1945-ci ilin 4-11 fevral tarixlərində İkinci Dünya müharibəsində 3
mütəffiq derjavaların başçılarının (İ.V.Stalin, F.D.Ruzvelt və U.Çörçil)
iştirakı ilə Krım Konfransı keçirilmişdi.Konfransda mütəffiq derjavaların hərbi
planları və müharibədən sonra sülh və beynəlxalq təhlükəsizlik sisteminin əsas
prinsipləri müzakirə edilmişdi. Konfrans iştirakçıları öz hədəflərini bəyan
etmişdilər: alman militarizminin və nasizmin məhvi.
1945-ci il fevralın əvvəlində, Krım konfransının fəaliyyəti günlərində
Hitler özünün siyasi vəsiyyətnaməsini hazırlayırdı. O, 1945-ci ilin 7
fevralında “özünü Birləşmiş Ştatlar adladıran yırtıcı haqqında danışmaq” qərarına
gəlir. “Onların yırtıcıdan başqa adı yoxdur! Bütün Avropa, onların anası, var
gücüylə bolşevizm təhlükəsinin dayandırmağa çalışdığı halda, Birləşmiş Ştatlar
Ruzveltin başçılığı altında özlərinin əfsanəvi resurslarını yalnız onları
boğmaq haqda düşünən bu asiya barbarlarının xidmətinə verməkdən başqa yaxşı bir
şey tapmadılar.”
Amma Hitler Ruzveltin SSRİ-yə yaxşı münasibəti barəsində səhv edirdi.
Onun həyat yoldaşı Eleonora xatirələrinin birində söyləyirdi ki, bir dəfə
amerika məktəblərindən birindəki xəritə onu təəccübləndiribmiş – xəritədə
SSRİ-nin yerində tamamilə ağ ləkə olub. Ona izah ediblər ki, həmin ağ yerdə o
dövlət yerləşir ki, onun adını belə xatırlamaq qadağandır.
Комментариев нет:
Отправить комментарий