12 сент. 2013 г.

Stalinin ilk amerikan deleqasiyası ilə söhbəti .09 sentyabr 1927-ci il

Lenin və kommunist partiyası tərəfindən praktiki olaraq hansı yeni prinsiplər əlavə edilmişdi? Marks iqtisadi güclərin kulminasion inkişafını gözləməyə meylli olduğu halda Leninin “yaradıcı inqilaba” inandığını söyləmək düzgün olardımı?

Cavab. Düşünürəm ki, Lenin marksizmə heç bir “yeni prinsiplər” əlavə etməmişdi, həmçinin də marksizmin “köhnə” prinsiplərinin heç birindən imtina etməmişdi. Lenin Marks və Engelsin birbaşa və tamamilə marksizm prinsiplərinə əsaslanan ən etibarlı və məntiqli şagirdi olub və olaraq qalır.
Bu o deməkdir ki, o Marks-Engelsin nəzəriyyəsini yeni inkişaf şərtlərinə uyğun olaraq, kapitalizmin yeni fazasına uyğun olaraq, imperializmə uyğun olaraq inkişaf etdirdi. Bu o deməkdir ki, Lenin Marksın nəzəriyyəsini sinfi mübarizənin yeni şəraitində inkşaf etdirərək marksizmin ümumi xəzinəsinə Marks və Engelsin verdiyi töhvə ilə müqayisədə, imperializm kapitalizminə qədərki dövrün verə biləcəyi ilə müqayisədə yenilik daxil etmişdir, özü də Lenin tərəfindən marksizm xəzinəsinə daxil edilmiş bu yenilik birbaşa və tamamilə Marks və Engelsin verdiyi prinsiplər üzərində qurulur.
Leninizm haqqında bizdə elə bu mənada, imperializm və proletar inqilablarının dövrü kimi danışılır.
Leninin Marksın nəzəriyyəsini inkişaf etdirərək yenilik gətirdiyi sahələrdə olan məsələlərdən bəziləri bunlardır.
Birincisi, inhisarçı kapitalizm,imperializm məsələsi barəsində kapitalizmin yeni mərhələsi kimi.
Marks və Engels “Kapital”da kapitalizmin əsaslarını veriblər. Amma Marks və Engels inhisarçı kapitalizmin ağalığına qədər olan dövrdə, kapitalizmin və onun bütün Yer kürəsinə “dinc” yayılmasının sərbəst inkişafı dövrü yaşayıblar.
Bu mərhələ XİX yüzilliyin sonu və XX yüzilliyin əvvəli, hətta Marks və Engels artıq həyatda olmayanda, sona çatmışdır. Aydındır ki, Marks və Engels imperialist, inhisarçı inkişaf mərhələsi ilə əlaqədar olaraq köhnə mərhələni əvəz edən kapitalizmin yeni mərhələsi ilə əlaqədar olaraq bərqərar olan  kapitalizmin yeni inkişaf şərtlərini yalnız güman edə bilərdilər, nə vaxt ki, kapitalizmin sərbəst inkişafı  sıçrayış şəklində, kapitalizmin katastrofik inkişafı ilə əvəz olundu, inkişafın bərabərsizliyi və kapitalizmin ziddiyyəti xüsusi qüvvə ilə çıxış etdi, nə vaxt ki, olduqca qeyri-bərabər inkişaf şəraitində  gəlir bazarları və kapital çıxarışı uğrunda mübarizə  periodik dünya sərhədləri və təsir dairələri məqsədilə periodik imperializm müharibələrini vacib etdi.
Burada Leninin xidməti və yəqin ki, yeniliyi bundan ibarətdir ki, o “Kapitalın” əsas müddəalarına əsaslanaraq imperializmin  bəlalarını və onun qaçılmaz məhvinin şərtlərini göstərərək, kapitalizmin sonuncu mərhələsi kimi onun məntiqi marksist analizini vermişdir. Bu analiz əsasında imperializm şəraitində sosializmin qələbəsinin ayrı-ayrı, ayrılıqda götürülmüş kapitalist ölkələrində mümkünlüyü haqqında Leninin məşhur fikri yarandı.
 İkincisi, proletariatın diktaturası haqqında məsələ.Pproletariatın siyasi hakimiyyəti və kapital hakimiyyətinin zorakılıq yolu ilə devrilməsi metodu kimi proletariatın diktaturasının əsas ideyasını Marks və Engels vermişdir.
Bu sahədə Leninin yeniliyi bundan ibarətdir ki:
a)      O, Paris Kommunasının və Rusiya inqilabının təcrübəsindən istifadə edərək Sovet hakimiyyətini proletar diktaturasının ən yaxşı dövlət forması kimi kəşf etdi;
b)      O proletar diktaturasını idarə edən proletariatın istismar olunan, idarə edilən qeyri-proletar siniflərlə sinfi həmrəyliyinin xüsusi forması kimi təyin edərək proletar diktaturası formulundakı mörtərizələri proletariatın mütəffiqləri problemi nöqteyi-nəzərindən açdı;
c)      O bu faktı xüsusi qüvvə ilə qeyd etdi ki, proletar diktaturası sinfi cəmiyyətdə ən ali demokratiya növü,  azlığın (istismarçıların) maraqlarını ifadə edən kapitalizm demokratiyasının əksinə olaraq çoxluğun (istismar olunanların) maraqlarını ifadə edən proletar demokratiyasının formasıdır.
Üçüncüsü, proletar diktaturası dövründə, kapitalizmdən sosializmə keçid dövründə kapitalist dövlətlərlə əhatə olunmuş ölkədə sosializm quruculuğunun uğurlu formaları və üsulları haqqında məsələ.
Marks və Engels proletariatın diktaturası dövrünü az-çox dərəcədə uzunmüddətli, inqilabi iğtişaşlarla və vətəndaş müharibələri ilə dolu dövr kimi nəzərdən keçirirdilər, hansı ki, onların gedişi zamanı hakimiyyətdə olan proletariat köhnə kapitalist cəmiyyətin yerində yeni sosializm cəmiyyəti, sinifsiz, dövlətsiz cəmiyyət qurmaq üçün vacib olan iqtisadi, siyasi, mədəni və təşkilati xarakterli tədbirlər qəbul edəcəkdi. Lenin tamamilə Marks və Engelsin bu məntiqi fikirləri üzərində dayanırdı. Leninin bu sahədə yeniliyi bundan ibarətdir ki:
a) o, imperialist dövlətlərlə əhatə olunmuş, proletar diktatursı bərqərar olan ölkədə tamamilə sosialist cəmiyyətin qurulmasının mümkünlüyünü əsaslandırdı, bu şərtlərlə ki, bu ölkə əhatə olunduğu kapitalist dövlətlərin hərbi müdaxiləsi ilə boğulmayacaq;
b) o, iqtisadi siyasətin  (“yeni iqtisadi siyasət”) konkret yollarını qeyd etdi, hansı ki, iqtisadi hakim yüksəklikləri (sənaye, torpaq,nəqliyyat,banklar və s.) əlində cəmləyən proletariat onun köməyilə sosiallaşdırılmış sənayeni kənd təsərrüfatı ilə birləşdirir və bu şəkildə bütün xalq təsərrüfatını sosializmə aparır;
c) o kiçik kənd təsərrüfatının dəyişdirilməsi və əsas kəndli kütlələrinin sosializm ruhunda tərbiyələndirilməsi üçün proletar diktaturasının əlində mükəmməl vasitə olan kooperasiyanın köməyilə əsas kəndli kütlələrinin tədricən sosializm quruculuğu yoluna gətirilməsinin və cəlb edilməsinin konkret yollarını qeyd etdi.
Dördüncüsü, proletariatın inqilabda, istər çarizmə,istərsə də kapitalizmə qarşı istənilən xalq inqilabında hegemonluğu məsələsi.
Marks və Engels proletariatın hegemonluğu ideyasının əsas layihələrini göstərmişdilər. Burada Leninin yeniliyi ondan ibarətdir ki, o bu layihələri inkişaf etdirdi və onları təkcə çarizmin və kapitalizmin devrilməsi işində deyil, həm də proletariatın diktaturası zamanı sosializm quruculuğu işində məntiqi proletar hegemonluğu sisteminə, şəhərin və kəndin zəhmətkeş kütlələrinin proletar məntiqi rəhbərlik sisteminə çevirdi.
Məlumdur ki, proletariatın hegemonluğu ideyası Lenin və onun partiyasının sayəsində Rusiyada ustalıqla öz tətbiqini tapdı. Yeri gəlmişkən, Rusiyada inqilabın proletariatı hakimiyyəti gətirməsi faktı da bununla izah olunur.
Əvvəllər işlər elə şəkildə baş verirdi ki, işçilər inqilab zamanı barrikadalarda döyüşürdülər, onlar qan tökürdülər, köhnəni yıxırdılar, hakimiyyət isə sonra işçilərə zülm edən və onları istismar edən burjuaziyanın əlinə keçirdi. İngiltərədə və Fransada bu şəkildə olmuşdu. Almaniyada belə olmuşdu. Bizdə, Rusiyada işlər başqa vəziyyət aldı. Bizdə işçilər inqilabın təkcə zərbə endirən qüvvəsini təmsil etmirdi. İnqilabın zərbəçi qüvvəsi olmaqla bərabər rus proletariatı həm də hegemon, şəhərin və kəndin istismar olunan bütün kütlələrini burjuaziyadan ayıraraq, burjuaziyanı siyasi cəhətdən təcrid edərək onların siyasi rəhbəri olmağa çalışırdı. İstismar olunan kütlələrin hegemonuna çevrilərən rusiya proletariatı onun uğrunda mübarizə aparırdı ki, hakimiyyəti öz əlinə keçirsin və onu burjuaziyaya qarşı, kapitalizmə qarşı öz maraqları üçün istifadə etsin. Rusiya inqilablarının hər güclü çıxışı, istər 1905-ci ilin oktyabrında,istərsə də 1917-ci ilin fevralında, fəhlə deputatları Şurasını burjuaziyanı əzmək üçün yaradılmış yeni hakimiyyət aparatının – proletariatı əzmək üçün yaradılmış köhnə hakimiyyət aparatı olan burjuaziya parlamentinin əksinə olaraq- əsas tərkibi kimi təqdim edirdi.
Bizdə burjuaziya iki dəfə burjua parlamentini yenidən təsis etməyə və Sovetlərə son qoymağa çalışmışdı: 1917-ci ilin sentyabrında parlamentqabağı orqan zamanı, hakimiyyətin bolşeviklər tərəfindən alınmasından qabaq, və 1918-ci ilin yanvarında müəssislər məclisi zamanı, hakimiyyətin proletariat tərəfindən ələ alınmasından sonra – və hər dəfə məğlubiyyətə düçar olmuşdu. Niyə? Çünki, burjuaziya artıq siyasi cəhətdən təcrid edilmişdi, milyonlarla zəhmətkeş kütləsi proletariatı inqilabın yeganə başçısı hesab edirdi, Sovetlər isə proletariatın özünün işçi hakimiyyəti kimi artıq kütlələr tərəfindən yoxlanmışdı və sınaqdan keçirilmişdi, hansı ki, onu burjuaziya parlamentinə dəyişmək proletariat üçün özünə qəsd olardı. Buna görə təəccüblü deyil ki, burjua parlamentarizmi bizdə möhkəmlənmədi. Buna görə inqilab Rusiyada proletariatı hakimiyyətə gətirdi.
İnqilabda proletariatın hegemonluğunun lenin sisteminin həyata keçirilməsinin nəticələri bunlardır. Beşincisi, milli-müstəmləkəçilik məsələsi. Marks və Engels vaxtilə İrlandiyadakı,Hindistandakı,Çindəki,Mərkəzi Avropa ölkələrindəki,Polşadakı, Macarıstandakı hadisələri analiz edərək milli-müstəmləkəçilik məsələsi üzrə əsas,yönləndirici ideyaları vermişdilər. Lenin öz işlərində bu ideyalara əsaslanırdı. Leninin bu sahədə yeniliyi bundan ibarətdir ki:
a) o bu ideyaları imperializm dövründə milli-müstəmləkəçi inqilablar haqqında ardıcıl baxışlar sistemi şəklində bir yerə topladı;
b) milli-müstəmləkəçilik məsələsini imperializmin devrilməsi məsələsi ilə bağladı;
c) milli-müstəmləkəçilik məsələsini beynəlxalq proletar inqilabı haqqında ümumi məsələnin əsas hissəsi elan etdi.
Nəhayət, proletariatın partiyası məsələsi. Marks və Engels partiya barəsində proletariatın aparcı dəstəsi kimi əsas formasını vermişdilər, hansı ki, onsuz (partiyasız) proletariat öz azadlığına nə hakimiyyətin alınması mənasında, nə də kapitalizm cəmiyyətinin yenidən qurulması mənasında nail ola bilməzdi.
Bu sahədə Leninin yeniliyi bundan ibarət idi ki, o bu formaları imperializm dövründə proletariatın yeni mübarizə şərtlərinə uyğun olaraq inkişaf etdirərək göstərdi ki:
a)      Partiya proletariatın təşkilatlanmasının digər formaları (həmkarlar ittifaqları, kooperasiyalar,dövlət təşkilatları) ilə müqayisədə sinfi təşkilatlanmanın ən ali formasıdır;
b)      Proletariatın diktaturası onun istiqamətləndirici qüvvəsi kimi yalnız partiya vasitəsilə həyata keçirilə bilər;
c)      Proletariatın diktaturası yalnız o halda tam ola bilər ki, onu rəhbərliyi digər partiyalarla bölməyən və bölməməli olan bir partiya, kommunistlər partiyası idarə etsin;
d)     Partiyada dəmir nizam olmadan proletar diktaturasının istismarçıların əzilməsi və sinfi cəmiyyətdən sosializm cəmiyyəti qurulması məsələləri həyata keçirilə bilməz.
Leninin öz işlərində Marksın nəzəriyyəsini imperializm dövründə proletariatın mübarizəsinin yeni şərtlərinə uyğun olaraq konkretləşdirərək və daha da inkişaf etdirərək gətirdiyi yeniliklər əsasən bunlardır.
Buna görə də bizdə deyirlər ki, leninizm imperializm və proletar inqilabları dövrünün marksizmidir.
Bu da aydındır ki, leninizmi marksizmdən nə ayırmaq, nə də -xüsusilə- ona qarşı qoymaq olmaz.
Daha sonra deleqasiyanının sualında səslənir: Marks iqtisadi güclərin kulminasion inkişafını gözləməyə meylli olduğu halda Leninin “yaradıcı inqilaba” inandığını söyləmək düzgün olardımı?
Düşünürəm ki, belə demək tamamilə yanlış olardı. Məncə, istənilən xalq inqilabı, əgər o həqiqətən xalq inqilabıdırsa, yaradıcı inqilabdır, çünki o köhnə quruluşu dağıdır və yaradır, yenisini qurur.

Əlbəttə, bəzi geridə qalmış ölkələrdə bir tayfanın digər tayfalara qarşı oyuncaq “üsyanları” şəklində olan belə “inqilablarda” yaradıcı heç nə ola bilməz. Amma belə oyuncaq “inqilablar” heç vaxt marksist inqilablar sayılmayıblar. Çox güman ki, söhbət belə “üsyanlardan” getmir, məzlum sinifləri əzən siniflərə qarşı qaldıran kütləvi xalq inqilablarından gedir. Belə inqilab isə yaradıcı olmaya bilməz. Marks və Lenin məhz belə inqilabların tərəfdarı idilər – yalnız belə inqilabların. Bununla yanaşı aydındır ki, belə inqilab istənilən şəraitdə yarana bilməz, o yalnız iqtisadi və siyasi nizamın müəyyən əlverişli şəraitində alovlana bilər.


İkinci sual. Kommunist partiyasının hökumətə nəzarət etdiyini söyləmək olarmı?

Cavab. Hər şey nəzarət sözünü necə başa düşməkdən asılıdır. Kapitalizm ölkələrində nəzarət özünəməxsus şəkildə başa düşülür. Bilirəm ki, bir sürü kapitalist hökumətlər”demokratik” parlamentlərin varlığına baxmayaraq nəhəng banklar tərəfindən idarə olunur. Parlamentlər əmin etməyə çalışırlar ki, məhz onlar hökuməti idarə edir.Əslində isə belə alınır ki, hökumətlərin tərkibi təyin olunur və onların fəaliyyəti nəhəng maliyyə konsorsiumları tərəfindən nəzarət olunur. Hamıya məlumdur ki, heç bur kapitalist “derjavada” nəhəng maliyyə tuzlarının iradəsinin əksinə kabinet formalaşdırıla bilməz: maliyyə təzyiqi göstərən kimi nazirlər öz vəzifələrindən dəli kimi atılırlar. Yəni həqiqətdə parlamentlərin yalançı nəzarətlərinin əksinə olaraq banklar hökumət üzərində nəzarətə sahibdirlər.

Əgər söhbət belə nəzarətdən gedirsə, bildirməliyəm ki, bizdə pul kisələrinin hökumət üzərində nəzarəti imkansızdır və tamamilə istisna edilir, ən azından ona görə ki, bizdə banklar artıq çoxdan milliləşdirilib, pul kisələri isə SSRİ-dən çoxdan vurulub çıxarılıb.

Bəlkə deleqasiya nəzarət haqqında deyil, partiyanın hökumətə nəzərən rəhbərliyi haqda soruşmaq istəyir? Əgər deleqasiya bu haqda soruşmaq istəyirdisə, cavab verirəm: bəli, bizdə partiya hökumətə rəhbərlik edir. Bu idarəetmə isə ona görə alınır ki, bizdə partiya işçilərin əksəriyyətinin və ümumiyyətlə zəhmətkeşlərin etimadını qazanmışdır və bu çoxluğun adından hökumət orqanlarını idarə etmək hüququna malikdir.
SSRİ-nin işçi partiyası, SSRİ-nin kommunist partiyası tərəfindən hökumətə rəhbərlik nədə öz əksini tapır?
Hər şeydən əvvəl bunda ki, kommunist partiyası bizim ölkədə dövlət işinin əsas vəzifələrini Sovetlər və onun öz kandidatlarının, proletar işinə sadiq və proletariata inam və düzgünlüklə xidmət etməyə hazır olan özünün ən yaxşı işçilərinin qurultayları vasitəsilə həyata keçirməyə çalışır. Və çox əksər hallarda o buna nail olur, çünki işçi və kəndlilər partiyaya inamla yanaşırlar. Bu təsadüfi deyil ki, bizdə hakimiyyət orqanlarının rəhbərləri kommunistlərdir, təsadüfi deyil ki, onlar, bu rəhbərlər ölkədə böyük avtoritetə malikdirlər.
İkincisi, bundadır ki, partiya idarəetmə orqanlarının, hakimiyyət orqanlarının baş verə biləcək səhvlərini və nöqsanlarını düzəldərək, onların hökumət qərarları keçirməsinə kömək edərək və onları kütlələrin dəstəyi ilə təmin edərək  onların işini yoxlayır, özü də partiyanın uyğun göstərişləri olmadan onlar tərəfindən heç bir vacib qərar qəbul edilmir.
Üçüncüsü bundadır ki, sənaye və kənd təsərrüfatı xətti üzrə və ya ticarət və mədəni quruculuq xətti üzrə bu və ya digər hakimiyyət orqanlarının iş planının işlənib hazırlanmasında partiya bu planların fəaliyyət müddəti ərzində bu orqanların işinin xarakterini və istiqamətini təyin edən ümumi rəhbər göstərişlər verir.
Burjuaziya mətbuatı partiyanın dövlətin işinə bu şəkildə  “müdaxiləsinə” adətən “təəccüb” edir. Amma bu “təəccüb” başdan ayağa saxtadır. Məlumdur ki, kapitalist ölkələrdə burjua partiyaları dövlətin işinə eynilə bu şəkildə “müdaxilə” edir və hökumətləri idarə edir, özü də orada rəhbərlik bu və ya digər şəkildə nəhəng banklarla əlaqədə olan və bununla əlaqədar əhalidən öz rolunu gizlətməyə çalışan kiçik insan qrupunun əlində cəmlənir.
İngiltərədə və ya digər kapitalist ölkələrdə hər bir burjua partiyasının rəhbərliyi öz əlinə cəmləyən az sayda insan qrupundan ibarət gizli kabinetə malik olması kimə məlum deyil? Heç olmasa Lloyd-Corcun liberal partiyasının “kölgəli” kabineti haqqında məşhur nitqini xatırlayın. Bu mənada Sovetlər ölkəsi ilə kapitalist ölkələr arasındakı fərq bundan ibarətdir ki:
a)     SSRİ-də kommunist partiyası dövləti proletariatın maraqlarına görə və burjuaziyanın əksinə idarə etdiyi halda kapitalizm ölkələrində burjuaziya partiyaları dövləti burjuaziyanın maraqlarına görə və proletariatın əksinə idarə edir;
b)      Kommunist partiyası SSRİ-də heç bir gizli kabinetə ehtiyac duymadığı, gizli kabinetlərin siyasətini və praktikasını biabır etdiyi və dövlət rəhbərliyi üzrə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bütün ölkə qarşısında açıq şəkildə bəyan etdiyi zaman burjua partiyaları şübhəli gizli kabinetlərin köməyindən istifadə edərək xalqdan öz rəhbər rolunu gizlədirlər.

Deleqatlardan biri. Partiya həmkarlar ittifaqlarına da eyni əsasla rəhbərlik edir?

Stalin. Əksərən –bəli. Formal olaraq partiya həmkarlar ittifaqlarına heç bir göstərişlər verə bilməz. Amma partiya həmkarlar ittifaqlarında çalışan kommunistlərə göstərişlər verir. Məlumdur ki, həmakrlar ittifaqlarında da Sovetlərdə, kooperasiyalarda və s. olduğu kimi kommunistlərin fraksiyaları vardır. Bu kommunist fraksiyaların vəzifəsi bundan ibarətdir ki, həmkarlar ittifaqları orqanlarında, Sovetlərdə, kooperasiyalarda və s.  inandırmaq yolu ilə partiyanın göstərişlərinə uyğun gələn qərarlara nail olunsun. Və çox əksər hallarda onlar buna nail olurlar, çünki partiyanın kütlələr üzərində təsiri böyükdür və o orada böyük etimad qazanıb. Bu yolla ən müxtəlif proletar təşkilatlarında vahid hərəkətə nail olunur. Biz bunsuzişçi sinfin bu təşkilatlarının işində nizamsızlığa və ziddiyyətə sahib olardıq.


Üçüncü sual.  Rusiyada bir partiya leqal olduğu halda Siz kütlələrin kommunizmə rəğbət bəslədiyini hardan bilirsiz?

Cavab.Bu doğrudur ki, SSRİ-də leqal burjua partiyaları yoxdur, burada leqallıqdan bir partiya, işçi partiyası, kommunist partiyası istifadə edir. Amma işçi kütlələrinin əksəriyyətinin, zəhmətkeş kütlələrin əksəriyyətinin kommunistlərə rəğbət bəsləməsinə əmin olmaq üçün bizim yollarımız və vasitələrimiz varmı? Əlbət ki, söhbət işçi və kəndli kütlələrindən gedir, yeni burjuaziyadan, proletariat tərəfindən dağıdılmış köhnə istismarçı siniflərin qalıqlarından deyil. Bəli, işçi və kəndli kütlələrinin kommunistlərə rəğbət bəsləyib-bəsləməməsini öyrənmək üçün bizim yollarımız və vasitələrimiz var.
Bizim ölkənin həyatının vacib anlarını götürək və baxaq, kütlələrin kommunistlərə rəğbət bəslədiyini iddia etmək üçün əsasımız varmı.
Hər şeydən əvvəl kommunist partiyasının, məhz partiya kimi, işçiləri və kəndliləri burjua hakimiyyətini devirməyə səslədiyi və o zaman bu partiyanın işçilərin,əsgərlərin və kəndlilərinin böyük çoxluğunun dəstəyini qazandığı 1917-ci il Oktyabr çevrilişi kimi vacib anı götürək.


O zaman vəziyyət necə idi? Burjuaziya ilə dövrəyə alınmış sosialist-inqilabçılar (eserlər) və sosial-demokratlar (menşeviklər) hakimiyyətdə idi. On iki milyonluq ordu rəhbərliyi apparatı kimi mərkəzdə və yerlərdə olan hökumət apparatı da bu partiyaların, hökumətin əlində idi. Kommunistlərin partiyası yarı-leqal vəziyyətdə idi. Bütün ölkələrin burjuaları bolşeviklər partiyasının qaçılmaz məğlubiyyətini söyləyirdilər. Antanta birbaşa və tamamilə Kerenski hökumətinə tərəf çıxırdı. Bununla belə kommunistlərin, bolşeviklərin partiyası proletariatı bu hökuməti devirməyə və proletar diktaturasını qurmağa səsləməyə davam edirdi. Nə oldu? Zəhmətkeş kütlələrin böyük əksəriyyəti cəbhə arxasından və cəbhədən ən qəti şəkildə bolşeviklər partiyasını dəstəklədi və Kerenski hökuməti devrildi, proletariatın hakimiyyəti quruldu.
Onda bütün ölkələrin burjualarının bolşeviklər partiyasının məhvi haqqında əvvəlcədən pis  xəbərlərinə baxmayaraq bolşeviklərin qalib olmaları necə ola bilərdi? Bu vəziyyət geniş zəhmətkeş kütlələrinin kommunistlərə rəğbət bəsləməsini sübut etmir? Məncə sübut edir.
Bu da kommunist partiyasının geniş xalq kütlələri arasında avtoritetinin və nüfuzunun yoxlanması üçün ilk sınaq.
Növbəti dövrü, hərbi müdaxilə dövrünü, vətəndaş müharibəsi dövrünü götürək, nə vaxt ki, ingilis kapitalistləri Rusiyanın şimalını, Arxanqelsk və Murmansk rayonlarını işğal edirdilər, nə vaxt ki, amerikan, ingilis,yapon və fransız kapitalistləri Kolçakı irəli çəkərək Sibiri işğal edirdilər, nə vaxt ki, fransız və ingilis kapitalistləri Denikin və Vranqelin tərifini göylərə qaldıraraq “Rusiyanın cənubu”nun işğalı üzrə addımlar atmışdılar.
Bu Antantanın və Rusiyanın əksinqilabçı generallarının Moskvada kommunist hökumətinə qarşı, bizim inqilabın oktyabr nailiyyətlərinə qarşı müharibəsi idi.Bu geniş işçi və kəndli kütlələri arasında kommunistlərin partiyasının gücünün və möhkəmliyinin böyük sınaq dövrü idi.
Davamı nə oldu? Məgər məlum deyil ki, vətəndaş müharibəsi nəticəsində işğalçılar Rusiyadan qovuldular, əksinqilabçı generallar isə Qızıl Ordu tərəfindən məğlub edildilər.
Elə burada da aydın oldu ki, müharibələrin taleyi son hesabda həll olunur, SSRİ-nin düşmənlərinin Kolçakı və Denikini təhciz etdiyi texnika ilə yox, düzgün siyasət ilə, milyonlarla xalq kütlələrinin rəğbəti və dəstəyi ilə.
O zaman bolşeviklərin partiyasının qalib olması təsadüfi idi? Əlbəttə ki, təsadüfi deyildi. Bu vəziyyət bizdə kommunistlərin partiyasının geniş zəhmətkeş kütlələri arasında rəğbət qazandığını göstərmirmi? Məncə, göstərir.
İndiki dövrə, müharibədən sonrakı dövrə keçək, nə vaxt ki, növbədə dinc quruculuq məsələləri dayandı, təsərrüfat xarabalığı dövrü sənayenin bərpası dövrü, nəhayət, yeni texniki bazada  bütün bizim xalq təsərrüfatının yenidənquruculuq dövrü ilə əvəz olundu. Kommunistlərin partiyasının gücünün və sarsılmazlığının sınanması, geniş zəhmətkeş kütlələrinin bu partiyaya rəğbətinin dərəcəsinin müəyyən edilməsi üçün bizdə üsul və vasitələr varmı? Düşünürəm ki, var.
Hər şeydən əvvəl təxminən 10 milyon proletarı birləşdirən Sovet İttifaqının həmkarlar ittifaqlarını götürək, bizim həmkarlar ittifaqlarının rəhbər orqanlarının tərkibinə baxaq. Təsadüfidirmi ki, bu orqanların başında kommunistlər dayanır. Əlbəttə ki, təsadüfi deyil. SSRİ işçilərinin həmkarlar ittifaqlarının rəhbər orqanlarının tərkibinə etinasız yanaşdıqlarını düşünmək ağılsızlıq olardı. SSRİ işçiləri üç inqilabın həyəcanında böyüyüblər və tərbiyə olunublar.
Onlar öz rəhbərlərini yoxlamağı və əgər proletariatın maraqlarını razı salmırlarsa, onları rədd etməyi hamıdan yaxşı öyrəniblər. Bir zaman bizim partiyada ən məşhur insan Plexanov idi. Amma işçilər Plexanovun proletar xəttindən uzaqlaşdığına əmin olduqda onu qəti təcrid etməkdən çəkinmədilər. Və əgər belə işçilər kommunistləri həmkarlar ittifaqlarında məsuliyyətli vəzifələrə irəli çəkərək onlara tam inamlarını ifadə edirlərsə, bu kommunist partiyasının SSRİ işçiləri arasında gücünün və möhkəmliyinin böyük olmasına birbaşa göstərici olmaya bilməz.
Bu da sizin üçün geniş işçi kütlələrinin kommunistlərin partiyasına sözsüz rəğbət bəslədiklərinə sübut.
Sovetlərə sonuncu seçkiləri götürək. Bizdə cins və milli mənsubiyyət fərqi olmadan 18 yaşından yuxarı bütün yaşa dolmuş SSRİ əhalisi Sovetlərə seçilmək hüququna malikdir, özgələrinin əməyini istismar edən və seçki hüququndan məhrum edilmiş burjuaziya elementlərini çıxmaqla. Bu təxminən 60 milyon seçici edir. Onlardan böyük əksəriyyəti əlbəttə ki, kəndlilərdir. Bu 60 milyondan təxminən 51%-i, yəni 30 milyondan çoxu seçici hüququnu yerinə yetirdi. İndi isə mərkəzdə və yerlərdə bizim Sovetlərin rəhbər orqanlarının tərkibinə baxın. Seçilmiş rəhbər elementlərin böyük əksəriyyətinin kommunistlərdən ibarət olması faktını təsadüfi hesab etmək olarmı? Aydındır ki, bunu təsadüf adlandırmaq olmaz. Bu fakt kommunist partiyasının milyonlarla kəndli kütlələri arasında etimad qazandığını göstərmirmi? Məncə göstərir.
Bu kommunist partiyasının gücünün və möhkəmliyinin yoxlanışı üçün sizə növbəti sınaq
Təxminən 2 milyon işçi və kəndli gəncliyini birləşdirən komsomolu götürək. Komsomolun seçici rəhbər elementlərinin böyük əksəriyyətinin kommunistlərdən ibarət olması faktını təsadüf adlandırmaq olarmı? Məncə bunu təsadüf adlandırmaq olmaz.
Kommunist partiyasının gücünü və avtoritetini yoxlamaq üçün növbəti sınaq.
Nəhayət, SSRİ-nin tərkibinə daxil olan müxtəlif millətlərdən milyonlarla zəhmətkeş kişiləri və qadınları, işçi, kəndli kişi və qadınları əhatə edən  bizim çoxsaylı konfranslarımızı,müşavirələrimizi, deleqasiya görüşlərimizi və s. götürək. Rusların ümumiyyətlə danışmağı sevdiklərini iddia edərək bu müşavirələri və konfransları bəzən Qərbdə istehza ilə qarşılayırlar. Yeri gəlmişkən bu müşavirə və konfranslar həm kütlələrin rəğbətini yoxlamaq mənasında, həm də bizim nöqsanlarımızın üzə çıxarılması və bu səhvlərin aradan qaldırılması üsullarının qeyd olunması mənasında bizim üçün böyük əhəmiyyət kəsb edirlər, çünki bizim səhvlərimiz az deyil və səhvlərin üzərə çıxarılması və onların düzgün aradan qaldırılmasını ölkənin idarə edilməsinin yaxşılaşdırılması üçün ən yaxşı üsul hesab edərək onları gizlətmirik. Həmin müşavirə və konfranslarda natiqlərin nitqinə baxın, işçi və kəndlilərdən olan bu “sadə insanların” işgüzar və doğru rəylərinə baxın, onların qərarlarına baxın – və siz kommunist partiyasının təsirinin və avtoritetinin nə qədər böyük olduğunu görəcəksiz, görəcəksiz ki, bu təsirə və avtoritetə dünyada istənilən partiya həsəd apara bilərdi.
Kommunist partiyasının möhkəmliyinin yoxlanması üçün sizə daha bir sınaq.
Kommunist partiyasının xalq kütlələri arasında gücünü və nüfuzunu yoxlamaq imkanı verən yollar və üsullar bunlardır.
Mən bunlardan bilirəm ki, SSRİ-nin geniş işçi və kəndli kütlələri kommunist partiyasına rəğbət bəsləyir.


Dördüncü sual. Əgər partiyasız qrup fraksiya təşkil etsəydi və seçkilərdə Sovet hökumətinə tərəfdar platformada dayanan kandidatlarını irəli sürsəydi, amma bununla bərabər də xarici ticarətdə inhisarın ləğv edilməsini tələb etsəydi – o vasitələrə və aktiv siyasi kompaniya aparmaq imkanına sahib olardımı?

Cavab: Məncə bu sualda uzlaşmaz ziddiyyət var. Sovet hökumətinə tərəfdar platformada dayanan və eyni zamanda da xarici ticarətdə inhisarın ləğvini tələb edən qrupu təsəvvür etmək mümkün deyil. Niyə? Çünki xarici ticarətin inhisarı Sovet hökumətinin platformasının sarsılmaz əsaslarındandır. Çünki, xarici ticarətdə inhisarın ləğvini tələb edən qrup Sovet hökumətinin tərəfdarı ola bilməz. Çünki belə bir qrup yalnız bütün sovet quruluşuna qatı düşmən bir qrup ola bilər.

Əlbəttə, SSRİ-də xarici ticarətin inhisarının ləğvini tələb edən elementlər var. Bunlarnepmanlar, qolçomaqlar, artıq dağıdılmış istismarçı siniflərin qırıntıları və digərləridirlər. Amma bu elementlər əhalinin çox cüzi hissəsini təşkil edirlər. Məncə deleqasiya öz sualında bu elementləri nəzərdə tutmur. Əgər söhbət zəhmətkeş işçi və kəndli kütlələrindən gedirsə, o zaman deməliyəm ki, xarici ticarətin inhisarının ləğvi tələbi onların arasında yalnız gülüş və düşmən münasibət doğura bilərdi.
Əslində, xarici ticarətin inhisarının ləğvi işçilər üçün nə demək olardı? Bu ölkənin sənayeləşməsindən, yeni zavod və fabriklərin tikilməsindən, köhnə zavod və fabriklərin genişləndirilməsindən imtina etmək olardı. Bu onlar üçün SSRİ-nin kapitalist ölkələrin əmtəələri ilə doldurulması, bizim sənayenin onun nisbi zəifliyindən asılı olaraq sıxışdırılması, işsizlərin sayının artması, işçi sinfin maddi vəziyyətinin pisləşməsi, onun iqtisadi və siyasi mövqeyinin zəifləməsi demək olardı. Bu, nəticədə, nepmanın və ümumiyyətlə yeni burjuaziyanın güclənməsi demək olardı.SSRİ proletariatı bu intiharla razılaşa bilərmi? Aydındır ki, razılaşa bilməz.
Xarici ticarətdə inhisarın aradan qaldırılması bəz zəhmətkeş kəndli kütlələri üçün nə məna kəsb edərdi? Bu bizim ölkənin müstəqil ölkədən yarımmüstəmləkə bir ölkəyə çevrilməsi və kəndli kütlələrinin yoxsullaşması demək olardı. Bu Kolçakın və Denikinin zamanında hökm sürən   həminki “azad ticarət” rejiminə,nə vaxt ki, kəndliləri talamaq və qarət etmək əksinqilabçı generalların və “mütəffiqlərin” birləşmiş qüvələri üçün  rahat idi, qayıdış olardı. Bu, nəticədə, kənddə qolçomaqların və digər istismarçı elementlərin güclənməsi demək olardı. Kəndlilər bu rejimin gözəlliklərini həm Ukraynada və Şimali Qafqazda, həm Volqada və Sibirdə kifayət qədər yaşayıblar. Onların yenidən özlərini işə düşürmək istədiklərini güman etməyə hər hansı bir əsas varmı? Məgər aydın deyil ki, zəhmətkeş kəndli kütlələri xarici ticarətdə inhisarın aradan qaldırılmasına tərəfdar ola bilməzlər?

Deleqatlardan biri. Deleqasiya xarici ticarətin inhisarına, onun ləğvinə aid punktu əgər SSRİ-də bir partiyanın inhisarı, leqallıqla bağlı inhisar olmasaydı bütöv bir əhali qrupunun təşkil oluna biləcəyi bir punkt kimi irəli sürdü.
Stalin. Deleqasiya, bununla, SSRİ-də yeganə leqal partiya kimi kommunist partiyasının inhisarı məsələsinə qayıdır. Mən bu sualın qısa cavabını milyonlarla işçi və kəndli kütlələrinin kommunist partiyasına olan rəğbətinin yoxlanması yolları və üsulları haqqında danışarkən verdim.
Əhalinin digər təbəqələrinə, qolçomaqlara, nepmanlara, məğlub edilmiş köhnə istismarçı siniflərin qalıqlarına gəldikdə bizdə  onlar seçici hüququndan məhrum edildikləri kimi özlərinin siyasi təşkilatına sahib olmaq hüququndan da məhrum ediliblər. Proletariat bujuaziyadan təkcə fabrikləri və zavodları, bankları və dəmir yollarını, torpağı və şaxtaları almadı. O həm də burjuaziyadan öz siyasi təşkilatına malik olmaq hüququnu aldı, çünki proletariat burjuaziyanın hakimiyyətinin bərpasını istəmir. Yəqin ki, deleqasiyanın SSRİ proletariatının fabrik və zavodları, torpaq və dəmir yollarını, bankları və şaxtaları burjuaziyadan və mülkədarlardan almasına qarşı heç bir etirazı yoxdur. (Gülüş.)
Amma deleqasiya, mənə elə gəlir ki, proletariatın bununla kifayətlənməməsi və burjuaziyadan siyasi hüquqları almaqla daha da irəli getməsi barəsində təəccüb qalıb. Məncə bu tamamilə məntiqlidir və ya daha doğrusu olduqca məntiqsizdir. Hansı əsasa görə burjuaziyaya qarşı münasibətdə proletariatdan alicənablıq gözləyirlər? Məgər hakimiyyətdə olan Qərb burjuaziyası işçi sinfə münasibətdə azacıq da olsa alicənablıq göstərirmi? Məgər o işçi sinfin əsl inqilabi partiyalarını zirzəmiyə salmır? Hansı əsasla SSRİ proletariatından öz sinfi düşməninə qarşı alicənablıq tələb edirlər? Məncə məntiq məcbur edir. Kim ki burjuaziyaya onun siyasi hüquqlarının qaytarılmasının mümkünlüyü haqqında düşünür, o, əgər məntiqli olmaq istəyirsə, daha irəli getməlidir və həm də burjuaziyaya fabrik və zavodların, dəmir yollarının və bankların qaytarılması məsələsini də qoymalıdır.
Deleqatlardan biri. Deleqasiyanın məqsədi işçi və kəndli sinfində kompartiyanın fikrindən fərqli fikrin öz leqal ifadəsini hansı şəkildə tapa biləcəyini aydınlaşdırmaq idi. Məsələni bu şəkildə anlamaq səhv olardı ki, deleqasiya burjuaziyaya siyasi hüquqların verilməsi, burjuaziyanın öz fikirlərini irəli sürməsi üçün necə leqal ifadə tapa bilməsi məsələsi ilə maraqlanır. Söhbət məhz bundan gedir ki, işçi və kəndli sinfi arasında kompartiyanın fikrindən fərqlənən fikir öz leqal ifadəsini hansı şəkildə tapa bilər?
Digər deleqat. Bu fərqli fikirlər öz ifadəsini işçi sinfin kütləvi təşkilatlarında, həmkarlar ittifaqlarında və s. tapa bilərdilər.

Stalin. Çox yaxşı. Deməli, söhbət burjuaziyanın siyasi hüquqlarının bərpasından getmir, işçi və kəndli sinfi daxilində fikir mübarizəsindən gedir.
Bugün Sovet İttifaqında  işçi və kəndli sinfinin zəhmətkeş kütlələri arasında fikir mübarizəsinə yer varmı? Əlbəttə ki, var. Ola bilməz ki, milyonlarla işçi və kəndli bütün praktiki məsələlərdə və bütün detallarda eyni şəkildə düşünsün. Heç vaxt belə olmur. Birincisi, işçilər və kəndlilər arasında böyük fərq var, həm onların iqtisadi mövqeyi mənasında, həm onların bu və ya digər məsələlərə baxışı mənasında. İkincisi, işçi sinfin özünün baxışlarında da bəzi fərqlər mövcuddur, tərbiyə fərqi,yaş, temperament fərqi, yerli işçilər və kənddən gəlmiş işçilər arasında fərq və s. Bütün bunlar işçilər və zəhmətkeş kəndli kütlələri arasında fikir toqquşmasına gətirib çıxarır, hansı ki, öz leqal ifadəsini yığıncaqlarda, həmkarlar ittifaqlarında, kooperasiyalarda, Sovetlərə seçkilər zamanı və s. tapır.
Amma bugünkü, proletar diktaturası şəraitindəki fikir mübarizəsi ilə keçmiş, Oktyabr inqilabına qədərki fikir mübarizəsi arasında köklü fərqlilik var. Onda, keçmişdə işçilər və zəhmətkeş kəndlilər arasındakı fikir mübarizəsi əsasən mülkədarların, çarizmin,burjuaziyanın devrilməsində, burjua rejiminin dağıdılmasında mərkəzlənirdi. İndi, proletar diktaturası şəraitində fikir toqquşması Sovet hakimiyyətinin devrilməsi, sovet quruluşunun dağıdılması ərtafında getmir, Sovet hakimiyyət orqanlarının yaxşılaşdırılması, onların işinin yaxşılaşdırılması məsələləri ətrafında gedir. Burda əsaslı fərq var.
Mövcud rejimin inqilab vasitəsilə dağıdılması məsələsi ərtafında fikir toqquşmasının keçmişdə işçi sinfin və zəhmətkeş kəndli kütlələrinin daxilində öz aralarında rəqabət aparan bir neçə partiyanının meydana gəlməsinə səbəb olmasında təəccüblü heç nə yoxdur. Həmin partiyalar bunlar idi: bolşeviklər partiyası, menşeviklər partiyası, eserlər partiyası. Digər tərəfdən, indi, proletar diktaturası zamanı hədəfi mövcud sovet rejiminin dağıdılması deyil, onun yaxşılaşdırılması və təkmilləşdirilməsi olan fikir mübarizəsinin işçi sinfi və kəndin zəhmətkeş kütlələri arasında bir neçə partiyanın mövcud olmasına imkan verməməsini anlamaq heç də çətin deyil.
Məhz buna görə yalnız bir partiyanın,kommunist partiyasının leqallığı, bu partiyanın inhisarı nəinki işçi və zəhmətkeş kəndlilər arasında etirazla qarşılanmır, həm də, əksinə, vacib və arzu olunan bir şey kimi qəbul edilir.
Bizim partiyanın ölkədə yeagnə leqal partiya kimi mövqeyi süni və qəsdən düşünülmüş bir şey deyil. Belə mövqe süni şəkildə, administrativ maxinasiyalar yolu və s. ilə yaradıla bilməz. Bizim partiyanın inhisarı zərurətdən yarandı, eser və menşevik partiyalarının birdəfəlik müflisləşməsi və bizim həqiqətlərimiz fonunda səhnədən getməsi nəticəsində tarixən formalaşdı.
Eserlərin və menşeviklərin partiyası keçmişdə nə olublar?  Proletariata  burjua təsirinin bələdçiləri. Bu partiyaların mövcudluğu 1917-ci oktyabrına kimi nə ilə bəslənirdi və dəstəklənirdi? Burjua sinfinin varlığı ilə, nəhayət, burjua hakimiyyətinin varlığı ilə. Məgər aydın deyil ki, burjuaziyanın devrilməsi ilə bu partiyaların mövcudluğunun əsası da yıxılmalı idi?
Bu partiyalar 1917-ci ilin oktaybrından sonra nəyə çevrildilər? Onlar kapitalizmin bərpası və  proletar hakimiyyətinin devrilməsi partiyalarına çevrildilər. Məgər aydın deyil ki, bu partiyalar işçilər və zəhmətkeş kəndli təbəqələri arasında istənilən dayaq və nüfuzu  itirməli idilər?
İşçi sinfə təsir uğrunda kommunistlər partiyası və eserlər və menşeviklər partiyası arasındakı mübarizə dünənki gündən başlamayıb. Onun başlanğıcı Rusiyada kütləvi inqilabi hərəkatın ilk əlamətlərinin meydana çıxmasına, hələ 1905 –ci ilə qədərki dövrə təsadüf edir. 1903—cü ildən 1917-ci ilin ooktyabrına qədər olan dövr bizim ölkənin işçi sinfində gərgin fikir toqquşması dövrüdür, işçi sinfə təsir uğrunda bolşeviklər,menşeviklər və eserlər arasında mübarizə dövrüdür. SSRİ-nin işçi sinfi bu dövr ərzində üç inqilabdan keçmişdir. O bu inqilabların alovunda bu partiyaları,onların proletar inqilabı işinə yararlığını,onların proletar inqilabiliyini sınadı və yoxladı. Və nəhanyət 1917-ci ilin Oktyabr günlərində, tarix öz tərəzisində işçi sinif daxilində mübarizə aparan partiyaların xüsusi çəkisini ölçəndə SSRİ-nin işçi sinfi nəhayət ki, yeganə proletar partiyası kimi kommunist partiyası üzərində dayanaraq son seçimini etdi.
İşçi sinfin seçiminin kommunist partiyası üzərinə düşməsi faktını nə ilə izah etmək olar? Məgər bu fakt deyil ki, bolşeviklər Petroqrad sovetində, misal üçün, 1917-ci ilin aprelində çox kiçik azlıq təşkil edirdilər? Məgər bu fakt deyil ki, onda menşeviklər və eserlər Sovetlərdə böyük çoxluq təşkil edirdilər? Məgər fakt deyil ki, Oktyabr günlərinə kimi bütün hökumət apparatı və bütün güc vasitələri burjuaziya ilə əhatə olunmuş eserlərin və menşeviklərin partiyasının əlində idi?
 Bu onunla izah olunur ki, O vaxt eserlərin və menşeviklərin partiyası “qələbəli sonluğa kimi müharibə”ni, imperializm müharibəsinin davam etməsini müdafiə edən zaman kompartiya müharibənin aradan qaldırılmasını, təcili demokratik sülhü müdafiə edirdi.
Bu onunla izah olnunur ki, kommunist partiyası mülkədar torpaqlarının kəndlilərin xeyrinə təcili müsadirəsini müdafiə etdiyi halda, eserlərin və menşeviklərin partiyası bu məsələni baş tutması qeyri-müəyyən zamana kimi təxirə salınan Müəssislər məclisinə kimi saxlamaq istəyirdilər.
Yoxsul işçi və kəndlilər nəhayət ki, kommunist partiyasının xeyrinə seçim ediblərsə, bunda təəccüblü nə var?
Əgər eserlərin və menşeviklərin partiyası tez bir zamanda məğlub olublarsa, bunda təəccüblü nə var?
Kompartiyanın inhisarının mənbəyi burdadır və buna görə kommunist partiyası hakimiyyətə gəldi.
1917-ci ilin oktyabrından sonrakı, növbəti dövr, vətəndaş müharibəsi dövrü menşeviklər və eserlər partiyasının tamamilə məhvi dövrü idi, bolşeviklər partiyasının tam qələbəsi dövrü.
Bu dövrdə menşeviklər və eserlər kompartiyanın qələbəsini özləri asanlaşdırdılar. Oktyabr çevrilişi zamanı məğlub edilən və çökdürülən menşevik və eser partiyalarının qırıntıları qolçomaqların əksinqilabi üsyanları ilə əlaqə saxlamağa, kolçakçılarla və denikinçilərlə qruplaşmağa başladılar, Antantaya xidmət etməyə başladılar və özlərini işçi və kəndlilərin gözüdə birdəfəlik basırdılar. Elə bir mənzərə yaranmışdı ki, bolşeviklər inqilabi və fəal olan hər kəsi öz ərtafında birləşdirərək yeni-yeni işçi və kəndli dəstələrini sosialist Vətən uğrunda mübarizəyə, Antantaya qarşı mübarizəyə qaldırdığı halda burjua inqilabçılarından burjua əksinqilabçılarına çevrilən eserlər və menşeviklər yeni Sovet Rusiyasını boğmaqda Antantaya kömək edirdilər.
Tamamilə təbiidir ki, bu dövrdə kommunistlərin qələbəsi eserlərin və menşeviklərin tam məğlubiyyətinə gətirməli idi və həqiqətən də gətirdi. Əgər kompartiya bundan sonra yoxsul işçi və kəndli sinfin yeganə partiyasına çevrilibsə, burada təəccüblü nə var?
Bizim ölkədə yeganə leqal partiya kimi kommunist partiyasının inhisarı bu şəkildə bərqərar olmuşdur.
Siz indi, proletar diktaturası şəraitində işçi və kəndlilər arasında olan fikir mübarizəsindən danışırsız. Mən artıq qeyd etdim ki, fikir mübarizəsi var və olacaq, bunsuz irəli hərəkət etmək mümkün deyil. Amma işçilər arasındakı fikir mübarizəsi bugünkü şəraitdə sovet rejiminin devrilməsi məsələsi ətrafında getmir, Sovetlərin yaxşılaşdırılması, sovet orqanlarının nöqsanlarının aradan qaldırılması, beləliklə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi üzrə praktiki məsələlər ətrafında gedir. Tamamilə başa düşüləndir ki, belə fikir mübarizəsi kommunist partiyasını yalnız qüvvətləndirə və təkmilləşdirə bilər. Tamamilə aydındır ki, belə fikir mübarizəsi kompartiyanın inhisarını yalnız möhkəmləndirə bilər. Tamamilə aydındır ki, belə fikir mübarizəsi işçi və zəhmətkeş kəndli sinfinin nüvəsində digər partiyalarınn yaranması üçün  əsas verə bilməz.


Beşinci sual. Siz və Trotski arasında olan əsas ixtilafı qısa şəkildə deyə bilərsizmi?

Cavab. Söyləməliyəm ki, hər şeydən əvvəl, Trotski ilə ixtilaf şəxsi ixtilaf deyil. Əgər ixtilaf şəxsi xarakter daşısaydı, partiya bu işlə bir saat da məşğul olmazdı, çünki, o ayrı-ayrı şəxslərin şişirdilməsini sevmir.
Görünür söhbət partiya daxilindəki ixtilaflardan gedir. Mən bu sualı belə başa düşdüm. Bəli,partiyada belə ixtilaflar var. Bu yaxınlarda ziddiyyətlərin xarakteri haqqında Moskvada Rıkov, Leninqradda Buxarin öz məruzələrində olduqca aydın məlumat veriblər. Bu məruzələr nəşr olunublar. Bu məruzələrdə ziddiyyətlər haqqında yazılmış şeylərə heç nə əlavə edə bilmərəm. Əgər bu sənədlər sizdə yoxdursa, onları sizin üçün təşkil edə bilərəm. (Deleqasiya qeyd edir ki, bu sənədlər onlarda var)
Deleqatlardan biri. Qayıdarkən bizdən bu ixtilaflar haqqında soruşacaqlar, amma bizdə bütün sənədlər yoxdur. Bizdə, məsələn, “83-cü illərin platforması” yoxdur.

Stalin. Mən bu “platformaya” imza atmamışam. Başqalarının sənədlərini təşkil edə bilmərəm. (Gülüş.) 

Altıncı sual. Kapitalizm ölkələrində istehsalın inkişafı üçün əsas məqsəd gəlir qazanmağa ümid üzərində qurulub. Bu məqsəd, əlbəttə, SSRİ-də yoxdur. Onu nə əvəz edir və bu əvəzetmə, Sizin fikrinizcə, nə dərəcədə effektivdir? O daimi ola bilərmi?

Cavab. Bu doğrudur ki, kapitalizm təsərrüfatı üçün əsas hərəkətverici qüvvə gəlir qazanmaqdır. Həmçinin bu da doğrudur ki, gəlir qazanmaq bizim sosialist sənayemiz üçün nə məqsəddir, nə də hərəkətverici qüvvədir. Belə olduğu halda bizim sənayemizin hərəkətverici qüvvəsi nədir?
Hər şeydən əvvəl bu cəhət ki, bizdə fabrik və zavodlar  bütün xalqa məxsusdur, kapitalistlərə deyil, fabrik və zavodları kapitalistlərin əlaltıları deyil, işçi sinfin nümayəndələri idarə edir. İşçilərin kapitalist üçün deyil, öz dövləti, öz sinfi üçün işlədiyini başa düşmək – bu düşüncə bizim sənayemizin inkişafı və təkmilləşməsi işində ən böyük hərəkətverici qüvvədir.
Qeyd etmək lazımdır ki, bizdə fabrik və zavod direktorlarının böyük əksəriyyətini xalq təsərrüfatının Ali soveti tərəfindən  təyin edilən, həmkarlar ittifaqları ilə razılığa gələrək, işçilər təşkil edir, özü də heç bir direktor işçilərin və ya uyğun həmkarlar ittifaqının  istəyinin əksinə olaraq vəzifədə qala bilməz.
Qeyd etmək lazımdır ki, hər bir zavod və ya fabrikin özünün işçilər tərəfindən seçilən və müəssisə administrasiyasının fəaliyyətinə nəzarət edən zavod və fabrik komitəsi var.
Nəhayət, qeyd etmək lazımdır ki, hər bir sənaye müəssisəsində həmin müəssisədə işçilərin istehsalat məsləhətləşmələri olur , hara ki, bütün işçilər daxil olur və müəssisə direktorunun bütün işini yoxlayır, zavod administrasiyasının iş planını müzakirə edirlər, nöqsanları və çatışmazlıqları qeyd edirlər və bu çatışmazlıqları həmkarlar ittifaqları vasitəsilə, partiya vasitəsilə, Sovet hökuməti vasitəsilə aradan qaldırmaq imkanına sahib olurlar.
Başa düşmək çətin deyil ki, bütün bu cəhətlər işçilərin vəziyyətini köklü şəkildə dəyişdiyi kimi, müəssisədəki nizam-intizamı da dəyişir. Əgər kapitalizmdə işçi fabriki özgə və ona yad bir mülkiyyət kimi  və ya hətta həbsxana kimi nəzərdən keçirisə, sovet rejimində işçi fabrikə artıq həbsxana kimi baxmır, inkişafında və yaxşılaşmasında bilavasitə maraqlı olduğu  yaxın və doğma bir iş kimi baxır.
Çətin ki, işçinin zavoda,müəssisəyə olan bu yeni münasibətini sübut etməyə ehtiyac olsun, işçilərin müəssisəyə bu yaxınlıq hissi bütün bizim sənayemizin ən böyük hərəkətverici qüvvəsidir.
Bu cəhətlə o fakt izah edilməlidir ki, istehsal texnikası sahəsində işçilər arasından seçicilərin  və istehsalatı təşkil edənlərin sayı günbəgün artır.
İkincisi, bu cəhət ki, bizdə sənayedən gələn gəlirlər ayrı-ayrı şəxslərin varlanmasına getmir, sənayenin növbəti genişlənməsinə, işçi sinfin maddi və mədəni vəziyyətinin yaxşılaşdırılmasına, işçilər və kəndlilər üçün lazım olan sənaye mallarının ucuzlaşmasına, yəni, yenə də zəhmətkeş kütlələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına gedir.
Kapitalist öz gəlirlərini işçi sinfin rifah halının yüksəldilməsinə yönəldə bilmir. O gəlir üçün yaşayır. Əks halda o kapitalist olmazdı. O ondan ötrü gəlir toplayır ki, onları əlavə kapitala çevirsin və yeni, daha çox gəlir qazanmaq üçün  az inkişaf etmiş ölkələrə çıxarsın. Kapitallar Şimali Amerikadan Çinə, İndoneziyaya, Cənubi Amerikaya, Avropaya, Fransadan fransız müstəmləkələrinə, İngiltərədən ingilis müstəmləkələrinə bu şəkildə axır.
Bizdə işlər fərqlidir, çünki biz müstəmləkə siyasəti aparmırıq və onu dəstəkləmirik. Bizdə sənayedən gələn gəlirlər sənayeninin gələcək inkişafı, işçilərin vəziyyətinin yaxşılaşdırılması, daxili bazarın, həmçinin də sənaye mallarının ucuzlaşdırılması vasitəsilə kəndli bazarının, həcminin artırılması üçün ölkə daxilində qalır. Bizdə sənayedən gələn gəlirin təxminən 10 faizi işçi sinfin güzəranının yaxşılaşdırılmasına gedir.İşçilərin pul əmək haqqının 13%-i işçi sinfin dövlət tərəfindən sığortalanmasına sərf olunur. Gəlirlərin məlum hissəsi ( indi dəqiq hansı hissəsi olduğunu söyləyə bilmərəm) mədəni ehtiyaclara, fabrik-zavod şagirdliyinə və işçilərin məzuniyyətinə sərf olunur. Bu gəlirlərin kifayət qədər böyük hissəsi (yenə də dəqiq hansı hissəsi olduğunu indi söyləyə bilmərəm) işçilərin  əmək haqqının artırılmasına gedir. Sənayedən gələn gəlirin yerdə qalan hissəsi sənayenin gələcək genişlənməsinə, köhnə zavodların təmirinə, yeni zavodların tikintisinə, nəhayət, sənaye mallarının ucuzlaşmasına sərf olunur.
Bu cəhətlərin bizim bütün sənayemiz üçün nəhəng əhəmiyyəti bundan ibarətdir ki:
a)      Onlar kənd təsərrüfatının sənaye ilə yaxınlaşmasını və şəhər və kənd arasında əksliklərin aradan qaldırılmasını yüngülləşdirir;
b)      Onlar şəhərdə və kənddə daxili bazarın həcminin artırılmasına kömək edərək bununla da sənayenin gələcək  inkişafı üçün dayanmadan böyüyən baza yaradır.
Üçüncüsü, sənayenini milliləşdirilməsinin ümumilikdə bütün sənaye təsərrüfatının planlı idarə olunmasını yüngülləşdirməsi faktı.
Bizim sənayenin bu stimulları  və hərəkətverici qüvvələri daimi faktorlardırmı? Onlar daim fəaliyyətdə olan faktorlar ola bilərlərmi? Bəli, onlar sözsüz daim hərəkət edən faktorlar və stimullardır. Və bizim sənayemiz nə qədər inkişaf etsə, bu faktorların gücü və əhəmiyyəti də o qədər artacaqdır.


Yeddinci sual. SSRİ digər ölkələrin kapitalist sənayesi ilə hansı dərəcədə əməkdaşlıq edə bilər?
Belə əməkdaşlığa müəyyən sərhəd varmı yoxsa bu sadəcə hansı hissədə hansı əməkdaşlığın mümkün olub-olmamasının aydınlaşdırılması üçün təcrübədir ?

Cavab. Görünür söhbət kapitalist ölkələrlə sənaye sahəsində, ticarət sahəsində və ,bəlkə də, diplomatik münasibətlər sahəsində  müvəqqəti razılaşmalardan gedir.

Düşünürəm ki, iki əks sistemin – kapitalizm sisteminin və sosializm sisteminin- mövcudluğu belə razılaşmaların mümkünlüyünü istisna etmir. Məncə, belə razılaşmalar mümkündür və dinc inkişaf şəraitində məqsədəuyğundur.
İxrac və idxal belə razılaşmalar üçün ən uyğun səbəbdir. Bizə lazımdır: avadanlıq, xammal (misal üçün, pambıq), yarımfabrikatlar (dəmir və s.), kapitalistlər isə bu əmtəələrin satışında maraqlıdırlar. Bu da sizə razılaşma üçün səbəb. Kapitalistlərə lazımdır: neft, odun, un məmulatları, bizə isə bu əmtəələri satmaq lazımdır. Bu da sizə razılaşma üçün səbəb. Bizə kredit lazımdır, kapitalistlərə isə bu kreditlərə görə yaxşı faizlər. Bu da sizə artıq kredit xətti üzrə razılaşma üçün daha bir səbəb, özü də məlumdur ki, sovet orqanları kredit üzrə ən dürüst ödəyicilərdir.
Diplomatiya sahəsində də eyni şeyləri söyləmək olar. Biz sülh siyasəti aparırıq və burjua dövlətləri ilə qarşılıqlı hücum etməmək haqda paktlar imzalamağa hazırıq. Biz sülh siyasəti aparırıq və müntəzəm ordunun tamamilə məhv olmasına kimi tərk-silah edilmə barəsində razılığa getməyə hazırıq, hansı ki, bu haqda Qenuez konfransında bütün dünya qarşısında bəyan etmişik. Bu da sizə diplomatik xətt üzrə razılaşmalar üçün səbəb.
Bu razılaşmaların sərhədi? Sərhədlər aralarında yarış,mübarizə gedən iki sistemin əksliyi ilə qoyulur. Razılaşmalar bu iki sistemin imkan verdiyi çərçivələrdə, yalnız bu çərçivələrdə mümkündür. Almaniya, İtaliya, Yaponiya və digər ölkələrlə olan razılaşmalar təcrübəsi bunu sübut edir.
Bu razılaşmalar sadəcə təcrübədir yoxsa onlar müəyyən dərəcədə uzunmüddətli xarakter daşıya bilər? Bu təkcə bizdən asılı deyil, bu həm də bizim kontragentlərdən asılıdır. Bu ümumi vəziyyətdən asılıdır. Müharibə hər şeyi və istənilən razılaşmanı alt-üst edə bilər. Nəhayət, bu razılaşmanın şərtlərindən asılıdır. Biz ağır şərtləri qəbul edə bilmərik. Bizim Gürcüstanda manqan mədənlərini istismar edən Harrimanla razılaşmamız var. Razılaşma 20 il müddətinə bağlanıb. Görürsüz ki, az müddət deyil. Həmçinin, bizim Sibirdə qızıl çıxaran LenaQoldfilds cəmiyyəti ilə də razılaşmamız var. Razılaşma 30 il müddətinə bağlanıb – daha uzunmüddətli razılaşma. Nəhayət, Saxalində neft və kömür mənbələrinin istismarı haqqında Yaponiya ilə razılaşmamız var.
Biz istərdik ki, bu razılaşmalar müəyyən dərəcədə davamlı xarakter daşısın. Amma, əlbəttə ki, bu təkcə bizdən asılı deyil, həm də bizim kontragentlərdən asılıdır.


Səkkizinci sual. Milli azlıqlara münasibət siyasətində Rusiyanın kapitalist dövlətlərdən əsas fərqi nədədir?

Cavab. Görünür, söhbət əvvəllər çarizm və rusiyanın istismarçı sinifləri tərəfindən əzilən və öz dövlətçiliyi olmayan millətlərdən gedir.
Əsas fərqlər bundan ibarətdir ki, kapitalist dövlətlərdə milli köləlikdə milli zülm mövcuddur, bizdə, SSRİ-də isə bu şeylərin hər ikisi kökündən aradan qaldırılmışdır.

Orada, kapitalist dövlətlərdə birinci dərəcəli millətlərlə, imtiyazlı millətlərlə, “dövlətçi” millətlərlə yanaşı ikinci dərəcəli, “qeyri-dövlətçi” millətlər, tam hüquqlu olmayan, bu və ya digər hüquqlardan və hər şeydən əvvəl dövlət hüquqlarından  məhrum edilmiş millətlər var. Bizdə, SSRİ-də əksinə, milli bərabərsizliyin və milli təzyiqin bütün bu atributları aradan qaldırılmışdır. Bizdə bütün millətlər bərabərhüquqludurlar və suverendirlər, çünki, əvvəllər hakim olan böyük rus millətinin milli və dövlət imtiyazları məhv edilmişdir.
Əlbəttə, iş millətlərin bərabərhüquqluluğu haqda bəyannamələrdə deyil. Milli bərabərhüquqluluq haqda bəyannamələr bir çox burjua və sosial-demokratiya partiyalarında da var. Əgər bəyannamələr həyata keçirilmirsə, onların nə qiyməti var?  İş  zülmün təmsilçiləri,  yaradıcıları  və bələdçiləri olan sinifləri məhv etməkdədir. Bizdə belə siniflər mülkədarlar, kapitalistlər idilər. Bu sinifləri devirdik və bununla da milli zülmün mümkünlüyünə son qoyduq. Məhz bu sinifləri devirdiyimiz üçün də bizdə həqiqi milli bərabərhüquqluluq mümkün oldu.
Bu bizdə millətlərin öz müqəddəratını həll etmək ideyasının həyata keçirilməsi, ayrılana kimi, adlanır. Məhz millətlərin öz müqəddəratını həll etməsini həyata keçirdiyimiz üçün SSRİ-nin müxtəlif millətlərinin zəhmətkeş kütlələrinin qarşılıqlı inamsızlığını aradan qaldırmağa və millətləri könüllülük əsasında bir ittifaq dövlətində birləşdirməyə müvəffəq olduq. Bugün mövcud olan Sovet Sosialist Respublikalar İttifaqı bizim milli siyasətimizin nəticəsi və SSRİ millətlərinin bir ittifaq dövlətində könüllü birləşməsinin ifadəsidir.
Milli məsələ üzrə belə siyasətin kapitalist ölkələrdə ağlasığmaz olmasını sübut etməyə ehtiyac yoxdur, çünki orada milli zülmün yaradıcıları və bələdçiləri olan kapitalistlər hələ də hakimiyyətdədirlər.
Bu faktı qeyd etməmək olmaz ki, SSRİ-də ali hökumət orqanının, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin,  başında mütləq bir rus sədri dayanmır,SSRİ-ni birləşdirən  altı ittifaq respublikasının sayına görə altı sədr dayanır, hansılar ki, biri – rus (Kalinin), digəri –ukraynalı (Petrovskiy), üçüncü- belorus (Çervyakov), dördüncü – azərbaycanlı (Musabəyov), beşinci –türkmən (Aytakov), altıncı –özbəkdir (Feyzulla Xodcayev). Bu fakt bizim milli siyasətimizin ən parlaq ifadələrindəndir. Bəllidir ki, heç bir burjua respublikası, ən demokratik olsa belə, belə addım atmaz. Bununla belə bu addım bizim üçün milli bərabərhüquqluluq siyasətimizdən doğan, öz-özlüyündə nəzərdə tutulmuş faktdır. 


Doqquzuncu sual. Amerikalı işçi liderlər kommunistlərə qarşı mübarizələrinə iki cəhətlə  haqq qazandırırlar:
1.      komunistlər işçi hərəkatını ittifaqlar daxilindəki müxalif mübarizələri ilə və həmkarlar ittifaqlarının qeyri-radikal vəzifəli şəxslərini qarşı hücum etməklə dağıdırlar .
2.      amerika kommunistləri Moskvadan göstərişlər alırlar və buna görə də yaxşı həmkarlar ittifaqı xadimləri ola bilməzlər, çünki onların  əcnəbi təşkilatlara qarşı loyallığı öz ittifaqlarına qarşı olan loyallıqdan üstündür.
Bu çətinlik necə aradan qaldırılmalıdır ki, amerika kommunistləri amerika işçi hərəkatının digər hissələri ilə birgə fəaliyyət göstərə bilsinlər?


Cavab. Düşünürəm ki, amerikalı işçi liderlərin kommunistlərə qarşı mübarizələrinə haqq qazandırmaq cədlərindən heç danışmağa dəyməz. Kommunistlərin işçi hərəkatını dağıtdığını hələ heç kim sübut etməyib və etməyəcək. Amma kommunistlərin bütün dünyada,eləcə də Amerikada,  işçi hərəkatının ən sadiq və ən qorxmaz döyüşçüləri olmasını sübut edilmiş hesab etmək lazımdır.
Məgər bu fakt deyil ki, işçi tətilləri və nümayişləri zamanı reformist işçi liderlər kapitalistlərin arxasında gizləndikləri zaman kommunistlər kapitalistlərin ilk zərbələrini öz üzərlərinə qəbul edərək işçi sinfin ilk sıralarında dayanırlar?  Kommunistlər reformist işçi liderlərin qorxaqlığını və mürtəceliyini necə tənqid etməsinlər? Məgər aydın deyil ki, belə tənqid işçi hərəkatını yalnız canlandıra və möhkəmləndirə bilər?
Doğrudur, belə tənqid mürtəce işçi liderlərin avtoritetini dağıdır. Burda qeyri-adi nə var? Qoy mürtəce işçi liderləri əks-tənqidlə cavab versinlər, kommunistləri həmkarlar ittifaqlarından qovmaqla deyil. Düşünürəm ki, əgər Amerika işçi hərəkatı yaşamaq və inkişaf etmək istəyirsə, həmkarlar ittifaqları daxilində fikir və cərəyan mübarizəsi olmadan kifayətlənməməlidir. Məncə, mürtəce işçi liderlər nə qədər müqavimət göstərsələr də həmkarlar ittifaqları daxilində fikir və cərəyan mübarizəsi, mürtəcü liderlərin tənqidi və s. getdikcə daha da artacaq. Amerikanın işçi sinfi üçün isə belə fikir mübarizəsi və tənqid olduqca lazımdır ki, o müxtəlif cərəyanlar arasında seçim edə bilsin və amerika cəmiyyəti daxilində müstəqil təşkilatlanmış qüvvə kimi öz yerini təyin etsin.
Amerikalı reformist liderlərin kommunistlər barəsində narazılıqları yalnız bunu göstərir ki, onlar öz doğruluqlarına əmin deyillər, öz vəziyyətlərinin davamlı olmasını hiss etmirlər. Məhz buna görə də tənqiddən taun kimi qorxurlar. Diqqətə layiqdir ki, amerikalı işçi liderlər, sən demə, elementar demokratiyanın daha qatı düşmənləridirlər, nəinki həmin Amerikanın əksər burjuaları.
Amerika kommunistlərinin “Moskvadan göstərişlər üzrə” işləməsi iddiası tamamilə yanlışdır. Siz dünyada xaricdən “göstərişlər” üzrə, öz əqidələrinin əksinə, iradələrinin əksinə, mövcud vəziyyətin göstərişlərinə zidd hərəkət etməyə razılaşan kommunist tapa bilməzsiz. Hətta hardasa belə kommunistlər mövcud olsalardı belə, onlar bir qəpiyə belə dəyməzdilər.
Kommunistlər  - ən cəsarətli və cəsur insanlardılar, onlar bir dərya düşmənə qarşı mübarizə aparırlar. Yeri gəlmişkən, kommunistlərin dəyəri bundadır ki, onlar öz əqidələrini qorumağı bacarırlar. Ona görə də, amerika kommunistləri haqda öz əqidələri olmayan və yalnız xaricdən “göstərişlər” üzrə hərəkət etməyi bacaran insanlar kimi danışmaq qəribədir.
İşçi liderlərin iddialarında doğru olan yalnız budur ki, məhz budur ki, amerika kommunistləri beynəlxalq kommunist təşkilatının tərkibində daxildirlər və müəyyən müddətdən bir bu təşkilatın mərkəzi ilə bu və ya digər məsələlər üzrə məsləhətləşirlər? Burda pis nə var ki? Məgər amerikanın işçi liderləri  təşkilata, beynəlxalq işçi mərkəzinə qarşıdılar? Düzdür, onlar Amsterdamın tərkibinə daxil deyillər. Amma onlar ora ona görə daxil olmurlar ki, onlar beynəlxalq işçi mərkəzinə qarşıdılar, ona görə ki, onlar Amsterdamı olduqca sol təşkilat hesab edirlər (Gülüş).
Niyə kapitalistlər beynəlmiləl miqyasda təşkilatlana bilərlər, işçi sinif və ya işçi sinfin bir hissəsi isə özünün beynəlxalq təşkilatına sahib ola bilməz?
Aydın deyil ki, Qrin və onun Amerika əmək federasiyasından olan dostları kapitalistlərin “Moskvadan göstərişlər” haqda əfsanələrini qul kimi təkrarlayaraq amerika kommunistlərinə böhtan atırlar?
Kommunist İnternasionalın üzvlərinin Moskvada yalnız oturmaqla və bütün ölkələr üçün göstərişlər yazmaqla məşğul olduğunu düşünən insanlar var. Kominternin tərkibinə daxil olan ölkələrin sayının 60-dan çox hesab olunduğunu nəzərə alsaq, yatmayan, yeməyən, gecə və gündüz yalnız bu ölkələr üçün göstərişlər yazan Komintern üzvlərinin vəziyyətini təsəvvür edə bilərsiz (Gülüş). Amerikanın işçi liderləri bu gülməli əfsanə ilə kommunistlər qarşısında öz qorxularını gizlətməyə və kommunistlərin Amerikanın işçi sinfin ən cəsur və ən sadiq işçiləri olmasını faktını boğmağa çalışırlar.
Deleqasiya belə vəziyyətdən çıxış haqda soruşur. Məncə burada bir çıxış var: Amerika həmkarlar ittifaqları daxilində fikir və cərəyanlar mübarizəsinə imkan vermək, kommunistlərin həmkarlar ittifaqlarından qovulması mürtəce siyasətini rədd etmək və Amerikanın işçi sinfinə bu cərəyanlar arasında müstəqil seçim etmək imkanı vermək, çünki Amerikada hələ Oktyabr inqilabı olmayıb və orada işçilər həmkarlar ittifaqları daxilində müxtəlif cərəyanlar arasında birdəfəlik seçim etmək imkanına malik olmayıblar.


Onuncu sual. Hal-hazırda amerikanın kommunist partiyasına və ya “Deyli Uorker” kommunist qəzetinə kömək üçün Amerikaya pul göndərilirmi? Göndərilmirsə, amerika kommunistləri III Internasionala illik üzvlük haqqı müqabilində  nə qədər pul keçirirlər?

Cavab. Əgər Amerika kommunist partiyası ilə III İnternasional arasındakı qarşılıqlı münasibətlərdən söhbət gedirsə, qeyd etməliyəm ki, Amerikanın kommunist partiyası Kommunist İnternasionalın bir hissəsi kimi Kominternə üzvlük ödənişi keçirməli olduğu kimi, Komintern də beynəlxalq kommunist hərəkatının mərkəzi kimi, güman etmək olar ki, lazım bildikdə Amerika kommunist partiyasına əlindən gələn köməkliyi göstərir. Düşünürəm ki, burada təəccüblü və fövqəladə heç bir şey yoxdur.

Əgər Amerika kommunist partiyası və SSRİ kommunist partiyası arasındakı qarşılıqlı münasibətlərdən söhbət gedirsə, bildirməliyəm ki, elə bir hadisə olmayıb ki,  amerika kommunist partiyasının üzvləri kömək üçün SSRİ-nin kommunist partiyasına müraciət edələr. Siz bunu qəribə hesab edə bilərsiz, amma bu amerika kommunistlərinin çox böyük vasvasalığından xəbər verən faktdır.

Amerikanın kommunist partiyası kömək üçün SSRİ-nin kommunist partiyasına müraciət etsəydi nə olardı? Məncə, SSRİ kommunist partiyası ona əlindən gələn köməyi edərdi. Həqiqətən də, kompartiya, özü də hakimiyyətdə olan kompartiya,  kaptalizmin zülmü altında olan digər ölkənin kompartiyasına əlindən gələn köməkliyi göstərməsəydi onun nə dəyəri olardı? Deyərdim ki, belə kompartiya bir qəpiyə belə dəyməzdi.

Tutaq ki, amerikanın işçi sinfi öz burjuaziyasını devirərək hakimiyyətə gəldi; tutaq ki, Amerikanın kapitalizmə qarşı böyük mübarizədə qalib gəlmiş işçi sinfinə digər ölkənin işçi sinfi hər hansı maddi kömək üçün müraciət etsəydi, amerikanın işçi sinfi belə köməkdən imtina edə bilərdimi? Məncə, o kömək etməkdə tərəddüd etsəydi özünü rüsvay etmiş olardı.


On birinci sual. Bilirik ki, bəzi yaxşı kommunistlər kompartiyanın bütün yeni üzvlərinin   ateist olması tələbi ilə heç də razı deyillər, çünki hal-hazırda mürtəce ruhanilik  boğulmuşdur. Kompartiya gələcəkdə bütövlükdə bütün elmi dəstəkləyən  və kommunizmə qarşı çıxmayan  dinə münasibətində neytral ola bilərmi?
Gələcəkdə partiya üzvlərinin onların partiyanın tələblərinə riayət etdiyi təqdirdə dini etiqadlarının olmasına icəzə verərdiniz? ?

Cavab. Bu sualda bəzi yanlışlıqlar var. Birincisi, mən deleqasiyanın burda barəsində danışdığı “yaxşı kommunistləri” tanımıram. Çətin ki, ümumiyyətlə təbiətdə belə kommunistlər mövcuddur.

İkincisi, bəyan etməliyəm ki, rəsmi götürsək, bizdə partiyaya qəbul  üçün elə şərt yoxdur ki, partiya üzvlüyünə kandidatdan mütləq ateizm tələb etsin. Bizim partiyaya qəbul şərtlərimiz bunlardır: partiya proqramının və nizamnaməsinin qəbulu, partiya və onun orqanlarının qərarlarına sözsüz tabe olmaq, üzvlük haqqları, partiyanın təşkilatlarından birinə daxil olmaq.

Deleqatlardan biri. Mən tez-tez oxuyuram ki, tanrıya inanmağa görə partiyadan kənarlaşdırırlar.

Stalin. Mən sadəcə partiyaya qəbul şərtləri haqda deyilənləri təkrarlaya bilərəm. Bizim başqa şərtlərimiz yoxdur.
Bu o deməkdir ki, partiya dinə münasibətdə neytraldır? Xeyr, bu o demək deyil. Biz dini xurafata qarşı təbliğat aparırıq və aparmağa davam edəcik. Bizim ölkənin qanunvericiliyi elədir ki, hər bir istənilən dinə etiqad edə bilər. Bu hər kəsin vicdan işidir. Məhz buna görə kilsəni dövlətdən ayırdıq. Amma biz kilsəni dövlətdən ayırmaqla və dini azadlıq elan etməklə  bərabər  hər bir vətəndaşın bu və ya digər dinə, istənilən dinə qarşı inandırmaq yolu ilə, təbliğat və aqitasiya yolu ilə mübarizə aparmaq hüququnu saxladıq. Partiya dinə münasibətində neytral ola bilməz və o bütün və istənilən dini xurafata qarşı din əlehinə təbliğat aparır, ona görə ki, o elmin tərəfindədir, dini xurafat isə elmə qarşı çıxır, çünki istənilən din elmə qarşıdır. Bu yaxınlarda Amerikada darvinistlərin mühakimə edilməsi kimi hadisələr  bizdə mümkünsüzdür, çünki partiya elmin hər vasitə ilə müdafiə edilməsi siyasətini aparır.

Partiya dini xurafata münasibətində neytral ola bilməz və o bu xurafata qarşı təbliğat aparmağa davam edəcək, çünki bu istismarçı sinifləri dəstəkləyən və bu siniflərə  itaət etməyi təbliğ edən mürtəce ruhaniliyin təsirini yox etməyin düzgün vasitələrindəndir.
Partiya dini xurafatın daşıyıcılarına, zəhmətkeş kütlələrin düşüncəsini zəhərləyən mürtəce ruhaniliyə münasibətdə neytral ola bilməz.
Biz mürtəce ruhaniliyi əzə bildikmi? Bəli, əzdik. Bəla yalnız bundadır ki, o hələ tamamilə məhv edilməyib. Din əlehinə təbliğat mürtəce ruhaniliyin məhvi işini tamamilə sona çatdırmalı olan vasitədir. Olur ki, partiya üzvlərindən kimsə bəzən din əlehinə təbliğatın hər vasitə ilə yayılmasına mane olur. Əgər belə partiya üzvlərini kənarlaşdırırlarsa, bu çox yaxşıdır, çünki bizim partiya sıralarında belə “kommunistlərə” yer yoxdur.


On ikinci sual. Siz kommunizmin qurmaq istədiyi gələcək cəmiyyətin xarakteristikasını qısa şəkildə verə bilərsizmi?


Cavab. Əgər qısa şəkildə komunizm cəmiyyətinin anatomiyasını versək, o elə bir cəmiyyət olacaq ki : a) orada istehsal alətləri və vasitələri üzərində xüsusi mülkiyyət olmayacaq, ictimai, kollektiv mülkiyyət olacaq; b) orada siniflər və dövlət hakimiyyəti olmayacaq, iqtisadi cəhətdən zəhmətkeşlərin müstəqil assosiasiyası kimi idarə olunan sənaye və kənd təsərrüfatı zəhmətkeşləri olacaq; c) orada plan üzrə qurulmuş xalq təsərrüfatı həm sənaye sahəsində, həm də kənd təsərrüfatı sahəsində mükəmməl texnikaya əsaslanacaq; d) şəhər və kənd, sənaye və kənd təsərrüfatı arasında ziddiyyət olmayacaq; e) məhsullar köhnə fransız kommunistlərinin prinsipi üzrə bölüşdürüləcək: “hər kəsə bacarığına, hər kəsə ehtiyacına görə”; f) elm və incəsənətdən tam tərəqqiyə nail olmaq üçün olduqca münasib istifadə ediləcək; g) bir parça çörək qayğısından və “dünyanın güclülərinə” uyğunlaşmaq zərurətindən azad olan şəxsiyyət həqiqətən azad olacaq. Və s.
Aydındır ki, belə cəmiyyət hələ uzaqdadır. Kommunizm cəmiyyətinin tam qələbəsi üçün lazım olan beynəlxalq şərtlərə gəldikdə isə, onlar kapitalizm ölkələrində inqilabi böhranların və işçi sinfinin inqilabi nümayişlərinin böyüməsi ilə düzələcək və genişlənəcək.
Məsələni belə təsəvvür etmək lazım deyil ki, bir ölkənin və ya bir neçə ölkənin işçi sinfi sosializmə və xüsusilə də kommunizmə qədəm qoyacaq digər ölkələrin kapitalistləri isə buna laqeyd baxacaq və heç nə etməyəcək. Xüsusilə təsəvvür etmək mümkün deyil ki, kapitalizm ölkələrinin işçi sinfi sosializmin bu və ya digər ölkədə inkişafına sadəcə tamaşa etməyə razı olacaq. Əslində kapitalistlər belə ölkələri boğmaq üçün əllərindən gələni edəcəklər. Əslində bu və ya digər ölkədə sosializmə və xüsusilə də kommunizmə tərəf atılmış hər ciddi addım qaçılmaz olaraq kapitalizm ölkələrinin işçi sinfinin bu ölkələrdə hakimiyyətə və sosializm nail olmaq çox güclü coşğunluğu ilə müşayət olunacaq.
Beləliklə,ümumdünya inqilabının və beynəlxalq dəyişikliyin  inkişafının sonrakı gedişatında dünya miqyaslı iki mərkəz formalaşacaq: ölkələri özünə çəkən, sosializmə cəzb edən sosialist mərkəz və ölkələri özünə çəkən, kapitalizmə cəzb edən kapitalist mərkəz. Bu iki düşərgənin mübarizəsi bütün dünyada sosializmin və kapitalizmin taleyini həll edəcək... 


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

31 авг. 2013 г.

ABŞ MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) 1953-cü ildə İranda dövlət çevrilişində öz rolunu etiraf edən məxfi sənədlər nəşr edib. 1951-ci ildə seçkilərdə qələbə qazanan Mossadık ona qədər Britaniyanın İngilis-fars neft kompanyasının (hazırki BP) nəzarət etdiyi neft sənayesini milliləşdirir. “İran dəmir pərdə arxasında qalmaq təhlükəsi ilə üzləşir. Bu SSRİ-nin qələbəsi demək idi və Qərbin Yaxın Şərqdəki mövqeyinə güclü zərbə idi”- sənədlərdən birində qeyd olunur. Bu sənədlərə əsasən İrana qarşı niyə bu qədər nifrətin olduğunu aydınlaşdırmaq olar.
1953-cü ildən 1979-cu ilə kimi ABŞ və İngiltərə İran və iran neftinə nəzarət edirdi.1979-cu ildə islam inqilabı nəticəsində onlar bu nəzarəti əldən buraxdılar. O zamandan da İrana nifrət yer almağa başlayıb.
1979-cu il İran inqilabı amerikalılar üçün gözlənilməz idi. Paradoks bunda idi ki, onlar şahı digər amerikaçı qüvvəyə dəyişmək üçün şahın devrilməsi prosesinə özləri yol vermişdilər, amma proses nəzarətdən çıxmışdı. Vaşinqtona İranda daha dini rejim lazım idi ki, İran sovet ordusunun daxil olduğu Əfqanıstandakı hadisələrin gedişinə daha aktiv qatılsın. Nəticədə ABŞ özü çevrilişi təşkil etdi və İranı itirdi. Bu da ABŞ-ın İrana olan nifrətinin daha bir səbəbidir.
1953-cü ildə İrandakı çevrilişin dəqiq tarixinə diqqət edək. 1951-ci ildə İranın bütün neft sərvətini milliləşdirən prezident Mossadıkın arxasında SSRİ dayanırdı. Daha dəqiq desək –Stalin. Stalin Birləşmiş Ştatlara ardıcıl zərbələr endirməyə davam edirdi. Çində vətəndaş müharibəsi zamanı Mao-nun qələbəsi (1949), ABŞ-a qarşı müharibədə Çin və Koreyaya yardım (Koreya müharibəsi 1950-1953), İranda neft sərvətlərinin milliləşdirilməsi (1951-1952). Stalin sağ olduğu müddətdə ABŞ İranda devriliş edə bilməzdi, orada Sovetin xüsusi xidmət orqanları işləyirdi. Odur ki, devriliş yalnız Stalinin ölümündən sonra baş tuta bilərdi. Belə də oldu. 1953-cü ilin mart ayında Stalinin ölümündən sonra elə həmin ilin yayında - 19 avqust 1953-cü ildə Mossadık hökuməti devrilir, Şah Pəhləvi İrana qayıdır və 1979-cu ildə islam inqilabı nəticəsində devrilənə kimi ABŞ-ın mütəffiqi olur.

28 авг. 2013 г.

Miqrantlar burjuaziyanın silahı kimi

Bəlkə də siyasətdə miqrantlara aid fikirlər kimi ziddiyyətli fikirlər yoxdur. Bununla belə ilk növbədə sol partiya və hərəkatlarda miqrantlara münasibət tamamilə fəqlidir. Ən mənfi fikirdən tutmuş, ən sakit fikrə kimi,  bu insan da bizim kimi adi işçidirsə, onun hardan olmağının nə fərqi var. Bununla belə, hətta internasionalistlərin əksəriyyəti miqrantların yaranmasını sinfi mübarizə çərçivəsində analiz etmək istəmir, amma nahaq yerə, çünki  analiz aparılsa, hər şey öz yerini tapar.

Miqrantlar və İşçi hərəkatı

Adətən miqrantlardan söhbət düşəndə ilk olaraq cinayətkarlıq səviyyəsinin artmasını,narkotik daşınmasını,yerli əhalinin qisas almasını,xəstəliklərin yayılmasını,antisanitariyanı və s. xatırlayırlar. Qısası, istənilən şey yada düşür, təki sinfi yanaşma olmasın. Təəssüflə qeyd etmək lazımdır ki, miqrantlar haqda stereotiplərin çoxu,həmçinin də yuxarıda qeyd olunanlar, əsassız deyillər. Amma bu şeylər normal ölkələrdə normal nəzarət olunurlar və aradan qaldırılırlar.
Proletariatın diktaturası mövcud olan normal dövlətlərdə miqrant axını qorxulu deyil, amma bu artıq başqa mövzudur. Biz axı vəziyyəti sosialist ölkələrdəki miqrantlar nöqteyi-nəzərindən nəzərdən keçirmirik, kapitalist ölkədəki miqrantlar və işçi hərəkatı arasındakı əlaqə nöqteyi-nəzərindən nəzərdən keçiririk.

İlk olaraq “Ştreykbexer” sözündən başlamaq lazımdır
ŞtreykbexerStreikbrecher, (hərfi mənada – tətili pozan) – bir qayda olaraq tətil zamanı kənardan işə alınmış, tətildə iştirak etməkdən və tətilçilərə dəstək olmaqdan imtina edən, tətilçilərlə mübahisədə administrasiyanın tərəfini tutan və tətil zamanı işə çıxmaqla ona dəstək olan şəxs.Məcazi mənada xəyanətkar, ümumi maraqları satan mənasını verir. (Wiki)

Yavaş-yavaş aydın olur, elə deyilmi? Buna baxmayaraq, kənardan başlayaq. Əvvəllər, 19 əsrin ortalarında Almaniyada praktiki olaraq miqrantlar yox idi, ona görə də tətillərdə iştirak etməkdən imtina edən almanları Ştreykbexer adlandırırdılar, bunlar adətən elə burada və indi pul lazım olan, pula çox ehtiyacı olan  və ya nəyisə dəyişə biləcəklərinə inanmayan və buna görə də ən asanı öz işini yerinə yetirməklə 3 qəpik qazanmaq fikri ilə barışan sınmış insanlar idi.
Bugün ştreykbexer – miqrantdır. Hər hansı bir müəssisənin işçiləri tətilə çıxanda, öz hüquqlarını müdafiə etməyə başlayanda istehsalın dayanmaması üçün burjua savadsız, iş təcrübəsi olmayan, amma burjuanın təklif etdiyi şərtlərlə və ya hətta daha pis şəraitdə işləməyə razı olan miqrantı işə çıxarır.

“Əmək bazarının dağılması” adlandırılan şey elə budur, yerli əhalinin əməyinin əvəz edilməsi nəinki bu yerli əhalinin sıxışdırılmasına, həm də əmək şəraitinin daha da pisləşməsinə, bu sahədə əmək haqqının azalmasına gətirib çıxarır. Bununla belə, heç nəyə nail olmayan, köhnə iş yerlərindən qovulan həmkarlar ittifaqları sadəcə dağılırlar, həmkarlar ittifaqının dağılması isə işçi hərəkatı üçün zərbədir.

İndi burjuaziya o qədər qudurub ki, bu sahələrə praktiki olaraq ancaq miqrantları işə alırlar ki, bu da internasionalistlərin, solların mübarizə aparmalı olduğu millətçiliyin meydana çıxmasına işarədir. Ümumiyyətlə bu nadir haldır, çünki bizim millətçilərin böyük əksəriyyəti əslində internasionalistə çevrilirlər, ona görə ki, işçilərin ümumdünya həmrəyliyi ilə deyil, dövlət və burjuaziya  tərəfindən üzə çıxarılan  millətçiliklə mübarizə aparırlar.

Müəssisədə həm yerli əhali, həm də miqrantlar çalışırlarsa, bu zaman miqrantlar klassik Ştreykbexerlər rolunda çıxış edirlər, yəni həmkarlar ittifaqlarına daxil olmaqdan, öz əmək hüquqları uğrunda mübarizə aparmaqdan imtina edirlər. Ən çox da ona görə ki, onlar azad insanlar deyillər, məsələn, onların pasportları və ya iş üçün icazələri yoxdur. Bu da burjuaziyaya nəinki onları ştreykbexer kimi istifadə etmək, həm də yerli əhalinin əmək haqqını azaltmaq imkanı verir, “bunlar” daha az pula sizin işi yerinə yetirə bilərmiş.

Bu miqrantların burjuaziya tərəfindən işçi hərəkatına qarşı istifadə olunmasının birinci tərəfidir, indi ikinci tərəf haqda danışaq. 

Sinfi mübarizə və miqrantlar

Sol qüvvələrin nümayəndələrinin siyasi arenadakı fəaliyyətləri adətən “sinfi mübarizədən başqa heç nə” prinsipi üzrə baş verir. “Bütün ölkələrin proletarları birləşin!” şüarı da buradan yaranır. Çünki bizim hamımızın bir düşməni var – burjuaziya. Bizi, müxtəlif millətlərin, etnosların və s. nümayəndələrini də bir-birinə qarşı məhz bu düşmən savaşdırır. Elə görünür ki, sanki hər şey sadə və aydındır.
Amma müasir dövr göstərir ki, bu heç də belə deyil. Bunu düşünmək və dərk etmək lazımdır ki, ölkədə miqrantların əməyinin istifadə olunub-olunmaması bizdən yox, burjuaziyadan asılıdır.Miqrasiya sahəsində qanunları burjuaziya qəbul edir, miqrantları burjuaziya işə qəbul edir. Belə hərəkətlərin yerli əhalidə müvafiq reaksiya yaratması olduqca təbiidir. Yəni, burjuaziya hər bir  zəhmətkeş insanın təbii hissləri üzərində oynayır. Çünki, o – bütün beynəlxalq həmrəyliyə baxmayaraq  - iş yerinin miqrant tərəfindən məşğul edilməsini istəmir.

Nəticədə burjuaziyanın miqrantların iş qüvvəsindən istifadə etməsi faktı cəmiyyətdə millətçi əhval-ruhiyyənin artmasına gətirib çıxarır. Buna görə də “sinfi mübarizədən başqa heç nə” prinsipi sanki işləməyi dayandırır. Amma millətçilər çox vaxt anlamırlar ki, burjuaziya məhv olsa miqrantların meydana çıxması problemi də yox olacaq. Öz-özlüyündə miqrantlar düşmən deyillər, düşmən vahid sinfi mübarizəni sinfi və milli mübarizəyə parçalayaraq onları öz xalqına qarşı istifadə edən burjuaziyadır, yeri gəlmişkən, milli mübarizə müasir dövrdə kapitalist burjua cəmiyyətində sağ qalmaq uğrunda mübarizədir.

Beləliklə, miqrantlar proletariata və sinfi mübarizəyə qarşı vasitə, burjuaziyanın silahı rolunda çıxış edirlər.Yəni, miqrantlar proletariat üçün şübhəsiz şərdir, onlar bu şəkildə işçi sinfin deyil, burjuaziyanın maraqlarına xidmət edirlər.Ən əsası işin məğzini unutmamaqdır. Çünki, biz hər hansı bir problemi həll edərkən bu problemin nəticəsini deyil, onun kökünü həll etməliyik. Biz orqanizmi müalicə etdikdə simptomlarla mübarizə aparmırıq, xəstəliklə mübarizə aparırıq. Miqrantlar məsələsində də tamamilə eyni şeydir.
Ona görə sağ millətçilər də burjuaziya ilə mübarizədə sol kommunistlər kimi maraqlıdırlar.
Əks halda, elə alınacaq ki, burjuaziya sinfi mübarizənin məhv edilməsi üçün onları öz maraqları yolunda istifadə edir. Amma sol yoldaşlar da heç bir halda hesab etməməlidirlər ki, miqrantlarla həmrəy olmaq olar. Ümumi sinif maraqlarının satqınları ilə nədə həmrəy olmaq olar? Yalnız xəyanətkarlıqda və opportunizmdə.
Buna görə də, miqrantlara haqq qazandırmağı və onları müdafiə etməyi vacib sayan, onların hüquqları uğrunda mübarizəninin vacibliyini söyləyən  sollar şəxsən mənim üçün ilk növbədə sinfi mübarizə deyil, milli mübarizə bayrağı qaldıran sağlar kimi burjuaziya oyuncağıdırlar. Çünki onlar da eyni dərəcədə mübarizəni sinfi və milli tərkiblərə ayırır.Burjuaziyanın maraqları üzrə hərəkət edən provakatorlar “barrikadanın hər iki tərəfində” var.

Həm sağlar,həm də sollar ilk növbədə burjuaziya ilə mübarizədə maraqlı olmalıdırlar,çünki, müasir cəmiyyətdə problemlərin mənbəyi burjuaziyadır. Problemin mənbəyi yox olduqda, burjuaziya olmadıqda “əmək bazarını” dağıdan, yerli əhalini sıxışdıran miqrantlarla problem də olmayacaq.Sinfi mübarizə azalacaq, çünki burjuaziya yıxılacaq, milli mübarizə də zəifləyəcək, çünki, daha miqrantlarla problem olmayacaq.
Hələlik isə, bu mövzuda bütün mübahisələr,boşboğazlıqlar, sağlar və sollar arasındakı barışmaz qarşıdurma ancaq burjuaziyanın xeyrinə işləyir. Biz sinfi və milli mübarizədən hansının ilk olduğunu aydınlaşdırdığımız zaman, biz bir-birimizlə mübahisə etdiyimiz və bir-birimizi siyasi düşmən kimi qiymətləndirdiyimiz zaman burjuaziya rahatca bizim gözəl Vətənimizin qalığını məhv edir, əhalini istismar edir və bu istismar və bir vaxtların xalqın mülkiyyətini özəlləşdirməklə milyonlarla kapital toplayır.

Artıq başa düşmək lazımdır ki, bizim bir ümumi düşmənimiz var – burjuaziya.


Tərcümə Azərbaycan Ekososialistləri 

Trotskizmin mahiyyəti haqqında


Dünya inqilab hərəkatında opportyunizmin və revizionizmin ən təhlükəli istiqamətlərindən biri trotskizmdir. O bugün dünyada geniş yayılmışdır. Təkcə bizim ölkəmizdə həmin cərəyanın onlarla sol qrupları vardır, keçmiş SSRİ ölkələrində, ilk növbədə Ukraynada, də belə qruplar az deyil. Sayları az olsa da, kommunist və işçi hərəkatına artıq indi hiss olunacaq dərəcədə zərər vururlar.

Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər.

Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə - marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin “inqilabiliyinə” inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Hazırda trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan ilk üçü “Avropa antikapitalist solu” təşkilatında birlikdə iştirak edir:
Birləşmiş Dördüncü İnternasional - ən böyük seksiyaları Fransada (Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada (“Kritik sol” Assosiasiyası), Danimarkada (Qırmızı-yaşıl koalisiya), Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası), Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada (“Sosializm və azadlıq”) yerləşir. Liderləri – Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan Tornett, Fransişku Lousa və digərlər.
Beynəlxalq sosializm tendensiyası – Sovet İttifaqının təbiəti haqda Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri – Aleks Kallinikos, Kris Xarman və digərləri.
İşçi internasionalı komiteti - ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və Almaniyada (“Sosialist alternativ” təşkilatı). Liderləri - Ted Qrant (1991-ci ilə kimi), Piter Taaf.
Beynəlxalq marksist tendensiya (BMT) – Pakistanda Pakistan xalq partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya “trotskizm” mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq taktikasını istifadə edirlər. Liderləri – Ted Qrant, Alan Vuds.
Trotskistlər işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı mənimsəyərək bu təşkilatlara daxil olub və orada möhkəmlənib inqilabi qüvvələrə möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi hərəkatı neytrallaşdırmağı bacararlar. Buna görə də, istənilən ölkədəki inqilabi hərəkat üçün “trotskizmi” tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca vacibdir.
Bu mübarizə opportyunizmin bu müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki kimi, trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, çünki, işçilər öz sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar, amma trotskiçilər ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar tapırlar.
Trotskizm onlar üçün niyə bu qədər cəlbedicidir?

Birincisi, trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər, marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı, Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması konsepsiyasının müəllifi, Marksın,Engelsin və Leninin həqiqi ardıcılı və guya opportyunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar. Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin, opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin mahiyyətinin ifadəsi kimi qəbul edirlər.

İkincisi, trotskiçilər “sol” aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin bütün ölkələrdə “dərhal” devriləcəyini söz verən daha “sol” radikal köklənmiş inqilabçılar kimi göstərirlər.

Üçüncüsü,  trotskizm digər bir çox opportunist cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı ki, bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski, məsələn, həm çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist partiyasının rəhbər orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini sarsıdırdı – fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən asılı olan zaman daim partiya müzakirələrinə səbəb olurdu və s. Möhkəm əqidəli opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab doğurmadığını gördükdə bu qədər qəzəblə onun əlehinə çıxmamışdı. Bu ikili xüsusiyyət bugün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir – gah kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli söyüşlər yağdırılır.

Dördüncüsü, trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır, və o trotskizm ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən sovet tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir. Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış təsəvvürlərin daxil olmasına səbəb olur.
Bolşeviklərin Oktyabr inqilabına qədər Trotski ilə mübarizəsi
Oktyabr inqilabına qədər rus bə beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, B.İ.Lenin trotskizmi bir şəxsin – Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının kiçik qrupunun ideologiyası sayırdı: “Rusiyada o – 0”. Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə “yalnız öz şəxsi şübhələrini, başqa heç nə”(3) ifadə edirdi. Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. Onun heç vaxt heç bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları, rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı var.(4)
Trotski öz bioqrafik əsərlərində trotskizmin əsasına çevrilən “original” nəzəriyyələrin yaranma tarixini 1905-1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (XİX əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi, anarxistlərin bəzi fikirlərini qəbul edirdi,sonralar öz nəzəri baqajını Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın olan baxışları bölüşürdü. Mühacirətdə olarkən “İskra” ilə əməkdaşlıq edərək Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq edirdi. RSDIP –nin (Rusiya Sosial-Demokrat İşçi Partiyası)  II qurultayında onlarla birlikdə Leninin və qatı iskraçıların əlehinə çıxışlar edirdi, bolşeviklərlə mübarizə aparmaq üçün yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi menşevik mövqeyində qalmışdı, baxmayaraq ki, tez-tez istisna məsələlərdə özünü fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi “permanent inqilab nəzəriyyəsi” oldu, hansını ki, Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş “işçi hökumətinin” hədəfi daha inkişaf etmiş ölkələrdə inqilabı “itələməkdən”, həmçinin də onların daxili işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. “Rədd olsun sərhədlər”, “Müharibə inqilabın anasıdır”, “Proletariatın diktaturası - bugün və bütün ölkələrdə” – trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli həll etmək vacibliyindən irəlin gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin gözündə məhz bu yolla nüfuzdan salırdı. V.İ.Lenin dəfələrlə “permanent inqilab nəzəriyyəsini” sadəcə geniş xalq kütlələrinin işçi sinfin partiyasından uzaqlaşdırmağa bacarıqlı avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu nəzəriyyəni “məntiqsiz-sol” nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini proletariatın “özünüməhdudlaşdırma” nəzəriyyəsini inqilaba sırımağa cəhd etməkdə ittiham edirdi.
Bolşeviklər Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən  trotskizmlə sərt ideoloji-siyasi mübarizə aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq V.İ.Lenin Trotskini ikiüzlü İuduşka (Şedrinin qəhrəmanı İuduşka Qolovlev-ə oxşar), öz təfriqəçi hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar intriqaçı kimi xarakterizə edirdi. Trotski “xüsusi gurultulu ifadələrlə gizlənərək menşeviklərin arxasınca sürünür”, - V.İ.Lenin yazırdı. (5) 

Menşevizm öz təsirini itirdikdən, Trotskinin isə özünün opportunist partiyasını yaratmaq cəhdləri iflasa uğradıqdan sonra o digər bir çox menşevik xadimləri ilə birlikdə bolşevik bayrağı altında bolşevizmə qarşı mübarizə aparmağa davam etmək üçün bolşeviklərə qoşulmağa qərar verir. 1917-ci ildə uzun müddət bolşeviklər və menşeviklər arasında tərəddüd edən  Rayonlararası sosial-demokratiya təşkilatının tərkibində RSDİP-nin VI qurultayında iştirak etmədən bu qurultay vasitəsilə bolşevik partiyasına qəbul olunur. Bununla belə, Trotski Leninə qarşı çoxillik mübarizədə öz səhvini etiraf edəcək hər hansı bəyanat vermir. Düzdür, sonralar o qeyd edirdi ki, Lenin partiyanın təşkilatı quruluş məsələlərində menşeviklərlə  (həmçinin də onunla,Trotski ilə!) mübahisə etməkdə haqlı idi. Amma trotskizmin – “permanent inqilab nəzəriyyəsini” – Trotski yenə də marksizm-leninizmə qarşı qoyurdu. Bundan əlavə, o iddia edirdi ki, 1914-1917-ci illərdə Lenin “fikirlərini dəyişdi”, trotskiçi mövqeyinə keçdi və bu “nəzəriyyəni” qəbul etdi, hansı ki, guya 1917-ci ildə bolşeviklərin strategiyasının əsası oldu.
Lenin, partiya Trotskinin bu uydurmalarının  yalançılığını  aydın göstərdi. 1917-ci ildə öz məruzələrinin birində o deyirdi: “Trotskizm – çarsız, hökumət isə işçi hökuməti”. Bu yanlışdır. Xırda burjuaziya mövcuddur, onu atmaq olmaz. Amma o iki hissədən ibarətdir. Kasıb hissə işçi siniflə birgə addımlayır” (6). Trotski tez-tez qeyd edirdi ki, partiya ilə mübarizədə o əsas zərbələri V.İ.Leninə qarşı yönəldir. “Möhtəşəm döyüş olacaq, - və Lenin bu döyüşdə öləcək”, - Trotski 1910-cu ildə öz məsləkdaşlarına lovğalıqla yazırdı. O menşevikləri “leninizmin əsaslarını” məhv etməyə səsləyirdi. O, 1913-cü ildə yazırdı ki, bolşevizm binası “yalan və böhtan” üzərində qurulub. 1917-ci ilin mayında isə elan etdi: “ Bolşeviklər azaldılar.. Bizdən bolşevizmi qəbul etməyi tələb etmək olmaz” (7).
Gördüyümüz kimi, bolşevik partiyasının trotskizmə qarşı mübarizəsi hələ oktyabrdan əvvəlki dövrlərdə də aktiv idi, Böyük Oktyabr inqilabından sonra isə o daha da gərginləşdi. Kapitalizmdən sosializmə keçid dövründə bolşeviklərə qarşı çıxış edən bütün oppotunist cərəyanlardan məhz trotskizm daha təhlükəli idi.
Birincisi, onun opportunizmi gizli və maskalanmış idi, “sol” ifadəsi isə xırda burjua “inqilabçılığı” əhval-ruhiyyəsinin təsiri altına düşmüş xadimləri cəlb etmək bacarığında idi.
İkincisi, trotskizm uzun müddət təkcə rusiya menşevizminin növ müxtəlifliyi kimi deyil, həm də daha çox kautskiançılıqla sıx bağlanaraq beynəlxalq oppotunuzmin növ müxtəlifliyi kimi mövcud oldu. Bu ona qərb burjua dairələrində dəstəyi olan Qərbi Avropanın sosial-demokrat partiyasının mərkəzi xadimləri simasında xarici himayədarların köməyinə arxalanmaq imkanı verirdi.
Üçüncüsü, trotskizm məntiqli antileninizm və antibolşevizm ilə seçilirdi ki, bu da bolşeviklərin siyasətindən narazı olan və onun dəyişməsini arzulayan insanların diqqətini cəlb edirdi.

Bolşevik partiyasının trotskizmə qarşı mübarizəsinin Oktyabr inqilabından sonrakı dövrdə əsas mərhələləri

1917-ci il – partiya Trotskinin silahlı üsyanın müddətini uzatmaq və onu Sovetlərin qurultayı ilə əvəz etmək cəhdlərini aradan qaldırdı.
1918-ci il – V.İ.Leninin ölkənin imperializm müharibəsindən inqilabi çıxışının əksinə olan N.İ.Buxarinin başçılığı ilə “sol” kommunistlər fraksiyası ilə mübarizəsi. Bu “ultra-inqilabçılar” fraksiyasının mütəffiqi və ilhamvericisi Trotski idi.
1919-cu il – Partiyanın VIII  qurultayı hərbi quruculuqda Trotski tərəfindən tətbiq edilən metodları pislədi.
1920-ci il – RKP-nin IX qurultayı Trotskinin əməyin ümumi hərbiləşdirilməsi, ölkədə “kazarma kommunizminin” tətbiq edilməsi təklifini rədd etdi.
1920-1921-ci illər – ümumpartiya müzakirələri zamanı həmkarlar ittifaqları barəsində vətəndaş müharibəsinin başa çatması şəraitində kütləvi zəhmətkeşlər təşkilatlarının demokratikləşdirilməsi siyasətinə, V.İ.Lenin tərəfindən irəli sürülmüş və əsaslandırılmış kommunist partiyasının proletariat diktaturası sistemində və sosializm quruculuğunda rəhbər rolu haqda tezisə qarşı Trotskinin, onun mütəffiqi Buxarinin, digər oppotunistlərin hücumları dəf edildi. Trotskinin aktiv olaraq qarşı çıxdığı partiyanın ideoloji birliyi saxlanıldı.
1922-1923-cü illər – partiya trotskiçilərin ayrı-ayrı yerli partiya təşkilatlarında fraksiyaçı çıxışlarını pisləyir, Trotskinin və onun mütəffiqlərinin bir sıra siyasi və nəzəri məsələlərdə qaydalarını rədd edir.
1923-cü il – RKP MK XII qurultay ərəfəsində Trotskinin kənd təsərrüfatı üzərində “sənaye diktaturasının” qurulmasına yönəlmiş təklifini pislədi, hansı ki, işçi siniflə kəndlilərin ittifaqının dağılmasına gətirib-çıxara bilərdi.
1923-1924-cü illər – Trotski tərəfindən başladılmış yeni ümmumpartiya müzakirəsi beynəlxalq, iqtisadi siyasət və partiya quruculuğu məsələləri üzrə trotskiçi mövqeyin məğlubiyyəti ilə yekunlaşdı. Avropa inqilabının Qızıl Ordunun Polşaya və Almaniyaya hərbi müdaxiləsi vasitəsilə “hərəkətə gətirilməsi”, kəndçiliyin sosializm sənayesinin “müstəmləkəsinə” çevrilməsi, partiya apparatının “çırpılıb təmizlənməsi”- guya termidorçu məsləkdən dönmə yolunda dayanan lenin qvardiyası nümayəndələrinin işçilər və tələbələr arasında bolşevizm ənənələri ilə zəif tanış olan daha gənc kommunistlərlə əvəz edilməsi haqda trotskiçi təkliflər rədd edildi.
1924-cü il – Trotskinin “Oktyabr dərsləri” adlı antileninçi məqaləsinin səbəb olduğu müzakirənin gedişi zamanı partiya trotskizmin ideoloji-nəzəri platformasını, partiya və Böyük Oktyabr sosialist inqilabı tarixinin trotskiçi saxtalaşdırmasını ifşa etdi.
1925-ci il – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XIV qurultayı trotskizmə oxşar mövqedən çıxış edən “yeni opozisiyanı” pislədi.
1926-1927-ci illər – partiyanın trotskiçi-zinovyevçi opozisiya blokuna qarşı sərt mübarizəsi.
1927-ci il - Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XV qurultayı blok liderlərini partiyadan çıxardı və partiyaya aid olmaqlarını partiya sıralarında dayanmaqları ilə bir araya sığmadığını qəbul etdi.
1928-1929-cu illər – antisovet mübarizəsi yolunu seçmiş gizli trotskizm qruplarının birdəfəlik ləğvi. Trotski ölkə xaricinə mühacir edilmişdi və 1932-ci ildə sovet vətəndaşlığından çıxarılmışdı.

Trotskiçi oppozisiyanın ideyalarının mahiyyəti nədədir?

1.     Oktyabr inqilabının və onun doğurduğu proletar diktaturasının məntiqi-sosialist xarakteri inkar edilirdi.
2.     SSRİ daxilində sosializmin qələbəsi üçün lazımi şəraitin olmaması söylənilirdi, bununla əlaqədar olaraq inqilabın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrə “eksportu” haqda avanturist istiqamət səsləndirilirdi. Digər ölkələrdə inqilabi hərəkatlara dəstək olmaq üçün öz ölkəsində maksimum mümkün olanı həyata keçirmək haqda Lenin siyasətini trotskiçilər böhtancasına milli-məhdudlaşdırılmış kimi təsvir edirdilər. Lenin partiyasının guya Rusiya mütləqiyyətini xarici siyasi kursunun davamı olan milli-konservativ kursu haqda iftira da məhz trotskiçilərə məxsusdur. Bu yalan hələ də bütün antikommunistlər tərəfindən geniş istifadə olunur.
3.     Iqtisadiyyatda kapitalizm elementlərinin rolu və təsiri, xırda burjuaziya təhlükəsi və dünya kapitalizminin SSRİ-yə təsir dərəcəsi istənilən vasitə ilə artdı. Müasir trotskiçilər həmçinin iddia edirlər ki, dünya proletar inqilabı qalib gəlmədən dünyanını heç bir yerində əsl sosialist iqtisadiyyat yaradıla bilməz.
4.     Dünya inqilabının “qələbəsinə” kimi kapitalizm quruluşunun bərqərar olduğu dövrdə burjuaziyanın tətbiq etdiyi metodlara uyğun metodlardan istifadə edilməsi təklif edilirdi. Bununla əlaqədar olaraq partiyann sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab, işçi sinfin və kəndlilərin ittifaqının möhkəmləndirilməsi, sovet xalqlarının dostluğu ilə bağlı məqsədləri rədd edilirdi və ya təhrif edilirdi. Zorakılıq sosializm quruculuğunun əsas metodu elan olunurdu, amma istismarçılara qarşı yox, işçilərə, xüsusilə kəndlilərə qarşı zorakılıq.

Burjuaziya propaqandası sovet quruluşunun demokratikləşdirilməsi təşəbbüsünü trotskiçilərin ayağına yazır. Müasir trotskiçilər eyni nəzər nöqtəsini öz sələflərinin hərəkətlərində də müdafiə edirlər. Həqiqətdə isə trotskizm oppozisiyası SSRİ-də demokratikləşdirməni partiyanı və sovet dövlətini idarə etməkdə işçilərə daha geniş hüquqların verilməsi mənasında müdafiə etmirdi, əməyin hərbiləşdirilməsi, “qaykaların bərkidilməsi”, dövlət və partiya apparatının fəaliyyətinə nəzarətdə sovet xalqının iştirakının məhdudlaşdırılması və s.mənada müdafiə edirdi. Belə siyasətin nə ilə nəticələndiyini Stalinin ölümündən sonra Sov.İtKP-a rəhbərlik edən qatı trotskizm tərəfdarı N.S.Xruşovun idarəçiliyi aydın göstərdi.Sovet İttifaqının iqtisadiyyatında və siyasətində həmin “sağ dönüş”, hansı ki, qanuna uyğun olaraq SSRİ-də qorbaçovun yenidənqurması zamanı kapitalizmin tam qələbəsi ilə yekunlaşdı, məhz onun dövründə başladı.
1. Beynəlxalq siyasət sahəsində trotskiçilər partiyanı təriqətçilik və fırıldaq yoluna itələyirdilər. Onlar kapitalizmin müharibədən sonrakı stabilliyi faktını inkar edirdilər; digər ölkələrdə təcili inqilablara səsləyirdilər; vahid cəbhə taktikasını guya reformist taktika kimi lağa qoyurdular; burjua hərəkatları kimi milli-azadlıq hərəkatlarının müdafiəsinə və artan hərbi və faşizm təhlükələri ilə mübarizədə bütün demokratik qüvvələrin birliyinə qarşı çıxırdılar.
2. Trotskiçilər Leninin partiya haqqında nəzəriyyələrinin üstünə xüsusi qəzəblə düşürdülər. Onlar partiya apparatını nüfuzdan salmaq, partiyada nizam-intizamı zəiflətmək,onun birliyini dağıtmaq, fraksiyaların və qruplaşmaların azadlığına nail olmaq istəyirdilər. Onların ölkənin ən çətın vaxtlarında partiyada yaratdıqları sonsuz müzakirələr partiya qüvvələrini mühüm dövlət məsələlərinin həllindən yayındırırdı, partiya sıralarında nizamsızlıq və sarsılmalar yaratmaqla sıravi partiyaçılar çaşdırırdı.

Partiyada Trotskinin tərəfdarları çox idi?
Brest sülhü uğrunda mübarizə dövründə trotskiçilərin və “sol” kommunistlərin xəttini partiyanın təxminən 1/4- 1/3 hissəsi dəstəkləyirdi. Həmkarlar ittifaqları haqqında müzakirələrdə trotskiçilər və digər opportunistlər öz platformalarına kommunistlərin 20%-ni tərəfdar tutmağa nail oldular. 1923-cü ildə partiya üzvlərinin təxminən 11%-i trotskiçilərə səs verdilər.XV qurultay ərəfəsindəki müzakirələrdə - 0,5%-dən az. XV qurultayın qərarlarına uyğun olaraq müxalifətçi fəaliyyətinə görə kommunistlərin 0,3%-i partiyadan çıxarıldı, onlardan çoxu sonradan öz səhvlərini qəbul etdilər və yenidən partiyaya bərpa olundular.
Trotski əhalinin hansı təbəqələrinə arxalanırdı?
Trotskiçilər kommunistlər arasında deyil, partiyasızlar arasında, hər şeydən əvvəl bürokratlaşmış işçi nümayəndələri, şəhərin xırda burjuaziyası, burjua ziyalıları, tələbələrin qeyri-proletar hissəsi, həmçinin aşağı şəhər və kənd təbəqələrinin sinifsizləşmiş elementləri arasında dayaq axtarırdılar və tapırdılar.
İşçi sinif və zəhmətkeş kəndlilər, bir qayda olaraq, sözsüz trotskizmi pisləyərək bolşevik-leninçilərin xəttini dəstəkləyirdilər.
Troskiçilər qardaş kompartiyalar tərəfindən də sərt tənqid edilirdilər. Onların bütün o vaxtkı görkəmli xadimləri Trotskini və onun tərəfdarlarını tənqid edirdilər.
30-cu illərdə Trotski ölkə xaricində olarkən, beynəlxalq kommunist və işçi hərəkatına nifaq salaraq öz kapitulyant baxışlarını aktiv təbliğ edir. Dünya burjuaziyasının xeyrinə SSRİ-nin birinci beşillik planını, sənayeləşmə siyasətini və kənd təsrrüfatının kollektivləşdirilməsini pisləyərək SSRİ-nin tənqidi ilə çıxış edir. Öz tərəfdarları ilə birlikdə imperialist işğalçılarla müharibədə SSRİ-nin məğlubiyyətinin qaçılmaz olduğunu söyləyərək, bununla da faktiki olaraq faşizmlə birləşərək dünyada geniş antifaşist cəbhəsinin yaradılmasına qarşı aktiv mübarizə aparırdı.
İspaniyada vətəndaş müharibəsi zamanı trotskiçilər faşistləri hər vasitə ilə təmizə çıxarırdılar, respublikaçı hökumətin devrilməsinə çaılışırdılar, Xalq Cəbhəsi hökumətini devirmiş hərbi qiyamın təşkilində aktiv iştirak etmişdilər. Onlar Sovet İttifaqının respublikaçılara yoldaşlıq köməyini “Sovetlərin imperialist kimi Pireney yarımadasında möhkəmlənməyə can atması” kimi təqdim edirdilər. İnqilabın məğlubiyyətindən sonra ispaniyalı respublikaçılar haqlı olaraq, faşizmin köməkçisi hesab etdikləri Trotskidən qisas almağa and içmişdilər. Onlardan biri Trotskini 1940-cı ildə Mexiko yaxınlığında öldürdü.
İkinci Dünya müharibəsi illərində, trotskiçilər antihitler koalisiyasına, Müqavimət hərəkatına qarşı çıxırdılar, Almaniya ərazisinin mütəffiq qoşunları tərəfindən bombarduman edilməsini pisləyirdilər. Onlar müharibəni hər iki tərəf üçün imperialist müharibə hesab edərək Sovet İttifaqını imperialist İngiltərə,Fransa və ABŞ-ı “dəstəkləmək” mövqeyinə keçməkdə ittiham edirdilər.
Əsas faşist hərbi cinayətkarlar üzərində Nyurnberq prosesi zamanı onlar Qerinqi,Ribbentropu və digərlərini azad etməyi və müttəhimlər skamyasında antihitler koalisiyası ölkələrinin rəhbərlərinin guya ikinci dünya müharibəsinin əsas səbəbkarları kimi əyləşdirilmələrini tələb edirdilər.
Bugün liberallardan-qatı antisovetçilərdən eşitdiklərimizi olduqca xatırladır, düz deyil? Bu heç də təəccüblü deyil. Dünya imperializmi öz məqsədləri üçün çoxdan solçu ideya və şüarlardan istifadə edir. Bu ideya və şüarlar onun üçün heç bir təhlükə daşımır, amma dünya inqilab hərəkatına ciddi zərər vurur. Burjuaziya zəhmətkeşlərə SSRİ-nin məhvini misal göstərməklə və sosializm ölkələrinin sosializmdən kapitalizmə keçməsinin qaçılmaz olduğunu sübut etməklə sosializm inqilabı uğrunda mübarizənin tamamilə perspektivsiz olmasını  göstərmək üçün trotskiçilərin antikommunist və antisovet şablonlarını çox götürüb istifadə edir.

Trotskiçilər imperialistləri təkcə “arqumentlərlə”təmin etmirdilər və etmirlər,həm də burjua təbliğatı üçün kadrlarla təmin edirlər. Hələ keçən əsrin 40-50-ci illərdə burjua “sovetoloqları” arasında trotskizmin tanınmış ideoloqları S.Xuk,C.Kennon, İ.Doyçer və başqaları xüsusi yer tuturdular. Və trotskizmin və imperialistlərin belə həmrəyliyi qanunauyğundur, axı onların sinfi mahiyyəti eynidir. Trotskizmin dayağı - əhalinin xırda burjua təbəqəsidir,hansılar ki,cəmiyyətdə müəyyən müddətlik tutduqları yerdən və siyasi kallıqlarının gücündən nəinki solçu mövqedən immunitetə malik deyillər, həm də sanki ona meyl edirlər. Xırda burjuaziya öz sosial təbiətinə uyğun olaraq təmkinlik, təşkilatçılıq, nizamlıq, dözümlülük bacarığı göstərə bilmir və o saat vəziyyətdən uzaq yollarla, “dəli” inqilabçılıqla çıxış axtarır. “... Siz – öz obyektiv rolunuza görə imperializm provakasiyasının alətisiz. Sizin subyektiv “psixologiyanız” isə hirslənmiş xırda burjua psixologiyasıdır...” (8), - Lenin trotskiçi ideologiyasının sinfi köklərini aydın və dəqiq göstərərək onlara yazırdı.
1924-cü ilin yanvar ayında baş tutmuş RKP-nin XIII  konfransında qeyd olunurdu ki, trotskizm “ təkcə bolşevizmin təftiş edilməsi cəhdi, təkcə leninizmdən birbaşa kənarlaşmaq deyil, həm də aydın ifadə olunan xırda burjua meylliyidir. Heç bir şübhə yoxdur ki, bu müxalifət xırda burjuaziyanın proletar partiyasının mövqeyinə və onun siyasətinə təzyiqini obyektiv ifadə edir.” (9)
Elə həmin zaman trotskizmin digər başlıca xüsusiyyəti də ifşa edildi – öz tezislərinin və məqsədlərinin sağ müxalifətçi məzmununu solçu frazeologiya ilə maskalamaq. “... Hiyləgərlik edir, fırıldaq işlədir, özünü sol kimi göstərir,sağlara kömək edir, hələlik icazə veririk...” (10) – Lenin Trotskinin söz ekvilibristikasının mahiyyətini belə qiymətləndirirdi. O dəfələrlə qeyd edib ki, sağ və “sol” müxalifət arasında birbaşa əlaqə var. “Sol” təmayül işçi hərəkatında sosial-demokratiyanın uğursuzluğuna reaksiya kimi meydana çıxırdı, və əksinə, solçu sıçrayışlar  həmişə sağ müxalifətçi baxışlar və sosial-reformist əhval-ruhiyyə bəsləyiblər. “Sağ” və “sol” təmayüllər bir-birini doğurur. Bu bir medalın iki üzü kimidir. Üzdəki ziddiyyət arxasında hər iki cərəyanın dərin ümumiliyi gizlənir. Antikommunizm, antisovetizm və antipartiyaçılıq – müxalifətin hər iki növ müxtəlifliyinin ideologiyasının  və siyasətinin özəyi budur.
“Ultrasolçuluğa” gənc qruplar - tələbələr və təhsil alan gənclər xüsusi yüksək həssaslıq nümayiş etdirir. Müasir kapitalizmin ədalətsizliklərinə sərt reaksiya göstərərək, onlar çox vaxt anlamırlar ki, ədalətsizliyə yalnız işçi siniflə birgə fəaliyyət yolu  ilə son qoymaq olar və dünya imperializmi kimi belə təcrübəli, mahir və qəddar rəqiblə mübarizə bilik, həmrəylik və yüksək təşkilatlanma tələb edir.
Trotskiçilər özlərinin müasir inqilab hərəkatında avanqard rolları haqda fikirləri siyasi düşüncəsi tam inkişaf etməmiş tələbəçilik təbəqələrinə yeritməklə, məhz tələbə gənclərlə daha aktiv işləyirlər. Onlar öz mövqelərini guya işçi sinfin dəyişməsi, onun mənəvi cılızlaşması və ,uyğun olaraq, müasir kapitalizm şəraitində müstəqil mübarizə aparmaq bacarıqsızlığı ilə sübut edirlər. Bununla da işçi sinfin bəzi təbəqələrində olan mənfi hallar trotskiçilər tərəfindən qabardılır, müsbət hallar haqda isə susurlar və ya inkar edirlər.
Bu şəkildə tələbə gəncliyi işçi sinfə qarşı yönəltməklə trotskiçilər geniş antikapitalist cəbhəsinin yaranmasına mane olurlar, irtica qüvvələrinin yalnız sosializm uğrunda mübarizədə başda əhalinin digər istismar olunan təbəqələrinin – kəndlilər,tələbələr, ziyalılar və digərləri - dəstəyi ilə işçi sinif getdiyi halda geri çəkildiklərin aydın sübut edən dünya inqilabı təcrübəsini inkar edirlər.
Trotskizmin üçün xarakterik elementlər siyasi prinsipsizlik, boş, “solçu” sözbazlıq,eklektisizm, bir tərəfdən o biri tərəfə məfkurəvi sıçrayışlar, məsuliyyətsiz avantürizmdir. Təxminən yüzillik mövcudluğu ərzində trotskizm az da olsa ardıcıl və düzgün ideologiya yetişdirməyi bacarmadı. Onun əsasını təşkil edən tezislər tez-tez biri digərinə zidd olan, orda-burdan götürülmüş utopik və yalançı ideyalardan parçalardır.
Əgər istənilən trotskist üçün olduqca xarakterik bir xüsusiyyət - antistalinizm, hansı ki, buna görə keçmiş SSRİ respublikalarında onu dərhal müəyyən etmək olar, haqda qeyd etməsək, trotskizm haqda söhbət natamam olar. Bu məsələdə trotskiçilər dünya burjuaziyasının qabağına hətta doxsan doqquzluq da çıxararlar. Trotskiçilər İ.V.Stalinin adı ilə bağlı olan hər şeyə - onun özünə,siyasətinə nifrət edirlər, Stalin və ya onun dövrü haqda yaxşı danışanlar isə onlar üçün 1 nömrəli düşmənə çevrilir.
İ.V.Stalinin özünə  trotskiçilər burjua təbliğatçılarından və ideoloqlarından daha çox qara yaxırlar. SSRİ-də mövcud olmuş bütün mənfi hallar onun adına yazılır, onu sovet ölkəsində  20-50-ci illərdə yaşanmış bütün pisliklərin və bədbəxtliklərin səbəbkarı kimi göstərirlər. Stalin dövrünün SSRİ-nin aşkar tarixi uğurlarını inkar etmək mümkünsüz olduğu halda, trotskiçilər tez-tez öz inadkarlıqlarında axmaqlıq səviyyəsinə çataraq onun liderinin hər hansı xidmətlərini qəbul etməkdən imtina edirlər.
Özlərini həqiqi marksist-leninçi kimi təqdim edən trotskiçilər hakimiyyəti zamanı sovet sosializminin məhv edildiyi Qorbaçov haqda pis heç nə söyləməzlər, amma kimin rəhbərliyi altında ki, Sovet İttifaqının dünyada ən böyük derjavaya çevrilərək bütün insan fəaliyyəti sahələrində nəzərə çarpan nailiyyətlər əldə etmişdi, həmin şəxs onlarda vəhşi qəzəb tutması  yaradır.Bundan sonra trotskiçiləri kommunist,marksist,leninçi və ümumiyyətlə - həqiqi sosializm mübarizləri hesab etmək olarmı? Əlbəttə, yox!

Trotskiçilər –dünya inqilab hərəkatında məqsədləri inqilabi hərəkatı daxildən pozmaqla onu neytrallaşdırmaq, onun birləşməsinə,təşkilatlanmasına mane olmaq olan, bütün insanlığı istismardan və zülmdən birdəfəlik azad etmək üçün zəhmətkeşlərin bütün qüvvələrini bir yumruqda toplamağa imkan verməyən burjuaziyanın seçmə dəstələridir.

Trotskiçilər Stalinə  və onun siyasətinə niyə nifrət edirlər? Çünki, stalin siyasəti özünün ən  aydın ifadəsində  burjuaziyanın yaşaya bilməyəcəyi proletariatın diktaturasıdır! Trotskiçilər kimi burjuaziya əlbirlərinə onun yanında yer yoxdur!
Sosializm və kommunizm yolunda həqiqi mübariz Stalinə və onun siyasətinə nifrət edə bilməz, çünki bu məhz kommunizmə aparan yolun keçdiyi siyasətdir. İstənilən həqiqi kommunist bunu başa düşür. Başa düşmək istəməyən isə təyinatına görə kommunist deyil.

Trotskizm vaxtilə darmadağın edilmişdi. Bu V.İ.Leninin, İ.V.Stalinin, bolşeviklər partiyasının və Kominternin kommunist partiyalarının böyük xidməti idi. İndi, SSRİ-nin və sosializm ölkələrinin məhvindən sonra, başqa formalarda və başqa variantlarda yenidən meydana gəlmək üçün  trotskizm yenidən başını qaldırıb, amma onun mahiyyəti dəyişməz olaraq qalır və onun məqsədləri yenə eynidir – dünya inqilab hərəkatını dağıtmaq, onu tərksilah etmək, sosializm uğrunda yeganə doğru yoldan döndərmək. Ona görə də hər bir kommunistin və kommunist və ya işçi partiyasının vəzifəsi mövcud cəmiyyətin inqilabi dəyişməsinə can atan zəhmətkeşlər  və zülmə məruz qalanlar qarşısında trotskizmin alçaq provakator mahiyyətini ifşa etməklə trotskizmlə barışmaz mübarizə aparmaqdır.

L.Sokolskiy


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

26 авг. 2013 г.

1991-ci ilin 20 avqust tarixində Liviya başçısı Müammar Qəddafi Q.İ.Yanayevə teleqram göndərir:
“SSRİ-də fövqəladə vəziyyət üzrə dövlət komitəsinin sədri, prezident Qennadiy Yanayevə.

Sizi cəsur tarixi hərəkətinizə görə təbrik etməyimizə sevinirik. Ümid edirik ki, bu hərəkət SSRİ-ni  təkcə SSRİ-yə qarşı deyil, həm də bütün dünya ölkələrinə qarşı yönəlmiş geniaşmiqyaslı imperialist əlbirliyi nəticəsində düçar olduğu ölümcül böhrandan xilas edəcək. Biz Sizin hərəkətinizi bütün qətiyyətliyi ilə dəstəkləyirik, çünki, birləşmiş Sovet İttifaqı, ikinci dünyəvi güc kimi, bugün dünyada fəaliyyət göstərən bir barbar qüvvə nəticəsində hər yerdə təhlükəylə qarşılaşan dünyəvi sülh naminə həyati vacibdir. Azadlığa, sülhə və inkişafa düşmən olan qüvvələri yalnız güclə saxlamaq mümkündür, çünki, onlar əxlaqi və mənəvi dəyərlər tanımırlar. SSRİ müstəmləkəçiliyə və imperializmə münasibətdə tarixi müqavimət faktorudur. Sizin yerinə yetirdiyiniz böyük işi öz iradələrinin əksinə olaraq zorakılığa və imperializmin pis niyyətləri nəticəsində ayrılığa məruz qalan bütün “üçüncü dünya” ölkələri dəstəkləyir. Bu əməl SSRİ-nin dünyadakı prestijinin, sovet vətəndaşının imperialistlərin çirkin pəncələri ilə tapdalamaq istədikləri ləyaqətinin yüksəlməsi, həmçinin SSRİ xalqları və ərazisi üçün vacib olan birliyin bərpa edilməsi üçün çox mühümdür. Biz Liviya Ərəb Sosialist Xalq Camaxiriyasının SSRİ ilə möhkəm tarixi dostluğa, hansı ki, biz ondan heç bir şəraitdə əl çəkməmişik, sədaqətini təsdiq edirik.  Liviya sülhün, sosializmin və bütün xalqların və prinsiplərinin – tərəddüdlü, zəif və tamahkar prinsiplərdən fərqli olaraq, azadlığının təmin olunmasına tərəfdardır. Biz Sizi dəstəklədiyimizi təsdiq edirik və Sizinlə yanaşı dayanırıq. Azadlıq, sosializm və sülh uğrunda inqilabi mübarizəyə eşq olsun!”.