Birinci
dünya müharibəsinin 100 illiyinin astanasında kitab bazarı həmin böyük hadisənin
daha bir təbliğatçı versiyasını-traktovkasını şərh edən nəşrlərlə doldu. Son
illər geniş tarixsevər kütlə üçün nəzərdə tutulmuş belə “konseptual tarixi”
kitabların janrı kitab mağazalarının rəflərində az qala ən çox yayılmış və nəşriyyatçı
üçün daha gəlirli janra çevrilmişdir. Düzdür, belə kitabların heç də hamısı mütəxəssislər
tərəfindən yazılmır.İstisnalara da rast gəlmək olur, və nə qədər çox
rastlaşırsansa o qədər xoş olur. Haqqında resenziya yazılmış kitab da belələrindəndir.
O, az tanınmış Rusiyada İnqilablar və Vətəndaş müharibələri üzrə professional
tarixçi tərəfindən yazılmışdır. Kitabın müəllifinin fikri populyar müasir “vətənpərvər
mühafizəkarlığın” və “stalinizm hökmranlığının” antikommunizm qaydalarına uyğun
gəlmir. Onun əsas müsbət personajı Lenindir. Özü də, onun inqilaba rəhbərlik
etməsinə görə yox ( Y.A.Butakov bu aspektə demək olar ki, toxunmur), Rusiya
hökumətinə rəhbərliyinə görə.
Kitab
bütövlükdə 1914-1920-ci illərdə baş vermiş hadisələrə həsr olunub. Kitabın
başlığına çıxarılmış Brest sülhü bu epizodun bolşeviklərin Rusiyanın “milli
maraqlarını satmasının ” sübutu kimi tez-tez misal çəkildiyindən kitabda diqqətdən
keçirilir. Butakov isə öz baxışlarını ona əsaslandırır ki, Brest sülhünün
bağlanması Almaniyada kayzer rejiminin süqutunu sürətləndirdi. Müəllif hesab
edir ki, onun 1914-20-ci illərin yekunu üzrə itkilərini bir çox səbəblərin
yekun nəticəsi kimi nəzərdən keçirmək lazımdır ki, ən əsas belə səbəblərdən
biri dövləti və ordunu tamamilə bərbad vəziyyətə gətirən köhnə rusiya
elitasının siyasi bacarığının olmaması idi.
Resenziyanı
uzun sitatlarla doldurmayacam. Müəllifin fikrinin digər əsas momentlərini öz
sözlərimlə ayırmağa çalışacam, kənardan göründüyü şəkildə.
1914-cü
il müharibəsi Rusiya üçün özündə həm Vətən, həm imperalizm əlamətlərini
daşıyırdı. Bu müharibəni ona görə Vətən müharibəsi saymaq olar ki, Almaniyanın
və onun mütəffiqlərinin hakim dairələri öz işğalçı planlarını Rusiya vasitəsilə
həyata keçirməyə çalışırdılar. Rusiya üçün onu imperializm müharibəsinə çevirən
başqa milli əraziləri işğal etmək məqsədi güdən Rusiya burjua-zadəgan elitası
idi. İnqilabdan sonrakı publisistika üçün xarakterik olan təsəvvürlərə əks
olaraq, II Nikolay olduqca iradəli və ağıllı siyasətçi idi. Amma onun güddüyü məqsədlər
o dövrki rusiya elitasının vəziyyətində əlçatmaz idi. Ziddiyyət bundadır ki,
onun güddüyü hədəflər elə həmin çürümüş elitanın maraqları tərəfindən diktə
edilmişdi. Mütləqiyyətin süqutu qanunauyğun və qaçılmaz idi. Elə buradaca növbəti
paradoks meydana çıxır: çar rejimi müharibəni Vətən müharibəsi adlandırdı,
bolşeviklər isə - imperializm, amma məhz mütləqiyyətin yıxılması ilə və xüsusilə,
Sovet hakimiyyətinin “qəsbkarlıq və kontribusiya olmadan xalqların öz müqəddaratını
həll etməsinə əsaslanan dünya” şüarının səsləndirməsindən sonra müharibənin
xarakteri Rusiya üçün Vətən müharibəsi oldu. 1918-20 –ci illərin xarici hərbi
müdaxiləsi Birinci Dünya müharibəsinin davamı və
kulminasiyası kimi qiymətləndirilir. Müəllif burjua-mülkədar Polşa ilə müharibənin
sonunu 1920-ci ilin payızı hesab edir.
Butakovun
fikrincə, bolşeviklər hakimiyyətə gələndən keçmiş Rusiya imperiyasının ərazilərini
qırmızı bayraq altında bir dövlət şəklində birləşdirməyə can atırdılar. Ağ
qvardiyalılar isə, əksinə, onların vətənpərvər ritorikalarına baxmayaraq,
Rusiyanın xarici derjavalar arasında obyektiv parçalanmasına imkan yaradan
kollaborsionist qüvvə kimi çıxış edirdilər. Müəllif II Nikolay haqqında iddia
etdiklərini, eynilə Kerenski barəsində də iddia edir. Bolşeviklər ağıllı və
güclü rəqiblərlə mübarizə aparırdılar. Amma 1917-ci ildə köhnə rus elitasına rəhbərlik
edən heç bir başçı bu elitanı iflasdan xilas edə bilməzdi, çünki, onun
maraqları rus xalqının əzici çoxluğunun maraqları ilə dibindən ziddiyyət təşkil
edirdi. 1917-ci ildə Rusiyada dövlətdə və orduda intizamın pozulması bolşeviklər
və onların ərtafında aktiv propaqandanın genişlənirilməsinə gətirdi. Bolşevik
partiyası Rusiya xalqının geniş təbəqləri üçün nəzərdə tutulmuş milli qurtuluş
proqramını irəli sürdü və demokratik qüvvələrin geniş siyasi cəbhəsinin
yaradılmasına can atırdı, hakimiyyətin yalnız öz partiyası ilə tutulmasına
deyil. Bu proqram öz məzmununa görə dövlət-vətənpərvərlik proqramı idi. Onun
ilk işləyib-hazırlayanı Lenin idi. Hətta kitabın iki paraqrafının adı uyğun
olaraq belə adlandırılmışdır: “Lenin demokrat-dövlətçi kimi” və “Müdafiəçi
Lenin”.
Soyğunçu
Brest sülhünün bağlanması bir sıra obyektiv səbəblər nəticəsində məcburi güzəşt
idi. Həmin vaxt bolşeviklərin yerində olan Rusiyanın istənilən digər hökuməti də
müvəqqəti fasilə almaq üçün Almaniyayla sülh bağlamalı olardı. Tarix göstərdi
ki, bu hesab doğru olub. Keçmiş Rusiya imperiyasının qərb və cənub-qərd ərazilərinin
alman və avstriya-macar orduları tərəfindən işğalı bu orduların ayrılmasını sürətləndirdi
və Dördlər İttifaqı ölkələrində inqilabı yaxınlaşdırdı. Brest müqaviləsinin ləğvindən
sonra Pribaltikada proletar inqilabına və Baltik ölkələrinin, Qərbi
Belorusiyanın və Qərbi Ukraynanın inqilabçı Rusiya ilə birləşməsinə Antantanın
köməyinə arxalanan rus əks-inqilabçılarının fəaliyyəti mane oldu.
Burada
hər bir vəziyyətin əsaslı olub-olmamasını qiymətləndirmək uzun sürərdi. Ən
yaxşısı oxucu özü qərar versin. Yalnız bir necə an üzərində dayanacam.
Y.A.Butakov
bu və ya digər vəziyyətdə hadisələrin inkişafının mümkün variantlarını göstərərək, dəfələrlə tarixi alternativ metoduna müraciət
edir. O hesab edir ki, 1918-ci ildə Birinci Dünya müharibəsində iştirakını
davam etdirmək Rusiya üçün daha faciəli olardı, nəinki baş vermiş Vətəndaş
müharibəsi. Hər ay Birinci Dünya cəbhəsində Vətəndaş müharibəsi
meydanındakından daha çox rus əsgəri həyatını
itirirdi. Müəllif tərəfindən tarixi demoqrafiya məsələlərinin qoyuluşu daha əlverişli
görünür: Rusiyanın 1914-1920-ci illərdə verdiyi itkilərin dəqiq sayını və Vətəndaş
müharibəsi, ağ və qırmızı terror
qurbanlarının bu itkilərdə payını aydınlaşdırmaq. Müəllif əmindir ki,
Rusiya Vətəndaş müharibəsinin xüsusi qəddarlığı və amasızlığı haqda fikir
ayrılıqları dəqiq rəqəmlərlə yoxlanmaya ehtiyac duyur.
Bolşeviklərin
“alman pulları” haqda məşhur versiyanın əsassız olmasına baxmayaraq, müəllif
onu bu məqsədlə qəbul edir ki, göstərsin – hətta Lenin kayzer yardımı olsaydı
belə, bu o demək deyildi ki, guya: a) Lenin “kayzer agenti” idi; b) bu alman
pulları olmasaydı bolşevik inqilabı qələbə qazanmayacaqdı. Çar hökumətinin və
müvəqqəti hökumətin siyasətindən kütləvi narazılıq üçün istənilən düşmən
propaqnadasından əlavə tutarlı səbəblər vardı. Əgər xaricdən maliyyə dəstəyindən
istifadə edən hər kəsi əcnəbi agent adlandırsaq, o zaman II Nikolayın özü də xarici agent idi, Yaroslav
Butakov kinayə edir.
İndi
kitabın lap əvvəlinə qayıdım, harada ki, müəllif 2014-cü ildə bütün dünyanın
Birinci Dünya müharibəsinin başlamasının 100 illiyini qeyd etməsi haqda yazır,
guya Rusiyanın bu müharibəyə görə məsuliyyət daşıması səbəbindən xaricdən
Rusiyaya qarşı demarşlar mümkündür. Butakov analogiya kimi İkinci Dünya müharibəsinin başlamasına
görə məsuliyyəti bərabər olaraq hitler Almaniyasının və SSRİ-nin üzərinə qoyan
AŞPA –nın məşhur 2009-cu il qətnaməsini misal gətirir. Hətta belə bir tarixi
sxem də var ki, bu sxemə əsasən Rusiya 1914-cü ildə həqiqətən hücum edən tərəf
kimi təqdim edilir. Əksinə olaraq, müəllif göstərməyə çalışır ki, müharibə
Rusiya üçün əsasən Vətən müharibəsi idi, baxmayaraq ki, bu tam şəkildə çar və
burjua rejimlərinin yıxılmasından sonra baş verdi.
Mən
təsəvvür etdiyim kimi, Birinci Dünya müharibəsinin yubileyi ilə bağlı əsas kütləvi
dezinformasiya təhlükəsi xarici təhlükə deyil, daxili təhlükədir. Bugün
meşşanlar tərəfindən sırınan o dövrün utanmaz
“vətənpərvər” versiyası növbəti postulatlara əsaslanır: 1) “müqəddəs Çar
Rusiyası” öz “müqəddəs” çarının skipeteri altında Birinci Dünya müharibəsindəki
qələbəyə doğru əminliklə irəliləyirdi; 2) belə bir qələbə Rusiyanı inqilabdan
birdəfəlik xilas edərdi; 3)düşmənlər
buna imkan verə bilməzdilər; 4) onlar Lenini və bolşevikləri göndərdilər ki,
“müqəddəs Çar Rusiyasını” dağıtsınlar. Düşünmək ehtiyacından azad edir.
Y.A.Butakovun kitabı belə bayağı-“vətənpərvər”
traktovkanı tənqid etməsə də, obyektiv əkildə ona əks dayanır və düşünməyə həvəsləndirir.
Bəs o düşünənlərin dairəsini genişləndirəcəkmi? Müasir “mühafizəkarların”
primitiv propanqadasının təsiri altına düşənlər üçün onsuz da çox şey aydındır.
Bununla belə, yaxşı olardı ki, müəllif yarı yolda
dayanmayardı və daha bir tədqiqat yazardı, məsələn, bunun kimi: “1918-1920-ci
illər Vətən müharibəsində Lenin Rusiyanın milli lideri kimi.”. Əlbəttə ki,
bizim dövrdə belə bir kitabı nəşr etməyə risk edəcək nəşriyyat tapılacaqsa...
Hər halda, Y.A.Butakovun müzakirə edilən kitabı kiçik
olsa da, müasir anti-tarixi miflərin ifşa edilməsində vacib addımdır.
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий