1945-ci
ilin qələbə mayı SSRİ üçün təkcə müharibənin triumfal sonu deyildi. Ölkənin
yarısı xarabalığa çevrilmişdi, insanların həyat səviyyəsi müharibəyə qədərki
səviyyədən çox geri düşmüşdü, astanada isə yeni qarşıdurmanın kölgəsi
görünürdü. Təəccüblüdür, zəifləmiş İttifaq cəmi 5 il ərzində nəinki dirçəldi,
həm də iqtisadi gücünə görə ikinci dünya derjavasına çevrildi.
Sovet
xalqı faşizm üzərində qələbəyə çətinliklə nail oldu. Quru statistika
“liberal” adlandırılanların xoşladıqları “SSRİ məğlub olmuşlar sırasında
olsaydı necə olardı“ sualına aydın cavab verir. Axı, Çexiya,Belçika, Fransa və
digərləri də işğal altında olmuşdular, amma bu heç bir xüsusi nəticələrə gətirib
çıxarmamışdı. Bəlkə, İttifaqın avropa hissəsində (çünki, faşistlər çətin
ki, Urala üz tutardılar) həyat reyxin kölgəsində çiçəklənərdi və xeyirxah
bürgerlər yüksək texnologiyalı folksvagen və optika istehsalı işindən sonra
bavariya pivəsi içərdilər, sahələrdə isə ağ evlərin kirəmit damları altında
sovetinkindən fərqli kök inək sürüsü bəslənərdi?
Olduqca
şübhəli təklifdir. Rusiya Sovet Federativ Sosialist Respublikası,
Ukrayna,Belorusiya,Pribaltikanın qərb zonalarının azad edilməsindən sonra
dəhşətli rəqəmləri üzə çıxaran inventarizasiya aparıldı: müharibəyə qədərki
işçi sayının 15-17%-dən az işçi qalmışdı.Sənaye müəssisələrinin 13%-ə qədəri
salamat qalmışdı. Kənd təsərrüfatında müharibəyə qədər olan traktor və kombayn
parkının yarısından azı qalmışdı, həm də maşınların çoxunun əsaslı təmirə
ehtiyacı vardı. İşğal olunmuş rayonlarda mal-qaranın sayı müharibəyə qədərki
dövrlə müqayisədə 20-25% at, 40% iribuynuzlu heyvan səviyyəsinə enmişdi,
donuzların 10%-i qalmışdı.
Müharibə
zamanı 1710 şəhər və şəhər tipli qəsəbə dağıdılmışdı, 70 min kənd məhv
edilmişdi, 65 min km dəmiryol yolu partladılmışdı və sıradan çıxarılmışdı.
İqtisadçıların hesablamasına görə, ölkə milli sərvətlərinin təqribən 1/3-ni
itirmişdi. Nəticədə vətəndaşları yeni həyata uyğunlaşan və müharibənin sonuna
kimi alman reyxi uğrunda çalışan işğal edilmiş avropa ölkələrindən fərqli
olaraq, SSRİ ərazisində müharibə hər şeyin və hər kəsin tamamilə məhvi üzərində
aparılırdı.
Rəqəmlər
amansız şəkildə sübut edir: belə planların yerinə tamamilə yerinə yetirilməsi
üçün az vaxt qalmışdı. Bizim bu müharibədə qazanılmış qələbənin həm cəbhədə,
həm də cəbhə arxasında bizim xalqın böyük gərgin gücü hesabına qazanıldığını
söyləməyimiz böyütmə və sadəcə gözəl metafora deyil. Həqiqətən də,
müharibənin sonuna xalq artıq gücdən düşmüşdü və zəifləmişdi, həyat səviyyəsi
katastrofik şəkildə aşağı düşmüşdü. Buna görə sovet ali rəhbərliyində
dağıdılmış sahələrin yenidənqurulması üçün tələsməmək təklif olunurdu,
“sovet xalqına istirahət üçün şərait yaratmaq”. Belə qərar daha məntiqli
görünürdü, çünki, 1946-cı ildə görünməməş quraqlıq nəticəsində ölkədə aclıq
yaşanırdı, yenidənqurma vaxtı idi?
Bununla
belə müharibənin sonuna kimi aydın oldu: anti-hitler koalisiyası mütəffiqləri
Almaniya üzərində qələbədən sonra mehriban əlaqələrini davam etdirmək
istəmirlər. İndi bizə məlumdur ki, qərb ordusunun qərargahlarında diqqəti Qərbi
Avropaya yönəlmiş orduların Şərqə, onların düşündüyü kimi, zəifləmiş Qırmızı
Orduya qarşı irəliləməsi planları hazırlanırmış. Enerji bərpası tərəfdarlarının
göstərdiyi kimi, “soyuq müharibə” fazasına keçmiş kapitalizm və sosializm
düşərgələrinin qarşıdurması, ABŞ –ın nüvə silahına malik olmasını da nəzərə
almaqla, istənilən an gərginləşə bilərdi.
Belə
baxışın kvintessensiyası Stalinin 1946-cı ilin fevralında söylədiyi nitq oldu,
harada ki, o elan etdi: “Biz çalışmalıyıq ki, bizim sənayemiz ildə 50 milyon
tona kimi çuqun, 60 milyon tona kimi polad,500 milyon ton kömür, 60 milyon tona
qədər neft istehsal etsin. Ancaq bu şəraitdə hesab etmək olar ki, bizim
Vətənimiz bütün təsadüflərdən sığortalanmışdır. Buna, çox güman ki, ən azı üç
yeni beşillik lazım olacaq”.
Tarix göstərdi ki, İosif Vissarionoviç
səhv etmişdi. Ölkənin bərpa tempi keçmiş mütəffiqlərini heyrətləndirərək
və dərin fikrə apararaq əslində daha yüksək oldu. Aparıcı dünya
ekspertlərinin xarabalıqlarının bərpası mümkünsüz olan müharibə dəhşətlərinin
böyük muzeyi kimi qanuniləşdirməyi təklif etdikləri Stalinqradı yada salmaq
kifayətdir. Amma tələsməyək. Həqiqətdə, iqtisadiyyatın bərpası işğaldan azad
edilmiş ərazilər üzrə artıq müharibə gedən zaman başlamışdı.
Müharibənin əvvəlində alman-faşist
qoşunları tərəfindən tamamilə işğal edilmiş Moskva yaxınlığındakı kömür
hövzəsinin tarixi buna parlaq nümunə ola bilər. Azad olunduqdan dərhal sonra
1942-ci ildə şaxta və qəsəbələr bərpa olunmuşdu, və artıq 1943-cü ildə kömür
hasilatı müharibəyəqədərki səviyyəni 45 % ötmüşdü. Döyüşən ölkə təkcə qərb
regionlarından evakusiya olunmuş istehsalın işlədiyi arxa cəbhədə deyil, yeni
işğaldan azad edilmiş ərazilərdə də sənayenin inkişafı üçün böyük vəsait
xərcləmişdi. Təkcə 1943 və 1944-cü illərdə bu məqsədlə 17 milyard rubla
yaxın vəsait xərclənmişdi. Nəzərə alaq ki, 1929-1933-cü illərin ilk mühüm
beşilliyində, gənc SSRİ öz sənayesini yaratdığında kapital qoyuluşu ildə
təqribən 10 milyard rubl təşkil edirdi. Sovet insanları, sovet rəhbərliyi nə
qədər öz gücünə və yenilməz ordusuna inanmalı idi ki, düşmən hələ məğlub
edilməmiş belə xərclərə və cəhdlərə getsin!
Sovet İttifaqının iqtisadiyyatının
inkişafı qısa şəkildə “beşilliklər” adlandırılan beşillik planlara əsaslanırdı.
Müharibəyə qədər 3 beşillik plan qəbul edilmişdi, amma 3-cünün icrası faşist
Almaniyasının hücumuna görə baş tutmadı. 4-cü, müharibədən sonrakı, beşillik
ölkənin yenidən qurulması və qüdrətinin möhkəmlənməsi yolunda birinci olmalı
idi. Buna görə planda olduqca ambisiyalı məsələlər qoyulmuşdu: nəinki
müharibəyə qədərki istehsal səviyyəsini geri qaytarmaq, həm də bu səviyyəni
ötmək. Xüsusilə, 51% daha çox kömür və 14% daha artıq neft hasilatı nəzərdə
tutulurdu. Amma nəticədə bu hədəflər də ötüb keçildi: kömür hasilatı 57,4% -ə
kimi, neft isə müharibəyə qədərki hasilatla müqayisədə 21,7%-ə kimi artdı.
Beşilliyin sonuna maşınqayırma məhsullarının istehsal həcmi müharibədən
əvvəlkini 2,3 dəfə qabaqlayırdı. 4-cü beşillik illərində Zaqafqaziya
metallugiya zavodu, Kamenoqorskiy qurğuşun-sink kombinatı, Ryazanskiy
dəzgahqayırma zavodu kimi böyük və texnolji cəhətdən mürəkkəb 6500 müəssisə işə
salınmışdır.
Sovet
xalqının həyat səviyyəsinin yüksəldilməsində pul islahatı önəmli addım oldu.
Bugün liberal tarixçilər arasında belə hesab edirlər ki, bu islahat müsadirə
xarakteri daşıyırdı və əhalinin, ilk növbədə fəhlələrin və kəndlilərin,
əmanətlərini əllərindən almaq məqsədilə aparılmışdı. Elə həmin
tarixçi-liberalların bizə “stalin QULAQ-da” fəhlə və kəndlilərin nə dərəcədə
yoxsul və hüquqsuz olmaları haqda dayanmadan söylədiklərini də nəzərə alsaq, bu
nöqteyi-nəzər olduqca gülməlidir. İndi isə məlum olur ki, onlar əmanətlərə
sahib idilər, özü də az yox.
Amma
islahat həqiqətən də müsadirə xarakteri daşıyırdı: 3000 rubla kimi əmanətlər
başabaş dəyişdirilirdi, 3 mindən 10 minə kimi – 2/3-i, 10 min və ondan çox –
1/3-i. Pullarını corabında və döşəyində gizlədənlər isə “qanlı” onluq əvəzinə
rubl aldılar. Ancaq repressiyalardan əsas zərər çəkənlər müasir liberalların
mənəvi dədə-babaları – müharibədə varlanmış spekulyantlar oldular. Əksər
hallarda bu kapitalların kriminal mənşəli olması haqda danışmağa ehtiyac varmı,
və onları heç cürə doğru yolla qazanıldığını demək olmaz. Bununla belə,
fəhlələrin maaşları və kəndlilərin gəlirləri əvvəlki dərəcələrlə hesablanırdı
və eyni dəyərdə yeni pullarla ödənilirdi.
Bununla
belə, sosial ədalətin bərpası islahatın hədəflərindən sadəcə biri idi, özü də
ən əsası deyildi. Məsələ bundadır ki, müharibənin sonuna ölkədə inanılmaz nəğd
pul kütləsi toplanmışdı – mütəxəssislərin qiymətləndirməsinə görə, 43 milyard
yarımdan 74 milyard rubla qədər. Aydındır ki, bütün bu pul kütləsi iqtisadiyyata
təzyiq edirdi. Müharibə dövründə müxtəlif məhsullara ( ərzaq , kommersiya və
bazar )görə üç səviyyəliqiymətlər sisteminin yarandığını xatırlamaq kifayətdir.
Bu uyğunsuzluğu hər hansı yolla vahid məxrəcə gətirmək lazım idi. Bundan başqa:
sovet rublu işğal edilmiş ərazilərdə dövr etməsini dayandırmadığından,
iqtisadiyyata böyük həcmdə saxta pul nişanları atan faşistlər bundan istifadə
edirdilər. Yüksək səviyyədə hazırlanmış bu saxta pul nişanlarını dövriyyədən
çıxarmaq tələb olunurdu.
İldırımsürətli
islahat nəticəsində (bir həftə ərzində əsas SSRİ ərazisində və iki həftəyə -
ölkənin kənar və çətin əl çatılan rayonlarında ) nağd pulların böyük
hissəsini kənarlaşdırmaq mümkün oldu. İslahatın sonuna onun iqtisadiyyatdakı
həcmi təxminən 14 milyard rubl təşkil edirdi, hansı ki, bunlardan 4 milyardı
əhalinin əlində cəmlənmişdi. Bununla bərabər qiymətlərin aşağı salınması
istiqamətində qiymətlərin müəyyənləşdirilməsi islahatı da baş verdi və dövlət
ehtiyatında olan əmtəələr dövriyyəyə çıxarıldı, bu da yeni pulların əmtəə
dəyərini gücləndirməyə kömək etdi. Nəticədə rublun alıcılıq qabiliyyəti
möhkəmləndi, bu həmin fəhlə və işçilərin həyat səviyyəsinin yüksəldilməsinə
səbəb oldu.
Amma
müharibədən sonrakı ilk beşillik illərində yalnız müharibənin korladığı
iqtisadiyyatın düzəldilməsi aparılmırdı: sovet rəhbərliyinin planları uzaq
gələcəyi də əhatə edirdi. 1946-cı ilin aclığı həyat səviyyəsinin təbiətin
kaprizlərindən asılığını azaltmaq barədə düşünməyə vadar etdi. Nəticədə meşə
salma və suvarma sistemlərinin inkişafı üzrə böyük tədbirlər kompleksini
nəzərdə tutan Stalin planı adlandırılan təbiətin dəyişdirilməsi meydana
gəldi. Bu planın icrası sayəsində artıq 1951-ci ildə ət və yağ istehsalı
1948-ci il səviyyəsinin əksinə olaraq 1,8 dəfə, süd – 1,65, yumurta – 3,4
, yun – 1,5 dəfə artdı. Təəssüf ki, Xruşşovun rəhbərliyi dövründə bu qlobal
təbiəti mühafizə planı praktiki olaraq ləğv edildi ki, bu da nəticədə kənd
təsərrüfatı istehsalının katastrofik aşağı düşməsinə gətirib çıxardı.
Müharibədən
sonrakı ilk beşilliyin nəticələri ən cürətli gözləntiləri belə ötdü. SSRİ-nin
dünya iqtisadiyyatında müharibədən zərər çəkməyən ABŞ-dan sonra liderliyinin
əsası məhz bu illər qoyulmuşdur. Artıq 1950-ci ilin 1 martında sovet hökuməti
rublun dollara bağlantısından imtina etdi və 0,222168 q təmiz qızıla uyğun
gələn rublun qızıl standartı müəyyən edildi. Bununla bərabər, SSRİ təkcə
özü əvvəlki vəziyyətinə qayıtmağa çalışmırdı, həm də müharibədən sonra yaranmış
sosialist blok ölkələrinə də böyük kömək göstərirdi.
Arxaya boylanarkən, ağır üzücü
müharibədən sonra praktiki olaraq tamamilə məhv edilmiş təsərrüfatı
cəmi 5 il ərzində nəinki bərpa etmək, həm də həmin dövrün ölkələrinin çoxunun
iqtisadiyyatını arxada qoymağa imkan verən misli görünməmiş sıçrayış
atmaq üçün görülməmiş gərginlik göstərməyə özündə gec tapan atalarımızın
və babalarımızın mənəvi ruhuna və iradə gücünə haqq qazandırmamaq mümkün
deyil. Və heç cürə bu sualdan yayınmaq olmaz: axı niyə biz özümüz
tamamilə sülh şəraitində, “qeyri-effektiv sovet iqtisadiyyatından” imtina
etməyimizdən demək olar ki, ¼ əsr sonra belə nəticələrə yaxın sıçrayış
göstərə bilmirik?
İlya Nikonov
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий