1918-1920
ümumdünya kapitalist intervensiyasının ən ağır illərində, ağ-qvardiyaçı
ordularla mübarizə illərində Vladimir İliç Lenin və onun rəhbərlik etdiyi Sovet
Rusiyası İnstitutlar, onlarla elmi mərkəzlər yaradırdılar. Leninin
fəaliyyətini liberalların fəaliyyəti ilə müqayisə edin və onda aydın olacaq ki,
ağıldan kasıb liberalların əsas işi niyə Lenin və onun ardıcılları haqqından
yalandan ibarətdir.  
1918-ci il, yanvar – mühəndis (gələcək
  akademik) Q.O.Qraftio Leninin göstərişi ilə Volxov SES-in tikintisi üçün
  smeta hesablayıb hazırlayır. 
1918-ci il, mart – Professor Jukovskinin
  rəhbərliyi altında yay elmi bazası. Bauman adına Ali Texniki məktəbin
  nəzdində hesablama-sınaq bürosu ilə birgə fəaliyyət. 
1918-ci il – Lenin alim Vinterlə görüşdə
  nüvə energetikası üzrə aktiv fəaliyyətə başlanmasını istəyir. 
1918-ci il, mart – Nüvə energetikası
  sahəsində Elmi-Tədqiqat Akademiyasının təşkil edilməsi barəsində Leninin
  təklifi. 
1918-ci il, may – Beynin və psixi
  fəaliyyətin tədqiqi üzrə İnstitut yaradılır. 
1918-ci il, iyun – İİ Ümumrusiya aviasiya
  qurultayı, iyul – radium istehsalı üzrə ilk zavodun açılışı. 
1918-ci il, avqust – Leninin göstərişi
  ilə  Mixail Bonç-Brueviç tərəfindən Ali
  Geodeziya İdarəsinin və Aerofotoçəkiliş Dövlət Müəssisəsinin yaradılması. 
1918-ci il, sentyabr – Qatı maddələrin
  fiziki-kimyəvi tədqiqi üzrə İnstitut. 
1918-ci il, oktyabr – dünyada  Jukovskinin və Tupolevin başçılığı ilə
  özündə geniş tədqiqat sahələrini birləşdirən ilk institutun yaradılması. 
1918-ci il, dekabr – Yaradılır: Dövlət
  Tətbiqi Kimya İnstitutu;- Elmi Kimya-Əczaçılıq institutu. 
1918-ci il – Tverdə ilk radiolaboratoriya. 
1918-ci il, dekabr – Daha nəhəng Nijeqorod
  radiolaboratoriyası. 
1918-ci il – Artileriya təcrübəsi üzrə
  komissiya. Bu komissiya yeni avadanlıqlar, döyüş sürsatları və cihazları üzrə
  proqram yaratmışdı. 
1919-cu il – Ağır aviasiyanın inkişafı üzrə
  komissiyanın yaradılması. 
1919-cu il, iyul – Rusiya astro-geodeziya
  institutu. 
1919-cu il, dekabr – Dövlət Hesablama
  İnstitutu. 
1920-ci il, mart  - Şabolovkda Şuxov adına radio-teleqülləsinin
  açılışı. 
1920-ci il – Puteyskiy institutu nəzdində
  ilk hava məlumatları fakultəsinin yaradılması. 
1920-ci il – Yaradılmışdır; - Qızıl Hava
  Flotu (Jukovski adına)  mühəndisləri
  institutu; - Dövlət Xalq səhiyyəsi institutu; - A.N.Bax adına Biokimya
  institutu; - Vaksina və zərdab nəzarəti institutu; - Vərəm İnstitutu; -
  Sosial Gigiyena İnstitutu və s. 
1920-ci il – Alüminium-maqnazium xəlitələri
  üçün elektrolit üsulla maqneziumun alınmasının təkmilləşdirilməsi ilə
  əlaqədar Sovet Metallurqlarının Qurultayı barəsində qətnamə. 
1921-ci il, yanvar – İlk sovet sərnişin
  təyyarəsi - ağır “KOMTA” triplanı. 
1921-ci il, yanvar – Leninin göstərişi ilə
  “təyyarəçilik və aviaquruculuğun” inkişaf proqramının işlənib hazırlanması
  üzrə Komissiya yaradılır. 
1921-ci il, fevral – V.A.Steklovun
  təşəbbüsü ilə Fizika-Riyaziyyat İnstitutu yaradılır. 
1921-ci il, noyabr – yaradılmış institutlar;
  - Dövlət Rentgenologiya və Radiologiya İnstitutu ; - Dövlət Fizika-Rentgenologiya
  İnstitutu; 
1921-ci il, dekabr – Radium İnstitutu. 
1922-ci il – İlk elementar hissəciklər
  sürətləndiricisi. 
1921-ci il – Üzən Dəniz Tədqiqatı İnstitutu
  (PLAVMORNİN).  
1921-ci il – Yeni İxtiraların Təcrübə
  emalatxanası (EKSMANİ). 
1922-ci il, oktyabr – Tupolevin rəhbərliyi
  altında metal təyyarələrin hazırlanması üzrə komissiya. 
1922-ci il, dekabr – Avia-sənayenin
  inkişafı üzrə 3 illik proqram. 
1921-1923-cü illər – Astrofizika İnstitutu,
  K.A.Timiryazev adına Biologiya İnstitutu, Coğrafiya İnstitutu. 
1922-ci il – Moskva Dövlət Universitetinin
  nəzdində 11 elmi-təcrübə institutu yaradılmışdır. Fizika-riyaziyyat fakultəsi
  nəzdində ryaziyyat və mexanika, fizika və kristalloqrafiya, mineralogiya və
  petroqrafiya, zoologiya, botanika, antropologiya, astronomiya-geodeziya,
  geologiya, torpaqşünaslıq, coğrafiya və kimya. Tibb fakultəsi nəzdində - Ali
  Sinir fəaliyyəti İnstitutu. 
1922-ci il – Dünyada ilk dəfə konsertin
  radio vasitəsilə translyasiyası. 
1923-cü il – 400-lük  (Liberti) və 300-lük gücə malik
  “Ispan-Syuiza” avia-mühərriklərin istehsalı və M-11 sovet avia-mühərrikinin
  işlənib hazırlanması. 
1924-cü il – Dünyada ilk tamamilə metal
  ikimühərrikli TB-1 bombardmançı təyyarə 
 | 
 
1924-cü il
– Yeganə Dövlət Aviasiya Tresti. Təkcə 1918-1919-cu illərdə 33 elmi-tədqiqat
institutu yaradılmışdır. 1923-cü ilə belə institutların sayı 56-ya, 1929-cu ilə
kimi isə 406-ya çatmışdır.
- 1920-ci illər, sovet kəndliləri radioya qulaq asırlar. Sosialist inqilabı olmasaydı kəndlilərin radiosu olacaqdımı? Uzağı bir neçə varlı kəndlinin.
 
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:
Отправить комментарий