5 июн. 2013 г.

Qlobal bərabərsizliyin qorxulu halları haqda bütün həqiqətlər

Kapitalın böhranı, “Occupy” hərəkatının baş qaldırması, Cənubi Avropa kollapsı – bütün bu faktorlar son onillik ərzində ona gətirib çıxardı ki, gəlir bərabərsizliyi problemi qərb ölkələrinin əhalisini ən çox narahat edən problemələrdən birinə çevrildi. Bugün faktiki olaraq hər kəs 1% ən zəngin insanların ölkəsinin  varının qeyri-bərabər şəkildə ən böyük hissəsini ələ keçirməsindən danışır. Və bu mövzu keçən ay internet vasitəsilə ABŞ-da bərabərsizlik səviyyəsini  illustrasiya edən  videonun yayılmasından sonra daha aktiv müzakirə olunmağa başladı. Əgər infoqrafika on milyonlarla internet istifadəçisinin diqqətini cəlb edirsə, deməli həqiqətən insanların zəif damarını tutub.

Amma videoda qlobal miqyasda bərabərsizlik səviyyəsi haqda praktik olaraq heç bir şey deyilmir, ona görə də biz, The Rules proyektinin iştirakçıları, diqqəti bərabərsizlik probleminə qlobal miqyasda çəkən analoji video hazırlamağa qərar verdik.



Burada qeyd olunan informasiya yeni olmasa da, yenə də insanı heyrətə gətirir. Biz, 300 ən varlı insanın dünyada 3 milyard insanın (bu təxminən planetin yarısı deməkdir) sahib olduğundan çox var-dövlətə sahib olması haqda söhbət açırıq. Bununla belə məhz bu rəqəmləri misal gətiririk ki, onları müqayisə etmək və yadda saxlamaq daha asan olsun. Amma daha dəqiq olsaq, bərabərsizliklə vəziyyət daha pisdir – 200 ən varlı insan 2,7 trilyon dollara sahibdir, bu isə cəmi 2,2 trilyon dollara malik 3,5 milyard insanın sahib olduğunun cəmindən çoxdur. Gəlirlər arasındakı bu qədər böyük fərqi təsəvvür etmək belə çətindir. Bununla belə, biz təkcə mövcud bərabərsizliyi göstərmək istəmirdik, həm də onun hazırda necə böyüdüyünü göstərmək istəyirdik. Oxfam-ın sonuncu məruzəsində qeyd edilir ki,  “1% təşkil edən ən zənginlər son 20 ildə öz gəlirlərini 60% artırıblar, hazırkı maliyyə böhranı isə bu prosesi nəinki yavaşlatmayıb, hətta daha da sürətləndirib”. Ən yuxarı təbəqəyə daxil olanların gəliri isə, bu dövr ərzində daha böyük templə artıb.

Video həm də nəyin müxtəlif dövlətlər arasında bərabərsiziliyi artırdığını nümayiş etdirir. Müstəmləkə dövrü ərzində zəngin və yoxsul ölkələr arasındakı uçurum 3:1 nisbətindən 35:1 nisbətinə böyümüşdür. Bu qismən avropa dövlətlərinin “Qlobal Cənub” ölkələrindən təbii və əmək ehtiyatlarını çıxarması ilə əlaqədardır. Amma o vaxtdan  fərq 80:1 nisbətinə çataraq, ancaq böyümüşdür. Bu necə ola bilərdi?

Kapital kasıblardan varlılara axır

Bərabərsizlik qismən son onilliklər inkişaf etmiş dövlətlər tərəfindən sırınanbeynəlxalq institutların (Dünya Bankı, BVF və ÜTT kimi) neoliberal iqtisadi siyasəti sayəsində böyüyür. Bu siyasət ilk növbədə ona görə yaradılmışdır ki, ölkələri bazarları liberallaşdırmağa vadar etsin və multi-milli korporasiyaların ucuz ərazilərlə,ucuz təbii və əmək ehtiyatlarına çıxışını təmin etmək məqsədilə
onları açıq saxlasın. Yoxsul dövlətlər belə iqtisadi siyasətə görə həm də onunla cavab verirlər ki, illik ÜDM-dən təxminən 500 milyard dollar itirirlər- Massaçuset universitetinin iqtisadçısı Robert Pollin qeyd edir.
Nəticədə zənginliyin yoxsul rayonlardan varlı rayonlara necə axdığını görürük. Biz bu videonu xüsusi olaraq özümüz montaj etdik ki, bu maliyyə axınını əyani şəkildə təsvir edək və zənginliyin “qlobal cənub”dan necə sorulduğunu və “qlobal şimala” ötürüldüyünü göstərək. Zənginliyin daim bu şəkildə ötürüldüyünü az adam bilir. Və bunun səbəblərindən biri humanitar yardıma şişirdilmiş məna verməkdir. Sadəcə  “Cefri Saks”, proyekt “Minilliyin İnkişaf Hədəfləri”, Bono, Bob Qeldof və ya hətta “Save The Children” kimi nəhəng xeyriyyə təşkilatlarının xeyriyyə aksiyalarına nə qədər diqqət ayrıldığını yadınıza salın.

Zəngin dövlətlərin hökumətləri yorulmadan və təntənəli surətdə inkişaf edən ölkələrə nə qədər xərclədiklərini təkrar edirlər, multi-milli korporasiyalar isə hər dəfə illik hesabatlarında bir neçə dəfə öz yardımlarını, “ korporativ sosial məsuliyyət” prinsiplərinə sədaqətlərini xatırladırlar.
Biz bu rolikdə göstəririk ki, xeyriyyə yardımlarına çəkilən bütün xərclər əks istiqamətdə axan kapital axınının yanında heç nədir.  Təkcə vergidən yayınmaq praktikası ildə 900 milyard dollar həcmindən çox ümumi gəlir gətirir – bu korporasiyaların inkişaf edən ölkələrdən oğurladıqları pullardır, sonra isə bu pulları mərkəzi Londonun Sitisi olan “vergi havannalarında” gizlədirlər. İnkişaf edən ölkələr təkcə xarici borclara xidmətə görə hər il 600 milyard dollar ödəyirlər, özü də bu ödənişlərin əksəriyyəti vaxtilə devrilmiş diktatorların yığdıqları qanunsuz borcların silinməsi hesabına aparılır.Bütün bu kapital axınını pulların birbaşa kasıblardan varlılara ötürülməsi kimi də izah etmək olar.

Bu videorolike salınacaq çox sayda digər müxtəlif aspektlər də mövcuddur. Məsələn, torpağın tutulması. Fred Pirs özünün yeni “Torpaq istilaçıları” kitabında yazır ki, son 10 ildə zəngin dövlətlərin korporasiyaları inkişaf edən ölkələrdə o qədər torpaq sahəsi tutublar ki, onun ümumi sahəsi bütün Qərbi Avropanın sahəsindən böyükdür. Əgər bu zəbt edilmiş torpaq sahəsinin təxmini qiymətini hesablasaq, videoda qeyd olunan nəhəng məbləğ ( yoxsullardan zənginlərə axan 2 trilyon dollardan çox) reallıqda daha çox alınacaq.
Və ya gəlin iqlim dəyişiklikləri problemini nəzərdən keçirək. Axı temperaturun 2 dərəcə artması Afrika və cənubi Asiya ölkələrinin ÜDM-nun 5%-nin itirilməsinə gətirib çıxaracaq, bununla belə, temperaturun artmasına daha çox zəngin ölkələrin səbəb olduğuna baxmayaraq, bu onlara az təsir edəcək. Bütün bu itkilərin fonunda yoxsul ölkələrə olan xeyriyyə yardımı cüzi olacaq. Ümumilikdə, yoxsulluğun və bərabərsizliyin səbəbləri budur. Bizim həll etməli olduğumuz problemlər bunlardır.
  
Demokratiya defisiti

Bunu da qeyd etmək lazımdır ki, “qlobal şimal” və “qlobal cənub” coğrafi bölgüsü (sxematik olaraq videorolikde qeyd olunmuş) hazırda əvvəlki dək əyani təsvir edilməyib. Biz göstərmək istəyirdik ki, belə bölgü Çin və Rusiya kimi ölkələrin daxilində de yer alıb. Məlum vəziyyətdə kiçik bir fiziki şəxs və insan qruplarının münaqişəsini təsvir etmək daha düzgün olardı, bir tərəfdən korporasiya rəhbərlərini və digər tərəfdən planetin əhalisinin çoxunu. İndi artıq söhbət Qərb və digər dünya bölgüsündən getmir, bütün dünya ölkələrində mövcud olan sinfi bölgüdən gedir. Bununla belə, qəbul etmək lazımdır ki, qlobal iqtisadiyyatın nəzarət institutları (Dünya Bankı, BVF, ÜTT, həmçinin azad ticarət haqda müxtəlif razılaşmaların həyata keçirilməsində məsuliyyətli olan digər institutlar) Qərb dövlətlərinin inhisarındadır. Amma bu fakt heç bir şəkildə o demək deyil ki, onlar qərb ölkələrinin seçicilərinin maraqlarını təmsil edirlər, çünki, bu institutlara rəhbərlik edənlər (bankirlər, ticarət nümayəndələri və onların maraqlarının təbliğatçıları) demokratik proseslər nəticəsində seçilmirlər.
  
Belə ki, Dünya Bankı və BVF inkişaf edən dövlətlərə hər hansı bir iqtisadi siyasəti sırıya bilərlər, hətta bu ölkələrin seçiciləri və onların seçdikləri hakimiyyət nümayəndələri yekdilliklə onu rədd etsələr belə. Bundan əlavə, bu institutlar “suveren immunitet”ə sahibdirlər, hansı ki, onların borc qarşılığında sırıdıqları iqtisadi siyasət iqtisadi böhrana və əhalinin kütləvi yoxsullaşmasına səbəb olaraq, müvəffəqiyyətsiz olduqda onları məhkəmə təqibindən qoruyur. Başqa sözlə, bu institutların nəinki özləri demokratik deyillər, həm də yerli demokratiyalara nəzarət edirlər və ona görə də müstəqil ölkələrin seçiciləri üzərində ixtiyara sahibdirlər. Bununla belə, bu institutların sırıdıqları siyasətdən zərər çəkmiş insanlar heç ədalətə də arxalana bilmirlər. Belə demokratiya defisitini biz korporasiyaların özlərində də müşahidə edirik. Bugün dünyada ən böyük idarə edici subyektlərin əksəriyyəti – korporasiyalardır, dövlətlər deyil. Bu korporasiyaların rəhbərləri demokratik yolla seçilmir və vətəndaşlar qarşısında hesabat verməli olan şəxslər deyillər. Onlar yalnız onlardan insan həyatı və ya planetin məhvi bahasına  olsa belə gəliri artırmağı tələb edən  səhmdarları qarşısında məsuliyyətlidirlər. Bu korporasiyalar fəaliyyətdə olduqları ölkələrin hökumətlərinin malik olduğundan çox səlahiyyətə sahibdirlər. Və bunun səbəblərindən biri də ÜTT və azad ticarət haqqında müxtəlif “investorlar və dövlər arasında mübahisələrin həlli haqqında razılaşma” müqavilələri tərəfindən sırınan, korporasiyalara yerli hökumətlərdən onların gəlir qazanmasını təhlükə altına salan qanunları ləğv etmək imkanı verən – məsələn, mimimal əmək haqqı və ya ətraf mühitin müdafiəsi qanunları kimi – müqavilələrdir.

Qaydaları dəyişmək lazımdır

Bütün məsələ bundadır ki, korporasiyanın səlahiyyəti milli suverenlikdən üstün olur. Buna görə də, qəbul etməliyik ki, XX əsr boyunca qüvvətləndirməyə çalışdığımız demokratik institutlar, artıq “yeni gözəl dünyada” bizi müdafiə etmək bacarığında deyil.
Oyunun qaydalarını biz özümüz dəyişməliyik, özü də bunu mümkün qədər tez etməliyik. Hazırda real hakimiyyətin tədricən beynəlxalq səviyyəli institutlara verilməsi faktını nəzərə alaraq, biz də uyğun olaraq korporasiyalın nəfsinin və onların gəlir arxasınca düşməsinin qarşısını alan qlobal demokratik sistem qurmalıyıq. Bunun üçün, saxta razılaşma qiymətlərinin göstərilməsinə və “vergi havannalarına” görə  korporasiyalara qlobal səviyyədə minimal vergi qoymaq lazım olacaq. Bəlkə də, qlobal səviyyədə minimum əmək haqqını da daxil etmək lazımdır, hansı ki, əməyin dəyərinin “azaldılması yarışında” ən aşağı həddi təyin edəcək. Və əlbəttə ki, qanunların təyin edilməsi və beynəlxalq ticarət üzərində nəzarəti BVF bankirlərinin və ÜTT texnokratlarının əlindən almaq lazım olacaq. İnstitutların özünü isə şəffaflıq və demokratiya prinsipləri əsasında işləyən yeni institutlara tabe etmək gərək olacaq.
  
Bir halda ki, bizim iqtisadiyyatımız qloballaşır, deməli olun üzərində qlobal demokratik nəzarət lazımdır. Biz buna nail ola biləcikmi? Bəli. İstənilən halda bizim başqa yolumuz yoxdur. Bütün bəşəriyyətin və planetin gələcəyi bizdən asılıdır. Kimsə deyə bilər ki, əgər bu qədər dəyişiklik istəyiriksə,  xəyalpərəstik. Amma əsl xəyalpərəstlər o kəslərdir ki, düşünürlər ki, biz hadisələrin indiki vəziyyətini sonra da sabit şəkildə saxlaya biləcik.


Ceyson Xikel


Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий