Marks bugünkü istehlak cəmiyyətini hələ 1844-cü ildə
qabaqcadan görmüşdü.
“Xüsusi mülkiyyət çərçivəsində hər bir insan digərini
yeni qurban verməyə məcbur etmək,onu yeni asılılığa salmaq və yeni həzz növünə,
bununla da iqtisadi iflasa sürükləməklə onda hər hansı yeni bir ehtiyac
yaratmağa çalışır. Hər kəs özünün tamahkar ehtiyacını təmin etməkdən ötrü digər
insan üzərində hakim olan mahiyyətcə yad hər hansı güc yaratmağa çalışır. Buna
görə də əşyalar çoxluğunun artması ilə insanın əsarəti altında olduğu yad məxluqlar
səltənəti də böyüyür və hər bir məhsul yeni qarşılıqlı yalan və oğurluq
imkanları deməkdir. Onunla bərabər insan insan kimi getdikcə kasıblaşır, bu
düşmən mahiyyətə sahib olmaqdan ötrü o daha çox pula ehtiyac duyur və onun
pulunun gücü məhsulun miqdarı ilə tərs mütənasib olaraq azalır, bununla da onun
ehtiyacı pulun hökmranlığının artması ilə artır.
Hətta subyektiv tərəfdən bu özünü onda göstərir ki,
məhsul və ehtiyac dairəsinin genişlənməsi getdikcə daha yenilikçi və həmişə də qeyri-insani,
incə, qeyri-təbii və uydurulmuş həvəslərin sərhesab qulu olur. Xüsusi mülkiyyət təbii tələbatı insan tələbatına çevirə bilmir. Onun idealizmi fantaziyalara, şıltaqlıqlara,
ədabazlıqlara gətirib çıxarır, və heç bir xədim etimad qazanmaqdan ötrü öz
padşahına onun qədər alçaqcasına yaltaqlanmır və daha da iyrənc vasitələrlə onun
zəifləmiş həzz almaq bacarıqlarını oyatmağa çalışmır, necə ki bunu sənaye xədimi,
özü üçün hiyləgərliklə qəpik-quruş aldadıb almağa, qızıl quşu xaçpərəstcəsinə
sevilən qonşusunun cibindən tovlamağa çalışan istehsalçı edir – bu məqsədə çatmaqdan ötrü sənaye
xədimi istehlakçının ən pozğun fantaziyalarına uyğunlaşır, istehlakçı və onun
ehtiyacları arasında vasitəçi rolunu üzərinə götürür, onda sağlam olmayan tamah
yaradır, daha sonra bu iltifata görə mükafat tələb etməkdən ötrü onun hər zəifliyini
güdür”. Karl Marks. İqtisadi-fəlsəfi əlyazmaları.
Комментариев нет:
Отправить комментарий