Yəmənin paytaxtı Səna yaxınlığında şəhərin hər
tərəfindən zibil gətirilən böyük zibillik yerləşir
Yük maşınları hər gün bura on tonnlarla zibil gətirir.
Buldozerlər bir yerə atılmış zibil yığınını sahə
boyunca daşıyırlar. Fotoqraf qarşısında poza verən yəmənli uşaqlar bura təkcə
oynamaq üçün gəlməyiblər.
Uşaqlar məktəbdə dərs almaq əvəzinə böyüklərlə
birlikdə zibillikdə yaşamağa məcburdurlar. Onlar hər gün üfunət qoxan zibilin içərisindən bir şeylər seçib yığmaqla
sağ qalırlar.
Heyvanlar da zibillikdə qida axtarır.
Aşağı territoriyalar insanlar və heyvanlar arasında bölünmüşdür, səma isə quşlara aiddir. Bu yerin iyrənc qoxusu kilometrlərlə uzanır.
İnsanlar tez-tez metal
bankalar və plastic içki butılkaları qazıb çıxarmaq istəyirlər. Çünki, onları satmaq və əvəzində pul almaq olar.
Zibil yığanlar bütün günlərini zibillikdə keçirirlər.
Onlar səhərdən işə başlayırlar, alaqaranlığın düşməsi ilə isə işlərini
yekunlaşdırırlar
Zibilliklərdə insanlar
təkcə əşya axtarmırlar, həm də tapan kimi yeməyə qida axtarırlar. Honduras
zibilliklərində bu adi qida qəbul etmək üsuludur. Təkcə insanlar deyil, həm də ev heyvanları belə
qidalanır.
Комментариев нет:
Отправить комментарий