Ingilis yazıçısı Q.Uells 1920-ci ildə
Sovet Rusiyasına səfər edir və Leninlə görüşür. O təəsüratları barəsində yazırdı:
“Məsələ burasındadır ki, həqiqi
marksist kimi bütün “utopistləri” inkar edən Lenin sonda özü də utopiyaya,
elektrifikasiya utopiyasına düçar oldu. O, üzərinə düşən hər şeyi edir ki,
Rusiyada işıqlandırma, nəqliyyat və sənaye üçün bütün quberniyalara enerji verəcək
nəhəng elektrostansiyalar yaratsın. O söylədi ki, sınaq kimi artıq iki rayon
elektriklə təhciz edilib. Belə böyük düzənlikləri olan, meşələrlə əhatə olunan,
savadsız kəndlilərin məskunlaşdığı, su enerjisi olmayan, texniki təhsilli
insanlar olmayan, ticarət və sənayenin demək olar ki, məhv olduğu bir ölkədə
bundan da cəsarətli bir layihə təsəvvür etmək mümkündürmü?
Belə elektrikləşdirmə layihələri indi Hollandiyada həyata keçirilir, İngiltərədə müzakirə olunur və təsəvvür etmək çətin deyil ki, əhalisi sıx olan bu yüksək inkişaf etmiş sənayeli ölkələrdə elektrikləşdirmə uğurlu, rentabelli və ümumiyyətlə əlverişli olacaq. Amma belə layihələrin Rusiyada həyata keçirilməsini yalnız yüksən fantaziyanın köməyilə təsəvvür etmək olar. Hansı sehrli güzgüyə baxmağımdan asılı olmayaraq, Rusiyanın belə gələcəyini görə bilmirəm, amma Kremldəki alçaq boylu insan bu bacarığa malikdir. O, dağılmış dəmiryollarının yerində necə yeni, elektrikləşdirilmiş yolların yaranacağını, yeni şose yollarının bütün ölkədən necə keçməsini, yenilənmiş və xoşbəxt, sənayeləşmiş kommunizm derjavasının necə yüksəldiyini görür. Və onunla söhbət zamanı o az qala məni özünün qüdrətinin reallığına inandırmışdı.
Комментариев нет:
Отправить комментарий