5 мар. 2014 г.


Şəkil 1900-cu ildə Belçikada çəkilib. Şaxtaçıları toyuq kimi qəfəs-liftlərə alt-üst yığıb şaxtaya işləməyə endirirlər.
Sağ və liberal düşərgə kapitalizmin gözəl bir quruluş olduğunu təbliğ edir. Təbii ki, indiki Avro-atlantik məkanın ölkələrinin simasında... Halbuki bu ölkələrdə rifah sadəcə 60-70-ci illərdən başladı. O da SSRİ ilə yarışma əsnasında, kommunizmin onların ölkələrinə sıçrayacağı qorxusundan fəhlələrin həyat səviyyəsini qaldırdılar. Və təbii ki, öz imperialist siyasətinin iqtisadi dividendlərindən və üstünlüyündən yararlanaraq. Amma bu rifaha qədər onlar bax bu şəkildə gördüyünüzdən də ağır günlərdən keçiblər. Orada işçi 12-13 saat işləyirdisə, Bakıda neçə saat işlədiyini heç bir tarixi bilginiz olmadan təsəvvür edin. Onların necə yaşadığını, hansı istismara və alçaltmalara məruz qaldığını təxmin edin. Bundan ötrü heç bir dərin tarixi biliklərə ehtiyac yoxdur, az-maz düşünməyə bacarmağınız kifayət edir. İndi özünüzü qoyun bu qəfəsdəki fəhlələrin yerinə və əlinizi vicdanınıza qoyub deyin: sizi istismar edən kapitalistə nə edərdiniz? O kapitalistin də həyat tərzini təsəvvür etməyi unutmayın. Sonra o hadisələrin hamısını proyeksiya edin bu günümüzə.
Və unutmayın! Artıq SSRİ yoxdur, kimdənsə çəkinib heç kim Azərbaycan işçilərinə gün ağlamayacaq. Azərbaycan balaca və zəif ölkədir, onun imperialist siyasət yürüdüb öz əhalisinin rifahını artırmaq imkanı yoxdur. Heç fərasətləri də yoxdur. Əslində buna ehtiyac da yoxdur, ölkənin imkanları sosial ədalətə riayət olunduğu təqdirdə bütün əhalinin yaxşı yaşamasını təmin edə bilər.

Комментариев нет:

Отправить комментарий