Sahədə yaşayan 9 nəfərdən ibarət ailənin valideynləri, ABŞ,Tenessi, 1935-ci il
Yoxsul ailəsi,
ABŞ, 30-cu illər
Mən ABŞ və Kanadada Böyük
Depressiya Aclığını yaşamış insanlarla şəxsən ünsiyyətdə olmuşam. Onlar bu
illərdə aclıqdan, lazımı qədər yeməməkdən və xəstəlikdən xeyli sayda
tanışlarının və qohumlarının öldüyü haqda xəbər verirlər. İnsanlar əmtəə
qatarlarınıın üzərində getməyə çalışaraq, çarəsiz halda ölkəyə səpələnmişdilər.
Polislər onları tuturdular və vəhşicəsinə döyürdülər, sonra türmədə yemək
verməmək üçün onları məntəqəyə aparmamağa çalışırdılar. Maykl Lukas “Karpat
dağlarından Kanadaya” kitabında xatırlayır ki, polis aclıqdan taqətdən
düşmüş insanları çox vaxt ölənə kimi döyürdü. “Demokratiyanın dayağında” və
buna görə heç kim məsuliyyət daşımırdı. Çox insan qatarın damından yıxılmışdı
və yerindəcə şikəst olmuşdu və ya öz ölümünü qatarın təkərləri altında
tapmışdı, çoxu qışda şimal ştatlarında və Kanadada soyuqdan donub ölmüşdü. Çox
vaxt onları heç qəbiristanlığa kimi aparmırdılar, elə yaxınlıqdaca
basdırırdılar. Nə qədər belə bədbəxtin öldüyünü heç kim bilmir.
Bəlkə sovet
kolxozçularının yaşayışını beynimizdə hər hansı qeyri-adi abstrakt idealla, 10
il sonra başqa şəraitdə yaşayan insanların həyatı ilə müqayisə etməyək, müqayisə
üçün stalin kolxozçularının yaşadığı dövrü götürək. Onları müəyyən
istisnalarla məsələn, Şimali Amerikanın – ABŞ və Kanadanın kənd sakinlərinin həmin
illərdə yaşadığı reallıqla müqayisə etmək olar.Bu dövlətlər qərbin ən zəngin
dövlətlərindən, kənd təsərrüfatı sahəsində dünya liderlərindən biri, reallığı
alternativ şəkildə dərk edən vətəndaşlar üçün “demokratiya”,”insan haqqları”,
“azad bazar” və s. nümunəsidirlər. Bu ölkələr SSRİ ilə müqayisədə böyük foraya
malik olublar - onlar 70 ildən çox vaxt ərzində sənayeləşmə
aparıblar, çox onilliklər ərzində öz ərazilərində müharibə görməyiblər, o zaman
onların sərhədlərində düşmən qoşunları yığılmayıb, aqrar cəhətdən əhali çoxluğu
olmayıb, xüsusilə Kanadada. Bütün bunlardan əlavə Şimali Amerika ölkələrinin
Rusiya qarşısında böyük təbii üstünlüyü var – iqlim.İqlim hətta Kanadanın kənd
təsərrüfatı rayonlarında Rusiyada olduğundan daha mülayimdir və əkinçilik üçün
şərait daha yaxşıdır. Kanadada şimal sayıldığı əhalinin sıx məskunlaşdığı
enliklər, Rusiyada cənub sayılır, amerika düzənlikləri isə rus çöllərindən daha
rütubətlidir.
Yardar ailəsi.
ABŞ, Arkanzas 1935-ci il.
ABŞ-ın cənub
ştatlarında subtropik iqlim şəraitində fermerlər ildə 3 dəfə məhsul
toplayırlar. Qış üçün heç bir ot tədarükünə və bunun üçün torpaq istifadəsinə
ehtiyac yoxdur, sadəcə heyvanı sahəyə ötür – bununla da iş bitdi.“Gün il
yedizdirdiyi” halda, isti ərazilərdə yaşayan fermerlərin hər şeyi iki həftəyə əkmək,bütün
işləri dünyada ən qısa veqetasiya müddətinə sığışdırmaq, sonra yağışlar,
şaxta və qar başlayana kimi tez toplamaq üçün əldən-ayaqdan getmələrinə
ehtiyac yoxdur. Ev tikmək üçün taxtadan qutu götürüb-qoymaq kifayətdir, onu
praktik olaraq isitməyə də ehtiyac yoxdur. Rusiyanın iqlimi ilə müqayisədə cənnətdir.
Bir də kapitalizm, bazar, “demokratiya” və “ iki və daha artıq namizəddən
birini seçmək”. Maraqlıdır, həmin illərdə belə bərəkətli yerlərdə necə
yaşayırdılar? Təəccüblüdür ki, çox pis yaşayırdılar.
Doroteya Laundj.ABŞ, 1936-cı il. Yeddi uşaq anası. ( Digər
adı – qaçqın-ana)
Fotoqrafın
(Doroteya Laundj) bu şəklə verdiyi şərh:” Bu qadının 32 yaşı var, onlar
şaxtalardan sonra sahədə qalmış tərəvəzlərlə və uşaqların öldürə bildikləri
quşlarla qidalanırlar, onlar çadırda yaşayırdılar. Uşaqlara yemək almaq üçün
çadırı satmalı oldular.” Cəmi, minimum 4 milyon belə“miqrant”, necə ki, rəsmi olaraq
nəvazişlə adlandırırlar,vardı.
Maraqlıdır ki,
hamıya məlum faktdır ki, 1930-cu ildə ABŞ fermalarının yalnız 13%-də elektrik
enerjisi vardı. Elektrikləşdirmə haqqında dövlət aktı yalnız 1936-cı ildə
yaradılmışdı. Ruzvelt hökuməti əl-ayağa düşməli oldu, nədənsə bazar və xüsusi
mülkiyyətözü heç nəyi həll edə bilmədi.
Amerikan
fermer-yoxsulunun ailəsi, 30-cu illər
Hətta
ensiklopediyalarda da qeyd olunduğu kimi, Böyük Depressiya Dövrü amerikan
kanada fermerləri üçün – “dəhşətli əziyyətlər” dövrüdür.
Fermer ailəsi. "İnsanlar
inanılmaz yoxsulluq vəziyyətində yaşayırdılar." ABŞ, Oklaxoma 1936
30-cu illərin əvvəllərində
ABŞ-da quraqlıq idi və bu amerika kəndlilərinə, onların dili ilə desək –
fermerlərə, çox pis təsir etdi. Müqayisə üçün – 30-cu illərin ortalarında
SSRİ-də də güclü quraqlıq var idi və iqlimə baxmayaraq, nəinki heç bir fəlakət
baş vermədi - ölkə dünyada ən sürətli templərlə inkişaf etməyə başladı.
Amma quraqlıqdan başqa amerika kəndliləri üçün daha ciddi müsibət baş verdi – ərzaq
mallarına qiymətin aşağı düşməsi. Sadəcə Böyük Depressiya üzündən ABŞ əhalisi
kasıblaşdı və daha az yeməyə başladı. Hökumət və banklar fermerlərdən əkini təcili
olaraq azaltmağı və artıq ərzağı məhv etməyi tələb edirdi. Bir neçə il
sonra (1933-cü ildə) həmin Ruzvelt hökuməti “Yeni kurs”çərçivəsində kəndtəsərrüfatı
istehsalında “düzəlişlər haqqında” qərar («AgriculturalAdjustmentAct1933») qəbul
etdi, hansı ki, əkini ixtisara salan, taxılı torpaqda gizlədən və s. fermerlərə
ödəniş qaydalarını təyin edirdi.Heyrətləndiricidir, deyilmi? Həmin zamanda ölkədə
on milyonlarla insan aclıq çəkirdi, minimum yüz minlərlə insan aclıqda və
lazımı qədər qida qəbul etməməkdən ölürdü, bunların yanında isə, mühafizə
altında ərzaq məhv edilirdi.
Steynbek bunun
necə baş verdiyini söyləyir: “ Vaqonlarla apelsinlər torpağa tökülürdü.
İnsanlar bir neçə mil yol gedirdilər ki, atılmış meyvələri yığsınlar, amma bu
tamamilə yol verilməzdir... Milyonlarla ac meyvələrə ehtiyac duyur, qızılı
apelsin dağlarına isə kerosin tökürlər... Paravozlardakıkofeni yandırın.
Qarğıdalıları odun əvəzinə yandırın – o daha çox isti verir. Kartofları çaylara
tökün və sahil boyunca mühafizəçilər yerləşdirin, yoxsa aclar hamısını
yığacaqlar. Donuzları kəsin və əti torpağa basırın, və qoyun torpaq çürüntü ilə
qidalansın.
Bu elə bir
cinayətdir ki, buna ad vermək mümkün deyil. Bu elə bir dərddir ki, bunu heç bir
göz yaşı ilə dəyişmək mümkün deyil. İnsanlar əllərində torla gələrək çaydan
kartofları tuturlar, amma mühafizəçilər onları qovurlar... kəsilən və xəndəklərdə
üzəri əhənglə örtülən donuzların səsini eşidirlər, üfunətli şirənin yuxarıdan
aşağı sürüşdüyü apelsin dağlarına baxırlar; və insanların gözündə məğlubiyyət
var; acların gözündə qəzəb böyüyür...”
Və xarakterik
olan budur ki, bu aclıq məhz insan tərəfindən törədildiyi halda heç kim “insan əli
ilə yaradılmış aclıq” haqda danışmağa cəsarət etmir. Heç kim “ cinayətkar qeyri-insani
rejim”, “ qeyri-effektiv iqtisadiyyat” haqqında səs-küy salmır, amma məhz belə
idi.
Ümidsizlik.
Sahədə yaşayan uşaqlar, ABŞ, 1935-ci il
Orada daha bir bəlanın və torpağın kütləvi
yararsızlaşmasının səbəbi vəhşi istismardır. Əkin olmadığından
yarasızlaşmış torpaqları külək sovurmağa başladı. Fermerlər düz 4 nəsil
boyunca “bizdən sonra nə olursa-olsun, lap dünya dağılsın.”
prinsipi, kapitalizm üçün adi olan bir prinsip ilə torpaqdan hər şeyi sordular.
Bugün həyatın sənə bəxş etdiyi hər şeyi mənimsə, sabahı fikirləşmə, bu gələcək
nəsillərin problemidir, qoy onlar özləri bunun fikrini çəksin. SSRİ-ni dağıdarkən
bizə dedilər ki, əgər torpaq kəndliyə məxsus olsa, o torpağın qayğısına
qalacaq. Amma torpağın katastrofik şəkildə yararsızlaşması ABŞ-da baş verdi,
SSRİ-də deyil. Təcrübə göstərdi ki, ən yaxşı torpağın qeydinə qalan
planlı iqtisadiyyat və cəmiyyəti düşünən insandır, eqoizmdən kor olmuş axmaq
dardüşüncəli sahibkar yox.
Xüsusi mülkiyyət
və “demokratiya” dövründən cəmi 3 il keçdi ki, sahibkar fermerlər və
yerli hökumət hərəkət etməyə başladılar və cəmi bir ildən sonra (1934-cü
ildə) eroziyaya səbəb olan fəaliyyətləri məhdudlaşdıran və
tarlaların yerinə çəmənlik yaratmaq üçün ştat hakimiyyətinə
vəsait ayırmağa imkan verən ilk qanunverici qərar, yəni “Otlaqlar
haqqında qərar” nəşr olundu. Düzdür, bu vaxt ərzində dünyada 20% fermerin
etiraz etdiyinə baxmayaraq, o zaman ABŞ əhalisinin üçdə biri kəndlərdə
yaşayırdı. Fermerlərin əksəriyyəti banklara borclandılar və “bazarın
görünməz əli” siyahıya daxil olmayanları məhv etməyə başladı. Silahlanmış “bank
agentləri” , daha doğrusu, işə götürülmüş quldurlar və “mühafizə agentlikləri”
fermerləri evlərindən çölə ataraq Şimali Amerika çöllərini dolaşırdılar.
ABŞ, 1930-cu illər. Var-yoxdan
çıxmış fermer ailəsi öz torpağında baş götürüb hara gəldi gedir.
Müflis olmuş
fermanın satışı. ABŞ 1933
ABŞ-da 30-cu
illərdə aclıqdan nə qədər insan öldüyünü gizlədirlər. Ən ağır il olan 1932-ci
il üçün statistik məlumatlar məhv edilmişdir, rəsmi olaraq, guya həmin dövr
üçün hesabatlar “tərtib edilməyib”. Aydın görünür ki, 30-cu illərdə ABŞ-da
milyonlarla insan ölmüşdür. Yaşa və cinsə görə piramidanın analizləri 5-7
milyon insanın demoqrafik uçurumunu göstərir, bunların isə çox hissəsini,
aclıqda olduğu kimi, uşaqlar təşkil edir. Amma bunlar dolayı qiymətlərdir,
həqiqi məlumatlar gizlədilir.
ABŞ-da bu faciə
haqda söhbət açanlara məhkəmədən kənar divan tuturdular, 60-cı illərə kimi
“kommunist agentlər” və “sovet şpionları” kimi türmələrə salırdılar.
Ən ağır il olan
1932-ci ildə ABŞ-da ailələrin 25%-dən çoxunun heç bir gəlir mənbəyi yox idi.
Adam soruşmaq istəyir: “Bəs kolxoz haqqında bizə nə deyirdilər?”20 % təşkil
edən ən kasıb kolxozlarda insanların gəliri olduğu zaman, hələ onların daha çox
uğur qazanmış qardaşlarını demirəm, dünyanın ən zəngin ölkəsinin əhalisinin ¼-i
tamamilə yoxsulluq içərisindədir. Amma sən demə SSRİ-də şərait cəhənnəm imiş,
ABŞ-da isə sadəcə təbii çətinliklər olub.
On milyonlarla
müflisləşmiş ümidsiz insan digər rayonlara qaçırdılar, düşünürdülər ki, orada
yaşamaq daha asandır. Həmin dövrə qədər çoz az əhali sıxlığına malik olan
Kaliforniya bu şəkildə insanlar tərəfindən məskunlaşdırıldı. Kimin bəxti
gətirirdi daxmalarda və ya xeyriyyəçilik yataqxanalarında yaşayırdı, kimin
bəxti az gətiridi çadırlarda, bəxti gətirməyənlər isə küçədə yaşayırdı. Uşaqlar
milçək kimi soyuqdan donurdular. Valideynləri aclıqdan və xəstəlikdən ölən və
ya uşaqlarını daha bəsləyə bilməyən minlərlə 13-14 yaşlı uşaqlar təsadüfi
iş üstündə dava edərək, dilənərək,oğurluqla məşğul olaraq, xəbərsiz ölərək və
itkin düşərək əmtəə vaqonlarının üzərində illərlə ölkəni gəzirdilər.
Evsiz ailə istənilən iş
axtarışında əmtəə qatarları üzərində səyahət edir. Onların bütün mülkiyyəti
yanlarındadır. ABŞ 30-cu illər.
Həmin illər
Amerikada “böyük Mak-ın” xırtıltısı bax belə idi.
O zaman SSRİ-də
pulsuz tibbi təminat və təhsil vardı. “Demokratiya məşəli”ndə hər şey sadə və
bazar sayağıdır: uşağının sağ qalmasını istəyirsən- ödə. Yeri
gəlmişkən,maraqlıdır, həmin amerikan kəndlilərinin uşaqlarının təhsili vardımı?
Onlardan neçəsi professor,akademik,həkim,general, böyük dövlət xadimi oldu?
Doğrudanmı heç biri? SSRİ-də belə hadisələri saymaqla qurtarmaq olmaz.
Ümidsizlik. Pulsuzluq. Aclıqdan qaçqınlar düşərgəsi. ABŞ,Kaliforniya
1937
Həmin vaxt
Sovet Dövləti xalq enerjisindən və entuziazmından coşduğu halda, Amerikanı və
bütün Qərb dünyasını ümidsizlik və çarəsizlik hissi bürümüşdü. Bu stalin
təbliğatının uydurmaları deyil, hətta amerikalılar da özləri haqda bunu
açıq şəkildə yazırlar.
Evsizlər kiçik dəmiryol stansiyasında
gecələyirlər. ABŞ, 30-cu illər
Əmtəə
qatarlarının damında istənilən iş axtarışında. ABŞ 1933
“Qırmızıdərililərin”
və neqrlərin vəziyyəti daha qorxunc idi. Neqrlər arasında işsizlik 66% təşkil
edirdi, neqrlərin 2/3 -i işsiz idi. Tanrı bilir, onda nə qədər qaradərili
ölmüşdü, onları heç kim saymamışdı.
Əmək düşərgəsində "ictimai işlərdə". ABŞ, 1934
Əmək düşərgəsində iş.ABŞ 1934
Ruzveltin “Yeni
kurs” tədbirlərinin tətbiqindən sonra işlə təmin edilə bilinməyən işsizləri
kütləvi halda əmək düşərglərinə tikanlı məftillərin arxasına qovdular.
Törətdikləri cinayətlərə görə məhkəmələr tərəfindən məhkum edilmiş QULAQ
məhbuslarından fərqli olaraq, əmək düşərgələrinin məhbusları heç bir cinayət
törətməmişdilər. İnsan hüquqlarından və prezumpsiyadan filandan danışan kim
idi? Yeri gəlmişkən, sənaye üçün müəyyən edilmiş qiymətləndirmə üzrə əmək
haqqı alan QULAQ məhbuslarından fərqli olaraq, onlar adətən heç bir maaş
almırdılar.
Pulsuz şorba
yalnız aclıq çəkən uşaqlar üçündür, kənd sahəsi, ABŞ, 30-cu illər
İri
şəhərlərdəki xeyriyyə təşkilatları 30-cu illərin əvvəllərindən çarəsizlər üçün
pulsuz şorba paylamağa başladılar. Çox vaxt növbələr kilometrlərlə uzanırdı,
hamıya kifayət etmirdi. Bu pulsuz yeməkxanalar çox vaxt insanları aclıqdan xilas
edən yeganə şey idi. Şorbanı heç də yalnız insansevərlikdən paylamırdılar, az
sonra məlum oldu ki, insana bir boşqab şorba vermək, ümidsiz insanın oğurluq və
ya talan edərək yaratdığı problemlərlə üzləşməkdən daha asandır.
Pulsuz şorba növbəsi, ABŞ 1936
Aclığın və ümidsizliyin siması.
Pulsuz şorba, ABŞ 1930
Amerikalilar
bütün bunlara necə yanaşırlar? Çox sadə -
“Biz bütün bunlardan keçdik güclü olduq!” On
ildən çox ümidsizlik,axmaqlıq,aclıq,müflislik və durğunluq –
fəxr etmək və quruluşun stabilliyinin sübutu üçün əsasdır. Nədənsə, SSRİ
olayında daha pis başlanğıc şərtlərlə ilk bir neçə ilin çətinliyi cəhənnəm,
kainat faciəsi və“qeyri-effektiv” quruluş mövzusu üçün isterikadır. Aydındır ki,
bunun həqiqətə aidiyyatı yoxdur, insanların psixikası ilə şərəfsiz şəkildə
manipulyasiya etməkdir
30-cu illərdə Polşada kasıbların xarabalıqları
Həmin illərdə digər dövlətlərin də problemləri vardımı? Nə qədər istəyirsiz. Bundan başqa, “azad
bazarı”,”demokratiyası” və digər şeyləri olan xeyli sayda ölkələr var ki,
kəndliləri həmişə acınacaqlı halda yaşayırlar. Yeri gəlmişkən, həmin dövrdə
meksikalı kəndlilər necə yaşayırdılar? Onlarda kolxoz, Stalin olmadığı üçün
firavan yaşayırdılar? Amma yəqin ki, hər kəsin bildiyi kimi meksika
kəndlilərinin yoxsulluğu fantastik dərəcədədir, “azad bazar” şəraitində müftə
yaşayırdılar və yaşayırlar. Yəni, hətta əsrarəngiz iqlim belə kifayət deyil,
düzgün sosial sistem lazımdır. Həmin illərdə kəndlilər digər ölkələrdə də çox
kasıb yaşayırdılar. İngiltərədə,Fransada, İrlandıyada çox pis yaşayırdılar.
30-cu illərdə Polşada həqiqi aclıq var idi, xeyli insan ölmüşdü. Yeri
gəlmişkən, o vaxtki Qərbi Ukrayna sakinlərinin müasir nəsilləribunda xüsusilə
Sovet Hakimiyyətinin bilavasitə kütlüyünü günahlandıraraq, 30-cu illərin
əvvəllərində aclıq yaşamış qohumlarının söylədiklərini qəzəblə xatırlayırlar.
Amma həmin vaxtlar Qərbi Ukrayna SSRİ-yə aid deyildi, ABŞ-da olduğu kimi pulsuz
şorbanın heç də hamıya paylanmadığı Polşaya aid idi.
Aclara şorba paylanması.
Polşa, 1932
Mixail Şaturin
İsrail, oradakı kəndlilərin necə yaşaması və hətta 30-cu illərdə deyil,
müharibədən sonrakı firavan illərdə kapitalizm şəraitində kəndlilərin həyatı
haqda yaxşı yazmışdı. “ “Yenidənqurma” zamanı və sonralar “pis” sovet
kolxozları və “yaxşı” israil kənd təsərrüfatı kommunaları haqda çox şeylər
söylədilər. Bu kommunalar əlverişli iqlim şəraitində qurulurdu, amma ilk illər
orada həyat çox ağır idi. “Könüllü üzv olmaq” haqda yalanlara baxmayaraq,
kommuna üzvləri özləri etiraf edirdilər ki, onların çoxunu ora daxil olmağa
İsrailin ilk illərinin aclığı məcbur etmişdi. Hamının həsrət çəkdiyi ölkədə
aclıq olmuşdu, amma elə bil Stalin orada olmamışdı. İctimailəşdirilmənin
kolxozlarda olduğundan da yüksək dərəcədə olması “yəhudilərin hamısının qardaş
olduğuna” görə deyil, ağır zamanların nəticəsidir. Görünür, ümumiyyətlə,
ictimailəşmə dərəcəsi məlum həddə qədər heç də ideologiya tərəfindən diktə
edilmir, həyat şəraitinin çətinlikləri ilə mütənasibdir. Amma İsrail olayında
nədənsə heç kim “israil kommunası köləliyi” barəsində ulamır. Amma orada nizam
belə idi: əgər kommuna üzvünə varlı bir amerikan dayısı gödəkcə göndərirdisə, o
zaman həmin kommuna üzvü ona ildə 2 dəfə çatmalı olan canlığı almırdı, əgər
kimsə miras qəbul etsəydi, onu birbaşa ümumi qazana verirdi. Təsəvvür edirsiz,
əgər kolxozçular aldıqları mirası kooperativə versəydilər nə isterikalar
dolaşardı. İsrail kommunalarına gəldikdə isə - hər şey belə olmalı idi. Bu
kommunlardakı həyat şəraitini “yaxşı reklam edilmiş” amerikan fermaları ilə
müqayisə etmək ( amma iqlim şərtləti belə müqayisəyə imkan verərdi) və “doğma
sionist dövlətindən” eynisini tələb etmək heç bir axmağın ağlına
gəlməyib. Əksinə, belə bir lətifə geniş yayılmışdı:
Amerikan
fermeri və İsrail kommunasının üzvü rastlaşır. Fermer deyir:
-Mən səhər
avtomobilimə minirəmsə, torpağımın digər ucuna ancaq axşama gedib çatıram.
Kommuna üzvü
cavab verir:
-hə, bizdə də
belə avtomobillər çoxdur.
Amerikan fermerler idemişkən. Mən tez-tez kanada fermalarında olurdum, mənim orada tanışlarım çox idi. Varlılıq dərəcəsinə görəfermalar çox müxtəlifdir. Fermer statusunun özü baş ağrısından başqa heç nəyə qarantiya vermir. Fermerin ən böyük üstünlüyü
– yaxşı evdə yaşamasıdır, çünki, bu ev öz torpağında və adətən öz ailənin gücü hesabına qurulur.
Şəhərdə sənin özünə ev tikməyinə imkan verməyəcəklər ki, inşaatçı lisenziyan yoxdur. Ona görə banklara soyğunçu ipoteka ödəmək lazım deyil. Bununla belə, köhnə taxta evciklərdə yaşayan ailələrdə var. Kanada fermalarında isti sortirlər bir neçə onillik əvvəl yaranmışdır,
əvvəllər belə rahatçılıq haqda heç nə eşitməmişdilər.
İndi əkinçilik risklərinin dövlət sığortası sistemi yaranıb (əvvəl bu haqda heç söz də gəzmirdi), amma fermerlər mənə izah etdilərki,
ən pisi – orta məhsuldur,
çünki, buna heç bir kompensasiya düşmür, amma banklara kredit və vergi ödəmək vacibdir. Və bütün bunlar indi,
21-ci əsrdə olur,
70-80 il əvvəl isə hər şey başqa cür idi.
İlk
kolxuzçuların həyat şəraitini fermerlərin həyat şəraiti ilə yox,həmin 20-30-cu
illərin ABŞ-ın kənd təsərrüfatı işçilərinin həyat şəraiti ilə müqayisə etmək
lazım idi. Yəni, bizim dildə desək, muzdurların. Amerika tədqiqatçı Keri
Mak-Vilyamsın amerikan “kənd idilliyası” haqqında xarakterik “Çətin vəziyyətdə
olan Yer” adlı nadir kitabı əlimə keçmişdi. O, rus dilinə tərcümə edilmişdi.
Kitab tamamilə elmi kitab idi, amerikan rəsmi sənədləri və hökumət hesabatları
əsasında yazılmışdı. Kitabda müəllifin kommunist ideologiyası haqda heç bir iz
tapmadım. Bəs ilk kolxozların yarandığı dövrdə həmin “amerikan fermer cənnəti”
necə görünürdü?
-“Minlərlə
“keçi rançosu” adlandırılan komalar, yəni keçi otarmaq üçün az da olsa yararlı torpağı olan fermalar yaranır. Evciklərin çoxunun heç bir şəraiti yoxdur. Yeşiklər, taburetlər və skamyalar stulu əvəz edirlər. Bu yoxsulluğun açıq yara kimi görünən həddidir. Belə
şəraitdə infeksion xəstəliklər geniş yayılmışdır. Tibbi xidmət demək olar ki, tamamilə yoxdur. Ara həkimliyi inkişaf edir.”
Ümumiyyətlə bu kitabda ABŞ-ın kənd həyatı haqda çox maraqlı faktlar var. Təəssüf ki,
1949-cu ildən onu heç kim nəşr etməyib…
Nəticə aydındır – həmin illər kolxozlardakı həyat şəraitinin səviyyəsində misli görünməmiş heç nə yox idi. Yeni işin təşkilində hər yerdə və həmişə olduğu kimi qanunauyğun çətinliklər vardı. Bu çətinliklər uğurla ram edilmişdi.
Pavel Krasnov
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий