Planetin gələcəyi haqqında ən mənasız miflər,ən məzəli səhv təsəvvürlər
və ən utanmaz yalan
Qlobal istiləşmə haqqında ən ağılsız fikirlərin ətraflı siyahısını
hazırlamaq demək olar ki, mümkünsüzdür. Siyasət,ilər, teleaparcılar, iqtisadçılar,
icmalçılar iqlim dəyişiklikləri haqda fasiləsiz olaraq axmaqlıqlar söyləyirlər.
Amma uzun və diqqətli tədqiqatlardan sonra biz bu mövzu barəsində 10 ən axmaq bəyanatı seçə bildik.
1. Karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə
səbəb ola bilməz”.
İnsanlar iqlimşünaslığın
məlumatlarını ən müxtəlif üsullarla inkar etməyə çalışıblar, amma atmosfer
fizikası tərəfindən qoyulmuş faktları inkar etməyə çalışan bu cəhdlə çox az şey
rəqabət apara bilər. Tez-tez Fox News-da görünən meteroloq Co Bastardi (Joe Bastardi)
bildirmişdi ki, karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə səbəb ola
bilməz”, çünki, o “atmosferdə yaxşı qarışmır” ( əslində isə yaxşı qarışır).
Onun sözlərinə görə, qlobal istiləşmə həm də termodinamikanının Birinci
qanununu poza bilərdi (Termodinamikanın Birinci qanunun – enerji heç nədən
yaranmır və yox olmur, o sadəcə bir şəkildən başqa şəklə keçir). Həqiqətdə,
qlobal istiləşmə yeni enerjinin yaranması ilə əlaqəli deyil, yalnız mövcud
atmosferin karbon qazı ilə tutulmasıdır.
2. “Qar olmasa, su xizəklərində gəzərik”.
1990-cı ildə dünya iqlimşünaslığın
ona hansı fəlakətlər vəd etdiyini dərk edəndə, Yel universitetinin bir
iqtisadçısı iqlim dəyişiklikləri ilə mübarizə üçün nə qədər vəsait xərcləmək
lazım olduğunu təyin etmək qərarına gəldi, və belə bir nəticə çıxardı ki, çox
az. “İnsanlar müxtəlif iqlim zonalarında yaşayırlar. Şəhərlər havanın
kondisionerləşdirilməsi və ticarət mərkəzləri kimi yeniliklər sayəsində iqlim
kaprizlərindən daha yaxşı müdafiə olunublar” – o qeyd etdi. Bundan başqa, daha
çox ziyan görən sahələr – məsələn, kənd təsərrüfatı – onsuz da bugün
iqtisadiyyatda az rol oynayırlar. Digər sahələrdəki iqtisadi artım bu zərəri
tamamilə kompensasiya edə bilər: “Qar olmasa, su xizəklərində gəzərik”. Necə də
optimistdir!
Bizim müəllif Bill Makkiben (Bill
McKibben) özünün 2007-ci ildə işıq üzü görmüş “Dərin İqtisadiyyat” (“Deep
Economy”) kitabında bu ideya üzərində doyunca məzələnmişdi. “Mikroelektronikaya
sahib olmaq,əlbəttə ki, gözəldir, amma yeməyə bir şey tapmaq olduqca vacibdir,-
Makkiben yazır.- Əgər qlobal istiləşmə “təkcə” kənd təsərrüfatına ziyan
vuracaqsa, digər sahələr bütün əhəmiyyətini itirə bilər”.
3 “Planeti qlobal soyumadan xilas etmək üçün daha çox kömür yandırmaq
lazımdır”.
Planetin getdikcə qızması haqqında
elmi konsensusa baxmayaraq, iqlimşünaslığı inkar edənlər hələ də “qlobal
soyuma” haqqında mifi sevirlər. Əlbət ki, bu mif kömür kompaniyasının direktoru
üçün xüsusilə cazibədar görünür: bu cümlə
həmin dövrdə Massey Energy-yə rəhbərlik edən Don Blankenşipin “Tvitter”indən
götürülmüşdür.
4. İqlim dəyişikliyi mümkün deyil, çünki, “Tanrı əvvəlki
kimi mövcuddur”.
2012-ci ildə Oklaxomadan olan respublikaçı-senator Ceyms İnxouf bəyan
etdi ki, iqlimşünaslıq xristianlığa ziddir – və vacib deyil ki, əksər xristian
liderləri və strukturları iqlim dəyişiklərinə ciddi yanaşırlar. “Mən demək istəyirəm
ki, Tanrı əvvəlki kimi mövcuddur, - o, Voice of Christian Youth
America-ya bəyan etmişdi – və məni Tanrının yaratdığı iqlimi dəyişə biləcəyimizi
düşünən insanların lovğalığı hiddətləndirir”.
Bu kateqoriya üzrə ikinci yer : 2009-cu ildə İlinoysdan olan
respublikaçı-konqressmen Con Şimkus Tanrının tufandan sonra Nuh peyğəmbərə
verdiyi sözə istinad edərək bəyan etmişdi ki, biz narahat olmamalıyıq.
“Dünyanın sonu yalnız Tanrı buna qərar verdiyi zaman baş verəcək, - o qeyd
etdi. – İnsanlar dünyanı məhv edə bilməz”. Yəqin ki, bunda əmin olmaq çox yaxşı
şeydir.
5. Tanrı mədən yanacağını ona görə yaradıb ki, “biz
onu tapanda O sevinir”.
Amerika Ailə Assosiasiyasının direktoru Brayan Fişerin sözlərinə görə,
mədən yanacağına qənaət etməyə çalışmaq – dostuna onun sənin ad gününə verdiyi
hədiyyəni xoşlamadığını söyləmək kimi bir şeydir. “Biz bizə belə zəngin,ucuz və
effektiv yanacaq mənbələri bəxş edən Tanrı ilə də belə davranırıq, - o qeyd
edir.- Tanrı bu sərvətləri gizlətmişdir, çünki, biz onları axtarıb tapanda o
sevinir”. Doğrudan da, Tanrı ilə sərvət axtarışı oynamaqdan imtina etmək necə də
pis rəftardır!
6. “O qədər soyuq idi ki, prezident plaşını geyindi,
amma bununla belə qlobal istiləşmə haqqında danışmağa davam edirdi”.
2013-cü ildə prezident Obamanın inauqurasiya nitqini şərh edən
Luizianadan olan respublikaçı-konqressmen Stiv Skelisin bu incisi ayrı-ayrı
soyuq hava nümunələrinin iqlim dəyişiklikləri haqqında elmi məlumatları inkar
etməsinə əsaslanan uzun və axmaq ənənəni davam etdirir. Ən azından Ceyms İnxouf
ailəsinin Milli xiyabanda qurduğu və “El Qorun yeni evi” adlandırdığı
mil-daxmanı, və ya çovğun qarşısında
virciniya respublikaçılarının bəyanatını xatırlayın, hansı ki, bu bəyanatda
onlar seçicilərə qanunverici məclisin iqlim dəyişikliyi qanunvericiliyini dəstəkləyən
üzvlərinə zəng vurmağı və “bu istirahət günləri nə qədər qlobal istiliyə məruz
qaldığınızı söyləyin – bəlkə, onlar bunun qarşısını ala bilərlər” məsləhət
görürdülər. Nəzərə alsaq ki, hazırda hava və iqlimin eyni şey olmaması haqda
sadə faktı izah edən bir neçə minlərlə məqalələr yazılıb, bu zarafat getdikcə
daha da axmaq olur, və hər dəfə yenidən kiminsə ağlına gəlir.
7. “Bunun neçəyə başa gələcəyini öyrənməyənə qədər,
fikirləşirdim ki, bu həqiqətdir”.
Yenidən senator İnxouf. 2012-ci ildə
Reyçel Meddou ilə söhbəti edərkən, o etiraf etmişdi ki, qlobal istiləşmənin nəticələrinin
minimallaşdırılmasının neçəyə başa gələcəyini öyrəndikdən sonra qlobal istiləşməyə
inanmamağa başladı. Əgər müalicə xoşuna gəlmirsə, xəstəliyin mövcud olmasını
inkar etməkdən başqa, olduqca qəribə olan budur ki, bu sahədə fəaliyyətsizlik
bizə daha baha başa gəlir. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən,
dünya iqlim dəyişiklikləri ilə mübarizə üçün əhəmiyyətli tədbirləri təxirə saldığı hər ilə görə gələcəkdə əlavə
500 milyard dollar ödəməli olacıq.
8. İqlim müdafiəçiləri “planetə insanlardan daha çox
qiymət verir”.
Rik Santorum iqlimşünaslığı “ən
yalançı ilahiyyat”- “planetə insanlardan daha çox qiymət verən, və bizə planetə zərər vurmamaq üçün təbii rəsurslara
toxunmamağı göstəriş verən dünya görüşü” adlandırarkən Respublikaçılar partiyasından prezidentliyə ən
real namizədlərdən biri idi. Santorum bununla kifayətlənmədi və əlavə etdi:
“Tanrı bizi – öz yaratdıqlarını – Yerə
yerləşdirdi ki, biz ona sahib olaq, ondan ağılla istifadə edək və müdrikcəsinə
idarə edək, amma öz xeyrimizə, planetin xeyrinə yox”. İnsanın və planetin bu şəkildə
qarşı-qarşıya qoyulması iqlim skeptikləri üçün növbəti sevimli mövzudur.
Görünür, onlar çox az hallarda bu aşkar fikirə gəlirlər ki, sağlam Yer kürəsi
ona görə vacibdir ki, insanlıq orada normal yaşaya edə bilsin.
9. “100 il çoxdur... Çox güman ki, insan cəmiyyətinin
təbiəti çox dəyişəcək və bu məsələ aktullağını itirəcək”.
Bu qəribə mülahizələr iqtisadçı və
bloqqer Karl Smmitin bugün Forbes-da nəşr olunan “Çirki enerjinin müdafiəsinə:
atmosferin çirklənməsindən də pis şeylər var və biz onlarla tanışıq” («In
Praise of Dirty Energy: There Are Worse Things Than Pollution and We Have
Them») məqaləsindən götürülmüşdür. Smit iqlimşünaslıqla mübahisə etmir, amma
bununla belə hesab edir ki, iqtisadiyyatı genişləndirmək üçün biz daha çox mədən
yanacağı yandırmalıyıq. O hesab edir ki, iqlim dəyişdikdə insanlar sadəcə yeni
şəhərlər tikəcəklər və ya şimala, Sibirə köçəcəklər, və elə texnoloji inkişaf
etmiş cəmiyyət quracaqlar ki, ona stabil iqlim lazım olmayacaq. Söyləmək
asandır...
10. “Mənim insanların qlobal istiləşməyə nə üçün
inandıqları haqda nəzəriyyəm var. 30 və ya 40 il
əvvələ qayıdaq, nə vaxt ki, ölkədə olduqca az
kondisioner vardı. Sən kondisionersiz evdən küçəyə çıxdıqda sənə elə gəlirdi
ki, orada daha sərindir, çünki, evlər duxovkaya dönürdü. Yayda ikinci və ya
üçüncü mərtəbədə daha pis olurdu. Bütün pəncərələri açmaq və ventilyatoru
qoşmaq qalırdı, əgər ventilyator vardısa. Lap istəyirsən səni kağız vərəqi ilə
yelləmək üçün kimisə tut. Küçəyə çıxırsan – orada da cəhənnəm istisi var, amma
nisbətən sərindir. 30-40 il keçdi, hər yerdə kondisioner var. Bayıra çıxdın:
İlahi, istiyə bax! Qlobal istilik budur. Bütün məsələ onu nə ilə müqayisə etməkdədir”.
Aydındır? Bütün bu alimlər
iqlimin uzunmüddətli dəyişməsi modelinə əsasən sadəcə öz kondisionerlərinə görə
çaşıblar. Bax belə.
Nəşrin originalı: The 10 Dumbest Things Ever Said About Global
Warming
Комментариев нет:
Отправить комментарий