Təbiət son nəfəsini verir
UEYN ELLVUD
Çarlz Darvin misilsiz alim idi - son dərəcə dəqiq və hər şeylə maraqlanan. İyirmi il ərzində o öz tədqiqatlarının  məlumatlarını diqqətlə təhlil etdi, mətni cilaladı və yalnız 1859-cu ilin noyabrında  insanların özünə və onları əhatə edən canlı təbiət dünyasına baxışını dəyişmiş  "Təbii seçmə  yolu ilə növlərin mənşəyi..." adlı öz inqilabçı əməyini dərc etdi.
Bu gün  əksəriyyətimiz  müasir təkamül biologiyasının əsasının  əsası olan  təbii seçmə  nəzəriyyəsiylə tanışıq, amma 150 il əvvəl Darvinə  küləyə qarşı getmək lazım olmuşdu. Anqlikan Kilsəsi  Darvinin nəzəriyyəsini  dünyanın və insanın yaranması haqda incil doktrinasıyla uyuşmaz qəbul edərək ona sərt qadağa  qoydu. 
Cəmiyyət ona gülürdü. Qaynar ictimai mübahisələr gedirdi. Amma Darvin sarsılmaz idi. Bu gün onun bütün heyvanların və bitkilərin təbii seçmə nəticəsndə inkişaf etməsi və şəraitə uyğunlaşması  haqda  əsas ideyası müasir elmlərin əsasını formalaşdırır. O yeni dünyaya qapı  açdı - qapı, hansını ki, dini fundamentalistlər və "intellektual dizayn" tərəfdarları əvvəlki kimi bağlamağa çalışırlar.
Vaxtilə Darvinin apardığı uzun müddətli mübarizənin həyəcanlı əks-sədaları bu gün də eşidilir.  Biz də həmçinin tənqidi düşüncəni tamamən sındırmazdan əvvəl onu küncə sıxan yanlış illüziyaların  tələsinə düşmüşük. Bundan əlavə, bizi əhatə edən mif daha təhlükəlidir və daha dərin köklərə malikdir.
Bizim ən böyük  mifimiz - iqtisadi artımdır; iqtisadiyyatın həmişə  arta bilməsinə, Yer kürəsinin təbii resurslarından yarada biləcəyimiz sərvətə  heç bir məhdudiyyət olmamasına inamdır. Ümumi daxili məhsulun (ÜDM) artımı ilə  ölçülən artım – müxtəlif dünya ölkələri hökumətlərinin ağılında olan budur. Artımın  statistikası bizim həyatımıza möhkəm girdi. Artım çiçiəklənməyə və iş yerlərinə bərabərdir. Artım inkişafa  bərabərdir.
ÜDM 1940-cı illərin sonlarından,BMT-nin Statistika komissiyası tərəfindən hazırlanmış milli hesabların standart sistemi tətbiq edilməyə başlayandan sonra iqtisadiyyatın inkişafının ölçmək  üçün alətə çevrilir. Bəşəriyyət  tarixinin çox hissəsi boyunca iqtisadi artım xəyali kateqoriya  kimi bir şey  idi. Dayanıqlı  artım ideyası ilə  insanların yalnız son  səkkiz nəsili(təxminən toplam olaraq 125 min nəsildən) tanışdır. 
"ekoloji iqtisadiyyat"ın  banisi German Deyli yazır: "Tarixi dayanıqlı  vəziyyət normal vəziyyət hesab edilirdi; artım -  normadan sapmadır.”
Dayanıqlı vəziyyət dedikdə  Deyli istehsalın ilkin mərhələsindən başlayaraq istehlakın sonuncu mərhələsinə kimi təbii resurslardan maksimum aşağı istifadə zamanı daimi əhali iqtisadiyyatını nəzərdə tutur.
 Cari dünya iqtisadi böhranı bizim iqtisadi artımdan asılılığımızı  göstərir. İqtisadiyyat büdrəyəndə nə baş verir? Maliyyə bazarları dağılır, daşınmaz əmlak qiymətdən  düşür, kompaniyalar  bir-birinin ardınca  müflis olur, işsizlik sürətlə artır, sosial patologiyalar çoxalır. Bu şəkildə, Keynçilik  iqtisadi nəzəriyyəsinin dirçəlişi  baş verir. Nasosu dövlət fondlarından milyardlarla doldurun. İnvestisiyaların, istehsalın və iş yerlərinin sayının artmasına gətirib çıxaracaq  vergi azalmalarına və maliyyə stimullarına dua edin.
Amma dünya artıq həddən artıq çox şey istehsal edir, hansıların ki, böyük  hissəsi lazımsızdır və ya tamamilə  faydasızdır. Biz dünyanı istehlak mallarıyla zibilləməyə davam edirik, çünki bu inkişafı stimullaşdırır. Nə qədər ki, iqtisadiyyat böyüməyə davam edir,hər şey yaxşıdır. Artım istehsalın və istehlakın fasiləsiz dövrünü davam etdirərək iş yerlərini saxlamağa icazə verir, investisiyaları gəlirli edir. Məhsuldarlığın artması və  sonsuz gəlir axtarışları varlığın əsas prosesinə çevrilir. Sonsuz gəlir yığımı  və genişlənmə kapitalizmin əsasıdır.
Belə bir nümunə götürək: 1950-ci ildən 2000-ci ilədək olan vaxt ərzində dünya iqtisadiyyatı yeddi dəfədən çox böyüdü. Proqnozlara görə  eyni artım 2050-ci ilə  kimi də  gözlənilir.
İnkişafın indiki  tempi ilə  iqtisadiyyatın böyüməsi  hər 15 ildə  ikiqat artmışdır. Təsirli  rəqəmdir, xüsusilə  1950-ci ilə qədər insan sivilizasiyasının tarixi boyu dünya iqtisadiyyatının 6 trilyon dollar yığdığını təsəvvür etsək.
Amerika iqtisadçıları  Fred Maqdoff  və Con Ballami Fosterin qeyd etdiyi kimi: "Artımsız kapitalizm - oksumerondur. Artım dayanan kimi sistem böhran vəziyyətinə daxil olur". Nəticə : insanın həyatı asılı olduğu təbii mühitə indi insanların və digər varlıqların yaşadığı yer kimi baxılmır, iqtisadiyyatın genişlənməsi prosesində hazırlanmalı olan krallıq kimi baxılır.
Xoşagəlməz həqiqət ondan ibarətdir  ki, təbii resurslar məhduddur. Biz artımın ekoloji sərhədlərinə yaxınlaşmırıq, biz artıq onun  hüdudlarını çıxmışıq. Və artma prosesində biz planeti öz tullantılarımızla zibilləyirik və  insanlğın və digər canlıların asılı olduğu ekosistemlər üçün təhlükə yaradırıq.  Ekoloji pozuntular statistikası  bütöv kitabxana  təşkil edə bilər. Biz bərpa olunan və bərpa olunmayan resursları çox  sürətlə sərf edirik.
2005-ci ildə "Minilliyin kəndarında ekosistemlərin qiymətləndirilməsi"də - BMT-nin  himayəsi altında 10000-dən çox alimin birgə aparılmış işi – iqlimin nizama salınması,içməli su tsikli,tozlanma,balıq vətəgəsi və s. kimi ekosistemin 60% imkanının öz həyat qabiliyyətini itirməsi və ya lazım olmayan obrazda istifadə olunması haqda məlumatlar var.
İnsan fəaliyyəti Yer kürəsinin  təbii funksiyalarına elə  ağır təsir  göstərir ki,  planetin ekosistemlərinin insan fəaliyyətinə  tab gətirməsi öz-özünə  olan bir şey hesab edilə bilmir.
"Ekoloji iz" (Ecological Footprint) ekologiya cərəyanı bu nəticəni təsdiq edir. Ənənəvi iqtisadi elm ətraf mühitə iqtisadiyyatın tərkib hissəsi kimi baxmağa çalışır. Ecological Footprint konsepsiyasının müəllifləri  insanın bizim  tərəfimizdən sərf edilən resursların istehsalı və tullantıların saxlanması üçün lazım olan  ərazi ölçüsünü hesablamağa imkan verən yaşam  mühitinə  təsir  ölçüsünü qiymətləndirirlər.
Bir insanın həyatının saxlanılması üçün 1,8 hektar torpaq  lazımdır. Zənginlərin  dünyasında  bu göstəricilər orta statistik göstəriciləri ötür: kanadalılar 8 hektar istifadə edirlər, amerikalılar - 10, orta statistik göstəricidən  5 dəfədə çox  yuxarı . 1961-ci ildə insanlar Yer kürəsinin  bioloji imkanlarının yarısını  istifadə etdilər, amma  2006-cı ilə  biz  planetin imkanından 44 % artıq  istifadə etməyə başladıq. Ekoloqlar bu fenomeni təkrar istehsal adlandırırlar. Bərpa olunan və bərpa olunmayan təbii resurslar mənbələrinin ehtiyatları tükəndiyindən, bu yolverilməz müvəqqəti vəziyyətdir. Vakernaqel yazdığı kimi, istehlakın saxlanılması üçün biz karbon 4-oksidin  atmosferdə yığılmasına  icazə verərək resursları məhv edirik.
Əsas gunahkar - neftdir. Mədən yanacağı növlərinin yandırılması, xüsusən neftin, qlobal iqtisadiyyatı irəli  aparır. Neft - cəmlənmiş enerjinin qeyri-adi şah əsəridir: üç xörək qaşığı neftin enerji həcmini insanın səkkiz saatlıq  əl əməyiylə  müqayisə etmək olar. “Yaxınlaşan neft böhranı” (The Coming Oil Crisis) kitabının məllifi  Kolin Kempbell dəqiq qeyd etmişdir ki, bu bizim hər birimizin əvəzsiz işləyən  qul komandasına malik olmağımız kimi bir şeydir.
Napaleon Bonapart deyirdi  ki, ordu qarında yürüş edir. Müasir dünya iqtisadiyyatı neftdə yürüş edir, amma bu iblislə sazişdir. Bu gün xərclər bonusları ötür. Misal üçün insanın günahı üzündən parnik qazları, hər şeydən əvvəl mədən yanacağının yanmasının zərərli məhsulu olan karbon-4 oksid təhükəsi ilə qarşılaşan iqlim sistemini götürək.Biz nə qədər çox  neft və kömür yandırırıq, atmosferə bir o qədər  çox karbon -4 oksid  atılır, balansı bir o  qədər daha çox  pozuruq.
Aparıcı mütəxəssislərin-iqlimşünasların fikrincə, təhlükəli iqlim dəyişikliklərinin qarşısını almaq üçün, karbon qazının konsentrasiyası milyonda 350 hissəni ötməməlidir. CO2-nin cari konsentrasiyası - 390 m.h-dir, proqnozlara görə iyirmi birinci əsrin sonuna kimi  konsentrasiya 650 m.h təşkil edəcək, bu isə artıq dünya temperaturunun Selsi şkalası üzrə  4 dərəcədə artımını bildirir. Bu rakursda aydın  olur ki, bizim  böyük problemlərimiz var. Afrikanın, Çinin, Hindistanın və Latın Amerikasının böyük  hissəsi səhra və ya yarımsəhra olacaqlar. Siz "ekoloji qaçqınlar" terminini eşitmisiniz? Bu termini unutmayın, siz onu artıq tez-tez eşidəcəksiniz.
Hətta öz-özlüyündə artım  effektiv deyil. Biz sadəlövhcəsinə bu problemi  həll edəcəyimizə ümid edərək, planetdə sərvətlərin və gəlirlərin  balanslaşdırılmamış bölgüsü haqqında söhbətlərdən  çəkinirik. Belə ki, 20% varlı əhali resursların yaxşı hissəsinə sərf etdiyi halda, 80%-ə daxil olan  ən kasıb hissə yerdə qalmış zərrəciklərlə kifayətlənməli olur. Artım sonrakı bərabərsizliyin bəraəti olur. Bununla belə, bir çox tədqiqatlar göstərir ki, istehlakın yüksək səviyyəsi əmin-amanlığa və xoşbəxtliyə aparmır. 1950-ci ildə ABŞ-da adambaşına düşən ÜDM  göstəricisi  üç dəfə artdı, amma  1970-ci illərdən özünü xoşbəxt hesab edən insan faizi  əksinə  olaraq azalır. Riçard Uilkinson və Keyt Pikket “Əmin-amanlığın  səviyyəsi” (The Spirit Level) kitabında yazır ki, firavanlıq vətəndaşları daha  xoşbəxt  etmir. Müəlliflər  nisbətən kasıb, sosial-bəzrabərsizlik nisbətən daha az olan ölkələrdə insanlar daha xoşbəxt yaşayırlar.
 Biz iqtisadiyyatın inkişafını sosial bərabərlikdən daha üstün tuturuq  və buna görə çox şey ödəyirik: yüksək istehlak və yığım sindromuna meyilli olan xəstə  və bədbəxt insanlar  planetin  resurslarını məhv edir.
Azad bazarların  aktiv tərəfdarları inanırlar ki, texnologiya və insan ixtiraçılığı problemləri həll etməyə icazə verəcək. Təkmilləşdirilmiş texnologiyalar  minimum enerji,material sərf etməklə varlı olmağa imkan verəcək. Bu qaranlıqda çalınan  fitdir. 1977 –ci ildən  2000-ci ilə qədər olan dövr ərzində  varlı dövlətlər enerji səmərəliliyinin artırılması üzrə  çox yüksək rəqəmlərə nail oldular. Ancaq bütün bu səylər istehlak  artımı  fonunda heç  oldu. İqtisadi tədqiqatlar fondu (New Economics Foundaition)  nəticəyə  gəldi ki, karbon qazı tullantılarının səviyyəsini 2050-ci ilə  kimi 350 m.h  sabit saxlamaq üçün  dünya iqtisadiyyatının istehsal vahidinə düşən CO2-nin miqdarı  95% azaldılmalıdır. Texnoloji  effektivliyi artırmadan ÜDM-un böyüməsi  ətraf mühitə böyük zərər vurur. Ancaq effektivliyin artırılması artımı  aktivləşdirir, nə eyni nəticəyə gətirir.
Biz  150 il əvvəl Darvinin öz nəzəriyyəsinə qarşı  qoyduğu mifdən daha cəlbedici mifin əsarətdəyik. Biz əbədi iqtisadi artım  haqqında xəyallarla  yaşayırıq. Bərabərsizlik atmağa davam etdiyi vaxt biz ərtaf mühitin dözə biləcəyindən  çox sərf edərək və daha çox tullantı istehsal edərək şimal yarımkürəsində   ekoloji imkanların hüdudlarını artıq bir neçə onillik əvvəl aşmışıq.
Proqnozlara görə  yaxın 40 ildə planetin əhalisi 3 milyarda qədər arta  bilər - bu  1950-ci ildə Yer kürəsində əhalisinin sayından  çoxdur.
Ən böyük əhali artımı yoxsulluğun daha da çiçəkləndiyi, həyat şəraitinin insana dəhşətə gətirdiyi Cənub yarımkürəsində gözlənilir. Növbəti üç milyard insan necə sağ qalacaq? Ədalət  tələb edir ki, biz böyük ölkələrdə  iqtisadi artımı  dayandıraq və onlar üçün lazım olan sahəni azad edək. Yer kürəsinin  taleyi bundan asılı ola bilər.
Biz buna hazırıqmı?
İqtisadiyyat - insanın yaratdığıdır. Tanrının yaratdığı  deyil. Biz onu yaratdıq, biz bu dəyişdirə bilərik.
Комментариев нет:
Отправить комментарий