Bu gün 11 sentyabrdı. Səhər
açılandan xəbər portalları və qəzet saytları “11 sentyabrda ABŞ-da baş vermiş
faciə” haqda yazılar paylaşırlar. Məsələnin məzmunu dərk edə bilənlərə çoxdan məlumdur.
Buşa “Böyük Yaxın Şərq proyekti”ni həyata keçirməyə bəhanə lazım idi və ABŞ-ın
mənəvi atası olduğu Əl-Qaidə ona növbəti dəfə kömək əlini uzatdı. Bəli, 11
sentyabr terror aktlarının arxasında Buş və MKİ dayanırlar. Usama bəyin də müsəlman qaydaları ilə balıqlara yem
edilməsinin nə qədər doğru olub-olmaması hələ müəmmalıdır.
Azərbaycan KİV-ləri də, şübhəsiz ki, qlobal kapitala, yerli kapitalistlərə xidmət edir. Əksəriyyətinin heç yaradıcılıq istedadı da yoxdur, indi əksər jurnalistlər və yazarlar xarici mətbuatdan yazıları oğurlayıb, tərcümə edib öz adından verməklə məşğuldur. Ona görə də hamı xorla ABŞ-ın 11 sentyabırından danışır.
Biz isə başqa 11 sentyabrdan bəhs etmək istəyirik.
40 il əvvəl, 11 sentyabr 1973-cü ildə Çilidə ABŞ-ın (MKİ-nin) dəstəyilə faşist çevrilişi baş verdi. (Kolen Pauel və başqa ABŞ rəsmiləri son illər öz əməllərini etiraf ediblər.) Dövlət çevrilişi nəticəsində xalq tərəfindən seçilmiş legitim sosialist-prezident Salvador Alyende hökuməti devrilmişdi. Hərbi çevrilişi bilavasitə MKİ hazırlamışdı və həyata keçirmişdi.
Alyende mis yataqlarını milliləşdirmişdi və bununla ölkəsinin sərvətinə ağalıq edən transmilli şirkətləri qorxuya salmışdı. Onlar öz növbələrinin çatmasından bərk narahat idilər. Və Alyendeyə qarşı aparılan üç illik təxribatdan sonra açıq aşkar hərbi çevriliş edildi. Hərbçilərin bütün ultimatumların geri çevirən Alyende iş yerini tərk etmir və ətrafında yığışmış tərəfdarlarına nahaq yerə ölməmək üçün getmələrini təklif edir. Onunla könüllü olaraq 40 nəfər qalır. Sözsüz ki, onların ordunun tanklarına, hərbi təyyarələrinə qarşı vuruşmağa gücü çatmazdı. Prezident sarayı bombalanmağa başlayanda Alyende orada olan iki qızını (biri hamilə olur) bir təhər razı salır ki, sarayı tərk etsinlər... Sonra digərlərini də dilə tutur, deyir ki, “artıq təslim olmaq lazımdır, gəlin çıxaq, siz çıxın mən də kabinetdən bəzi sənədləri götürüb gəlirəm”. Hamı çıxandan sonra Alyende qışqırır: “Alyende təslim olmur”. Sonra avtomat atəşi eşidilir. Bir fərziyəyə görə o, intihar edir, başqa bir fərziyəyə görə onu güllələyirlər...
Şüurlu Çili əməkçiləri də mübarizəsiz boyun əymirlər, onlar bütün günü zavodlarda, fabriklərdə orduya müqavimət göstərirlər.
ABŞ-ın dəstəyilə Çilidə general Pinoçetin hərbi-faşist diktaturası qurulur, 11 sentyabrdan sonra kütləvi repressiyalar başlayır, həqiqi sosialistlər, kommunistlər öldürülür. Pinoçetin diktaturası zamanı 60 mindən çox itkin düşüb.
Altay Göyuşov kimi ABŞ kölələri dünyadan bixəbər olan, dərk və analiz edə bilməyən gənclərə “SSRİ-də meyvələri dərmanlayırdılar” tərzində ərəb nağılları danışır. Abırsız adamların zamanəsində yaşayırıq, ləyaqətli insanlar üçün çətindir.

Комментариев нет:
Отправить комментарий