öz əmək haqqlarını ümumi  kotyola verməli və daha sonra onu bərabər bölməli idilər - kiçik burjua baxışları ilə ikiyə bölünmüş alma qədər oxşardır. “Solçu” yekəbaşların uşaqcasına bərabərlikçi məşqlərinin bizim sənayeyə vurduğu ziyan məlumdur.
Gördüyünüz kimi parçalanmış partiya əlehinə olan qrupların ideologiyasının qalıqları olduqca böyük yaşamaq qabiliyyətinə malikdirlər.
Aydındır ki, əgər bu solçu baxışlar partiyada qalib gəlsəydi partiya marksist olmazdı, kolxoz hərəkatı isə nəhayətində pozulardı.

И.В. Сталин. Отчетный доклад XVII съезду партии о работе ЦК ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13. Государственное издательство политической литературы. Москва, 1951. С. 354-357.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

30 июн. 2019 г.

Trotskistlər – Bronşteyn partiyasının üzvləri deyillər. Trotskizm – ideologiya deyil, təxribatçı metodlar yığınıdır



Trotskiçilər isə kommunizmlə mübarizə üçün bu təxribatçı metodlarla silahlanmış kəslərdir. Öz rəqiblərimizə qarşı niyə “trotskist” anlayışını istifadə etdiyimiz üçün həm bizim hərəkata daxil olan, həm də onlarla maraqlanan bir sıra şəxslərdə yaranan anlaşılmazlıqla əlaqədar köhnə məqaləmi yenidən nəşr edirəm. Ümid edirəm bu məqalədən hər şey aydın olacaq.

Təxminən beş il əvvəl Lev Davidoviçin yazdıqlarının tamamilə hamısını yenidən oxudum və trotskizmin sözün həqiqi mənasında nə olduğunu yenə də anlaya bilmədim. Onun ideologiyası nədən ibarətdir ? Trotskinin yazılarında mahiyyət etibarilə yalandan özünü Leninin silahdaşı adlandırdığına, öz şəxsiyyətinə pərəstiş yaratdığına (bunu yadda saxlayın), güclü bürokratik apparat yaratmasına, hansı ki, mütləq kökündən dəyişəcək və kapitalizmin restavrasiyasına gətirib çıxaracaq, staxanovçu hərəkatına və əqli əməklə məşğul olan işçilər üçün yüksək əmək haqqı tətbiq etməklə sovet xalqının sosial təbəqələşməsi üçün şərait yaratdığına, beynəlxalq işçi hərəkatına xəyanətinə və ümumdünya inqilabından imtina etdiyinə  görə Stalini ittiham etməkdən başqa bir şey yoxdur.

Bütün bunları isə Trotski bu bazis üzərində qurub ki, həqiqi marksist və Leninin silahdaşı məhz odur, öz dövrünün  İudası kimi.


Orada hər hansı bir ideya nə gəzir? Marks Engelslə birlikdə sinfi mübarizənin nəzəriyyəçiləri və ümumdünya işçi hərəkatının praktikləri, Lenin sosilist inqilabının nəzəriyyəsi və sosialist dövlət quruculuğu təcrübəsi, Stalin sosializm quruculuğunun nəzəriyyəsi və praktikası idi. Bəs trotskizm – bu nədir? Buz baltası ilə kəlləyə döyülmək nəzəriyyəsi və praktikası. Bugünkü trotskiçilər hesab edirlər ki, ümumdünya inqilabı ideyalarının tərəfdarıdırlar.... Onların mənəvi başçılarının bu ideyaya  nə dəxli var? Bu marksizmin tezislərindən biridir, Trotskinin heç bir dəxli yoxdur... Trotskizmə marksizmin cərəyanlarından biri kimi baxsaq tamamilə boşluqdur. Vakum.
Ən əsası budur ki, Trotskinin özünə bütün bunların nəyə lazım olduğunu, vətəndaş müharibəsinin bitməsindən dərhal sonra  yenidən Vladimir İliçlə əlaqəni kəsərək və nəhayətində  özü-özünü qanundan kənar qoyaraq niyə partiyada böyük müxalifətçilik qalmaqalı yaratdığını mən anlamırdım? Vəzifəpərəstlik? Partiyada aparıcı yer tutmaq arzusu?
Axı bunun mümkün olmayacağını anlamaq üçün o qədər də axmaq deyildi. Tərəfdarlarının hər yerdə yoldaş Trotskinin Fəhlə-Kəndli Qızıl Ordusunun başçısı olduğunu deyib boğazlarını cırsalar da onun xüsusi populyarlığı yox idi. Vladimir İliçin ona verdiyi ləqəbin bircə dəfə xatırlanması ilə onun istənilən siyasi rəqibi İudacığı tiraja çıxan siyasi fahişə edərdi. Trotskinin müxalifətçiliyi şüurlu şəkildə siyasi intihar idi. Və o bu addımı atdı.
Anlaşılmazlıq sağ-trotskist blokun işinə dair yuxarıda sitat gətirilmiş ittiham qərarı əldə edilənən qədər davam etdi. Levin 1921-ci ildən alman və 1926-cı ildən ingilis kəşfiyyatı ilə əməkdaşlıq faktının təsdiq edilməsinə qədər trotskiçiliyin tamamilə dəqiq mahiyyətini müəyyən edən Stalinin gözüaçıqlığına növbəti dəfə təəccübləndim.
“ Yeni trotskizmin xarakterik cəhətləri nədən ibarətdir?
1)      “Permanent” inqilab məsələsi haqqında. Yeni trotskizm  “permanent” inqilab nəzəriyyəsini açıq şəkildə  müdafiə etməyi vacib bilmir. O sadəcə təyin edir ki, Oktyabr inqilabı “permanent” inqilab ideyasını tamamilə təsdiqləmişdir. Buradan növbəti nəticəni çıxarır: leninizmdə müharibədən sonra, Oktyabr inqilabı dövründə baş verənlər vacibdir və  qəbul ediləndir, əksinə, müharibəyə, Oktyabr inqilabına qədər olanlar doğru deyil və qəbul edilməzdir. Leninizmin iki hissəyə - “köhnə”, “yarasız” proletariatın və kəndli sinfin diktaturası  ideyası ilə müharibədən əvvəlki leninizm və trotskizmin tələblərinə uyğunlaşdırmaq istədikləri yeni, müharibədən sonrakı, Oktyabr leninizmi - bölünməsi də buradan ortaya çıxır. Leninizmin bu ikiyə bölünməsi nəzəriyyəsi trotskizmə ona görə ilkin, az-çox “qəbul edilən” addım kimi lazımdır ki,  lenizmlə mübarizədə növbəti addımlarını yüngülləşdirsin.
Amma leninizm müxtəlif elementlərdən hazırlanmış və ikiyə bölünməsinin mümkünlüyünə yol verən eklektik nəzəriyyə deyil. Leninizm 1903-cü ildə yaranmış, üç inqilabın imtahanından keçmiş və dünya proletarlarının döyüş bayrağını kimi irəli addımlayan bölünməz nəzəriyyədir.
  “Bolşevizm, -Lenin deyir, - 1903-cü ildən siyasi təfəkkür cərəyanı və siyasi partiya kimi mövcuddur. Ancaq bolşevizm tarixi mövcud olduğu bütün dövr ərzində kifayət qədər izah edə bilər ki, ən çətin şərtlərdə proletariatın qələbəsi üçün vacib olan dəmir intizamı necə yarada və qoruyub saxlaya bildi”.
Aydındır ki, partiya bu qəribə nəzəriyyə ilə razılaşa bilməz.
1     2) Partiya mənsubiyyəti məsələsi haqqında. Köhnə trotskizm menşeviklərlə vahid nəzəriyyənin köməyilə (və praktika) bolşevik partiyalılığını pozurdu. Amma bu nəzəriyyə o qədər rüsvay edilib ki, indi onu heç xatırlamaq belə istəmirlər. Partiya mənsubluğunu pozmaq üçün müasir trotskizm yeni, daha az rüsvayçı və təxminən “demokratik”  köhnə kadrların gənc partiya kadrları ilə qarşı –qarşıya qoyulması nəzəriyyəsini düşünüb. Trotskizm üçün bizim partiyanın vahid və bölünməz tarixi mövcud deyil. Trotskizm bizim partiyanın tarixini iki qeyri-bərabər hissəyə bölür, Oktyabr inqilabına qədərki və sonrakı. Bizim partiyanın tarixinin  Oktyabr inqilabına qədərki hissəsi,  əslində tarix deyil, tarixdən əvvəlki dövrdür, bizim partiyanın vacib olmayan və ya çox da vacib olmayan hazırlıq dövrüdür. Bizim partiyanın Oktyabr inqilabından sonrakı hissəsi isə həqiqi, əsl tarixdir. Orada hissədə bizim partiyanın “köhnə”, “tarixdən əvvəlki”, vacib olmayan kadrları var. Burada isə- yeni, həqiqi, “tarixi” partiya. Partiya tarixinin belə original sxeminin bizim partiyanın köhnə və yeni kadrları arasında birliyin parçalanması, bolşevik partiyalılığının dağıdılması sxemi olmasını sübut etməyə çətin ki, ehtiyac var.
Aydındır ki, partiya bu qəribə sxemlə razılaşa bilməz.
    3)  Bolşevizm liderlərı haqqında. Köhnə trotskizm Lenini az ya çox açıq şəkildə, nəticələrdən qorxmadan
ifşa etməyə çalışırdı. Yeni trotskizm daha ehtiyyatla hərəkət edir. O köhnə trotskizmin işini Lenini tərifləmək şəkli altında, onu ucaltmaq şəkli altında görməyə çalışır.”

“Yeni trotskizmin təhlükəli olması nədədir? Ondadır ki, trotskizm özünün bütün daxili mahiyyətinə əsasən proletar diktaturasının zəifləməsinə, dağılmasına yönələn qeyri-proletar elementlərin mərkəzi və toplanış məntəqəsi olmaq şansına malikdir”. (İ.V.Stalin. “Leninizm və trotskizm”).
 
Bununla belə daha sadə dildə desək, trotskizm ideologiya deyil, əksinqilabın leninizmə, daha sonra stalinizmə, beləliklə də Sovet hökumətinə qarşı mübarizədə beynəlxalq burjuaziyanın əlində silaha çevrilmiş alman və ingilis agentinin istifadə etdiyi universal metodlar toplusudur. Və trotskistlər Bronşteyn partiyasının üzvləri deyillər, bu metodlarla silahlanmış kəslərdir. Xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilmiş satqının hansı ideologiyası ola bilər? “Trotskizm” adı altında marksizmin cərəyanı anlayanlara hansı yerdə gülmək olar? Orda sadəcə xüsusi xidmət orqanlarının ümumi təxribatçı metdoları var.
Ümumi metodlar isə elə ümumidirlər. Onlardan kimlərin vaxtilə və indi istifadə etdiyinə baxaq.
Beləliklə.
“Köhnə mübarizənin davamı adı altında Stalin Fövqəladə Komissiyanı mauzer altındn keçirdi və bütün köhnə bolşeviklər nəslini və yeni nəslin daha müstəqil və fədakar nümayəndələrini məhv etdi”. Diqqət, bunu söyləyən N.S.Xruşov deyil. Bu sətirlərin müəllifi Trotskidir.
“Düşünmürəm ki, bütün insanlıq tarixində heç olmasa az-çox dərəcədə Stalinin rəhbərliyi altında Kreml tərəfindən təşkil edilmiş nəhəng yalan fabrikinə oxşar bir şey tapmaq mümkündür, özü də bu fabrikin ən əsas işlərindən biri Stalinin yeni bioqrafiyasının yaradılmasıdır” – bu da Xruşovun 20-ci qurultaydakı hesabatından deyil. Yenə Trotskinin sözləridir.
Brejnev dövrünün sosializm rəqabətini xatırlayırsız? Bilmək istəyirsiz bu saxtakarlıq staxanov hərəkatının yerinə kimin resepti üzrə daxil edilmişdi? “Staxanov hərəkatının təcrübəsinə əsasən hakimiyyət və proletariat arasındakı dərin məsafə özünü xüsusi  parlaq büruzə verdi. Əvəzində işçilərə təsəlli olaraq bu gücləndilimiş işəmuzd üsul “sosializm rəqabəti” adlandırılır. Bu adlandırılma lağlağa kimi səslənir.
Kökü biologiyamızda yatan, ilk olaraq acgözlükdən , paxılıqdan, imtiyazdan təmizlənmiş rəqabət şübhəsiz ki, kommunizmdə də mədəniyyətin ən vacib təkanverici qüvvəsi olaraq qalacaq. Amma ən yaxın, hazırlıq dövründə sosializm cəmiyyətinin həqiqi təsdiqi bəlkə də sovet hakimiyyətinin əl atdığı gerilikçi kapitalizmin alçaldıcı üsulları ilə həyata keçirilməyəcək, hər şeydən əvvəl bürokratik kötük zoruna deyil azad insanın daha layiqli üsulları ilə həyata keçiriləcək. Çünki, bu kötək özü elə köhnə dünyanın ən iyrənc mirasıdır. Sosializm haqda utanmadan danışmadan əvvəl o  hissələrə parçalanmalı və hər kəs qarşısında ocaqda yandırılmalıdır.” (L.D.Trotski)
Brejnev düvrünün SSRİ-si haqda başqa sualınız var?
Qorbaçov və onun aşkarlığını xatırlayırsız?  Bax bunu:“Bürokratik mütləqiyyət öz yerini sovet demokratiyasına verməlidir. Tənqid hüququnun və həqiqi seçim azadlığının bərpası ölkənin sonrakı inkişafının vacib şərtidir ” – Qorbatıy deyil. Bu yenə də Trotskidir.
 “Sovet rejiminin daxilində iki əks fikir böyüyür. Çünki o, çürüyən kapitalizmin əksinə olaraq istehsal güclərini inkişaf etdirir, sosializmin iqtisadi təməlini hazırlayır. Çünki o, yüksək təbəqələrin xeyrinə olaraq burjua bölünmə normaları ifadələrini daha ifrat hala çatdırır, kapitalizmin restavrasiyasını hazırlayır. Mülkiyyət formaları və  bölüşdürülmə normaları arasındakı ziddiyyətlər sonsuz olaraq arta bilməz. Ya burjua normaları, bu və ya digər formada, istehsal vasitələrini də əhatə edəcək, ya da əksinə, bölünmə normaları sosializm mülkiyyətinə uyğunlaşmalı olacaq” –  bəyəm müasir “marksistlər” və “tarixçilər” SSRİ-nin dağılma səbəbini bununla izah etmirlər? Axı təxminən eyni sözlərdir?  Bu sözləri yazan isə yenə də yoldaş Trotskidir. Əlavə edək?
Bürokratiyanın dinc və könüllü şəkildə sosializm bərabərliyi xeyrinə özündən imtina edəcəyinə heç bir halda güvənmək olmaz. Belə bir əməliyyatın olduqca aşkar nöqsanlarına baxmayaraq indinin özündə o çin və ordenləri tətbiq etməyi mümkün hesab edirsə,sonrakı mərhələlərdə qaçılmaz olaraq özünə əmlak münasibətlərində dayaq axtarmalı olacaq.  Etiraz etmək olar ki, böyük bürokrat üçün hansı mülkiyyət formasının hakim olmasının fərqi yoxdur, təki onlar ona lazımi gəliri təmin etsinlər. Belə mülahizə təkcə bürokratın hüququnun dayanıqsızlığını deyil, həm də sonrakı nəslin taleyi məsələsini əhəmiyyətsiz edir. Ən müasir ailə kultu göydən düşməyib. İmtiyazlar onları övladlara miras qoymaq mümkün olmadığı halda qiymətinin yarısını itirmiş olur. Amma vəsiyyət hüququ mülkiyyət hüququndan ayrılmazdır. Trest müdiri olmaq kifayət deyil, pay sahibi olmaq lazımdır. Bürokrtiyanın bu  mühüm sahədə qələbəsi onun yeni varlı sinfə çevrilməsi demək olardı”.
Ən maraqlısı budur ki, xarici agentliklərin tapşırığı ilə sovet bürokratiyasını ifşa edərkən bu “yoldaş” kimi nəzərdə tuturdu?  Düşünürsüz ki, partiyadakı bürokratiyanı? Məşhur “Kadrlar hər şeyi həll edir” şüarı, sovet cəmiyyətini təbiətini, hətta Stalinin istədiyindən də artıq, daha açıq xarakterizə edir. Öz mahiyyətinə görə kadrlar  hakim və idarəedici orqandır. “Kadrlar” kultu hər şeydən əvvəl bürokratiya, administrasiya, texniki aristokratiya kultunu ifadə edir. Digər sahələrdə olduğu kimi kadrların qabağa çəkilməsi və tərbiyələndirilməsi işində də sovet rejimi burjuaziyanın artıq çoxdan özündə həll etdiyi məsələləri həll etməli olur. Amma Sovet kadrları sosializm bayrağı altında çxış etdikləri üçün daha yüksək rütbələr və daha yüksək əmək haqqı tələb edirlər. “Sosialist” kadrların bu şəkildə fərqləndrilməsi burjua bərabərsizliyinin yenidən yaranması ilə müşahidə olunur”.
Bunlardan sonra sizə hələ də aydın deyil ki, “elitanın yenidən yaranması” ideyasının müəllifi kimdir.
Və sonda, Kuryaqinlə maraqlanırsız, onun Leninin Oktyabra qədər dağıdıcı-dövlət əlehdarı, sonra isə dövlət qurucusu olması haqda söylədiklərini bilirsiz? Bu haqda İ.V.Stalinin nə söylədiyini təkrarlayım: “Leninizmin iki hissəyə - “köhnə”, “yarasız” proletariatın və kəndli sinfin diktaturası  ideyası ilə müharibədən əvvəlki leninizm və trotskizmin tələblərinə uyğunlaşdırmaq istədikləri yeni, müharibədən sonrakı, Oktyabr leninizmi - bölünməsi də buradan ortaya çıxır. Leninizmin bu ikiyə bölünməsi nəzəriyyəsi trotskizmə ona görə ilkin, az-çox “qəbul edilən” addım kimi lazımdır ki,  leninizmlə mübarizədə növbəti addımlarını yüngülləşdirsin.”
Trtotskizm Sov.İKP –də 1953-cü il çevrilişindən sonra təxminən yarım əsr boyu inadla təbliğ edildi, üzdə trotskizmi tənqid etsələr də, demək olar ki, bütün sol yönümlü iyasi hərəkatlar onun metodlarından aktiv istifadə edirlər... 

Pyotr Balayev  
Tərcümə Azərbaycan Eko-sosialistlərinə məxsusudur

mənbə: https://p-balaev.livejournal.com/541492.html