Hər dəfə ictimayyətdə etirazlar artıqda, sosial ədalətin
bərqərar edilməsinə doğru cəhdlər meydana
gəldikdə və 100 il əvvəl baş vermiş hadisələrə (17-ci ilin Oktyabr inqilabıdan
söhbət gedir) maraq yarandıqda hakimiyyətdə olan elita öz propaqandistlərinə
komanda verir ki, ölkənin həqiqi
problemlərindən diqqət yayındırsınlar.
Onlar bu məqsədlə nəsə bir ideoloji “tüstü pərdəsi”
düzəldirlər – çarizmin müsbət üzünü təbliğ edirlər, nəsə bir “dini mənəviyyat”dan
söhbət açırlar ( hansı ki hakimiyyətin liberalizm kursuna ziddir), millətçilik
alovunu alışdırırlar (əlbəttə ki, lazımi, hakimiyyətə uyğun lazım olan dərəcədə)
və təbii ki, 90-cı illərdəki dövlət çevrilişi dalğası nəticəsində hakimiyyətə gələn
hazırki elita antisovetçilik toxumu əkir.
Həvəslə şişirdilmiş mövzuların içərisindən ən öndə olanı Vətəndaş
müharibəsi illəri zamanı bolşevizm terroru, Leninin cəsədinin Mavzoleydən
çıxarılması təklifi, Oktyabr inqilabının alman pulları vasitəsilə edilməsi ilə
ittiham edilməsidir. Əslində bizim tarixin sovet dövründə heç kimin inkar edə
bilməyəcəyi nailiyyətlərlə bərabər rəsmən tarixi reallıqdan kənar olmayan,
bizim düşməzlərin xeyrinə olacaq xeyli və olduqca gərəksiz epizodlar da az
deyil. Amma yox, bu onlara kifayət etmir və onlar ən ədəbsiz yalan və
böhtanlardan istifadə edirlər (ki bu da təəccübləndirmir, axı onlar qebbel
metodu ilə hərəkət edirlər).
Bu məqalədə söhbət bolşeviklərin 1917-ci ildə alman şpionları olması
haqda əfsanədən gedir. Guya Oktyabr inqilabı məhz alman vəsaiti hesabına baş
tutmuşdu və bu Rusiyaya Birinci Dünya müharibəsini “qələbə” ilə başa vurmağa
imkan verməmişdi, nəticədə də kayzer Almaniyasının istədiyi kimi Brest sülh
müaviləsi bağlanmalı olmuşdu.
MİFİN MƏNBƏLƏRİ
Leninin şpionajda ittiham olunması konteksti hakimiyyət uğrunda
savaşın kəskinləşməsi ilə əlaqədar olaraq meydana çıxmışdı. Rusiyaya gələrkən
Vladimir İliç yeni inqilabi kursu elan edir və cəbhədəki vəziyyətdən və
Müvəqqəti hökumətin ümumi müvəfəqiyyətsizliklərindən asılı olaraq 1917-ci ilin
yayına bolşeviklərin tələblərinin ciddiliyi daha da aydın olur.
Bolşeviklərin iyul üsyanına cavab olaraq Müvəqqəti hökumət öz
tədbirlərini görür – daha dəqiq desək, bolşeviklər üzərində siyasi məhkəmə
işinə hazırlığa başlayır, işi Rusiya İmperiyasının ən görkəmli
müstəntiqlərindən biri olan P.A.Aleksandrova həvalə edir.
Aleksandrov tərəfindən hazırlanmış iyirmi iki cilddən ibarət cinayət
işi indiyə kimi dərc olunmayıb. İstintaq
materiallarının bir hissəsi onları L.M.Dobronravovla birlikdə 11 iyul 1917-ci
il tarixində həftədə bir dəfə nəşr olunan “Bez lişnix slov” jurnalında dərc
etmiş plexanovçu “Birlik” un üzvü, keçmiş bolşevik Q.A.Aleksinskiyə təhvil
verilmişdi.
Mənbənin əfsanəyə çevrilməsi növbəti məsələ ilə əlaqədardır. 1904-cü
ildə əks-kəşfiyyatda xidmət etmiş praporşik Yermolenko Dmitriy Stepanoviç
Birinci Dünya müharibəsinin əvvəlində əsir düşür və almanlar tərəfindən cəlb
olunur. Onu 1917-ci ilin aprelində təxribat törətmək, şpionajla məşğul olmaq və
separatçı sülh müqaviləsi və Ukraynanın azadlığı xeyrinə təbliğat aparmaq üçün
cəbhə xəttindən rus cəbhəsinə atırlar. Həbs olunan və A.İ.Denikinin ştabına
göndərilən Yermolenko sorğuda bildirir ki, Rusiyada ondan başqa Berlində
Skoropis-İoltuxovun mənzilində almanların tərəfində cəlb olunmuş Lenin də
almanlara işləyir. İfadənin protokolu mayın 16-si Denikin tərəfindən Petroqrada
hərbi nazirə göndərilir.
Daha sonra Q.A.Aleksinki ifadələrindən bir az da məftun olur və ifşa
etdiyi şpion dairəsini daha da genişləndirir. Hətta menşevik F.Dan belə bu
ifadələr barəsində bəyan etməli olmuşdu ki, “ rəsmən şərəfsiz yalançı elan
edilmiş insanın fədakarlığına son qoymaq vaxtıdır”.
Bu əfsanə bir müddət həqiqətən də işə yaramışdı və bolşeviklərin
avtoritetinə zərbə vurulmuşdu. Amma Müvəqqəti Hökumətə bu daha kömək olmadı –
ölkədə vəziyyət kritik həddə yaxınlaşdı və 17-ci ilin payızında Oktyabr
İnqilabı nəticəsində bolşeviklər ölkədə hakimiyyəti ələ keçirdilər.
PLOMBLANMIŞ VAQON
Müasir “ittihamçıların” da söylədiyi kimi V.İ.Lenin Almaniya
ərazisindən Rusiyaya xüsusi plomblanmış vaqonda göndərilmişdi. Bunda nə var ki?
Heç də təkcə o qayıtmırdı. Müvəqqəti Hökumətin qərarı və köməyi ilə bütün
siyasi emiqrantların, çar rejimi əlehdarlarının ölkəyə qaytarılması həyata
keçirilirdi. Onun adından rus emiqrantlarının vətənə qaytarılması üzrə Komitet
hərəkət edirdi. Bərabər qaydada
tərksilah edilib nəzarət altında saxlanılan almanların Almaniyaya qaytarılması
məsələsi də müzakirə edilirdi. Bolşeviklərdən başqa ölkəyə qaytarılanların
içərisində həm eserlər, həm menşeviklər, həm də bəzi milli partiyaların
nümayəndələri də vardı. O cümlədən Rusiyaya eyni qaydada V.İ.Lenin kimi
tanınmış menşevik liderləri Y.O.Martov və P.B.Akselrod da qayıtmışdı.
Almaniyanın xeyrinə şpionçuluqda Müvəqqəti hökumət tərəfindən təyin
edilmiş prokurorlar tərəfindən Trotski və eser liderlərindən olan Çernov da
ittiham edilirdi. Yeganə arqument isə eyni idi – Almaniya ərazisi üzərindən
gediş. Həqiqətdə isə Trotski ABŞ-dan, Çernov isə İngiltərə ərazisi üzərindən
keçməklə Fransadan qayıdırdı. Nəticədə eserlərin partiyası Müvəqqəti hökumətə
ultimatum elan etdi. Aparılmış istintaq anlaşılmazlıq elan edildi, rüsvay olmuş
prokurorlar isə işdən azad olundu.
PARTİYANIN ALMANİYADAN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ YA “ALMAN QIZILI”
1918-ci ilin yazında tanınmış Amerika jurnalisti Edqar Sisson
Rusiyadan Semyonov adlı hansısa rusiyalı
həmkarından aldığı, sonralar isə “Sisson sənədləri” adlandırılan
sənədləri Rusiyadan çıxarır – bu sənədlər bolşeviklərin Almaniya maraqlarına
uyğun təxribatçı fəaliyyətlərini və şpionluğunu, özü də alman pulları ilə, “tam
şəkildə sübut edirdi: guya ki, 1917-ci il hələ mart ayının 2-də Alman bankında bolşevik inqilabı üçün böyük
məbləğdə kredit açılmışdı.
Amma “Sisson sənədlərinin”
həqiqi olub-olmaması demək olar ki dərhal şübhə doğurdu. Fevral İnqilabından
sonra Rusiyada olan Edqar Sissonun kolleqası Artur Bullard 18-ci ilin martında
özünün “Alman qızılı haqqında” memorandumunda qeyd edirdi:
“Bolşeviklərin və Leninin Almaniya tərəfindən “saxlanılması” yeni
söhbət deyil. Bu söhbət şayiələr şəklində 1917-ci ilin oktyabrından qabaq da
meydana çıxırdı və ortadan yox olurdu. Daha sonra bolşeviklər hakimiyyətə
gəldikdən sonra “üzdən şübhəli və gizli
görünən simalar” Rusiyadakı ittifaq missiyalarını “alman izi” haqda
informasiyanı satmaq təklifləri ilə təngə gətirməyə başladılar.”
“Sisson sənədlərinin” saxta olmasını 1918-ci ilin oktyabrında ilk
bəyan edən fin sosialisti Nouterva oldu.
1919-cu ildə məşhur amerikalı
jurnalist, Rusiyada baş vermiş hadisələrin şahidi olmuş Con Rid onların (Sisson
sənədlərinin) yalan olduğunu sübut etdi. Elə həmin ildə Almaniya hökuməti açıq
şəkildə göstərdi ki, guya praporşik Yermolenkonu ələ alan və bolşeviklərə
göstəriş verən heç bir ofiser olmayıb.
Artıq 1956-cı ildə isə Amerikanın Müasir Tarix jurnalında Sisson
sənədlərini əsaslı surətdə araşdıran, keçmiş diplomat və tarixçi Corc Kennanın
tədqiqatı nəşr olunur. O göstərdi ki, bu sənədlərin həqiqi müəllifi öz əlaltısı
Y.Semyonovun köməyilə amerikalı kəşfiyyatçı E.Sissonu, hansı ki, onları 1918-ci
ilin martında 25 min dollara əldə etmişdi, sənədlərin həqiqiliyinə inandırmağı
bacarmış, alman tematikası üzrə ixtisaslaşmış, petroqradlı jurnalist
F.Ossendovski olub.
1994-cü ildə Sissonun arxiv fondunu araşdırmış rusiyalı tarixçi alim
Vitaliy İvanoviç Starcsevin elmi işi bu saxta sənədlərin ifşa olunmasında
həlledici oldu. Onun “Alman pulları və rus inqilabı” kitabı bolşeviklərin alman
şpionları olması əfsanəsini birdəfəlik məhv etdi.
NƏTİCƏ
Leninin “şpionçuluqda” və ya bolşeviklərin “alman qızılında”itiham
edilməsi Ağ Hərəkatın xaricdən
maliyyələşdirilməsi və ya Leninin başçılığı altında məhz bolşeviklərin xarici
müdaxilə zamanı (1918-1921-ci illərdə) Rusiyanı müdafiə etməsi kimi
təkzibolunmaz faktların fonunda tamamilə gülməli görünür.
Lenin doğrudan da Rusiyanın qərb ərazilərinin böyük bir hissəsinin
almanlara verilməsini nəzərdə tutan Brest sülhünün imzalanmasında israr edirdi,
çünki bunu ölkədə yaranmış xüsusi vəziyyət tələb edirdi ( ki, bunu o özü daim
qeyd edirdi).
Amma! Eyni zamanda Lenin Almaniyanın özünün daxilində inqilab alovunu
alovlandırmağa çalışırdı – bolşeviklər öz hökumətlərinin məğlubiyyəti üçün
fəaliyyət göstərən Karl Libknextin və
Roza Lüksemburqun başçılığı altında “Spartak” qrupunu dəstəkləyirdilər.
“Tezliklə avropa sosial-demokratlarının siyasi şüarı respublikaçı Birləşmiş Avropa Ştatlarının yaranması olmalıdır, özü də sosial-demokratlar alman, avstriya və rus monarxiyalararının inqilabsız devriləcəyi təqdirdə bu şüarın bütün saxtalığını və əhəmiyyətsizliyini izah edəcəklər” – V.İ.Lenin
“...Rus inqilabını elə inkişaf
etdirmək lazımdır ki, hakimiyyət işçilərin,kəndli və muzdur deputatların əlinə
keçsin. Biz, yəni mən və Zinovyev ölkə xaricində broşura nəşr etmişik, hansında
ki, elə indi burda söylədiklərimizi söyləyirik, biz onu alman dilində nəşr
etdik və alman sosialistləri onu bütün Almaniyaya yaydılar” – V.İ.Lenin.
Lakin hətta Brest sülhünun imzalanmasından və ondan sonrakı
hadisələrdən sonra belə bolşevik partiyasının rəhbərliyinin fəaliyyətində
Almaniya xeyrinə şpion fəaliyyətini xatırladacaq kiçik bir şey tapmaq daha
çətindir, nəinki ona qədər. Almaniyanın şərq cəbhəsi helə də ləğv edilmədi,
deməli oradaki ordu həlledici döyüşlər və almanların Antanta orduları üzərində
qələbəsi üçün Qərb cəbhəsinə atılmadı. Bir ildən az bir zamanda isə, Almaniyada
baş vermiş Noyabr inqilabı nəticəsində, şübhəsiz ki, Rusiyada baş vermiş
hadislərin alman ordusunda bolşeviklərin apardığı müharibə əlehinə
aqitasiyaların təsiri altında baş
vermiş, İİ kayzer Reyxi süquta uğradı və
1918-ci ilin 13 noyabr tarixində sovet hökuməti Brestdə ona sırınmış öhdəlikləri
yerinə yetirməkdən imtina etdi.
Tərcümə Azərbaycan ekososialistlərinə məxsusdur.
Комментариев нет:
Отправить комментарий