Görünür bu insanlar
düşünürlər ki, sosializm cəmiyyət üzvlərinin tələbatlarının və şəxsi
güzəranının bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb edir. Belə
fərziyyənin marksizmlə, leninizmlə heç bir əlaqəsi olmadığını söyləməyə ehtiyac
yoxdur.
Bərabərlik adı altında
marksizm şəxsi istehlak və güzəran sahəsindəki bərabərliyi başa düşmür,
siniflərin məhvini, bununla da a) kapitalistlər devrildikdən və mülkiyyətdən
məhrum edildikdən sonra bütün zəhmətkeşlərin istismardan bərabər azad
olmalarını, b) cəmiyyətin mülkiyyətinə verildikdən sonra bütün istehsal
vasitələri üzərində xüsusi mülkiyyətin bərabər ləğvini, v) hər kəsin öz
bacarığına görə işləmək tələbinin və bütün zəhmətkeşlərin öz əməyinə görə mükafatlandırılmaq
hüqununun bərabərliyini (sosializm cəmiyyəti), q) hər kəsin öz bacarığına görə
bərabər işləmək vəzifəsini və bütün zəhmətkeşlərin öz tələbatlarına görə
bərabər mükafalandırılmaq hüququnu (kommunizm cəmiyyəti) başa düşür. Əlavə
olaraq marksizm buna əsaslanır ki, insanların zövqü və tələbatları nə sosializm
dövründə, nə də kommunizm dövründə keyfiyyətcə və ya kəmiyyətcə eyni olmur və
eyni ola da bilməz.
Bu da sizə marksizmdə
bərabərlik anlayışı.
Hər hansı başqa bərabərliyi marksizm tanımayıb və tanımır.
Buradan sosializmin
cəmiyyət üzvlərinin tələbatlarının, onların zövqlərinin və şəxsi güzəranının
bərabərçiliyini, bərabərliyini, tarazlığını tələb etməsi, marksistlərin planına
görə hamı eyni kostyumda gəzməlidir və eyni miqdarda, eyni yemək yeməlidir
nəticəsinə gəlmək boş-boş danışmaq və marksizmə böhtan atmaq deməkdir.
Anlamaq lazımdır ki,
marksizm belə bərabərçiliyin düşmənidir. Hələ Kommunist Partiyasının
Manifestində Marks və Engels primitiv utopik sosializmi “ümumi asketizm və
kobud bərabərlik” haqda moizələrinə görə mürtəce adlandıraraq onu tənqid
edirdilər. Engels özünün Anti Dürinq-də Dürinqin marksist sosializmə qarşı zidd
olaraq irəli sürdüyü “radikal bərabərlikçi sosializm”in tənqidinə tam bir fəsil
həsr etmişdi.
“Proletar bərabərlik tələbinin əsl məzmunu,- Engels
deyirdi,-siniflərin məhv edilməsi tələbinə aparıb çıxarır. Bundan o yana
istənilən bərabərlik tələbi mütləq cəfəngiyyata aparır.”
Lenin də eyni şeyi deyirdi:
“Siniflərin məhvindən başqa bərabərlik
anlayışı ən axmaq və mənasız zehniyyətdir – yazarkən Engels min dəfə haqlı idi.
Burjua professorları bərabərlik anlayışına görə bizi bunda ifşa etməyə
çalışırdılar ki, guya biz bir insanı digəri ilə bərabər etmək istəyirik. Onlar
özlərinin fikirləşdikləri bu cəfəngiyyatda
sosialistləri ittiham etməyə çalışırdılar.Amma onlar cahilliklərindən bilmirdilər
ki, sosialistlər – məhz müasir, elmi
sosializmin baniləri Marks və Engels – deyirdilər: bərabərlik adı altında
siniflərin məhvi anlaşılmırsa, bərabərlik boş sözdür. Biz sinifləri məhv etmək
istəyirik, bu cəhətdən biz bərabərlik tərəfdarıyıq. Amma bütün insanları
bir-birinə bərabər etmək iddiasında olmaq ən mənasız cümlə və inteliqensiyanın
axmaq uydumasıdır” (Leninin “Xalqın
azadlıq və bərabərlik şüarları ilə aldadılması haqda” nitqindən) .
Məncə aydındır.
Burjua yazıçıları marksizm
sosializmini həvəslə köhnə çar kazarması kimi təsvir edirlər, harada ki, hər
şey bərabərçilik prinsipinə tabedir. Amma marksistlər burjua yazıçılarının
cahilliyinə və kütlüynə cavabdeh ola bilməzlər.
Marksizm sosializmi və kənd təsərrüfatı kommunalarının bərbərlik
tendensiyalarına olan maraqları barəsində partiyanın ayrı-ayrı üzvlərinin
baxışlarında olan bu dolaşıqlıq şübhəsiz ki, bizim solçu yekəbaşların – o kəslər
ki, bir vaxtlar kənd təsərrüfatı kommunalarının ideallaşdırılmasında ora qədər
gedib çıxmışdılar ki, onlar kommunaları hətta zavod və fabriklərdə də tətbiq
etməyə çalışırdılar, öz peşəsi üzrə çalışan ixtisaslı və istisassız işçilər öz
əmək haqqlarını ümumi kotyola verməli və
daha sonra onu bərabər bölməli idilər - kiçik burjua baxışları ilə ikiyə
bölünmüş alma qədər oxşardır. “Solçu” yekəbaşların uşaqcasına bərabərlikçi məşqlərinin
bizim sənayeyə vurduğu ziyan məlumdur.
Gördüyünüz kimi parçalanmış partiya əlehinə olan
qrupların ideologiyasının qalıqları olduqca böyük yaşamaq qabiliyyətinə
malikdirlər.
Aydındır ki, əgər bu solçu baxışlar partiyada qalib
gəlsəydi partiya marksist olmazdı, kolxoz hərəkatı isə nəhayətində pozulardı.
И.В. Сталин. Отчетный доклад XVII съезду партии о
работе ЦК ВКП(б) 26 января 1934 г. // И.В. Сталин. Сочинения. Том 13.
Государственное издательство политической литературы. Москва, 1951. С. 354-357.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий