“ Sovet hakimiyyəti nədir? Hələ əksər ölkələrin başa düşmək istəmədiyi və ya başa düşə
bilmədiyi bu yeni hakimiyyətin mahiyyəti nədən ibarətdir? Onun getdikcə hər bir ölkəninin işçilərini özünə daha çox cəlb edən mahiyyəti bundan ibarətdir ki, əvvəllər dövləti bu və ya digər şəkildə varlılar və ya kapitalistlər idarə edirdilər, indi isə dövləti ilk dəfə olaraq məhz kapitalizmin əzdiyi siniflər, özü də kütləvi şəkildə, idarə edir. Torpaq xüsusi mülkiyyət olduğu müddətcə hətta ən demokratik, hətta ən azad respublikada belə kapitalın hökmranlığı qalır, dövləti həmişə doqquz-on kapitalistdən və ya varlıdan seçilmiş kiçik azlıq idarə edir.
Dövlət hakimiyyəti dünyada ilk dəfə bizim Rusiyada elə
şəkildə qurulmuşdur ki, yalnız işçilər, yalnız zəhmətkeş kəndlilər, istismarçılar istisna olmaqla, kütləvi təşkilatları – Sovetləri təşkil edirlər, və bütün dövlət hakimiyyəti bu Sovetlərə verilir. Buna görə də, bütün ölkələrdəki burjua nümayəndələri Rusiyaya nə qədər böhtan atsalar da, dünyanın hər yerində “Sovet” sözü nəinki anlaşılan, işçilər, bütün zəhmətkeşlər
üçün populyar, sevimli olub. Elə buna görə Sovet hakimiyyəti, kommunizm tərəfdarları müxtəlif ölkələrdə nə qədər təqib olunsalar da, Sovet hakimiyyəti qaçılmazdır, mütləqdir və yaxın gələcəkdə bütün dünyada qələbə çalacaq.
Biz yaxşı bilirik ki, Sovet hakimiyyətinin təşkilində hələ çox çatışmazlıqlarımız var. Sovet hakimiyyəti möcüzəvi talisman deyil. O keçmişin çatışmazlıqlarından, savadsızlıqdan, mədəniyyətsizlikdən, yırtıcı müharibənin mirasından, qarətedici kapitalizmin mirasından dərhal sağaltmır. Amma o sosializmə keçmək imkanı verir. O, zülm olunanlara ayağa qalxmaq və bütün dövlət idarəetməsini, bütün təsəsrrüfat idarəetməsini, bütün istehsal idarəetməsini getdikcə daha çox öz əllərinə almaq imkanı verir.
Sovet hakimiyyəti zəhmətkeş kütlələrin tapdığı,
sosializmə gedən yoldur və buna görə də doğru yoldur – buna görə də məğlubedilməzdir.”
Комментариев нет:
Отправить комментарий