Praktiki olaraq son illər ərzində bütün
qərb dünyasında milyonlarla insan küçələrə çıxmağa və real demokratiya tələb
etməyə başladı. Bu kütləvi nümayişlər dalğası şimali Afrika ölkələrində başlasa
da, tezliklə o Avropanın böyük bir hissəsini –Yunanıstanı,Portuqaliyanı,
İslandiyanı da əhatə etdi, sonra isə şimali Amerikaya qədər gedib çıxdı. Bu
beynəlxalq etiraz hərəkatının ən populyar şüarı Nobel mükafatı laureatı Cozef
Stiqlics-in əsərindən çıxarılmış “Biz 99%-ik” şüarı oldu. Bu şüarda geniş
yayılmış, müxtəlif ölkələrin hökumətlərinin bütün cəmiyyətin deyil, yalnız bir
ovuc varlının maraqlarına xidmət etməsi abu-havası ifadə olunur. Demokratiyanın
lazımı şəkildə işləməməsi və yalnız varlıların maraqlarına xidmət etməsi
ideyasının özü yeni yaranmayıb. 2004-cü ildə Kolin Krauç özünün bu məsələ haqda
ən maraqlı kitablarda sayıla biləcək “Post-demokratiya” əsərini nəşr etdirdi.
Özünün çox illik işlərinin nəticələrini ümumiləşdirən müəllif kitabda izah
edir: necə olur ki, Qərb ölkələrində müntəzəm keçirilən seçkilərə baxmayaraq,
siyasi xadimlər həqiqətdə əhalinin çoxluğunun maraqlarını təmsil etmir.
Krauç iddia edir
ki, işçi sinfin təmsil edilməsi dərəcəsi qrafikdə parabola trayektoriyası üzrə
hərəkət edir. İknci Dünya müharibəsindən sonra işçilər təşkilatlanmağa və
tələblərini işçi partiyaları vasitəsilə irəli sürməyə başladılar. İşçilər dövlət
hakimiyyəti sisteminə və təmsilçiliyə ən yüksək təsirə 1970-ci illərdə nail
oldular, o zaman dövlət onların hüquqlarını tanıdı və əhəmiyyətli həcmdə sosial
nemətlərlə təmin etdi. Qloballaşma prosesinin güclənməsi müharibədən sonra
yaranmış bu paradiqmanı çox dəyişdirdi. Sənaye işçiləri inkişaf edən ölkələrə
keçirilmiş iş yerlərini itirməyə başladılar, multimilli kompaniyalar isə bu
dövr ərzində böyük səlahiyyət qazanmağa başladılar, bu gün də həmin səlahiyyəti
özlərində saxlayırlar. Krauç iddia edir ki, siyasi təmsilçilik də bütünlükdə
həmin parabolik trayektoriya üzrə hərəkət edir və onun fikrincə həmkarlar
ittifaqlarının zəifliyi və eyni zamanda multimilli korporasiyaların gücünün
artması demokratik prosesin özünü dəyişdirib. İşçilər əhalinin çoxluğunu təşkil
etsə də, bugün siyasi xadimlər yalnız səhmdarların və iri korporasiyaların
rəhbərliyinin maraqlarına xidmət edir. Krauç hesab edir ki, siyasətçilər
iqtisadi elitaya işləyirlər.
Bugün Krauçun
baxışlarını getdikcə daha çox sadə vətəndaşlar, eləcə də alimlər bölüşməyə
başlayır. İndi bizim demokratiyanın mahiyyəti haqda həm şəhər küçələrində, həm
də elmi mühitdə aktiv şəkildə debatlar keçirilir. Dissertasiya üzərində
işləyərkən “Occupy Wall-street” hərəkatının əsas şüarlarından olan Krauçun
tezislərini təsdiqləmək və ya inkar etmək üçün bir il statistik məlumatlar
toplamalı oldum.
Mən bu haqda
tezislərdən başladım ki, istənilən siyasi qərar digər qrupun hesabına müəyyən
qrup üçün sərfəli olmalı və vəziyyətini yaxşılaşdırmalıdır.Məsələn, Fransua
Olland 1 milyon avro məbləğindən yüksək əmək haqqı üçün 75% gəlir vergisi
tutulmasını təklif etmişdi ki, əldə ediləcək vəsaiti sosial xidmətlərin
inkişafına yönəltsin, bundan həmin xidmətlərin əsas alıcıları olan əhalinin
kasıb təbəqəsi əsas xeyir qazansın. Bu halda onu demək olar ki, əhalinin kasıb
təbəqəsi “daha çox əlverişli şərait
yaradılmış” təbəqədir. Digər tərəfdən, dövlət bank səhmlərinin dəyərinin
düşməməsi üçün əlavə vergilər artırdıqda, əhalinin “daha çox əlverişli şərait
yaradılmış” təbəqəsinin varlı təbəqə olduğunu söyləmək olar, çünki, maliyyə
müəsissələrinin əsas payına məhz onlar sahibdirlər. Bəzi siyasi təşəbbüslər
(məsələn, dövlətin ali təhsil sistemi) əsasən əhalinin orta gəlirli təbəqəsinə
yönəldilmişdir. Əgər ölkə vətəndaşlarını onların gəlirlərinə uyğun düzsək,
görərik ki, siyasi təşəbbüslərin bu üç növü, uyğun olaraq, üç “daha çox
əlverişli şərait yaradılmış” qrupun xeyrinə yönəldilib.
Qrafik 1. Daha əlverişli şərait yaradılmış qruplar müxtəlif
siyasi təşəbbüslərdə.
Burada siyasi
təşəbbüslərin yuxarıda qeyd etdiyimiz tiplərini həyata keçirən zamanı “daha
əlverişli şərait yaradılmış” üç qrup aydın təyin olunur. Varlılara qoyulmuş
vergilərin artırılması ilk növbədə kasıbların xeyrinə olur, çünki, onlar daha
az vergi ödəyir və büdcə xidmətlərindən maliyyələşdirilənlərdən daha çox
mənfəət qazanırlar. Dövlət universitetləri ilk növbədə orta təbəqənin xeyrinə
olur, çünki, həmin halda varlılar aldıqları təhsil xidmətlərinə görə daha çox
pul ödəyirlər, kasıblar isə, buna görə daha az ödəsələr də, həm də təhsil
xidmətlərindən çox az istifadə edirlər (çünki, onlar adətən orta məktəbi
bitirirlər). Səmdarların rifah halının qorunması üzrə siyasi təşəbbüslər də
uyğun olaraq məqsədyönlü şəkildə hərəkət edir. Ənənəvi nəzəriyyələrə əsasən,
iki siyasi partiyası olan ölkədə hər iki partiya orta təbəqəli seçiciyə
istiqamətlənir – və bu təbəqə onların “daha əlverişli şərait yaradılmış”
təbəqəsi olur. Son tədqiqatlar hər iki partiya üçün hədəf olan qrupun müəyyən
edilməsi (məsələn, sosial-demokratlar kasıbların maraqları üzrə daha çox
hərəkət edir,nəinki mühafizəkarlar) zamanı siyasi ideologiyaların vacibliyini
göstərdi. Tədqiqatın gedişi zamanı qarşımda 3 əsas məsələ dayanmışdı: 1) hər
bir siyasi ideologiya üçün “daha
əlverişli şərait yaradılmış” qrupu müəyyən etmək; 2) müəyyən vaxtdan sonra bu
qrupların nə qədər dəyişdiyini analiz etmək; 3) həmkarlar ittifaqlarının və
multimilli kompaniyaların güclənməsinin həmin qrupların tərkibinə təsir
edib-etməməsini araşdırmaq.
Mən World Value
Survey-in (sosail-mədəni,dini və siyasi dəyərlər və cərəyanların kross-milli
araşdırılması məqsədilə təşkil edilmiş tədqiqat seti) İƏİT (İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı) ölkələri üzrə rifah, gəlir və digər sosial-iqtisadi
göstəricilər haqda informasiya saxlayan tədqiqatlarının məlumatlarını istifadə
etdim. Sonra bu məlumatları elə həmin ölkələr üzrə makroiqtisadi dəyişənlərə
(adam başına düşən ÜDM səviyyəsi, əmək haqqı formasında milli gəlir faizi və
s.), həmçinin, partiyaların hökumətdə orientasiyasını ölçən siyasi ideologiya
indeksi ilə əlaqələndirdim. Bütövlükdə, 1981-ci ildən 2009-cu ilə qədər olan
dövr ərzində 100 000 dən çox müşahidənin nəticələrindən ibarət məlumatlar
bazasını toplaya bildim.
Bu məlumatlar
bazasını əldə edəndən sonra daha əlverişli şərait yaradılmış qrupu hesablamaq
üçün bir neçə reqressiv araşdırma
apardım. Mən siyasi xadimlərin əhalinin varlı və ya kasıb təbəqəsinə meyl
etməsi səbəbləri ilə birlikdə digər makroiqtisadi amillərin təsir ehtimalını da
nəzərdən keçirməyə çalışdım, və istədim aydınlaşdırım ki, həqiqətənmi, siyasi
partiyalar müxtəlif əlverişli şərait yaradılmış qrupları təmsil edirlər.
Reqressiv araşdırmaların koeffisentləri artıq məndə olandan sonra, sadə cəbrin
köməkliyi ilə daha əlverişli şərait yaradılmış qrupu tapmaq olar.
Exstrapolyasiya
texnikasından istifadə edərək, qərb demokratiyasının 1970-ci illərdə həqiqətən
də daha təmsilçi olub-olmamasını analiz etməyə çalışdım. Bunun üçün müxtəlif
siyasi ideologiyalı partiyaların daha əlverişli şərait yaradılmış qruplarının
analizini apardım.
Qrafik 2. İkinci qrafik müxtəlif siyasi partiyaların 1975-ci
ildə hansı əlverişli şərait yaradılmış qruplarının olduğunu göstərir.
Gördüyümüz kimi, 1975-ci ildə
sol mərkəzçilər, mərkəzçilər və sağ mərkəzçilər arasında müəyyən fərq müşahidə
edilmişdir. Sol-mərkəzçi partayalar başlıca olaraq əhalinin kasıb təbəqəsinin
rifahı naminə hərəkət ediblər, sağmərkəzçilər isə zəngin təbəqənin xeyrinə. Mərkəz
partiyalar isə, gördüyümüz kimi, mərkəzdə dayanıblar – onlar əsasən orta gəlirli
seçicinin xeyrinə hərəkət ediblər. Müxtəlif istiqamətli siyasi partiyaların
uyğun olaraq müxtəlif sosial qrupları təmsil etdiyi sağlam demokratiyanının şəkli
belədir.
Bəs vəziyyət indi necədir?
Üçüncü qrafik siyasi partiyaların 2009-cu ildə başlıca olaraq hansı qrupların
rifahı üçün çalışdıqlarını ifadə edir. Və gördüyümüz kimi, burada onlar
arasında faktiki olaraq heç bir fərq yoxdur. Onların hamısı, həm sol mərkəzçilər,həm
mərkəzçilər, həm də sağ mərkəzçilər ən varlıların - əhalinin 1 %-nin- rifahı üçün çalışırlar.
Qrafik 3. Müxtəlif siyasi ideologiyalı partiyaların
“daha əlverişli şərait yaradılmış” qrupları
Belə dəyişikliklər
tədricən, amma fasiləsiz baş verirdi – özü də bu bütün partiyalara aiddir
(qrafik 4-ə bax.). Dəyişikliklər əvvəllər 80 %-in rifahı üçün çalışan
mühafizəkarlardan da yan keçmədi, indi onlar əhalinin 1%-nin rifahına xidmət
edirlər. Amma ən çox dəyişikliklər sol mərkəzçilərdə baş verdi – bir vaxtlar
onlar aşağı gəlirli vətəndaşların maraqlarını müdafiə edirdilər, indi isə
praktiki olaraq mühafizəkarlardan heç nə ilə fəqlənmirlər. Keyfiyyət
perspektivləri baxımından sol mərkəzçi partiyaların belə böyük dəyişikliyi
iqtisadi böhrandan sonra 70-ci ortalarında sosial-demokratiyada baş verən
fundamental dəyişikliklərlə əlaqədar ola bilər.
Qrafik 4. “Daha əlverişli şərait yaradılmış
qruplarıın” dəyişməsi (Mavi sahə - məlumatların ekstrapolyasiyasıdır).
Mən həmçinin
partiyaların əhalinin daha varlı təbəqəsinin rifahı üçün çalışmaları və digər
dəyişənlər üçün bəzi asılılıqları müəyyən edə bildim. Xüsusilə, görünür, burada
həmkarlar ittifaqlarının zəif olması amili ilə kapitalistlərin milli gəlirin
daha böyük hissəsini əldə etməsi faktı arasında əlaqə var. Amma qeyd etdiyimiz
vəziyyətdə korelyasiya səbəb bildirmir. Ona görə hələ aydın deyil, həmkarların
güclənməsi siyasi xadimlərin əhalinin kasıb təbəqəsinin maraqlarına xidmət
etməyə hazır olduqlarını bildirir yoxsa, əksinə, siyasi xadimlərin əhalinin varlı
təbəqənin xeyrinə fəaliyyəti həmkarlar ittifaqlarını zəiflədir? Bütün bunlar
milli gəlirdə kapitalın payına da aiddir- aydın deyil, bu səbədir yoxsa nəticə.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu məlumatlar kütlə mediası, maliyyə
sektoru və ya lobbistik qrupların rolu anlayışlarına uyğun gəlmir. Onlar sadəcə
bizə göstərir ki, qərb demokratiyaları artıq əhalinin çox hissəsinin maraqlarını
təmsil etmirlər, amma niyə belə olduğunu
izah etmirlər. Bununla belə, bu məlumatlar bizə “Biz 99%-ik” şüarını istifadə
edən bütün hərəkatların doğruluğunu nümayiş etdirir. İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı ölkələrinin siyasi xadimləri daha çoxluğun maraqlarını təmsil
etmirlər – onlar öz fəaliyyətlərini yalnız iqtisadi elitanının, 1 %-in
maraqları üzərinə fokuslayırlar. Qlobal hərəkatların yeni dalğası real
demokratiyanı bizə qaytara biləcəkmi? Bunu biz özümüz yaxın illərdə biləcəyik.
Pablo Torixa
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий