Birləşmiş Ştatların
“Buford” ticarət gəmisi. Gəminin üzərində qeyd edilib: “Sovet Nuh gəmisi. Birləşmiş
Ştatların ordu nəqliyyatı “Buford” Milad bayramına hədiyyə olaraq Leninə Və
Trotskiyə 249 qırmızı aparır”.
1917-ci il Rusiyadakı Vətəndaş müharibəsi ABŞ-da
“Qırmızı təhlükə” qorxusunu daha da artırmışdı. ABŞ-ın kommunizm qorxusunun ilk
ili məhz 1917-1920-ci illərə təsadüf edir. Tarixçi Levin B.Mürrey ilk “Qırmızı
təhlükəni” “ümummilli isteriya, radikallara qarşı yönəlmiş, xüsusi mülkiyyəti,
kilsəni, ailəni, nigahı, vətəndaş hüquqlarını və amerika həyat tərzini məhv edəcək
qaçılmaz bolşevik inqilabı qarşısında qorxudan yaranmış isteriya” kimi
xarakterizə edirdi.
1918-ci ildə Vudro Vilson “Üsyana təhrik etmək”
haqqında qanun imzalayır. ABŞ-ın Birinci Dünyü Müharibəsinə qatılması ilə əlaqədar
“Şpionaj haqqında” da qanun qəbul edilir ki, bu qanuna görə 1918-ci ildə
sosialist nitqlərinə görə 5 dəfə ABŞ prezidenti postuna namizəd Yudjin Debs 10
il müddətinə azadlıqdan məhrum edilir (3 il sonraç 1921-ci ilin Milad
bayraminda azad edilir). Bu qanuna əsasən anarxist-femenist Emma Qoldman və
Aleksandr Berkman deportasiya edilir.
1919-1920-ci illərdə 24 ştat öz ərzisində qırmızı
bayraqlara qadağa qoyur. İlk “Qırmızı təhlükə” nəticəsində ABŞ –da Kommunist
partiyasının və analoji partiyaların üzvlərinin sayı 80% azalır. ABŞ
konqressinin nümayəndələr palatası sosialist baxışlarına görə Viktor Berqerin
mandatını ləğv edir.
ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı kişilərin
kütləvi şəkildə orduya cəlb edilməsi ilə müşayət olunur ki, bu da işçi qüvvəsi
çatışmazlığına səbəb olur. Buna görə Cənubdan neqrlər cəlb edilməyə başlayır.
1919-cu ilə 500 min neqrin Qərbə ştreykbexer kimi gətirilməsi ağ dərili işçilərlər
neqrlər arasında gərginlik yaradır. Birləşmş Ştatların Əmək departamentinin
nümayəndəsinin hesabatına görə 1919-cu ildə ayrı-ayrılıqda 38 üsyan qeydə
alınmışdı ki, bu üsyanlarda ağlar neqrlərə hücum etmişdilər. ABŞ daxilindəki bu
gərginliklər hökumət nümayəndələrini sosialist inqilabı qorxusu qarşisinda
qoyurdu.
1918-1920-ci illər arasında ABŞ-da sollara qarşı
aparılmış təmizləmə işləri tarixə Palmer reydi kimi də daxil olmuşdur. Bu reydlər nəticəsində 1919-cu ilin dekabrında
249 nəfər həbs edilmiş radikal aktivist Sovet Rusiyasına göndərilir. 1920-ci
ilin yanvarında təxminən 6000 nəfər, əsasən işçi ittifaqlarının nümayəndələri həbs
olunurlar. Başqa bir reyd nəticəsində 1 gecədə 4 min insan həbs edilir. Həbs
edilənlərlər arasında olan əcnəbi vətəndaşlar deportasiya edilir. 1920-ci ilin
yanvarına Palmer və Quver tərəfindən ABŞ tarixində ən böyük həbslər həyata
keçirilir ki, bu həbslərin də qurbanı ən azı 10000 insan olur.
Комментариев нет:
Отправить комментарий