Dünya müharibəsi
ilə bəslənmiş korporasiyalar
İkinci Dünya müharibəsi zamanı hərbi biznes sahəsində
dünyanın bütün transmilli korporasiyaları iştirak edirdilər, hansılar ki,
sahibləri böyük qan kütləsi üzərində böyük pullar qazanmışdılar. Onlardan bəzilərini
sadalayaq
Birinci Dünya müharibəsindən sonra alman
iqtisadiyyatı xarici kreditlər hesabına bərpa olunurdu və böyüyürdü. Birinci
dünya müharibəsinə qatılmağa özünü çatdıran amerikalılar sələmçilikdə digərlərindən
çox uğur qazandılar: 1924-cü ildən 1930-cu ilədək Almaniyanın xarici borcları
18 milyard dollardan 25 milyard dollara qədər artdı. Uzunmüddətli borcların əksəriyyəti
(55%-i) və həmçinin 37% qısamüddətli kreditləri ABŞ nümayəndələri, ilk növbədə
Morqan bankları verdilər.
Borca verilmiş vəsaitlərin müqabilində almanlar müəssisələrin
səhmlərini verirdilər. Bu şəkildə amerikan kapitalı alman iqtisadiyyatının bir
hissəsinə çevrildi. Və artıq 1929-cu ildə alman sənayesinə yatırılmış güclü
investisiyalar onu dünyada ikinci yerə çıxardı, əsas müəssisələr və sahələr isə
nəhəng amerikan maliyyə-sənaye qruplarının nəzarəti altına düşdü.
1924-cü ildən 1929-cu ilə kimi sənayeyə investisiya
və borc şəklində 63 milyard qızıl marka daxil oldu. Bununla bərabər borclar 30
milyard təşkil edirdi. Bu dövr ərzində Almaniya 10 milyard marka reparasiya (təzminat)
ödəmişdi. 1933-cü ilə amerika maliyyə kapitalı və sənaye korporasiyaları alman
sənayesinin bütün əsas sahələrində, həmçinin Almaniyanın nəhəng banklarında
yerləşirdi.
Həmin dövrün nəhəng konsernlərindən olan “İG
Farbenindustrie”, hansı ki, 30-cu ildə Hitlerin seçki qabağı kompaniyasının əsas
sponsoru idi, həmin vaxt Rokfellerin “Standard Oil” şirkətinin kontrolu altında
idi. 1926-cı ildə “Dillon Reed” (hazırda "Warburg Dillon Reed"
investisiya şirkəti kimi tanınır) Rokfeller bankı Almaniyanın metallurgiya
inhisarçısı - Vereinigte Stahlwerke polad trestinin əsasını qoydu.
Morgan qəbiləsi General Electric vasitəsilə praktiki
olaraq bütün alman radio və elektrotexnika sənayesinə nəzarət edirdi. Bununla
belə General Electric-in Almaniyada fəaliyyəti hətta ABŞ hökumətinin də
narazılığına səbəb olmuşdu. Müharibənin qurtarmasından bir il sonra, 1946-cı
ildə, şirkət Krupp alman korporasiyası ilə əlbir olaraq, metalın mexaniki emalı
üçün vacib olan volfram karbidinin qiymətini qəsdən qaldırdığı üçün cərimə
olunmuşdu. Cərimə qiymətlərin maxinasiyası nəticəsində əldə edilmiş gəlirlə
müqayisədə cüzi idi – cəmi 36 min dollar. Amerikanın GE şirkəti aktiv şəkildə
qul əməyindən istifadə edən və qaz kameraları quraşdıran Siemens şirkətində də
paya sahib idi.
Morganlar həmçinin AEG-in (hansı ki, bütün
texnoloji kəşflərini rus mühəndisi Mixail Dolivo-Dobrovolski-yə borcludur)
30%-nə sahib idilər, bugün də mövcud olan və səhmləri NYSE -ə yönləndirilən İTT
əlaqə şirkəti vasitəsilə isə Almaniyanın telefon şəbəkəsinin 40%-nə nəzarət
edirdilər. Həmçinin GE hərbi təyyarələr istehsal edən Focke-Wulf avia-tikinti
şirkətinin 30% səhmlərinə sahib idi. Bir sıra amerika firmalarının hərbi
patentləri almanlara satılmışdı, xüsusilə, “Yunkers-87” amerika texnologiyaları
üzrə quraşdırılırdı.
Düponlar General Motors vasitəsilə Opel-ə daxil
oldular. Məşhur Volkswagen isə onsuz da
tamamilə 100%-lik Henri Ford-a aid idi. 1938-ci ildə almanlar qoca Forda alman
şahinin xidmət Ordenini – reyxin əcnəbilər üçün ən ali mükafatını təqdim etdilər.
Buna səbəb vardı. Ford-un alman idarəsi müharibə zamanı alman ordusunun bütün hərbi
yük maşınlarının 2/3-nin istehsalını təmin etmişdi və həmçinin məhbusların əməyindən
istifadə etmişdi.
2000-ci ildə isveçrə firması Nestle avropa təşkilatlarına
kompensasiya şəklində şərti qaydada 15 milyon dollar ödədi. Bu kompaniyanın iki
dünya müharibələri ərzində qazandığı güclə müqayisədə qəpik-quruşdur. Braziliya
istehsal artıqlığından əziyyət çəkdiyindən, kompaniya döyüşən amerika ordusunu
tonnlarla əridilmiş kofe ilə təmin edirdi. Alman əsgərləri üçün isə Nestle
dadlı şokolad hazırlayırdı, bütün dünya müharibəsi boyunca bu məhsulun
inhisarçı tədarükçüsü olmuşdu.
Məşhur Fanta isə onsuz da Almaniyada doğulmuşdu. Kola
üçün inqridientlərin Avropaya idxalında problemlər yarandığından, Coca-Cola-nın
Almaniyadakı başçısı Maks Kayt fərasətli davrandı və texnoloqlarla birlikdə əldə
olan materiallardan almanlar üçün istehsal oluna biləcək
dadlı kimyəvi içkinin formulunu yaratdı. Almanlar müharibəni uduzduqda isə Coco-Cola-nın
Almaniyadakı filialının orientasiyasını işğal qoşunları üçün içki istehsalına və
avropa bazarında qazlı içkilər arasında liderlik qazanmağa dəyişdirdilər.
Fantanı da əlbəttə ki, unutmadılar.
Qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsi
dövrü müasir transmilli korporasiyaların böyük əksəriyyəti üçün qızğın dövr
idi. Onlar müharibənin son aylarına, almanlardan maksimum mümkün olanı sorub
çıxarana kimi onlarla işlədilər, sonra isə yeni Avropada birinci yerləri
tutdular və yeni artım tsiklinə başladılar.
Комментариев нет:
Отправить комментарий